İnsan, yurd ana dili

 

Mahirə Nağıqızının 65 illiyinə birinci yazı - giriş

 

Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu tanınmış  Azərbaycan şairi, ədəbiyyatçı alim, xanım-xatın ana, yurdsevər ziyalı, ictimai xadim (ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, AYB-nin üzvü ) Mahirə Nağıqızı (Hüseynova) yaradıcılığında "insan", "yurd" "ana dili" anlayışlarının cuğlaşması nəticəsində ortaya çıxan özünəməxsus ifadə tərzinin - yurdsevərliyin təcəssümünün araşdırılması təbliği olacaq. Bu mövzuya həsr etdiyim birinci - giriş yazımda gələcəkdə davam edəcək silsilə yazılarım  üçün struktur sxem - növbəti monoqrafiyamın möhtəviyyatını təqdim etməyə çalışacağam.

Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatının diqqət çəkən, eşidilən oxunan səsi, qəbul edilən avazıdır. Dədə Qorqud öyüdü, ulu ozanların nəsihətləri, qədim tariximizin ən dərin qatlarından (min illərin ötəsindən - bəlkə milyon illərin) süzülüb gələn ana hökmü, xanım zərifliyi onun yaradıcılığının (nitqinin, bayatılarının, şeirlərinin, hekayələrinin, publisistikasının, metodikasının) əsas məziyyətlərindənidir. Onun şeirləri ənənə ilə çağdaş duyğular arasında körpü qurur, sadə eyni zamanda qatmanlı dil ilə oxucunu daxili səyahətə çıxarır:

 

İbadətdir şeirlərim,

Hər sətrində sənin yerin.

Kağız üstə düşən tərim,

Bir cəhlil-cəlal, yığıram. ("Yığıram")

 

Bu məqalədə (silsilə yazımda) Mahirə Nağıqızının yaradıcılığını - bədii-estetik xüsusiyyətlərini, əsas mövzularını, poetik üslubunu, ictimai mədəni təsirini, həmçinin oxucu ilə münasibətini geniş şəkildə araşdırmaq istəyirəm.

Mahirə Nağıqızı həm fərdi, həm kollektiv yaddaşın şeir dili ilə təcəssümü olan şairdir. Onun şeirlərində şəxsi xatirələr, qadın təcrübəsi, ailə məişət, vətən (yurd)  tarixi yaddaş elə bir ahənglə verilir ki, oxucu onları həm öz həyatında tapa bilir, həm ümumbəşəri səviyyədə qəbul edir. Mahirə xanımın poeziyası həm incə duyğuya, həm prinsipial ictimai mövqeyə malikdir; o, kiçik insan hekayələrindən böyük mənalar çıxarmağı bacarır. İstənilən məzmunlu (janrda)  həcmli yazılarında (dördlükləri, bayatılar da daxil olmaqla) insan, onun yaşayışı, yurd yeri, dili əsas mövzu predmeti kimi ortaya çıxır:

 

Bu səhra dünyamın yuxularının

Hər gecə gəzdiyi ormanı sənsən.

Yaralı qəlbimin, xəstə canımın,

Yeganə davası, dərmanı sənsən. ("Sənsən")

 

Mahirə Nağıqızının yaradıcılığında bir neçə dominant mövzu aydın görünür:

-Ailə ana: Şairənin anaya, analığa həsr olunmuş nüanslı şeirləri onun yaradıcılığında xüsusi yer tutur. Bu şeirlərdə həm təşəkkür, həm qürur, həm itki həsrət duyğuları paralel şəkildə işlənir:

 

Doğulandan ruhun oldu beşiyim,

Abrın oldu, həyan oldu keşiyim.

Halallığa ocaq, evim-eşiyim,

Sabahıma inam oldun, Nazlı, sən. ("Nazlı, sən")

 

-Qadın təcrübəsi önəri: Mahirə xanımın şeirləri qadınların gündəlik məişəti, daxili dünyası, arzuları məhdudiyyətləri üzərində düşünməyə sövq edir. O, qadın obrazını stereotiplərdən azad etməyə çalışır, onun gücünü incəliyini eyni zamanda təqdim edir.

-Yurd tarix: Şair həm yerli-landşaftın, həm tarixi yaddaşın şeir dilində canlandırılmasına meyllidir. Vətənə bağlılıq onun poetikasında nostalji ümid qatları ilə verilir. Mahirə Nağıqızının bu mövzuda olan şeirlərindən əlavə maraqlı nəsr nümunələri var. Yazarın  "Mənim çəkmələrim" hekayəsi yurd - vətən həsrətini təcəssüm etdirən çox qiymətli əsərlərdən biridir.

-Ana dili milli mənsubiyyət məsələsi: Mahirə Nagıqızına görə Azərbaycan xalqının milli mənsubiyyətinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Ana dilimiz təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi elmi əsərlərin daşıyıcısı, min (bəlkə milyon) illərin ötəsindən günümüzədək gəlib çatan ən müqəddəs əmanət - genetik yaddaşımızdır. Onu qorumaq gələcək nəsillərə ötürmək borcumuzdur.

-Mühacirət qayıdış: Modern dünyanın köçərilik, tənhaqalmışlıq yeni məkanlarda özünü yenidən kəşf etmə kimi problemləri Mahirə xanımın müasir şeirlərində rast gəlinir:

 

Kimə doğma dedin, kimə yad dedin,

haray istədin, imdad-dedin?

Qürbətin havası verməz dad-dedin,

Adının hər adı-sanı vətəndir. ("Vətəndir")

 

-Günlük həyatın poetikləşdirilməsi: O, adi məişət səhnələrindən, gündəlik məsələ münasibətlərdən, yaşlı cavanlardan, övladlardan (nəvələrdən), əşya hadisələrdən nümunələr götürərək universala çevirir. Fərdi məziyyətləri poetik dillə ümumiləşdirir:

 

Bu vətən deyilən torpaq deyil ki,

Ananın dizinin yanı-vətəndir.

Başını qoymağa bir sinə varsa,

Ruhuna beşiksə, tanı, vətəndir. ("Vətəndir")

 

-Əsərlərin dili üslubu: Mahirə Nağıqızının dili həm sadə, həm mürəkkəbdir. O, gündəlik danışıq intonasiyasını şeir formasına gətirir, amma dilin sadəliyinin arxasında dərin metaforik qatlar gizlənir. Doğma ana dilimizin zənginliyini, ecazkarlığını hər sözündə, hər misrasında vurğulayır. Milli mənsubiyyətimizin əsas daşıyıcı qoruyucusu məhz sərhəd tanımayan hakim ana dilimizin olduğunu göstərir.Biz bu yanaşmanın qədər doğru olduğunun son illərdə bir daha şahidi olduq (uzun illər özünü düşmən kimi təqdim edən mənfur - rəzil qonşularımız belə əslində dilimizdə necə bülbül kimi cəh-cəh vurduqlarının şahidi olduq.)

HAŞİYƏ: Son günlərdə minaya düşərək şəhid olan Xanı ləqəbli döyüşçünün yayılmış videoların birində belə bir epizod var; ərazini tərk edən qonşu millətin nümayəndəsi ona  "Qardaş" deyir.... ya digər məşhur bir videoda isə: - "ə vallah e....i..r adam döylü" - yaşlı kişi elə yaxşı danışır ki,.. bütün bunlar onu göstərir ki, bu regionun, coğrafiyanın bir  hakim - əsas dili var, o da mənim ana dilimdir. Məgər biz  onları bizim dildə danışmağa məcbur etmişik? Yoxsa, biz onlara dil öyrətmişik?

Üslubu isə janrından asılı olmayaraq bütün mətnlərində fərdi xüsusiyyətlərilə seçilir. O müasir ədəbiyyatımızın öz fərdi üslubu olan qələm sahiblərindən biridir.

-Təsvir detalların gücü: Mahirə xanım kiçik detalı böyük bir simvola çevirə bilir - adı bir yarpaq, saz, yol, karvan kimi elementlər şeirə geniş mənalar gətirir.

-Səmimiyyət açıq nitq: Onun şeir dili danışıq tonuna yaxın olduğundan, oxucu ilə birbaşa dialoqa girirmiş kimi təsir bağışlayır.

Mahirə Nağıqızının şeirlərinin əksəriyyəti insanın yaddaşına həkk olunur (düşündürür) - çox vaxt bir misra, bir mənzərə (təsvir) uzun müddət qalan təsir yaradır: "Təkcə bizim deyil, el anasıydın..." ya "Ürəyə can verən qanı vətəndir." Bu cür cümlələr oxucuda həm vizual, həm emosional reaksiya doğurur.

Mahirə Nağıqızının şeirləri yalnız ədəbiyyat güzgüsündə deyil, həm cəmiyyətin dilində səslənir. Onun yaradıcılığı gənc şairlər üçün nümunədir, ədəbi müzakirələrdə tez-tez istinad edilir mətbuat-ictimai platformalarda oxucular arasında müzakirə mövzusu olur. Xüsusilə qadın təcrübəsinin ədəbiyyatda görünməsi bu təcrübənin ehtiramla ifadəsi Mahirə xanımın yaradıcılığını sosial məna daşıyan bir sənət növünə çevirir.

Ayrı-ayrı (fərqli təbəqələrdən olan) oxucuların müxtəlif nəsillərdən olan ədəbiyyat tənqidçilərinin Mahirə Nağıqızının şeirləri barədə olan qənaətləri müxtəlifdir. Bəzi tənqidçilər onun dilinin bəzən həddindən artıq emosional olması ya çox şəxsi motivləri poetik ümumiyyətə çevirməyə çalışmasının mübahisəli tərəflərini vurğulayırlar. Lakin əksər oxucular tənqidçilər onun duyğulara sədaqətli qalmasını, saf kəskin hisslərini, gələcəyə inamını qiymətləndirirlər:

 

Kəsik duaları sığışmaz yerə,

Ün salmaz, sakitcə hopar göylərə.

Dur ayaq üstündə, yeri, Mahirə,

Qış çıxıb gedəcək, bahar gələcək. ("Gələcək")

 

Ədəbiyyatsevərlər Mahirə Nağıqızının səmimiyyətini, emosional dürüstlüyünü insan təcrübəsini incəliklə göstərməsini əsas müsbət cəhət hesab edir.

Gələcəkdə Mahirə xanımın yaradıcılığının (fikirlərinin, ideyalarının) daha geniş oxucu (tamaşaçı - izləyici) auditoriyasına çatması üçün, fərqli ədəbi janrlara - məsələn dramaturgiya müraciət etməsi faydalı ola bilər. Onun səsi çağdaş ədəbiyyatda bir nəsil üçün referans nöqtəsinə çevrilə bilər: həm dil, həm dəyər, həm mövzu baxımından. Əgər o, poeziya məclislərində (tədbirlərdə), ədəbi festivallarda tərcümə layihələrində daha aktiv iştirak edərsə, onun təsiri region sərhədlərini asanlıqla aşaraq ümumbəşəri dəyər qazana, genişlənə bilər.

Bütün bu yuxarıda sadalanan amillərə əsaslanaraq bu silsilə yazılarımda (gələcək məqalələrimdə) Mahirə Nağıqızının yaradıcılığını dörd əsas istiqamətdə; bayatılar, şeirlər, hekayələr publisistika olmaq üzrə araşdıracağıq. Janrından asılı olmayaraq təhqiqat mövzusu olacaq əsərlərdə insan, yurd, ana dili, həsrət, inam kimi anlayışlar araşdırılacaq. Bu yazılarda yurd həsrətli yazarın (şairin, yazıçının, publisistin, ... Mahirə Nağıqızının) yazdıqlarını digər bir yurd həsrətli yazarın (bəndənizin - Zaur Ustacın) gözü ilə seyr etmək, qəlbi ilə duymaq imkanı əldə edəcəksiniz.

 

Bayatılar

 

Mahirə Nağıqızının bayatıları ilk növbədə xalq ruhunun daşıyıcısıdır. Onun bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi, aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər ifadədə təbiilik özünü göstərir. Bu bayatılarda sevgi var, həsrət , qəhrəmanlıq da, ana torpağa bağlılıq da. Şairə xalqın yaratdığı bu miniatür formanın imkanlarından məharətlə istifadə edir, az sözlə dərin mənanı çatdırmağı bacarır:

 

Eləmə,naşı dillənər

Hər kəlməbaşı dillənər

Deməyə kəlmə tapmaram

Gözümün yaşı dillənər.

Filologiya elmləri doktoru, professor Zahid Xəlil bu dörd misra haqqında belə yazır: -"Oxudum düşündüm.Yadıma saldım ki, bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş ibrətamiz bir hadisəni cəmi dörd misraya yerləşdirmək bacarığıdır." - Zahid müəllimin fikirləri ilə daha geniş formada bayatılar haqqında olan ikinci yazımda ətraflı tanış olacaqsınız.

Şeirlər

Mahirə Nağıqızı poeziyasında insanın taleyi, zamanın axarı, qadın qəlbinin çırpıntıları, Vətən sevgisi, ana obrazı sevgi motivləri ön plandadır. O, adi hadisələrə belə fərqli poetik baxışla yanaşır, gündəlik həyatın ən sadə məqamlarında belə bədii məna tapır. Şairin misralarında səmimiyyət, doğmalıq ruhun saf çırpıntıları üstünlük təşkil edir:

 

...Bu ayları onsuz gördük deyilməz,

Üzbəüzdə Həsən Mirzə yaşayır.

O sirdir, hikmətdir, bilinməz,

Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

 

...Gedib çıxıb haralara sədası,

Azərbaycan - ora, bura obası.

Cild-cild kitablarda yuvası,

Qalıb sözdə Həsən Mirzə yaşayır.

 

Tanınmış ədəbiyyatşünas (vurğunşünas) - tənqidçi Qurban Bayramov Mahirə Nağıqızının "Həsən Mirzə yaşayır" şeirindən olan bu parça haqqında yazır: - "Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur." - Qurban Bayramovun digər ədəbiyyatçıların fikirləri ilə daha geniş formada şeirlər - Mahirə xanım haqqında olan bu silsilə yazımın poeziyaya həsr olunmuş bölümündə ətraflı məlumat veriləcək.

Mahirə xanımın şeirləri haqqında ayrıca bir neçə bölmədə söhbət açmaq olar. Ancaq bu birinci - giriş yazımın təyinatına uyğun ümumi məlumatla kifayətlənməli olacağıq.

 

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB AJB-nin üzvü.

 

Olaylar.- 2025.- 3-9 oktyabr, ¹34.- S.19.