Xalqına Vurğun Səməd...
Son zamanlar Səməd Vurğun şəxsiyyəti, yaradıcılığı ilə bağlı müzakirələr yenidən ədəbi gündəmdədir. Xalq şairinin irsinə və özünə yönəlmiş neqativ məqamlara şairin öz ədəbi irsi tutarlı cavabdır. Səməd Vurğun bütün yönləri ilə xalqına, öz türk kökünə bağlı bir şəxsiyyət olub.
Səməd Vurğunun sovet dövründə yazılmış
elmi araşdırmalarda
qeyd edildiyi kimi "marksizm-leninizm estetikasına söykənən",
"sovet həqiqətini
əks etdirən"
ilk baxışdan sırf kommunist ideologiyasını təbliğ
edən əsər təsiri bağışlayan
"Komsomol" poemasının
belə alt qatları, misraları arasından bu vətən, türklük sevgisi süzülərkən ona
qarşı bu gün bu qədər
neqativ yanaşma sərgilənməsi rəvadırmı?
İncələyək görək,
ilk baxışda ən qatı sovet ideoloji əsəri kimi görünən "Komsomol"
poeması "kommunizm"
mifinin minlərlə variasiyalarından biridirmi,
yoxsa özünəməxsus,
unikal bədii nümunədir? Məlum olduğu kimi Sovet ədəbiyyatında
millilik, fərdilik kimi keyfiyyətlər inkar edilir, beynəlmiləlçilik,
ümumilik, kütləvilik
təbliğ olunurdu.
30-cu illərdə milli-dini
dəyərlərdən imtina
edilir, türkçülük,
islamçılıq ideyalarının
cüzi təsirinin hiss olunduğu əsərlər qadağan
edilir, onların müəllifləri isə
repressiya edilirdi. "Türk" sözünün
tabuya çevrildiyi, rus dilinin geniş
təbliğ edildiyi zaman Səməd Vurğun "Komsomol"
(poemanın adının
sovet dövründə,
xüsusilə 30-cu illərdə
daşıdığı məna
çalarlarına xüsusi
diqqət!) poemasında
yazırdı:
Nədən söyləməsin ana dililə
Öz odlu
nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə.....
Bu mənhus
adətdə böyüklükmü
var?
Məndən inciməsin yoldaş komissar!
Qeyd etdiyimiz
dövrdə bu misraları yazmaq sənətkardan böyük
cəsarət tələb
edirdi.
Yenə həmin
əsərdə şair
Humaydan bəhs edərkən maraqlı milli-etnoqrafik məqamlara toxunur. Belə ki, əsərdə sovet dönəmində qadağan edilmiş "Novruz" bayramı ilə əlaqəli inanclar, mərasimlər təsvir edilmişdir.
Səməd Vurğunun böyüklüyü məhz bu cür məqamlarda, ölüm qorxusu ehtimalı altında sətiraltı da belə olsa öz fikrini gələcək nəsillərə çatdırmaq cəsarətində zühur edir. Ədəbiyyatda, tarixdə, istənilən kontekstdə müəyyən açıqlamalarla gündəmə gəlmək, "ulduz" olmaq olar. Lakin unutmayaq ki, bu gün alqışlanan "ulduz" u sabah həmin alqış sahibləri etirazla kürsüdən salacaqlar. Lakin Səməd Vurğun kimi bu gün də öz fəth etdiyi zirvədə olan şəxsiyyət və yazar "ulduz" yox, əfsanədir... Əfsanəni isə istənilən kontekstdən şərh etmək olar, amma nə danmaq, nə də o zirvədən endirmək olmaz...
Elnarə Qaragözova
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.-
2025.- 7-13 mart, ¹9.- S.15.