“TÜRK” etnonimi və
törələri
Əvvəli ötən saylarımızda
Strabon özünün məşhur
"Coğrafiya" kitabında
yazır:
"Müqəddəs Burun da daxil olmaqla qərb
sahilləri düz TAQ
çayının töküldüyü
yerə qədər İberiyanın (müasir
İspaniya və Portuqaliya əraziləri nəzərdə tutulur. -
Y.O.) qərb tərəfinin
başlanğıcıdır.
Cənubdan isə - Ana çayının
töküldüyü yerə
qədər cənub tərəfin başlanğıcıdır.
Hər iki çay mənbəyini şərqdən götürür.
Amma TAQ o biri çaylardan daha böyükdür və birbaşa qərbə axdığı
halda, Ana cənuba dönərək vilayəti
İkiçayarasına salır...
Ölkənin dərinliklərində
KARPATAN, OREATAN və VETTONLAR (kursiv mənimdir- Y.O.) yaşayırlar... Bu əyalətdən
mənbəyini
Ana və Taq çayları
kimi eyni yerdən götürən
BATİY çayı
axır..
...Çayın adına uyğun olaraq ölkə Batik adlanır,
əhali isə onu TURDETAN adlandırır.
Arada əhalini turdetan, bəziləri isə turdul çağırırlar. Bir sıra
yazarlar onları bir xalq, bir
qismi isə müxtəlif xalqlar hesab edir. Axırıncıya
Polibi aiddir və təsdiq edir ki, turdullar turdentlərin şimal qonşusudur, amma indi onların arasında heç bir fərq tapmazsan.
Turdentlər iberiyalılar
arasında özlərini
ən mədəni hesab edirlər. Onların əlifbası mövcuddur, qanunlar və öz tayfalarının tarixinə
aid poemalar yazırlar
(özlərinin dediyi
kimi, yazılarının
6000 il yaşı var).Başqa iberiyalılar
da yazı ilə tanışdırlar, amma onların hərfləri fərqlidir, belə ki, onların dilləri ayrıdır".
Göründüyü kimi e.ə.
I əsrin sonunda, eramızın əvvəllərində
Avropanı gəzən
və qələmə
alan Strabon bizə türk toponimləri, hidronimləri
və etnonimləri haqqında kifayət qədər məlumat verir. Bunun üzərindən
sükutla keçmək
mümkün deyil.
Başlayaq Strabonun İberiyada
göstərdiyi TAQ və
ANA hidronimlərindən.
Adi gözlə də,
heç bir şərh vermədən
görmək olur ki, hər iki çayın
adı türkcədir.
Bəs bu qədər türk toponimləri, hidronimləri
və etnonimləri e.ə. I əsrdə indiki İspaniya ərazisinə necə gedib çıxıb? Nəzərə alaq ki, bu adların bu yerlərdə öz təsdiqini tapması üçün
yüz illər, bəlkə də min illər gərəkdir. Bəzi tarixçilər təsdiq edirlər ki, e.ə. V əsrdə biz qədim türklər olaraq Mərkəzi
Asiya çöllərindən
kənara çıxmamışıq.
Elə isə bu adlar Avropanın
qərbinə necə
gəlib çıxdı?
Haradan qaynaqlanır bu adlar? Özü
də bu adları Strabon yunan dilinə tərcümə etmir. Yerli xalqlar bu
adları necə söyləyir və tələffüz edirsə,
Strabon da elə yazır.
Məlumdur ki, "TAQ" sözü indi də bir
çox türk dillərində, o cümlədən
də Azərbaycan
türkcəsində işlədilir.
"Taq (ğ) Azərbaycanda üzüm ağacının
bir qoluna deyilir. "Taqım" orduda alayın bir hissəsidir. 1969-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) nəşr olunan "Qədim türk sözlüyü" kitabında
"taq" sözü
bərkidilmək, nəyinsə
bir hissəsi anlamını verir.
Qeyd etmək lazımdır ki,
qədim şumer dilində bu söz müasir türk dilindəki kimi "birlədirmək",
"yaışdırmaq", "sancmaq" anlamlarını
verir.
XI əsrdə yaşayıb-yaratmış
M.Kaşğari də taq və
tağ sözlərini
eyniləşdirir. Bundan
başqa müəllif
"tağ" sözündən
əmələ gələn
sözlərə də
diqqət yetirir:
Tağay
- dayı;
Tağık - dağa çıxmaq;
Tağıl - korlamaq;
Tağla
- dağılmaq.
Strabonun
göstərdiyi "Ana" çayının adı
isə - minillərdir
"ANA,APA,ABA" kimi
işlədilən bu
söz şumer dilində də
"AMA" kimi işlədilmişdi.
"Qədim türk sözlüyü"ndə də
"ana" sözü indi
başa düşdüyümüz
anlamda verilir.
Daha sonra Strabon qeyd
edir ki, ölkənin dərinliklərində karpatan,
oretan və vettonlar yaşayırlar. Maraqlıdır ki, bu etnonimlərə indiyə
qədər bizim türkoloqlar diqqət yetirməyiblər. Göründüyü
kimi bu sözlər
mürəkkəb sözlərdir
və təmiz türkcədir. Fonetik dəyişikliyə uğrasa
da bu sözlərin anlamı bu gün də başa düşülməkdədir.
Strabon qeyd edir ki, bu
əyalətdən Batiy
çayı axır və çayın adına uyğun olaraq ölkə Batik adlanır, əhalisi özünü turdul deyə çağırır.
Turdullar haqqında yuxarıda bəhs etdik.
Qeyd etdiyimiz kimi İberiya Avropanın
lap şərqində yerləşir,
yəni günəşin
batdığı yerdə.
Bu baxımdan çay
qərbə axdığı
üçün çayın
adı Batiy, ölkə isə çayın adına uyğun Batik adlanır.
Mahmud Kaşğaridə də
Bat sözü müxtəlif
mənalar verir:
Bat - batmaq, gözdən itmək;
Batıs
- bataqlıq, çayın
dərin yeri;
Batsıs
- qərb;
Batur - batırmaq, bağlatmaq.
"Qədim türk sözlüyü"ndə də
"bat" sözü müxtəlif
çalarlarda və mənalarda işlədilir:
"I Bat
- üzümün suyunun
sıxılması,
II Bat - pis, gərəksiz,
III Bat - tez, cəld; iglig ersar bat onulurkim xəstədirsə
tez sağalar.
IV Bat - batmaq, baş vurmaq; kün batti - günəş batdi"
Bu gün də dilimizdə işlədilən
sözləri - günəş
çıxan tərəfi
Doğu, günəş
batan tərəfi Batı, şimalı - Quzey, cənubu isə Güney kimi işlədirik.
Daha sonra Strabon yazır:
"... Məhz bu körfəz
vilayətində iberiyalılar
bastetan adını daşıyırlar (onlara
bastul da deyirlər)... Kalpa dağı
yerləşir...
Əgər daxili dənizdən
xarici tərəfə
üzsən, bu dağ sağda qalır, ondan 40 stadiya kənarda Kalpa şəhəri yerləşir...
... Bunlardan daha güclü və şöhrətlisi isə
əsası Marsel tərəfindən salınmış
Kordubdur...
... İberiyalı keltlər arasında Konisturq, liman şəhərləri
arasında isə daha məşhuru Asta şəhəridir...
Hər halda, təbiətlə tanış olan insanlar... Bu yerlərdə
özləri üçün
şəhərlər və
başqa yaşayış
yerləri saldılar.
Bu şəhərlər siyahısına
bunlar daxildir: Asta, Nabrissa, Onoba, Ossonoba, Menoba və başqaları...
... Salaq sakinləri əsrarəngiz və zərif parçadan hazırlayırlar...".
Çox
güman ki, Bastul / Basdul kimi işlənə
bilər. "Bas" sözü
feil funksiyasını
daşımasına baxmayaraq,
müxtəlif formalarda
indi də müasir dilimizdə işlədilməkdədir; basmaq,
basdırılmaq, basdırma,
basıntı (toplantı),
basar, Basqal və s. Qeyd edək ki, Qaraxanlılar dövlətində bir türk tayfasının adı Basmal idi.
M.Kaşğari "Divanü-lüğat-it-türk" kitabında
"Bas" sözünün müxtəlif anlamlarını
verir:
"Bas =
basmaq,üstünə
çökmək, yıxmaq,
qamarlamaq;
Basa = sonra;
Basar = dağ sarmaşığı;
Basık
= düşmən tərəfindən
basılmaq;
Basın
= zəif saymaq, zülm etmək;
Basruk = basqı.
"Qədim türk sözlüyü"ndə də
"bas" sözü müxtəlif
çalarlarda verilir:
"1.bas
- basmaq; iğac, qaya qum bari
gop basar - ağac, qayalar, qum hamısı tam sıxır;
2.bas - möhür vurmaq; tamqalarımızı basip
bertemiz - biz öz möhürümüzü vurduq;
3. bas - sıxmaq, basıb keçmək;
4. bas - hücum etmək; qirqiz bodiniq uda basdimiz - gecə qırğız xalqına hücum etdik;
5. bas - əldə etmək; er qızı basdi - kişiqadını əldə
etdi;
Basa - sonra; men anda basa keldim - mən
ondan sonra gəldim.
Basal - soğan;
Basan - yas;
Basar - dağ sarımsağı;
Basquci -
idarə edən,
hakim;
Basiq - gecə hücumi;
Basil - idarə olunan;
Basin - məğlub olan;
Basinc - sıxışdırılan".
"Dul" sözü ilə bağlı "Türkün gizli kitabı" kitabında yazırdıq:
"D.Aytmuradov çinşünas
İ.Biçurinə istinadən
qeyd edir ki, "dul+qa" bir çox türk tayfalarında dəbilqə
mənasını verir.
Müasir Azərbaycan
dilində də "dulusçu" sözü
indinin özündə
də əldə saxsı qablar düzəldən sənətkara
deyirlər. Bəlkə
də "basdul" sözü saxsı qablar basan, yəni
düzəldən tayfalara
deyirlərmiş.
Azərbaycanda əri və ya arvadı ölmüş şəxsə
dul deyirlər.
Asta şəhərinin adı
da maraq kəsb edir. Belə ki, müasir türk dillərində "asta"
sözü "yavaş",
"ləng", "aramla"
mənasını verir.
"Asta yerişli"
sözü indi də işlənməkdədir.
"Asta" sözü
"giriş qapısı"
mənasındadır. Qazaxıstanın
paytaxtı Astana şəhəri
bu anlamdadır. Azərbaycanın cənub
bölgəsində, ölkəyə
giriş hissəsində
Astara şəhəri
yerləşir".
Qədim
türkçədə "Ast" - küçə,
"astın" - aşağı,
alt mənasını verir.
Strabon
da qeyd edir ki, liman şəhərləri
arasında ən məşhuru Astadır, ölkəyə giriş buradan başlanır.
Hər halda eradan əvvəl
indiki İspaniya ərazisində Asta
şəhərinin olması
və indiyədək
bu adın eyni mənada müasir türk dillərində saxlanılması
və işlənməsi,
özlüyündə bir
çox mətləblərdən
xəbər verir. Daha bir ehtimal
da mövcuddur. Yuxarıda
Orxon-Yenisey abidələrindən
yazanda, qeyd etmişdik ki, L.N.Qumilyov
bu abidələrdən
bəhs edərkən
naməlum "az"
tayfasının adını
çəkmiş və
onların haradan gəldiklərindən məlumatsız
olduğunu bildirmişdir.
Asta şəhərinin
adı ehtimallara görə, As / az tayfasının adından
götürülə bilər.
As / az tayfası haqqında professor Firudun Ağasıoğlu yazır:
"Azərbaycan ölkə
adının kökündəki
azər boy adının
yaranmasında özək
olan az boyu
türk etnosu içində çoxsaylı
soylardan biridir. Aziya / Asiya adındakı
paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır.
Bunun səbəbi az /
as boylarının vaxtilə
qədim Azərbaycandan Batı,
Quzey və Doğu ölkələrə
olan köçü ilə bağlıdır.
Üç-dörd min ildir
ki, bu boylar tarixi mənbələrdə
xatırlanır". Daha
sonra müəllif qeyd edir ki, müxtəlif
türk xalqlarının
boy-soy (tayfa-nəsil) bölgüsü
kimi diqqəti çəkən və tərkibində az / as komponentini yaşadan etnonimlər maraq kəsb edir. Məsələn, başqort-katay
boyundaki as, assı soyları balkarların as adlanması, A.Vamberin
özbəklərin 32 əsas
boy sırasında as boyunu
qeyd etməsi, qırğızların azıq
boyu, qədim Azərbaycan əhalisinin az adlanan bir
qisminin sonralar azər boyu kimi tanınması az / asların türklüyünə şübhə
qoymur.
Maraqlıdır ki, Az tayfasının Troyadan (müasir Türkiyə ərazisindən
- Y.O.) Avropa və İslandiyaya köç etməsi haqqında "Kiçik Edda" abidəsi
də lazımı qədər və ətraflı məlumat verir. Hətta orada qeyd edilir
ki, aslar Troyadakı (Turoba) adətləri, Türkel, Anar, Atlı kimi şəxs adlarını
və digər toponimləri özləri
ilə Avropaya aparmışlar. Yeri gəlmişkən, yəhudi
yazarı Rafail Nidelman özünün
"İnsan tarixində
müəmmalar, sirlər
və kodlar" kitabında Troya haqqında
maraqlı məlumat verir. O yazır ki, Sultan
Mehmet Fatih 1453 -cü ildə İstanbulu fəth edəndə belə bir ifadə
işlədib: "Konstantinopolu
almaqla mən Troyanın yerlə-yeksan olunmasının qisasını
alıram". Hələ
bir neçə il əvvəl "Türkün
tarixinə yeni baxış"
kitabında yazmışdım
ki, Avropada VII əsrdən
başlayaraq "türk"
sözünün şərhini
verməyə çalışıblar.
Bu o zaman başlanıb ki, Troya əfsanəsi yazılı
şəkildə təsdiqini
tapdı və troyalıların türk köklü olduğu versiyası irəli sürüldü. Buna əsasən
Troya çarı - TORQUDUS-un adının türk adına çox uyğun gəlməsi idi".
Maraqlıdır ki, Troya şahzadəsinin adı Qöktar, anasının ismi isə Qökua olub, türk adlarından heş nə ilə fərqlənmirlər. Homerin
şəhadətinə görə
Troyada yaşayan tayfalardan biri isə "turşa" adlanırdı.
ARDI VAR
YUNUS OĞUZ
Olaylar.-
2025.- 7-13 mart, ¹9.- S.12.