Adil Babayevdən bəhs edən kitab…

 

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin nəşrə hazırladığı "Adil Babayev: taleyi sənəti" kitabı çap edilib. Ədəbiyyatşünaslıq şöbəsinin bir nəşr ənənəsi olan "taleyi sənəti" seriyasından olan bu 19-cu kitab tanınımş Azərbaycan şairi Adil Babayevə həsr olunub. Kitabın elmi redaktoru Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist, şairin oğlu Etibar Babayevdir. Kitabı tərtib edənlər İncəsənət, Dil Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur.

Kitabın çapına filologiya elmləri doktoru, dosent Nuray Əliyeva filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl rəy veriblər. Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çap edilib. Məqalələrdən ibarət "Adil Babayev: taleyi sənəti" kitabı "Mütərcim" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə nəşr edilib.

Kitabda alim tədqiqatçıların Adil Babayevin yaradıcılığı sənət yolundan bəhs edən müxtəlif istiqamətli əsərləri toplanıb. Burada Əməkdar elm xadimi, akademik İsa Həbibbəylinin "Azərbaycan poeziyasının sonet şairi", Yaşar Qarayevin "Gözəlliyə həyata açılan pəncərə", Bəxiyar Vahabzadənin "Adilin mənim qəlbimdə öz yeri var", Abbas Zamanov Cəlal Abdullayevin "Həmişə yolda, həmişə axtarışda", Mikayıl Abdullayevin "Adil həyatda tanıdığım ən adil insanlardan idi", Leyla Bədirbəylinin "Adil sağ olsaydı", AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Şair-dramaturq Adil Babayevin həyat yaradıcılığının ümumi mənzərəsi", filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Dərin mətləblər poziyası: Adil Babayev", filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın "Adil Babayev yaradıcılığının bəzi xarakterik dil xüsusiyyətləri", filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun "Adil Babayev poeziyasında xalq lirikasından yaradıcı istifadə", filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin "Görkəmli şair Adil Babayevin yaradıcılığında vətən, yurd sevgisi", filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucovanın "Adil Babayev sonetlərinin ideya-məzmun sənətkarlıq xüsusiyyətləri", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Yarımçıq ömrün "yarımçıq şəkil"i: bir tamaşa haqqında qeydlər", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun "Adil Babayev teatr", filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudovanın "Adil Babayevin sonetlərinin sənətkarlıq xüsusiyyətləri", baş laborant Ülviyyə Aslanovanın "Adil Babayevin dilində üslub xüsusiyyətləri" kimi məqalə xatirə yazıları təqdim edilmişdir.

Kitabda həmçinin Səməd Vurğun, Osman Sarıvəlli, Nəbi Xəzri, Nəriman Həsənzadə, Həmid Abbas, Tofiq Mahmud kimi şairlərin şair, nasir, dramaturq sənətşünas Adil Babayevə həsr etdikləri şeirlər toplanmışdır. Adil Babayevin sözlərinə musiqi bəstələnmiş əsərləri kitabda yer almışdır. Bu görkəmli sənətkar haqqında məlumatları daha da tamamlayan həyatından müxtəlif fotoşəkillərin verilməsi kitaba onun əhəmiyyətinə zənginlik qatmışdır.

Kitabda yer alan məqalələrin məzamunundan ortaya çıxan fikir budur ki, Naxçıvan ədəbi-mədəni mühiti bütün zamanlarda yetirdiyi qüdrətli şəxsiyyətlərlə yadda qalıb.   Azərbaycan dünya mədəniyyətinə böyük töhfələr vermiş Memar Əcəmi, dünyanın nadir elm adamlarından olan Nəsirəddin Tusinin əsli-nəsli, məşhur Naxçıvanilər nəsli, o cümlədən Hinduşah Naxçıvani, Qurana ilk dəfə risalə yazan Nemətullah Naxçıvani başqaları məhz belə görkəmli şəxsiyyətlərdəndirlər. Bu ənənə tarixin müxtəlif mərhələrində davam edilmiş, bütün zamanlarda adları həmişə fəxarətlə çəkilən şəxsiyyə\tlər yetişmiş, ortaya çıxmışdır. Belə görkəmli şəxsiyyətlər sırasında 1930-cu illərdən sonra ədəbiyyatda öz istedadı ilə parlayan şair, dramaturq nasir Adil Babayevin öz ədəbi mövqeyi imzası vardır.

Adil Babayev qüvvətli bir şair, istedadlı bir ədəbiyyat adamı idi. O həm şair, həm dramaturq, həm nasir, həm tərcüməçi, həm sənətşünas idi. Şeirləri özünün dərin mündəricəsi, ideya-məzmun keyfiyyətləri ədəbi xislə\ti ilə poeziyamızın zənginləşməsində mühüm rol oynamışdır. Təbiətə sevgi üzərində yaranmış incə duyğulu lirikası onun qədər qüdrətli sənətkar olduğundan xəbər verir. Şairin müxtəlif illərdə nəşr olunmuş "İkinci simfoniya (poema)" (Bakı: Uşaqgəncnəşr, 1947), "Ürək nəğməsi" (Bakı, Uşaqgəncnəşr, 1948), "İlk addımlar" (Bakı, Azərnəşr, 1949), "Xəzər sahillərində" (Bakı, Uşaqgəncnəşr, 1949), "Gənclik illəri" (Bakı, Uşaqgəncnəşr, 1950), "Şeirlər" (Bakı, Azərnəşr, 1954), "Döyüş yollarında (poema)" (Bakı, Uşaqgəncnəşr, 1956), "Ana ürəyi" (Bakı, Azərnəşr, 1957), "Unudulmuş yasəmən" (Bakı, Azərbaycan uşaq gənclər ədəbiyyatı nəşriyyatı, 1960), "Anamın üzüyü" (Bakı, Azərnəşr, 1963), "Gecikmiş bahar" (Bakı, Azərnəşr, 1965), "Qılınclar arasında" (Bakı, Gənclik, 1969), "Şəhidlərin üsyanı" (Bakı, Azərnəşr, 1969), "Yolda görüş" (Bakı, Gənclik, 1974), "Ümid sərvləri" (Bakı, Azərnəşr, 1977), "Memarın məhəbbəti" (Bakı, Gənclik, 1972), "Mənim abidəm" (Bakı, Gənclik, 1979), "Ata sorağında" (Bakı, Gənclik, 1985), "Təzədən doğulur şair ölən gün" (Bakı, Gənclik, 1981), "Pyeslər" (Bakı, Yazıçı, 1984), "Şeirlər" (Bakı, Mütərcim, 2010) başqa kitabları böyük sənətkarın zəngin yaradıcılığından soraq verir. Atasını "xalq düşməni" kimi həbs edən bir rejim onun sənətkar istedadına da yer göstərmirdi. Doğrusu, onun şair kimi ədəbiyyata ayaq açmasında dövrünün poeziya günəşi Səməd Vurğunun mühüm rolu olmuşdu. Adilin gənclik illərində yazılmış "Kommunist" qəzetində dərc edilmiş bir şeirinə cavab yazmaqla Səməd Vurğun əslində qəlbi sınıq yolu çoxdan bağlanmış gənc bir istedada yol göstərmiş, ona cığır açmışdır. Səməd Vurğunun bu gənc şairin şeirinə cavab əsərinin çapından sonra ədəbiyyat aləmində bir imza da görünməyə başlamışdı ki, bu, Adil Babayev idi.

Adil Babayev ustadı Səməd Vurğun kimi vətəndaş şair, təbiət vurğunu bir şair olmuşdur. Onun yaradıcılığı vətənə məhəbbətin müxtəlif formalarını özündə ehtiva edən poetik tərzdən ibarətdir. Adil Babayevin yaradıcılığı üçün poema janrı da xarakterikdir. "Gecikmiş bahar", "Memarın məhəbbəti", "Dan yeri sökülür", "Babəkdən sonra", "Qız qalası", "Ölməyə vətən yaxşı", "Qartal qanadları" kimi poemalarda şair müxtəlif mövzu problemləri əks etdirmişdir. Bu əsərlərdə  şairin poetik ustalığı sənətkarlığı şox məharətlə özünü nümayiş etdirir. Bu poemaları ümumi bir məzmun xətti birləşdirir: Azərbaycan xalqının ümummilli mübarizəsi. Bu mübarizədə milli mədəniyyət, dəyərlər, tarix, haqq tərəqqi vardır.

Adil Babyev həm Azərbaycan ədəbiyyatında sonet janrının görkəmli ustadı olaraq tanınır. Onun qələmindən çıxan çoxsaylı sonet janrında yazılmış əsərlərdə poetik ustalıqla ifadə edilmiş insan, onun taleyi amalı məsələsi əks etdirilmişdir.

Adil Babayev həm bir dramaturq kimi özünü tanıtmışdır. Onun qələmindən çıxan "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" kimi pyesləri tamaşaçı rəğbətilə qarşılanmış, Azərbaycan dramaturgiyasını mövzu mündəricə etibarilə zənginləşdirmişdir.

2025-ci ildə şair-dramaturq Adil Babayevin anadan olmasının 100 illiyi tamam olur. Naxçıvan ədəbi mühtində formalaşmış bir sənətkar olaraq onun həyatı yaradıcılığının davamlı öyrənilməsi elmi mühitimiz qarşısında duran vacib vəzifələrdən biridir. Sənətkarın yaradıcılığı haqqında bəhs edən elmi əsərlər müəllifin çap olunan kitabları sayında deyil. Buna görə Adil Babayevin həyatı yaradıcılığına həsr edilən monoqrafik, elmi mündəricəli əsərlərin çap olunması xüsusi əhəmiyyət kəsb edir. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətində şair, dramaturq, tərcüməçi, sənətşünas Adil Babayevin anadan olmasının 100 illiyinin qeyd edilməsi istiqamətində  müəyyən tədbirlərin həyata keçirilməsi ilə bağlı qərarlar verilmişdir. Bununla əlaqədar olaraq İncəsənət, Dil Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Adil Babayev - 100" başlıqlı elmi konfrans keçirilmiş, ədibin həyatı irsinə həsr edilmiş çıxışlar dinlənilmişdir. Bununla bərabər İnstitut əməkdaşlarının da iştirakı ilə Naxçıvan Dövlət Televiziyası tərəfindən Adil Babayevin həyat yolu ədəbi irsinə həsr edilmiş "Ayrılıq olmayaydı" adlı televiziya filmi ərsəyə gəlmişdir. Həmçinin AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarına uyğun olaraq İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində elmi ənənəyə uyğun olaraq nəşr edilən "taleyi sənəti" seriyasından olan on doqquzuncu  kitab da Adil Babayevə həsr edilmişdir.Çap olunan bu əsərdə ədibin bütün həyat yaradıcılıq yolunu əhatə edən məqalələr toplanaraq ümumiləşdirilmişdir. Bu kitab ədib haqqında zəruri məlumatları özündə toplayan, elmi təhlilləri ilə diqqəti cəlb edən əsərlərdən ibarət olmaqla ədəbiyyatşünaslar, tələbələr, müəllimlər, ümumən ədəbiyyatsevərlər üçün etibarlı mənbə olacağına əmin olmaq olar.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2025.- 17-23 oktyabr, ¹36.- S.16.