Ay yandım, kömək edin!
Pritça
Padişahın kefi ala buludda gəzirdi. Ordusu qonşu dövlətin üzərində parlaq qələbə qazanmışdı. Nə qədər qənimət, var-dövlət, nə qədər əsir əldə etmişdi. Paytaxt üç gün idi yeyib -içirdi. Deyəsən bu qonaqlıq(orta əsrlərdə qonaqlığa toy deyilirdi) bitib tükənmək bilməyəcəkdi. Şadyanaqlığın üçüncü günü padişah baş vəziri yanına çağırdı. Qonşu padişahın daş-qaşla bəzədilmiş, qənimət kimi saraya gətirilmiş taxtında qalib görkəmində oturmuşdu.
Baş vəzir padişaha yaxınlaşıb baş əydi:
- Əmri-fərmanın, qibleyi -aləm!
Padişah müdrük görkəm alıb dilləndi:
- Vəzir, bu xalq ki var, qəhrəman xalqdır. Qəvi düşmənin çənəsini necə sındırdısa, düşmən uzun illər özünə gələ bilməz. Bu xalq hər cürə mükafata layiqdir. O vəzirinə diqqətlə baxdı.
- Baş vəzir onun sözlərini təsdiqlədi:
- Düz buyurursunuz, qibleyi-aləm! Bu xalqla fəxr etmək olar, hər padişahın rəiyyəti olduğu kimi, hər rəiyyətin də padişahı olmalıdır.
Bu rəiyyət xoşbəxt rəiyyətdir ki, sizin kimi müdrik, uzaqgörən, ağıllı padişahı var.
Padişah onun sözlərindən məmnun qalaraq taxta yayxanıb dedi:
- Bilirsən vəzir, istəyirəm paytaxtda dövlətin hesabına Tənbəllər evi tikdirim.Qoy tənbəllər, işsizlər, sərgərdanlar gəlib o evdə qalsın, orada yatsın, yeyib-içsin. Necə baxırsan bu əmələ, hə?
Yazıq vəzir padişahın sözünün üstünə
sözmü deyəcəkdi?
Odur ki, cavab
verdi:
- Əla fikirdir, qibleyi-aləm! Qoy rəiyyət kef eləsin.
Padişah cavabdan məmnun
qalaraq dedi:
- Elə isə sabahdan bu təklifi
həyata keçirt, şadyanalığı
saxlayıb, ona xərclənən vəsaiti
Tənbəllər evinə
yönəldək. Qoy
davullar çalınsın,
fərmanım hər
yerə çatdırılsın.
Elə də olur. Bu hadisənin üstündən bir il ötür. Bir gün baş vəzir başılovlu özünü
padişahın yanına
çatdırır. O vəzirini
həyəcan, təşviş
içində görüb,
başa düşür
ki, nəsə ciddi bir hadisə baş verib. Dərhal soruşur:
- Nə baş verib, vəzir, yoxsa torpaqlarımıza düşmən soxulub?
O padişaha baş əyir:
- Yox, qibleyi-aləm, düşmən nəkarədir
ki, torpaqlarımıza soxulsun?
Dərdimiz Tənbəllər
evinin dərdidir...
- Orda nə olub? - Vəzirin sözünü yarımçıq
kəsdi.
- Qibleyi - aləm, məsələ ondadır
ki, səltənətdə işləyən adam qalmayıb, hamı Tənbəllər evinə
axışır. Başımı
lap itirmişəm. Neyləyək,
nə əmrin var?
Padişah ayağa durub sarayın döşəməsinə sərilən
xalçanın üstündə
fikirli-fikirli xeyli gəzişdi. Yaranan müşküldən (problemdən)
çıxış yolu
axtarmağa başladı.
Nə düşündüsə
gəlib baş vəzirin qarşısında
dayandı.
- Vəzir, sən belə et, - dedi.
- Əmri-fərmanındır, qibleyi-aləm!
O nəyisə yenə də götür-qoy edib dilləndi:
- Sən o Tənbəllər
evinə od vurdur, qoy alovun
dilimləri ərşə
qalxsın. Kim o yanğından
axırıncı çıxacaqsa,
onu da padişahın və dövlətin tənbəli elan edək.
Vəzir
onun sözünü təsdiqlədi:
-Yaxşı fikirdir, qibleyi-aləm!
Padişah özünün fikrinə
əlavə etdi:
-Görünür rəiyyətə
balıq vermək lazım deyil. Gərəkdir ona necə balıq tutmağı öyrədəsən....
Nağıl dili yüyrək
olur.
Tənbəllər evinə od vurulur. Atəş, alovun dilləri ərşə qalxır. Ölkədə müftə
yeyənlər dərhal
qaçıb aradan çıxırlar. Odun, alovun içində iki nəfər qalır. Biri qışqırır:
-Ay yandım, kömək edin! Ay yandım, kömək edin!
Onun yanında uzanan o biri tənbəl deyir:
-Ə, sən canın, mənim də əvəzimə qışqır.
Nə isə bu iki
nəfəri birtəhər
oddan, alovdan xilas edib, ölkənin
tənbəli elan edirlər.
O gündən isə padişah əmr edir ki, hər kəs bir sənətə
sahib olmasa, ciddi cəzalanacaq. Nəhayət
ki, padişah rəiyyətinə
balıq tutmağı
öyrədir.
P.S. Bu nağıla oxşar hadisə başqa variantda Qaraqoyunlar dövlətində baş
vermişdi.
05.09.25
YUNUS
OĞUZ
Olaylar.-
2025.- 12-18 sentyabr, ¹31.- S.13.