Dağıtmışıq
qura qura dünyanı.....
Baş açmırıq sözümüzdən,
Əyrimizdən, düzümüzdən,
Hər gün bir az özümüzdən
Əlimiz üzülüb
gedir.
Düz yolumuz qala-qala,
Əyilirik sağa, sola,
Yada calaq
ola-ola
Kökümüz kəsilib
gedir.
Səs
batıb küyün altında,
Dil
yatıb düyün altında,
Bu boyda
göyün altında
Yer necə əzilib gedir.
*
Səni yeyib
bitirdilər,
Bizsə
sənin yemin olduq.
Böldülər ata
malıtək,
Kimin idin, kimin oldun,
Belə
vətən olmur axı.
Bir belə dar ağacların
Kimin üçün qurdun,
Vətən?
Medal-medal,
alqış-alqış
Üzümüzə durdun,Vətən,
Belə
vətən olmur axı.
Tikələndin, parçalandın,
Torpağın göyə sovruldu.
Sən ki, tərtəmiz
mələkdin,
Nə
vaxt şeytana vuruldun,
Belə
Vətən olmur axı.
Halal harama
qarışdı,
Gözünü qan örtdü,
Vətən.
Sənin
daşın, qayan olmaq
İndi ağır
dərddi, Vətən,
Belə
vətən olmur axı.
*
Yadımdadı,
Balacaydım,
Qardaşım mələk olub uçmuşdu göy üzünə (elə deyirdi atam)
Uşaq ağlımla
göy
üzüylə haqq-hesab çəkirdim
hər gün,
Hər
gün məktub yazırdım
Allah babaya anamın adından,
Qardaşımı geri
göndərsin deyə dil tökürdüm Tanrıya.
Hər
gün bir az da inanırdım dualarıma,
hər gün bir az
da aldanırdım.
...Qardaşımdan bizə bir balaca papaq qalmışdı yadigar,
Üstündə süd
qoxusu, bir də anamın göz yaşı.
Hər
gün təkliyə çəkilib,
bağrıma basırdım,
ciyərimə çəkirdim qoxusunu .
Bulaşırdı üstüm, başım anamın
göz yaşına.
Sonra gizlətdilər
məndən süd qoxulu papağı,
Axtardım, çox axtardım,
tapmadım.
Yavaş-yavaş öyrəşdim
onsuzluğa,
Öyrəşdim, amma unutmadım,
Unutmağa qoymadılar
axı -
Sağ olsun dırnaq içindəki qohumlar, yadlar,
yaxınlar, uzaqlar.
Bir də
uzun-uzadı gecə darıxmaqları vardı,
Çox
vaxt məni yuxudan anamın hıçqırıqları oyadardı.
Girərdim qucağına, qoxumu içinə
çəkərdi, ovunardı.
Vaxt
keçdi, bütün qızların qardaşları böyüdü,
Bircə mənim qardaşım həmişə süd qoxudu.
Mən
böyüdükcə
bir qardaşsız qız da boy atdı içimdə ürlək, nigaran -
Başında qovğa, qolunda təklik, gözündə
intizar, ürəyində həsrət.
Sonra başıma
nə çox
"qardaş" yığıldı,
İlahi -
İçlərində qaranlıq, baxışlarında sazaq, salamlarında minnət.
Yavaş-yavaş keçdim bütün
qaranlıqları, töhməti,
tənəni,
Küləyi də keçdim,
yağışı da, sazağı
da.
Sonra bütün
bütlər sındı, dağıldı,
Gözəl-göyçək, bərli-bəzəkli
ayrılıqlar gəlib
tapdı məni -
Qatı
açılmayan, təptəzə.
Sonra sükutun və tənhalığın bütün rənglərinə vuruldum,
Aşdım bütün divarları,
hasarları aşdım,
Beləcə barışdım -
Özümlə, taleyimlə, təkliyimlə...
Qurdlar, köpəklər çıxdı qarşıma hər addımbaşı,
yeridim
bütün ağrıların, əzabların
üstünə əliyalın,
ürəklə -
Burnumda süd qoxusu, bir də üstümdə
anamın göz yaşı...
*
Köhnə kənd ,
Kərpic
evlər,
Yollar, ağaclar, kölgələr.
Yalına yalmanan itlər,
Qoyunlar,
quzular, atlar.
Araba cırıltısı,
Qurbağa qurultusu.
Dəryaz səsi,
Ot
xışıltısı.
Aynabənddən sallanan
arı
pətəsi,
Qarışqalar, çəyirtkələr, İlanlar,
pişiklər, siçanlar.
Sərçə yuvasına
daş
atan uşaqlar,
Yolun
qırağında
tum satan
qarı
ovcunda qabar,
qabarın üstündə
dəmir
pullar,
Pulların üstündə
dualar...
Havada torpaq qoxusu,
İçində rəngli-rəngli
arzular.
Ulduzlu
gecələr,
Tər-tərtəmiz xəyallar...
Lampa
işığı,
kitablar...
Eh, nələr, nələr..
Sonra təyyarə biletləri,
Uzaq
şəhərlər,
Binalar, küçələr,
Limanlar,
dənizlər,
ayrılıqlar, əzablar...
*
Yana-yana külüm qalıb,
Yağır külümün üstünə.
Səssiz-səmirsiz gedirəm,
Hər
gün ölümün üstünə,
Nədi közümdən
çəkdiyim?
Dörd tərəfim qaranlıqdı,
Mən də tənha yalquzağam.
Hardan tapdı bu Söz məni,
Mən
ki, hamıdan uzağam,
Nədi sözümdən
çəkdiyim?
Neynirəmsə çiçəkləmir,
Ürəyim daş yuvasıdı.
Çöldə günəş
gülümsəyir,
Ruhumda
qış havasıdı,
Nədi özümdən çəkdiyim?
Xəyallarım baş aldadır,
Aldadır dərə, dağ məni.
Görək harda
azdıracaq
İçimdəki uşaq məni,
Nədi üzündən
çəkdiyim?
*
Yay gecəsi,
Tənha otaq,
İçimdə fırtına,
gözümdə qaranlıq,
qulaqlarımda cırcırama
səsi
Asılmışam zamandan.
Yanımda dolaşır
ruhumun
kölgəsi.
Kirpiklərim yanaqlarımda,
Ürəyim ovcumda çırpınır.
Ciyərim yanır,
Ocaq
qoxuyur nəfəsim,
Dodaqlarım susayır göz
yaşlarına,
Saçlarıma sığal
çəkir barmaqlarım,
Əllərim utanır.
Baxışlarım rəsmini
çəkir darıxmağın,
Gecəylə, bürküylə, sükutla
baş-başa verib dadın çıxarırıq ayrılığın.
*
Nə gözəl parlayır günəş bu səhər,
Gözləri alışır
səhərin bu gün.
Qonub pəncərəmə yaz təbəssümü,
Sevgiyə açılıb səhərim bu gün.
Uçuram ruhumun
qanadlarında,
Mənimdi bu
çəmən, bu
çöl, bu orman.
Gəzirəm baharı
xəyallarımda,
Dərə dolaşıram, düz dolaşıram.
Duyğular qaldırıb göylərə məni,
Ayağım üzülüb
yerdən
bu səhər.
Günəşi çəkirəm
ciyərlərimə,
Dadıram işıqdan, nurdan bu səhər.
Basmışam bağrıma
bəxtəvərliyi,
Könlümdən təptəzə
arzular
keçir.
Bu səhər
gözündə ümid doğulub,
Payızın içindən
bir bahar keçir.
*
Bu bahar da bitəcək,
Dəyişəcək yerini
günəşlə ayaz.
Yarpaqlar xəzələ, xəzəllər torpağa dönəcək,
Köçəcək hər
şey zamanın yaddaşına:
Siyah, bəyaz...
Gecəylə gündüz
yarışa çıxacaq yenə,
Günlər aylara, aylar illərə qarışacaq.
Sonra unudulacaq
köhnə sevdalar,
Köhnə albomlardakı
köhnə şəkillərin
yaddaşına hopacaq köhnə duyğular,
Üstünü toz basacaq xatirələrin,
Sonra büsbütün
yaddan çıxacaq hər şey,
təzə sevdalar
doğulacaq -
Payız
qoxulu, külək saçlı,
Yağış gözlü, ayrılığa sevdalı,
ürkək, qorxaq.
Küçələr həsrətə, gecələr göz yaşına bələnəcək.
Təzə arzular
baş
qaldıracaq payız rəngdə, payız dadda,
Boğulacaq hicran
yağışında rəngli xəyallar,
Təzə ümidlər
boylanacaq
torpaq altdan,
Sonra hər gün buğda dənəsi boyda qırılacaq ümidlər.
Sonra təzədən bahar gələcək,
Qırıldığı yerdən
birləşəcək könüllər,
Göz
yaşı içində tərtəmiz
duyğular
göyərəcək -
baxışlarında nida,
saçlarında sığal,
Yarı həsrət, yarı vüsal.
*
Eyni
payız,
Eyni
şəhər,
Eyni
ayrılıq,
Eyni həsrət,
Eyni
qədər,
Eyni
peşmanlıq,
Eyni
kədər...
Xəyallar, xəzəllər, küçələr.
*
Əyilib beli, buxunu,
Bu ev nə yaman köhnəlib.
Bu evdə
zaman dayanıb,
Köhnəlib, aman, köhnəlib.
Tökülübdü üstü-başı,
Üz-gözü cırmaq yeridi.
Ağlayır divarı, daşı,
Bura yalquzaq yeridi.
Quş
uçur, qulaq tutulur,
Bağlanıb bağı, bərəsi.
İlahi,
burdakı sükut
Adamın nəfəsin kəsir.
Bu evin yiyəsi hanı,
Hanı bu evin qonağı?
Son dəfə kim söndürübdü
Görən bu evin çırağın?
*
Asılmışam pəncərədən ,
Bu küləkdən, bu
gecədən,
Yenə
də zülmət
küçədə
Dolaşır ruhum, dolaşır.
Mən tənhayam, gecə tənha,
Külək tənha, küçə
tənha,
Ürəyimdə neçə tənha
Düyünüm, dağım dolaşır.
Başımda yüz
qara fikir
Gecəni canına çəkir,
Şeir-şeir, şəkil-şəkil
Dilimdə ahım dolaşır.
Həm yaxınsan, həm də uzaq,
Bu sevgidi, yoxsa sınaq?
Divar-divar,
otaq-otaq
Üstümdə qoxun dolaşır.
*
Çiynimdə qəbir yükü
var,
Sus yükü,səbir yükü
var,
Yükümü tutub
o ki,var
Gedirəm üzü sabaha.
Zamandan,
vaxtdan keçirəm,
Qismətdən, baxtdan keçirəm,
Hələ sınaqdan keçirəm,
Gedirəm üzü sabaha.
İnanma çıxım əlindən,
Bu dərdin, ahın əlindən,
Tutmuşam yoxun
əlindən,
Gedirəm üzü
sabaha.
*
Bu dünyanı
bölgələrə bölmüşük,
Qitələrə, ölkələrə bölmüşük.
Tayfalara,
nəsillərə, soylara,
Savaşlara, hikkələrə bölmüşük.
Oynamışıq şəhər
belə, kənd belə,
Hasar belə, çəpər
belə, bənd belə.
Uduzmuşuq, qumar-qumar bölmüşük,
Cənub
cənub, şimal şimal bölmüşük.
Ayırmışıq məzhəb
ayrı, din ayrı,
Mələk ayrı, şeytan ayrı, cin ayrı.
Çörəyindən, havasından almışıq,
Dədəsindən, babasından almışıq.
Qoymamışıq daş
üstündə daş qala,
Eləmişik sinəsini daş qalaq.
İşığından, ocağından
etmişik,
Anasının qucağından etmişik.
Bölüb-bölüb axırına
çıxmışıq
Bir birinə vura-vura dünyanı,
Dağıtmışıq qura qura dünyanı.
*
İçimdə bahar
həvəsi,
Çölümdən ayrılıq keçir.
Alışıram öz odumda,
Külümdən ayrılıq keçir.
Ruhumda
küləklər əsir,
Gah yubanır, gah tələsir,
Baxışlarım sevgi gəzir,
Dilimdən ayrılıq keçir.
Gözlərimdə qəm yükü var,
Kirpiyimdə nəm yükü var,
Saçlarımda dən yükü var,
Telimdən ayrılıq keçir.
Yaman yorur xəzan məni,
Nə ağırmış cəzam mənim,
Hara çəkir
qəzam məni?
Yolumdan ayrılıq keçir.
Nəyi
var gələn payızın?
Üzümə gülən payızın,
Dərdimdən ölən payızın
Könlündən ayrılıq keçir.
Təranə DƏMİR
Olaylar.-
2025.- 5-11 sentyabr, ¹30.- S.23.