Cizgi filmləri animasiyanın inkişafı

 

Gələcəyin incəsənət dünyası

 

Cizgi filmləri yalnız uşaqlar üçün deyil, həm böyük auditoriya üçün unikal sənət növüdür. Uşaqlığımızın ayrılmaz hissəsi olan cizgi filmləri artıq təkcə əyləncə vasitəsi deyil. Animasiya bu gün həm texnologiya, həm incəsənətin kəsişdiyi bir sahə kimi sürətlə inkişaf edir. Dünyada bu sahə nəhəng bir sənaye sisteminə çevrilmişkən, Azərbaycanda da animasiyaya maraq getdikcə artır.

Bu müsahibədə rejissor animator Sultan Abbasbəyli ilə animasiya sənətinin incəliklərinə nəzər salacaq, ölkəmizdəki mövcud vəziyyəti gələcək perspektivləri öyrənəcəyik.

- Sultan bəy,  Azərbaycanda cizgi film animasiya sahəsinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanda animasiya serialları istehsal olunmalıdır. Animasiya filmi yox, animasiya serialları. Serial istehsalı texniki tərəfdən daha əlverişli rahatdır. Çünki personajlar, ətraf modellər bir dəfə hazırlanır, növbəti bölümdə eyni obrazlar qalır, yalnız əhvalat ssenari dəyişir. Ona görə animasiya serialının istehsalı bu gün daha perspektivlidir. Düşünürəm ki, animasiya filmlərindən çox animasiya serialları istehsal olunsa, bu sahə daha çox inkişaf edər.

- Sovet dövründə çəkilmiş cizgi filmləri ilə müasir yerli animasiya layihələri arasında hansı fərqlər var?

- Təkcə sovet filmləri deyil, bütün xarici filmlərlə yerli filmlər arasında fərq çoxdur. Bizim cizgi filmlərdə millilik olur. Yerli cizgi filmlərimizə baxan uşaq özünü həmin o obrazda görə bilir ona o personajlar, həmin o mühit daha xoş olur. Yerli cizgi filmlərin xarici filmlərdən əsas fərqi millilik olur bu da balaca tamaçılara daha xoş olur daha yaxın hiss edirlər.

- Sizcə, Azərbaycanda animasiya sənətinin inkişafına mane olan əsas problemlər hansılardır?

- Düşünürəm ki, Azərbaycandakı animasiya sənətinə  yeni obrazlar, yeni personajlar lazımdır. Əsas problem odur ki, yeni personajlar yaradılmalıdır ki, uşaqlar onları sevib, onların macəralarını izləməlidirlər. Uşaqdan soruşanda  hansı cizgi filmə baxırsan o, həmin  yeni qəhrəmanın adını çəkməlidir. O qəhrəman onları maarifləndirmə yönümlü olmalı, həm əyləndirməlidir.

- Animasiya sahəsində yeni nəsil yaradıcı gəncləri necə dəyərləndirirsiniz?  Onların potensialı sizcə necədir?

- Azərbaycanda yerli mütəxəssislər var. Gənclər bu sahəyə maraq göstərməlidirlər. Çünki bu sahə doğrudan da perspektivlidir. Həm gəlirli sahədir , həm faydalı. Sifarişlərin sayı çox ola bilər. Bizim ölkəmizdə həm cizgi filmlərə, həm reklam çarxlarına tələbat da çoxdur. Animasiyanı bilən mütəxəssis bir neçə sahədə çalışa bilər.

- Texnologiyanın sürətli inkişafı bu sahədə hansı yenilikləri gətirib? Süni intellekt 3D animasiyalar bu sahəni necə dəyişir?

- Süni intellekt əslində faydalı olur. O bir alətdir, amma əvəzləyici deyil. Biz yeri gəldikcə ondan istifadə edirik. Əvvəllər bir personajın eskizi hazırlananda onu rəssam çəkirdi, rəngləyirdi, çalışırdı, səhvləri düzəldirdi bu vaxt aparırdı. İndi süni intellekt həmin o məsələni bir neçə dəqiqədə həll edir. Bu vasitə yaxşı bir rejissorun, rəssamın əlində olarsa süni intellekt gözəl bir alətdir.

- Azərbaycanda animasiya sənayesinin kommersiya potensialı varmı? Bu sahədə iqtisadi baxımdan uğur qazanmaq mümkündürmü?

- Plakatlarda cizgi filmlər xaricdə həmişə ön sırada olur. Hər il mükafatlar siyahısında, gəlir baxımından ən gəlirli sahə cizgi filmlərdə olur. Çünki valideynlər cizgi filmlərə baxmasalar belə, övladlarını aparmaq məcburiyyətində olurlar. Həm özlərinə, həm övladlarına bilet alırlar. Bu sahə çox gəlirli bir sahədir. Azərbaycanda da bu sahəni seriallarda daha yaxşı olacağını düşünürəm. Seriallarda obrazlar bir neçə bölümlərdə yayımlanır uşaq həmin obrazı tanıyacaq, sevəcək gələcəkdə həmin o sevdiyi obrazı böyük sinemalarda, kinoteatrlarda gördükdə getmək istəyəcək nəticədə gəlirlər olacaq. İqtisadi baxımdan uğur qazanmaq üçün animasiya serialları istehsal olunmalıdır.

- Gələcəyə baxsaq, Azərbaycanda animasiyanın hansı səviyyəyə çatmasını istəyərdiniz bu istiqamətdə hansı layihələr planlaşdırırsınız?

- Bizim çox gözəl layihələrimiz var. Bir neçə maraqlı animasiya serialları üzərində çalışırıq. Ən qısa vaxtlarda yayımlayacağıq. Düşünürəm ki, balaca tamaşaçılar çox sevəcək. Yeni obrazlardır ümid edirəm ki, bu da bu sahənin ölkəmizdə inkişafına gətirib çıxarar.

 

Zeynəb Mustafazadə

 

Olaylar.- 2025.- 23-29 may, ¹18.- S.23.