Sözün vətən harayı
Qərbi Azərbaycan həsrəti və qayıdış missiyası
I YAZI
Alagözdən bu yana,
Ağbabadan o yana.
Hey dayana-dayana
Gəzintiyə çıxan Kür!
Bu məşhur misralar istiqlal şairimiz Əhməd Cavadın yaradıcılığındandır. Əlbəttə, ilk diqqəti
cəlb edən şeirdəki "Alagöz"
və "Ağbaba"
toponimləridir. Ə.Cavadın həsrət
dolu ifadə etdiyi coğrafi adlar mühaciərt ədəbiyyatımızın görkəmli nümayəndəsi
Almas İldırımın da lirikasında işlənmiş,
Azərbaycanın tarixi
bütövlüyü və
Turan ellərinin nisgili kimi öz
əksini tapmışdır.
Almas İldırım da "Əsir Azərbaycanım"
adlı şeirində
Əhməd Cavad kimi Alagözü vətən bütövlüyünün
simvolu kimi görərək ona Ağrı dağdan salam ötürmək istəyini dilə gətirmişdi: "Salam desəm,
rüzgar alıb götürsə, Ağrı
dağdan Alagözə
ötürsə". Ə.Cavadın və
A.İldırımın Kür
çayının axışı
istiqamətində adlarını
məxsusi olaraq nəzərə çarpdırdıqları
Alagöz, Ağbaba kimi yer adları
Qərbi Azərbaycanımızda
mövcud olan dağ və mahal adlarıdır. Alagöz Kiçik Qafqaz sıra dağlarının
Qərbi Azərbaycanımızı
əhatə edən hissəsində olan ən hündür zirvəsidir. Ağbaba isə oradakı həm dağın, həm də mahalın adıdır. Görünür, Əhməd
Cavad ""Arazı"
götür birbaş
Get Xəzərdə yıkan
Kür" deməklə
müəyyən tarixi-siyasi
səbəblərdən Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə Qərbi
Azərbaycanımızın ermənilərə güzəştə
gedilməsinin günahının
yuyulması aktı kimi ifadə etmək istəmişdir. Həmçinin Kür çayını bütün
qolları ilə Azərbaycanı bağrını
basaraq birləşdirən
tarixi-coğrafi xətt
bilmişdir. Qərbi Azərbaycan xalqımızdan
qoparılıb qəlbinə
dağ basılandan sonra qəlbində yaraya dönərək bədii yaddaşında yaşadılmışdır. Bu baxımdan öz doğma, ata-baba torpaqlarından didərgin
düşən vətən
övladlarımızın Qərbi Azərbaycan həsrəti və yurda qayıtmaq ümidləri bədii ədəbiyyatımızda yaşamış,
bu günün reallıqlarına qədər
daşınmışdır. Qərbi Azərbaycandan zülmlə köçürülən,
deportasiya, ölüm
və səfalətə
məhkum edilən xalqımızın bir hissəsi Naxçıvanda
məskunlaşmışdır. Onların ədəbi düşüncəsində həmişə
erməni faşizmi ilə mübarizə başlıca yer almışdır. Onların
dilindən erməni faşizminin göstərdiyi
zülm, ağlasığmayan
işgəncə, toplu
ölüm aktları,
qəddarlıq nümunələri
ağrıya bükülərək
ifadə edilmişdir.
Ayağıyalın, ac-susuz,
zülm və işgəncə ilə yerindən -yurdundan çıxarılaraq qovulan
azərbaycanlıların ahı-naləsi
dünyanı tutsa da,
nə SSRİ rəhbərlərinin
qulağına çatdı,
nə də bir qüvvə tapıldı ki, bu zülmə son qoya. Onların bədii yaradıcılığında bu məşum hadisələr əks olunduğu kimi, doğma vətənə
- Qərbi Azərbaycana
qayıdış ümidləri
də daim yaşamış, bir ümid işartısı
olaraq gələcəyə
- bu günə daşınmışdır.
Naxçıvanda məskunlaşan qərbi
azərbaycanlıların folklorunda
da erməni zülmünə
nifrət, doğma torpağından ayrılmanın
kədəri yer almışdır:
Naçaram, ay naçaram,
Baş götürüb qaçaram.
Harda bir qərib görsəm,
Orda dərdimi açaram.
Vətənimdə talan var,
Zülfün üzə salan
var.
Erməniyə heç inanma,
Onlarda çox yalan var.
Dağlar,
üzün gülmədi,
Çiçəyin üzülmədi.
Yağı yolun bağladı,
Elim sizə gəlmədi.
Qərbi
Azərbaycandan erməni
zülmü nəticəsində
elindən-obasılndan didərgin
düşüb Naxçıvanda
məskunlaşan bir çox eloğlunun yaradıcılığında yurd həsrəti və mnəhəbbəti
yer almış, bədii yaddaş olaraq yaşadılmışdır.
Çalxanqala kəndində
məskunlaşan Aşıq
Kamil Teymuroğlu (Həsənov),
Şıxmahmud kəndində
məskunlaşan şair
Ramiz Babayevin, Əlincə
kəndində yaşamış
Allahverdi Kalbalıyevin,
Kurud kəndində yaşayan Səttarxan İmaməlinin, Naxçıvan
şəhərində məskunlaşmış
Zaur Vedilinin (hazırda Bakı şəhərində yaşayır
- müəl.) əsərlərində
Qərbi Azərbaycana,
onun yurd yerlərinə bəslənilən
həsrət və məhəbbət duyğuları
özünün poetik
ifadəsini tapmışdır.
Mənim
orta məktəbdən,
hətta ibtidai sinifdən əziz müəllimim olmuş, mənə qələm tutmağı, yazmağı
və öyrənməyi
mənimsətmiş Allahverdi
İsa oğlu Kalbalıyev
də Qərbi Azərbaycandan - Qafan elindən didərgin salınan və Əlincə kəndində
məskunlaşan qiymətli
ziyalı və söz adamlarından biri olmuşdur. Vətəndən didərgin
düşmənin nisgil
və ağrısı
onu da şairliyə sövq etmiş, kədərini sözə
yükləməyi və
hayqırmağı rəva
bilmişdir. Allahverdi Kalbalıyevin sağlığında
nəşr olunan
"Ömrümün yadigarı"
şeirlər külliyyatında
onun vətən və el dərdini
ümumiləşdirən dərin
duyğulu lirik şeirləri toplanmışdır.
"Göyçə, Zəngəzur
qaçqınlarına", "Telli saz məskəni",
"Nə xəbərin
var?", "Ağlasın", "And yerim", "Qalıb ocağım", "Vətən
ağlayır", "Yurd
harayı", "Qurban
olum", "Həkərim",
"Ürəyimdə bir
arzum var" kimi şeirləri və müəllifli bayatılarında
qoparılmış Vətən
torpağının ağrısı
yer almışdır.
Bu şeirlərin hər
birində bütöv
Vətənin qoparılmış
hissəsinə yanıqlı
bir ağı yer almışdır. Dərdli şair "Nə xəbərin
var?" şeirində ellərinin
həsrətini dilə
gətirərək içindəki
kədəri, nisgili basdırmaq üçün
eloğlundan ümidverici
bir xəbər almaq istəyirdi:
Ay el oğlu, qurban
olum dilinə.
O doğma ellərdən nə xəbərin var?!
Həsrət qaldıq çiçəyinə,
gülünə.
Solmuş
çəmənlərdən nə xəbərin var?!
Öz ətri var hər dərənin, hər dağın,
Hər çəmənin, hər
çiçəyin, yarpağın.
Sönük qoyduq ana yurdun ocağın.
Saralmış güllərdən nə
xəbərin var?
Vətənə bağlılığın, doğma ellərə bəslənilən qırılmaz
məhəbbətin nişanəsidir
ki, Azərbaycan insanı
təkcə güllü-gülüstanlı,
bağ-başçalı torpaqları
deyil. onun saralıb-solmuş. Viran qlmış hər qarışına nisgil duyur və onun
üçün üəyi
qubardan paralanır, yara bağlayır. Şair bu və
bu kimi şeirlərində
də dağılsa
da. Viranı qlsa da, talanıb al-əlvanlığından
məhrum qalsa da. Öz elinin xatirələrinə bürünərək
yaşayır və onun bozarmış, qaralmış torpağına
belə məhəbbətini
dilə gətirmişdir.
Şair xatirələrə
bürünərək o doğma
eləərdə qoyduğu
doğma yer-yurd adlarını çəkir,
onları xatırlayır
və niskilini dilə gətirir. "Gığı dərəsi",
"Xusdub", "Cidalı",
"Şuşa, Xocalı,
Kəlbəcər, Laçın,
İstisu, İsabulağı,
Göyçə, Almalı,
Mehri, Qarakilsə" kimi
yer adları ilə xatirələr düzümünə üz
tutaraq didərgin qalan ellərini və didərginliyə salınmış eloğullarını
kədərlə xatırlamış,
"Ağlar" rədifli
şeirində dilə
gətirmişdir:
Elə bil xalqıma yazılıb qismət.
Doğma
od-ocaqdan didərgin düşmək.
O bizə həsrətdir,
biz ona həsrət,
Zəngəzur ünvanlı mahalım
ağlar.
Pənahabad - Şuşam tarix
sorağım,
Kəlbəcər, Laçınım ömür
varağım.
Gözləyir İstisu, İsabulağım,
Ah-nalə içində Xocalım ağlar!
Bu nisgillər qiyamətə
silinməz,
Məğrur yurdun əqidəsi
yenilməz!
Ocaqların od-alovu kəsilməz,
Gözü yolda Göyçəm,
Almalım ağlar.
Allahverdi,
haqq nazilər, üzülməz,
Bu dərd elə dərddir, heç vaxt dözülməz.
Özü kömək olsun
Gözəgörünməz,
Mehrim, Qarakilsəm, Qatarım ağlar.
Şairin
"Yurd harayı"
şeiri onunla xarakterikdir ki, burada bötöv bir bədən, can olan Vətənin paralandıqca
adbaad ağrısı,
kədəri, yanğısı
göstərilmiş, kədərin
və faciənin ümumi mənzərəsi
yaradılmışdır.
Qafan elindən olan, hazırda Kurud kəndində yaşayan Səttarxan İmaməlinin
şeirlərində kədərlə
mübarizə, niskillə
ümid bir arada yer alaraq
əksini tapmış,
gah kədər, gah ümid
ön plana çıxaraq
Vətən idealını
bütün duyğuları
ilə ehtiva etmişdir. "O taylı,
bu taylı bütöv bir canam. Beşdən biri qalmış Azərbaycanam!" deyən
bütövlük, birlik
ideallı şair başqa misralarında ayrı düşmüş,
yad ellərdə qalmış
vətən torpaqlarına
olan həsrət və nisgil duyğularını əks
etdirmişdir:
O üzdə ulumun "ruhlar dünyası"
O üzdə babamın damı qalıbdır.
Dağların kimi var, kimi qalıbdır.
Şair
bu jəsrət duyöularını bir gün ortadan qaldırıb Vətən
torpaqlarını bir-birinə
qovuşduracaq mərd,
cəsur Azərbaycan övladlarının mübarizə
aparacığına da ümid
bəsləmiş və
inam ifadə etmişdir:
Bu üzlərin igidi var, mərdi var.
Hər igidi keçilməz sədd, nər divar.
O üzlərin fil daşımaz
dərdi var.
Məni
bükən "o üz"
dərdi, Məhəmməd!
Ümumiyyətlə, şair S.İmaməlinin "Qalıbdır", "Məhəmməd",
"Qafan dağları",
"Xatırladıram", "Gəlir" və b. şeirlərində elindən
ayrı düşmüş
vətən övladının
dərdi, kədəri,
həsrət və nisgili yer almışdır.
Şair doğulub-böyüdüyü
o dogma yerləri xatırlayır,
qanında, canında yaşayan dogma ellərin xatirələri ilə ağrıyır, ayrı
düşdüyü ellərin
həsrətindən dilə
gələn duyğularını
misralara tökür, yanıb-yaxılır, oxucularını
da bu odla dağlayır. Çünki
hər bir azərbaycanlı üçün
adı nə olursa olsun, elin
hər tərəfi vətəndir, dogma yurddur. Şair "Qafan dağları" adlı iki şeirində
o yerlərin həsrətini
xalqın bədii düşüncəsində Ulu Ata obrazı olaraq yer almış dağlara - Qafan dağlarına müraciətlə
deyir, bütün eloğlanlarının dərdindən
xəbər verir:
Siz doğan Günəşdən
salam göndərin
Mən əsən küləkdən,
Qafan dağları.
Siz görüş gününə
inam göndərin
Göz
qurtulsun şehdən, Qafan dağları.
Yəni
bu həsrətin gəlməzmi sonu?
Bir gör ağlar qoymuş neçə milyonu.
Bu yaz da, yəqin ki, geyib al donu
Al güldən, çiçəkdən,
Qafan dağları.
Ulu Zəngəzurum, qoca Qafanım,
Sənə çatmayınca yatmaz
tufanım.
Qalsam seyrangahım, ölsəm
kəfənim
Qismətsə fələkdən, Qafan
dağları.
O sənsən - həsrəti
burnumda tutan.
O sənsən-əlimdən alınmış
Vətən.
Biz qayıdacayıq, bu sənə vədəm.
Türk
dönərmi əhddən,
Qafan dağları?!
Vətən, yurd həsrətindən
doğan yanqılı
kədər şairin
dayısı Məhəmmədə
müraciətlə yazdığı
"Məhəmməd" rədifli şeirndə də yer almışdır.
Şair Səttarxan İmaməli yazırdı
ki, "Söhbət Zəngəzurdan,
Qafanımızdan gedir.
1996-cı ildə dayım
Məhəmməd və
atam Ímamxan hərəsi qorunmaq üçün bir xəncər götürüb
pirimiz Cidalını ziyarətə getdilər.
Üç gün intizarla gözlədik.
Allah qorudu, ziyarətlərini
yerinə yetirib, sağ-salamat qayıtdılar"
[11]. Adıgedən "Məhəmməd"
rədifli şeirində
sanki kədərdən
od tutub yanır şair, ürəyində vətən,
el-oba həsrəti qubar edir, yaraları
qan-qan olur:
Dağ başında tala bulud mordu mu?
Ordan baxsam görərmiydim yurdumu?
Səndən başqa kimə
deyim dərdimi,
Dərdi
bilsin, dərd eləsin, Məhəmməd?!
...Yaralıyam, Qafan adlı yaram var.
Aralıyam, Vətən ilə
aram var.
Nə yaxşı ki dost-tanışdan
soran var,
Nə yaxşı ki, gəlir səsin, Məhəmməd!
Lakin şair Səttarxan İmaməli ümidlidir,
Vətənin ayrı
düşən yurd yerlərinin qovuşacağına,
bu torpaqları bir-birinə birləşəcəyinə
inanır, inam bəsləyir. Şair inanırdı ki, bir qeyrətli, uzaqgörən
vətən oğlu xalqın bu kədərinə son qoyub,
onun qeyrətli övladlarının gücünü
birləşdirərək bu
ayrı düşən
ərazilərimizi də
birləşdirəcək, Vətənə qaytaracaq:
Ínşallah, dönəcəyəm yurduma.
Ínamım var rəhbərimə, orduma!
Siz dostlarım şərik çıxın dərdimə,
Harda düşdü, deyiz dərdi, Məhəmməd!!!
Və yaxud:
Bir savaş istərəm, müqəddəs savaş.
Lap istər qalmasın daş üstündə daş!
Torpaq udsa məni, etmərəm təlaş
Ağlıma anamın ağuşu
gəlir.
Başlayıb qiyamət, çalınıb
ta sur.
Qalx, ey şəhid ruhum, cənnət üçün , dur!
ÍnşaAllah, birləşir bölük
Zəngəzur.
Gözləsin batısın doğusu,
gəlir!
Şair
Ulu Öndər varisinə,
Azərbaycanın yeni liderinə
tam qəlbi ilə inanırdı və inamında da haqlı çıxdı. Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin uzaqgörən
qərarları və Azərbaycan
Milli Ordusunun əzmi ilə 44 günlük Vətən müharibəsi
nəticəsində Suqovuşandan,
Zəngilandan başlayaraq
Şuşaya, Qarabağa
qədər Zəfər
əldə edərək
xalqımızın başına
açılmış 200 illik
tarixi problemi ortadan qaldırdı və Vətən torpaqlarının birliyinə,
bütövlüyünə nail oldu. Azərbaycan Ordusunun bu tarixi qələbəsindən,
müqəddəs Şuşa və Xankəndi şəhərlərinə
girişindən sevinən şair bir gün Qafan elinə,
İrəvana da dönüş olacağına inamını
əminliklə dilə gətirirdi:
Bu gün
Xankəndimdə yanan tonqalım
Írəvanımda
da yanar, ÍnşaAllah!
Qəsdim
olmayıb ki, qəsbkar
olum.
Xalqım
öz yurduna dönər
, ÍnşaAllah!
Zəngəzurumuzdan yol gələr, keçər.
Bu yolunan ağır el gələr, keçər.
Bu birlik həsrəti kölgələr, keçər.
Qalxar Turan adlı çinar, ÍnşaAllah!
RAMİZ
QASIMOV
Naxçıvan Müəllimlər
İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə
doktoru
Olaylar.- 2025.- 20 iyun-3 iyul, ¹21.- S.17.