Aytən Oqtayqızı: Keçmişin səsi,

gələcəyin nəfəsi incəsənətdə birləşir

 

"Sənət yalnız estetika deyil, həm güclü diplomatiyadır".

 

Sənət insanın ruhunu saflaşdıran, cəmiyyətin isə kimliyini qoruyan güclü bir dəyərdir. Zaman dəyişsə , texnologiyalar sürətlə inkişaf etsə , incəsənətin əsl mahiyyəti dəyişmir - o, insanı düşünməyə, hiss etməyə dəyərləri daha dərindən anlamağa sövq edir. Azərbaycan mədəniyyəti bu baxımdan zəngin bir xəzinədir: muğamdan aşıq sənətinə, təsviri sənətdən teatr səhnələrinə qədər hər qatında tarix, yaddaş ruh yaşayır. Bu irsin qorunması, gələcək nəsillərə ötürülməsi dünyaya tanıdılması isə sənət adamlarının üzərinə düşən ən mühüm missiyalardandır.

Mövzu ilə bağlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtayqızı suallarımızı cavablandırıb.

-Aytən xanım, bugünkü incəsənətdə milli ənənələrimizi qorumaqla yanaşı, müasir tendensiyalara uyğunlaşmaq necə mümkündür? Hansı nümunələri uğurlu hesab edirsiniz?

 -Milli ənənələri qorumaqla müasir tendensiyalara uyğunlaşmaq incəsənətdə keçmiş, bu gün gələcək arasında bir növ körpü qurmaq deməkdir. Bu, həm keçmişə hörmət ehtiram, həm gələcəyə yeni baxış tələb edir. Əsas prinsip - forma ilə məzmun arasında tarazlıq yaratmaqdır: forma müasir ola bilər, amma məzmun milli dəyərlərə söykənməlidir. Yaxud klassik janrlara yeni nəfəs verməkdir.

Uğurlu nümunə kimi Alim Qasımovun ifasında muğamın caz improvizasiyaları ilə sintezini, yaxud Vaqif Mustafazadənin yaradıcılığında muğam cazın vəhdətini göstərə bilərik. Belə nümunələr dövrümüzdə az deyil. Bu cür layihələr milli ruhu qoruyaraq onu yeni auditoriyaya təqdim edir.

 -Gənclərin incəsənətə marağı hansı formada formalaşır onları milli mədəniyyətə cəlb etmək üçün hansı addımlar atılmalıdır?

 -Gənclərin incəsənətə marağı ilk növbədə ailə məktəb mühitindən, həmçinin ərtafında olan cəmiyyətdən formalaşır. Onlara mədəni dəyərləri sırf "tədris obyekti" kimi deyil, gündəlik həyatın ayrılmaz hissəsi kimi təqdim etmək lazımdır. Təəssüf ki, opera baletə, teatr tamaşalarına, simfonik konsertlərə gənclər çox az maraq göstərir, həmin tədbirlərə adətən musiqiçilər təşrif buyurur. Lakin rəqəmsal texnologiyaların üstünlük təşkil etdiyi bu dövrdə interaktiv yanaşmalar - virtual muzey turları, sosial media vasitəsilə təqdim olunan mini-konsertlər ya milli motivli oyunlar gənclərin diqqətini çəkə bilər.

Milli mədəniyyətə cəlb üçün isə onları yaradıcılıq prosesinə daxil etmək vacibdir. Məsələn, məktəblilər üçün muğam xalq musiqisi üzrə "viktorina-yarışları", milli rəqslərin yeni formatda təqdimatı ya folklor mövzusunda slaydların hazırlanması həm əyləncəli, həm maarifləndirici ola bilər.

 -Sizcə, incəsənət mədəniyyət diplomatiyanın bir hissəsi kimi hansı gücə malikdir? Azərbaycanın mədəniyyətini beynəlxalq aləmdə təqdim etmək üçün hansı layihələr daha effektli ola bilər?

 -İncəsənət mədəniyyət diplomatiyanın "yumşaq, incə güc" alətidir. Bu sahə vasitəsilə bir ölkənin mədəni kimliyi, tarixi dəyərləri digərlərinə tanıdılır, qarşılıqlı anlayış hörmət formalaşır. Hər bir dövlət öz mədəniyyətini layiqincə təqdim etməlidir. Çünki hər birinin özünəməxsus xüsusiyyətləri, zənginliyi var. İncəsənətin əsrarəngiz gözəlliyi önə çəkilsə, qəlblər zərifləşər, duyğular incələr, bəlkə dünyada bu qədər qan axıdılmazdı.

Azərbaycanın mədəniyyətini dünyaya təqdim etmək üçün beynəlxalq festivallar, müsabiqələr konsert turları olduqca effektivdir. Məsələn, Qəbələ Musiqi Festivalı, UNESCO ilə birgə layihələr ya Avropa şəhərlərində keçirilən Azərbaycan mədəniyyət günləri həm tanıtım, həm diplomatik dialoq baxımından əhəmiyyətlidir.

Bundan əlavə, milli musiqi alətləri üzrə ustad dərslərinin keçirilməsi, Azərbaycan muğamının aşıq sənətinin beynəlxalq təhsil ocaqlarında tədrisi uzunmüddətli effektiv mədəniyyət diplomatiyası nümunələrindəndir.

 -Qloballaşma fonunda Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqla yanaşı, onun orijinallığını qorumaq üçün hansı strategiyalar vacibdir?

 -Qloballaşma həm imkanlar, həm təhlükələr yaradır. Azərbaycan mədəniyyətinin orijinallığını qorumaq üçün əsas strategiyalar kimi bu amilləri nəzərinizə çatdıra bilərəm: Təhsil sistemində milli mədəniyyətin möhkəm təmsil olunması - məktəb ali təhsil pillələrində milli musiqi, incəsənət folklorun, yəni xalq musiqisinin sistemli tədrisi; Milli irsə dair rəqəmsal arxivlərin yaradılması - muğam, aşıq sənəti, xalq oyunları digər qeyri-maddi irsin qorunub saxlanılması; Müasir incəsənətdə milli motivlərin təşviqi - Müasir rəssamlar, bəstəkarlar, musiqiçilər rejissorlar üçün müsabiqələr müxtəlif layihələri vasitəsilə milli dəyərlərin yaradıcı formada yenidən təqdimatı; Beynəlxalq standartlara uyğunlaşdırma ilə paralel öz dəyərlərimizə sadiqlik - bu, yalnız forma cəhətdən deyil, məzmunun da qorunmasını əhatə edir.

 -İncəsənət yalnız estetik dəyər yox, həm iqtisadi potensiala malikdir. Azərbaycanda mədəniyyət sahəsinin iqtisadi imkanları necə dəyərləndirilir?

 -Bəli, incəsənət həm ciddi iqtisadi resurs mənbəyidir - bu, "yaradıcılıq sənayesi" adlanır bir çox ölkədə əhəmiyyət təşkil edir. Azərbaycanda da bu potensial dəyərləndirilməyə başlayıb.

Son illərdə film sənayesi, musiqi festivalları, muzeylərin kommersiyalaşdırılması (turizm daxilində), həmçinin rəqəmsal platformalar vasitəsilə gəlir əldə etmək sahəsində müəyyən addımlar atılıb. Ancaq bu sahənin tam potensialı hələlik istifadə olunmayıb. Daha sistemli vergi güzəştləri, yaradıcı sahibkarlığın təşviqi regional mədəniyyət obyektlərinin biznes modelinə keçirilməsi bu prosesi sürətləndirə bilər.

 -Sizin şəxsi yaradıcılıq yolunuzda ən yaddaqalan hadisə ya çətinlik hansı olub? Bu təcrübələrdən hansı dərsləri çıxarmısınız?

 -Mənim yaradıcılıq yolumda əlamətdar eyni zamanda çətin məqamlardan biri ötən il ilk dəfə təşkil edilən ardıcıl iki müəllif konsertlərim oldu. Bu konsertlərdə həmkarım Nuranə Zeynalova ilə birgə öz əsərlərimizi nümayiş etdirdik. Əsərlərimin səhnədə səslənməsi, tamaşaçılar qarşısında ifa olunması tanınmış musiqiçilər tərəfindən təqdim edilməsi mənim üçün hər zaman xüsusi bir həyəcan doğurur. Həmin an yaşadığım hisslər - həm böyük məsuliyyət, həm dərin sevinc - mənim üçün unudulmaz idi.

Musiqişünas olaraq ölkə daxilində beynəlxalq miqyasda keçirilən elmi konfranslarda iştirak da olduqca məsuliyyətli eyni zamanda önəmli bir fəaliyyətdir. Bu kimi tədbirlər peşəkar inkişaf baxımından mühüm təcrübə qazandırır.

Yaradıcılıq elmi fəaliyyətimdə mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edən bir sıra şəxsiyyətlərlə əməkdaşlıq ünsiyyət imkanım olub. Dünya şöhrətli bəstəkar, Xalq artisti Arif Məlikovla yaradıcı təmasım, eləcə hörmətli müəllimim, Əməkdar incəsənət xadimi, musiqişünas Zemfira xanım Qafarova ilə elmi işim kitabım üzərində apardığım tədqiqat prosesi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, görkəmli musiqişünas-alim Tərlan Seyidovla əməkdaşlığım mənim peşəkar inkişafımda mühüm rol oynamış dəyərli təcrübə qazandırmışdır.

Təbii ki, elmi yaradıcı fəaliyyəti paralel şəkildə həyata keçirmək böyük əmək zaman tələb edir. Ən ciddi çətinliklərdən biri həm elmi araşdırmalar, həm bəstəkarlıq prosesini uzlaşdırmaq idi. Hər iki sahə dərin konsentrasiya, davamlılıq yüksək enerji tələb edirdi. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmaq da mənə zövq verir.

Bu təcrübə mənə öyrətdi ki, istedadın inkişafı üçün yalnız yaradıcılıq qabiliyyəti kifayət etmir; eyni zamanda dözüm, inadkarlıq özünə inam da vacib amillərdir. Lakin ən başlıcası - sənətə sadiq dürüst qalmaq prinsipidir. Bunları da ustadlarımdan öyrəndim...

 

Sevda Dəniz

 

Olaylar.- 2025.- 19-25 sentyabr, ¹32.- S.20.

.