Epik miras
və onun öyrənilməsinə
müasir yanaşma:
mif və reallıq
Hər bir
xalqın tarixində,
onun tarixinin öyrənilməsində, keçmişinə
nəzər salmaqla yanaşı əcdadları
ilə fəxr edilməsində maddi mirasla bərabər qeyri - maddi miras
da əvəzsiz rol oynayır.
Maddi mirasın növləri
müxtəlif olduğu
kimi (məsələn
ailə mirası, təbiət mirası, daşınar və daşınmaz miras, qorunması vacib olan təbiətin yaratdığı abidə,
tarixi abidələr və sairə miraslar), qeyri- maddi miraslar da müxtəlifdir. Qeyri- maddi irsə, yaxud mirasa isə
mədəniyyətin müxtəlif
sahələri daxildir.
Bu qeyri-maddi irsin ən möhtəşəmi
və bədii yaradıcısı epik miraslardır, çunki epik əsərlərin mərkəzində, cox zaman yaradıcı insan durur. Epik əsərləri
yaradanlar insanlar olsa da bəzən elə olur ki, şifahi xalq ədəbiyyatında bir neçə əsr boyunca xalq yaradır
və onu yaşadır. Hələ
ta qədimdən fəlsəfəni bütün
elmlərin şahı
hesab edirdilər, lakin başqa elmlər inkişaf etdikcə onlar müstəqilləşdilər. Fəlsəfədə elmin
ən güclü sahəsi olan məntiq qaldı. Bu sözləri təsadüfən
diqqətinizə çatdırmadım.
Belə ki, epik əsərlərin
ən güclü tərəfi Məntiq və Yaradıcı Sözdür.
Məntiqsiz olsaq və sözün böyüklüyünə
inanmasaq bir insanın, bir ailənin, bir xalqın sevincini, sarsıntısını, dərdini,
gizli görüşlərini,
psixoloji yaşantılarını
və sairə hallarını ədəbiyyata
və mirasa çevirə bilməyəcəyik
və bu epik miras kimi də həyata vəsiqə qazanmayacaqdı.
Bəs epik
miras, yaxud irs deyəndə nə nəzərdə tutulur? Bu sözün kökü eposdan qəlir və müəyyən
hadisəni danışmaq,
nəql etmək anlamındadır.
Epik əsərlərdə
insanların, tiplərin,
personajların psixoloji
durumları, xarakterləri
ətraflı, baş
verən hadisələrin,
hətta mühitin təsviri üçün
tamamlanmış imkan
yaradır. Belə ki,
əsəri yaradan müəllif geniş
imkanları ilə yanaşı, təxəyyülündən
geniş istifadə edir, oxucunun qəlbini tam ram etmək və əsərini sevdirmək üçün
bütün yaradıcı
üsüllara əl atır. Lakin əsərin
böyük və kiçikliyindən asılı
olaraq bir neçə süjet ətrafında hadisələr
qurulur, sistem daxilində, sözün gücündən istifadə
edən müəllif
düşünülmüş quruluş verir. Epik əsərin həcmindən(kiçik, orta,
böyük) asılı
olaraq,ordakı tiplərin
sayı nəzərə
alınaraq geniş və yığcam verilir. Bəzən epik əsərin qəhrəmanı bir anın (kiçik), bəzən bir dövrün (orta), bəzən isə bir neçə nəsil (böyük) götürülə bilər.
Məsələn, "Manas" dastanı bir dövrün, yəni dövlətin yaranması
dövrünü əhatə
edir. "Dədə Qorqud" dastanı isə müxtəlif əsrləri özündə
birləşdirir. "Koroğlu"
dastanı bizə
sifahi xalq yaradıcılığının ən yüksək məqamını təgdim
edir. Homer isə "İlliada" əsərındə
yunanlarla troyalıların
(turobalıların) bir-birilərinə
qarşı apardıqları
müharibədən bəhs
edir. Amma, adlarını
çəkdiyim bütün
əsərlərin bütün
süjet xətləri
mükəmməl verilib.
Burada mif və reallıqlar da mövcüddur. Bu barədə bir qədər sonra danışacağıq.
Epik miras bir əsər kimi bizə şifahi və yazılı halda gəlib çatır və üç formada ola bilər: nəşr, nəzm və nəsr və nəzm bir yerdə. Epik mirasın şifahi xalq ədəbiyyatında əsas
janrları mif, nağıl, dastan, əfsanə
və lətifədir.
Şifahi xalq ədəbiyyatında ən
cox yayılan janrlar isə nağıl, dastan və lətifədir. Nağıl epik janrı və dastanlar minillər məxsus
olduğu xalqın həyatını, fərdlərin
həyatını formalaşdıran
mirasdır, hər xalqın qəhrəmanı
bu janrlarda müstəsna rol oynayır və nəticədə
ədalət və xeyir şərə qalib gəlir. Amma bir məsələ var ki,
bu eposu yaradan xalq, yaxud
müəllif öz xalqını, onun epos qəhrəmanının xeyir
surətini yaradır,
əks qəhrəmanı, yaxud qonşu xalqı şər qüvvə kimi görür və o xalq məğlub edilir. Burada mifik qəhrəman
daha çox sevilir. Məsələn Ə.Firdovsinin "Şahnamə" eposu bu qəbildəndir. Əvvəl xeyir və şər allahları yer üzündə mübarizə
aparırlar, sonra isə bu mübarizə
İran və Turan arasında müharibələrə
çevrilir. Sonralar bu dövlətlərin siyasi quruluşu, dünyabaxışı, ideologiyası
reallığa dönür.
Daha sonra bu
mifi yenə həyatda bərpa etmək istəyənlər
və bu mif ideyanı yeni nəsillərə ötürənlər
tapılır. Adını
çəkdiyimiz əsərdə
sasani ideologiyasını
bərpa etmək istəyənlər, həm
də onun imperiyasını qurmaq arzusuna düşürlər
və bunun uğrunda mübarizə aparırlar. Elə Turan, Qızıl Alma, aparılan mübarizədə
yol göstərən
"Boz Qurd" bu qəbildəndir. Qeyd etmək lazımdır ki,
bu gün bu obrazlar miniilərdən
gələn, qanımıza
işləyən bu mifik obrazlar gənclər arasında
geniş yayılıb
və bunu reallığa çevirmək
istəyənlər kifayət
qədərdir. Dastanlar
isə özlüyündə iki
janra ayrılır; qəhrəmanlıq və
sevgi. Elə dastanlar var ki, hər iki janrı özündə birləşdirir.
Qeyd etmək lazımdır ki, bu
epik janrda müsbət obrazlar həm sevgisi,həm də ədalətli cəmiyyətdə yaşamaq
uğrunda mübarizə aparırlar.
Lətifə epik janrı qısa və lakonikdi. Adətən lətifə
qəhrəmanı məntiqi
və hazırcavablığı
ilə seçilir və nəyisə,ya
da hansısa sözü
tam dəqiqliklə və
sərrast deyir. Lətifə qəhrəmanı
qarşısındakını gülüş obyektinə
çevirir və hətta sərrast cavabı ilə özü cəmiyyətdə sevilir.
Məsələn, lətifə
qəhramanlarından "Bəhlul
Danəndə", yaxud
"Molla Nəsrəddin"
minillərdir xalqın
qəhrəmanıdır. Lətifələr
bəzən ezop dilində də deyilir. Şifahi bədii yaradıcılığın
epik irsində hələ də istifadə olunan "atalar sözləri" də janrdır. Təəssuflər olsun
ki, hələ də müasir dövrümüzdə atalar sözlərini epik
irsə salmaq istəməyənlər də var. Lakin,
bu janr epik irsimizin ən qədimidir. Belə ki, insan yaranışdan söz
ucalığından istifadə
edib. Bu janr isə çox lakonikliyilə seçilir.
Belə ki, insan qarşısındakını incitməmək,
təhqir etməmək,
yaxud da böyüklər
kiciklərin yanında
nüfüzlarını itirməmək
üçün bu növdən istifadə edirlər. Yazılı ədəbiyyatın isə
epik mirasın
aşağıdakı janr növləri vardır:
Təmsil
Şeir və ya nəsrlə yazılmış,
heyvanların, quşların
dilindən deyilən satirik xarakterli tərbiyəvi bədii əsər. Təmsil qısa olur və insanları
düşündürür. Əsas isə belə əsərlərdə
insanların psixoloji cəhətdən düşdükləri
durumlar və xüsusiyyətlər heyvan
və ya quşların dilindən oxuculara çatdırılır.
Hekayə
Bədii yaradıcılığın
kiçik həcmli, eyni zamanda məntiqli
süjetli əsərin
bir növüdür.
Yuxarıda qeyd
etdiyimiz kimi, burada insan həyatının
xüsusiyyəti, yaxud
hər hansı bir canlıya yönələn konkret səhnəsini təsvir edir. Bu səhnədə qəhrəmanın həyat
anı, onun psixoloji durumu təsvir edilir.
Novella, felyeton, satira
Bu hekayə janrına daxil edilsə də satira yumor, tənqidi, gülməli məzmun daşıyır.
Belə janrda
əsasən insanların,
dövrün çatışmamazlıqları
tənqid olunur, gülüş hədəfinə
çevrilir.
Oçerk
Kiçik həcmli
olur, insandan, yaxud hər hansı obyektdən bəhs edən bir əsərdir, həm də yığcam şəkildədir. Oçerk əmək və döyüş adamlarının
qəhrəmanlığından bəhs edə bilər, yaxud cəmiyyətin hər hansı hissəsindən baş verən hadisələr qələmə
alınır.
Povest
Həcmcə hekayədən
böyükdür, orta
janra aid edilir və hadisələrin bir neçə süjet xətti olur, təsviri isə genişdir. Povest hadisələrin müəyyən bir dövrünü özündə
əks etdirir. Psixoloji tiplərin sayı çoxdur, müəyyən hadisələr insanların
düşüncələrini aça bilməsinə imkan verir.
Roman
Epik mirasımızın
ən gənc janrlarından biri olsa da, ən böyüyüdür. Romanın
əsas xüsusiyyətlərindən
biri geniş və əhatəli olmasıdır. Burada böyük həcmdə süjetlər və yüzlərlə qəhrəman
ola bilər. Bəzən
bu janr böyük
bir dövrü təsvir edir. Şeirlə yazılan əsər isə mənzum roman adlanır.
Dramaturgiya
Bu janr teatrlaşdırılmış
və səhnələşdirilmiş
xalq oyunlarını, bayramları və ayinləri özündə
kəsb edən ən qədim janrlarından biridir. Elə indinin özündə adət-ənənələrimizə
uyğun tamaşalar qurulur. Məsələn,
"Yada daşı" ayini yağış yağdırmaq
üçün; "Kosa-kosa"
oyunu Yeni günün
(Novruz) gəlməsilə bağlıdır.Hətta
yas mərasimlərinin
də keçirilməsi
səhnələşdirilir.
Orta əsrlərdən
başlayaraq teatrlaşdırılmış
və səhnələşdirilmiş
bu janr dramaturgiyaya
çevrildi və satirik və dramatik növlərə bölündü.
Poema
İri həcmli
nəzm əsəridir.
Bu janrda müəyyən
hadisələr kiçik,
yaxud böyük dövrü əhatə edə bilər. Burada hər şey lirik verilir. Qəhrəmanın
sevgisi, təbiətin
vəsfi və lövhələri geniş
təsvir edilir, qəhrəmanın daxili aləminə, psixoloji durumuna geniş nüfuz edilir. Hadisələrin epik təsvirinə geniş yer verildikdə isə epik-lirik adlanır.
Xatirə, yaxud
memuar
Müəllifin şəxsən
özünün şahidi
olduğu hadisələri
qələmə aldığı
əsərlər xatirə
janrına daxildir. Burada müəllif özünün bütöv
bir dövrünü,
ya da böyük bir dövrdə yaşadığına görə,
iştirakçısı olduğu hadisələri qələmə
ala bilər. Buna bəzən
memuar da deyilir və vahid süjet
xəttindən kənarda
olur.
Yuxarıda qeyd
etdiyimiz kimi maddi miras, yaxud
qeyri- maddi miras mövcuddur. Qeyri-maddi mirasın da ən yüksək səviyyəsi epik miras, yaxud irsdir.
Təəssüflər olsun
ki, əksər müəlliflər
bu iki mirası
ayrı-ayrılıqda təsvir
və təsəvvür
edirlər, onların birini, əsasən epik mirasların bəzisini mifə, digərini reallığa bağlayırlar.
Amma onların vəhdət
təşkil etməsini
yaxına belə buraxmaq istəmirlər.
Düşünürük ki, mifdə reallıq, reallıqda mif mövcuddur.
Məsələn, Şliman
"İlliada" əsəri
əsasında Troya (Turoba)
şəhərini tapmasaydı,
on doqquzuncu əsrin sonuna qədər hamı elə bilirdi ki, onun yazdığı əsər
mifdir və heç bir reallığa uyğun gəlmir. Amma, Şliman bu şəhəri tapmaqla mifi reallığa
çevirdi.
Yaxud on doqquzuncu əsrdə Gültəkin
abidələri tapılanda
Orxon-Yenisey yazıları
ortaya çıxmasaydı,
bu abidələrin min
üç yüz il ərzində mif olduğunu düşünürdülər,
hər iki nümunədə bizə
qalan təbiətin örtdüyü
mirası minillərdən
sonra mifi reallığa yönəltdi.
Maddi miras mifi
də reallığa çevirdi. Təbiətin
qoynunda gizlədilən
və bizim mif hesab etdiyimiz
epik miraslar yerlərini reallığa
verdikcə insanların
dünya baxışları
dəyişir, dövlətinin
və millətinin tarixinə yenidən baxmağa məcbur olur. Yaxud, səyyah
və etnoqraf Övliya Çələbi
Azərbaycanın Dərbənd
şəhərində olanda
qeyd edirdi ki, yerli əhali Dədə Qorqudun qəbri bu şəhərdədir
deyirdi. Halbuki, bütün türklər və
dünya onu mifik şəxs hesab edirdi. Lakin "Dədə Qorqud" dastanının əlyazmaları
Vatikandan və Drezdendən tapılanda epik miras mifdən
reallığa çevrildi.
Heç şübhə
etmirəm ki, "Manas" eposunda qırğızların
Altay dağlarından Pekinə
qədər getməsinin
və təbiətin gizlətdiyi mirasının bu
gün möhtəşəm
epos kimi təqdim edilən faktlar bir gün mifin
reallıq olduğunu göstərəcək. Daha
bir misal. Türk əfsanələrində,
dastanlarında türklərin
kosmik bağlılığı
çox açıq
göstərilir. Lakin bu
gün dünya inkişaf etdikcə və fəza biliklərimiz artdıqca göylərlə bağlı
yaranan miflərimiz bir gün reallığa
çevriləcək.
Çünki mifin
içində reallıq,
reallığın içində
mif var.
YUNUS OĞUZ
Olaylar.- 2025.- 19-25 sentyabr, ¹32.- S.13.