Milli ornamentlər müasir

sənətdə necə yaşanır?

 

Milli ornamentlər yalnız qədim dövrlərin bəzəyi deyil. Məncə, onlar xalqımızın ruhunun, estetik zövqünün tarix boyunca formalaşan dünyagörüşünün canlı ifadəsidir. Hər bir xət, hər bir simmetrik ya sərbəst xətt yalnız dekorativ element deyil, həm bir məna daşıyır, bir hekayə danışır, insanın dünyasına, həyat fəlsəfəsinə, mədəni dəyərlərinə işarə edir. Ornamentlər qədimdən bəri gündəlik həyatımızın bir parçası olub, toxuduğumuz xalçalardan tutmuş divarlarımızı bəzəyən muralara, zərgərlik məmulatlarına qədər hər yerdə öz izini qoyub. Azərbaycan ornamentlərinin özünəməxsusluğu onların həm estetik, həm mənəvi qatlarda xüsusi rol oynamasında üzə çıxır. Düşünürəm ki, burada təbiət motivləri - çiçək, ağac, su, günəş  ilə heyvan quş təsvirləri ustalıqla birləşdirilir, geometriya simmetriya harmoniyası isə onları tamamlayır. Hər bir ornament yalnız gözəllik yaratmır, həm xalqın dünyagörüşünü, inanclarını həyat tərzini əks etdirir.  Ornamentlərin zəngin tarixi, onların estetik mənəvi qatları yalnız keçmişin yadigarı kimi deyil, həm xalqın identitetini qoruyan bir sərvət kimi dəyərləndirilir. Hər bir xətt, hər bir forma xalqın dünyagörüşünü əks etdirir, onun ruhunu yaşadır. Məncə, ornamentlər yalnız dekorativ sənət deyil, onlar xalqın düşüncə tərzini, həyat fəlsəfəsini, gözəllik harmoniyaya baxışını daşıyan bir mədəni dil, bir həyat məktəbidir.

Ornamentlərin müasir dövrdə  əhəmiyyəti haqqında  ADMİU-nun "Təsviri sənət tarixi nəzəriyyəsi" kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov ilə söhbət etdik:

- Ornament nədir o, sənətdə hansı mənanı ifadə edir?

- Ornament incəsənətin müxtəlif növlərində, xüsusilə dekorativ-tətbiqi sənətdə müəyyən formaları ritmik qaydada təkrarlayaraq yaradılmış bədii bəzək sistemidir. Ornamentin əsas məqsədi, hər hansı bir predmetə ya memarlıq elementinə bədii-estetik görkəm verməkdir. Ornament, xətlər, fiqurlar, stilizə olunmuş bitki, heyvan, həndəsi simvolik motivlər əsasında qurulur. Lakin ornamentlər sadəcə "bəzək" kimi deyil, eyni zamanda öz-özlüyündə müəyyən məna daşıyıcısı kimi çıxış edir. Ornament incəsənətdə ritm, nizam hər hansı bir simvolun bədii ifadəsi kimi çıxış edir. Ornament, bir mənada insanın təbiət kainatla münasibətinin estetik əksidir. Müxtəlif mədəniyyətlərdə ornament zövq, forma hissi, ideya inancların təcəssümüdür. Məsələn, Şərqdə, xüsusilə İslam incəsənətində ornament "ilahi sonsuzluğu" simvolizə edir. Burada nəbati həndəsi ornamentlər Allah tərəfindən yaradılmış kamil nizamı ifadə edir.

Türk xalqları incəsənətində ornamentlər (xüsusilə xalça kaşı bəzəklərində) tayfa nişanları, həyat, doğum, ölüm, məhsuldarlıq qoruyucu inamları təmsil edir.

Qərbi Avropa incəsənətində isə ornament uzun əsrlər boyu hər hansı bir üslubun göstəricisi kimi (roman, qotik, barokko, rokoko, klassisizm s.) memarlıq dekorativ-tətbiqi sənətin bədii dili olmuşdur.

- Azərbaycan ornamentlərinin əsas xüsusiyyətləri nələrdir? Onları digər xalqların motivlərindən fərqləndirən nədir?

- Azərbaycan ornamentləri özünün zəngin bədii quruluşu rəmzi mənası ilə seçilir. Onların əsas xüsusiyyətləri simvolik məzmun, ritmik simmetrik quruluş, həmçinin forma rəng ahənginin dəqiqliyi ilə müəyyən olunur. "Buta", "nar", "xarıbülbül", "su dalğası" kimi motivlər təkcə bəzək deyil, həm həyat, bərəkət, bolluq - məhsuldarlıq əbədilik ideyalarının rəmzləridir. Qeyd edək ki, II Qarabağ müharibəsindən sonra "xarıbülbül" motivi canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin rəmzinə çevrilib. 

Ornamentlərdə həndəsi nəbati elementlər üzvi şəkildə birləşir, bu isə kompozisiyaya həm sabitlik, həm hərəkət ritmi verir. Azərbaycan ornamentləri əsas etibarilə memarlıq abidələrində dekorativ-tətbiqi sənətin müxtəlif növlərində - xalçaçılıq, keramika, misgərlik, zərgərlik, ağacoyma şəbəkə sənətində daha geniş tətbiq olunur.

Azərbaycan ornamentlərini digər xalqların motivlərindən fərqləndirən başlıca cəhət onların milli rəmzlərə söykənməsidir. Burada "buta" "nar" kimi yerli mənşəli elementlər əsas obrazlara çevrilmişdir. Eyni zamanda bu ornamentlər qədim türk simvolizmi ilə İslam dövrünün riyazi-abstrakt ornament prinsiplərinin sintezi nəticəsində formalaşmışdır. Azərbaycan ornamentlərinin kompozisiya dili medalyon haşiyə quruluşu ilə, rəng sistemi isə firuzəyi-mavi isti torpaq tonlarının harmoniyası ilə seçilir. Bütün bu xüsusiyyətlər birlikdə Azərbaycan ornamentlərinə milli fərqliliklə yanaşı Şərq mədəniyyətinə məxsus bədiilik prinsipini qazandırır.

 - Müasir dövrdə rəssamlar, dizaynerlər, heykəltəraşlar ornamentlərə necə yanaşırlar? Onlar bu motivləri sadəcə dekorativ element kimi, yoxsa ideya daşıyıcısı kimi istifadə edirlər?

Müasir dövrdə ornamentlərə yanaşma təkcə bəzək məqsədindən ibarət deyil, daha çox müəyyən konseptual məna daşıyıcısı kimi qəbul olunur. Rəssamlar, dizaynerlər heykəltəraşlar üçün ornament bu gün milli ənənənin sadə davamı yox, tarix müasir düşüncə arasında bədii körpü rolunu oynayır. Başqa sözlə desək, onlar üçün buta, spiral, şəbəkə ya həndəsi ornamentlər vasitəsilə milli ənənəyə bağlılığı qoruyaraq, müasir mövzulara müraciət etməklə simvolik münasibətlərini ifadə edirlər. Müasir Azərbaycan dizayn sənətində ornamentlər minimalist, bəzən isə rəqəmsallaşdırılmış formada təqdim olunur. Heykəltəraşlıqda ornamentin rolu xüsusilə abidənin səth plastikasında tərtibatında özünü göstərir. Müasir heykəltəraşlar ornamentdən fiqurun formasını tamamlayan enerji ritm elementləri kimi yararlanırlar. Beləliklə, ornament burada nəinki dekorativ rol oynayır, həm əsərin emosional fəlsəfi tutumunu müəyyənləşdirir.

- Sizin fikrinizcə, milli ornamentlər müasir sənətdə sadəcə keçmişə ehtiramdır, yoxsa gələcəyi formalaşdıran ilham mənbəyi?

-Düşünürəm ki, milli ornamentlər müasir sənətdə təkcə keçmişə ehtiram deyil, eyni zamanda gələcəyi formalaşdıran ilham mənbəyidir. Belə ki, milli ornamentlər tarixə bağlılıq simvolu olmaqla yanaşı, müasir bədii təfəkkürün istiqamətverici elementinə çevrilmişdir.

Keçmişə ehtiram aspektində ornamentlər mədəni yaddaşın qorunması, milli ənənənin bədii dildə yaşadılması funksiyasını daşıyır. Onların vasitəsilə sənətkar öz qədim köklərinə, milli mənəvi dəyərlərinə xalqın kollektiv təcrübəsinə müraciət edir.

-.Bu gün gənc nəsil yaradıcılar milli ornamentləri necə dərk etməlidirlər ki, onlar həm ənənəyə sadiq qalsın, həm müasir sənətin tələblərinə cavab versin?

- Bu gün Azərbaycan sənətkarlığının gənc nəslinin nümayəndələri milli ornamentləri yalnız bəzək ya keçmişin yadigarı kimi deyil, yaşayan, dinamik bədii vasitə kimi dərk etməlidirlər. Ənənəyə sadiq qalmaq, onun formasını təkrarlamaq deyil, mənasını, fəlsəfəsini struktur prinsipini anlamaq deməkdir. Bu yanaşma sayəsində ornament həm milli kökləri qoruyar, həm müasir incəsənətin ifadə imkanlarına uyğun şəkildə inkişaf edə bilər.

Gənc sənətkar üçün əsas məsələ ornamentin rəmz kompozisiya sistemini dərindən öyrənməkdir. Hər motivin, xüsusilə buta, spiral, dalğa, nar, quş s. arxasında duran məna ritm anlayışı dərk edilməlidir. Bu biliyə əsaslanaraq istənilən rəssam ornamentin formasını dəyişə rəqəmsallaşdıra bilər.

Beləliklə, gənc nəsil üçün doğru istiqamət ənənəyə sadiqlik yaradıcılıqda azadlıq arasında vəhdət tapmaqdır. Milli ornamentin mahiyyətini qoruyub onu müasir təfəkkürün bədii-estetik ölçülərinə uyğun ifadə edən sənətkar həm keçmişi yaşadır, həm gələcəyi yaratmış olur.

 

Zeynəb Mustafazadə

 

Olaylar.- 2025.- 24 oktyabr-6 noyabr, ¹37.- S.15.