Əgər Nəsimi bu gün yaşasaydı, …”

 

Səadət Şıxıyeva ilə söhbət

 

"Ənənə daxilində öz ənənəsini yaratmaq - bu, Nəsiminin sənətkarlıq xüsusiyyətini səciyyələndirən ən mühüm cəhətlərdən biridir"

 

Böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığı əsrlərdir ki, təkcə Azərbaycanda deyil, bütün Şərqdə böyük maraqla öyrənilir. Onun poeziyası fəlsəfi dərinliyi, bədii gözəlliyi cəsarətli fikirləri ilə bu gün tədqiqatçıları cəlb etməyə davam edir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Nəsimi irsinin araşdırılmasına həsr olunmuş dəyərli əsərlərin müəllifidir. O, uzun illərdir ki, şairin lirikasına, mürəkkəb fəlsəfi görüşlərinə poetik dilinə işıq tutur. Nəsiminin yaradıcılığının incəliklərini dərindən bilən Səadət xanımla bu möhtəşəm irs onun müasir dövr üçün əhəmiyyəti barədə geniş müsahibə apardıq.

 

Səadət xanım, Nəsiminin lirikasını tədqiqə yönəlməyinizə səbəb oldu bu mövzuda sizi ən çox cəlb edən tərəf hansıdır?

- Nəsiminin ədəbi şəxsiyyəti poetik düşüncəsinə marağım hələ universitet illərində başlamışdı. Səbəbini çox sonralar müəyyənləşdirdim: şairin mürəkkəb fəlsəfəsi, cazibəli dili o dövrdə haqqında mövcud ədəbiyyatın azlığı. Bizə orta çağ ədəbiyyatı fənnini tanınmış alim rəhmətlik Əlyar müəllim Səfərli tədris edirdi. Çox tələbkar zəhmli müəllim olduğundan tapşırdığı elmi bədii əsərlərin hamısını oxuyub icmalını tutmuşdum. Elə o illərdə bu boyda görkəmli mütəfəkkirin haqqında Azərbaycanda çox az yazıldığı ciddi boşluqların olduğunu müəyyən etdim qəti qənaətim bu sahədə yetişmək, mövcud boşluğu aradan qaldırmaq oldu.

-"Nəsiminin lirikası: irfani mündəricə poetik zinətlər" kitabınızda araşdırdığınız əsas məsələlər gəldiyiniz ən mühüm nəticə hansıdır?

- "Nəsiminin lirikası: irfani mündəricə poetik zinətlər" kitabının bünövrəsi tələbəlik illərimdə qoyuldu. "Nəsimi sənətkarlığı" mövzusundakı diplom işim əl yazısı ilə 70 səhifə olmuşdu. Amma icazə verilən son həcm 50 səhifə olduğundan mən bir fəsli ixtisar etməli oldum. Daha sonralar həmin o tələbə  işi 1988-1990-cı illərdə yazdığım namizədlik dissertasiyasının müəyyən bir qismini təşkil etdi. Makinada 200 səhifəlik dissertasiya  işinin təqribən 30 səhifəsini həmin tədqiqat təşkil etdi. 2019-cu ildə - Nəsimi ilində isə artıq həmin dissertasiyanın daha geniş, daha təkmilləşdirilmiş həcmi artırılmış variantını kitab   şəklinə saldım. Bu getdikcə təkcə həcmi artmayan, həm məzmunu dolğunlaşdırılan araşdırmalarda hansı məsələləri diqqət mərkəzinə çəkdim sualınıza belə cavab vermək istərdim ki, mənə qədərki sovet dövrü araşdırmalarında Nəsimi şeirində yer alan bir çox ənənəvi təsəvvüf termin motivləri hürufilik terminləri motivləri kimi dəyərləndirilir qarışıq salınırdı. İlk olaraq, ənənəvi təsəvvüf məcazları spesifik hürufilik terminləri arasındakı sərhədi müəyyən etməyə çalışdım, bunun üçün onun yaradıcılığında xüsusi yeri olan "iki cahan", "can" "cahan", "hicab", "ağızın yoxluğu" s. kimi məcazların irfani düşüncəyə bağlılığını Nəsimi şeirində kəsb etdiyi yeni anlamları faktiki material əsasında dəyərləndirməyə cəhd etdim. Bundan başqa, Nəsiminin şair şəxsiyyətinin başlıca göstəricisi onun bəlağət (poetika) elminə bələdliyi bu əsasda yenilik axtarışlarıdır. Orta çağın bəlağət elmi sahəsində yazılmış əsərləri əsasında Nəsiminin söz sənətkarlığındakı yerini qiymətləndirməyə çalışdım. Nəticədə onun ilk qələm təcrübələrində şeir texnikasına daha dəqiq riayət etdiyini, amma zaman keçdikcə, söz sənətində püxtələşdikcə ənənəvi çərçivəni aşdığını, ənənə daxilində öz ənənəsini yaratdığını ya eksperimental xarakterli poetik forma fiqurlara meylləndiyini üzə çıxardıq.

-Nəsiminin yaradıcılığında "hürufilik" fəlsəfəsinin rolu barədə çox danışılır. Sizcə, bu fəlsəfə onun poeziyasına necə güc orijinallıq qatdı?

- Çox maraqlı bir mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Bəli, təsəvvüflə yanaşı, bir sıra digər təlimlərin təsiri ilə meydana çıxan hürufilik Nəsimi şeirində fərqli bir rəng qazandı. Qənaətim belədir ki, əgər Nəsimi hürufilik təliminə bağlanmasaydı, azərbaycanlı oxucu bu təlimin varlığına bu qədər maraq göstərməzdi... Ərəb tarixçisi Abbas Əzzavinin qeyd etdiyi kimi, hürufiliyi unudulmaqdan xilas edən, ona uzunömürlülük verən Nəsimi olmuşdur. Zənnimcə, hürufilik olmasaydı, onun yaradıcılığı bu qədər əsrarəngiz cəlbedici olmazdı. Hürufiliyin say hərf mistisizmi, simvolikası, mübhəm, sirli kimi görünən ideyaları s. Nəsimi şeirinə fərqli düşüncə qatları qazandırdı. Hürufiliyin bir sıra ideya, motiv məcazlarına bəzən lirizm, bəzən təsəvvüf ideyalarının sintez edilməsi şairimizin bədii irsini  həm digər hürufi müəlliflərin, həm digər təsəvvüf divan ədəbiyyatı nümayəndələrinin yaradıcılığından fərqləndirdi. Bu mənada hürufilik təliminin Nəsiminin bədii fəlsəfi düşüncəsinin fərqlilik kəsb etməsində xüsusi çəkisi vardır.

-Azərbaycan filologiyasında klassik irsin öyrənilməsinə yanaşmada hansı boşluqları görürsünüz onların aradan qaldırılması üçün etmək lazımdır?

- Azərbaycan klassik ədəbiyyatının öyrənilməsində olan boşluqların bəzisi ümumiyyətlə, filologiya elminin bu gün üzləşdiyi problemlərlə bağlıdır.Mətn təhlilində mövcud qəlibləri əsas almaqla mətni təhlil etmə, mətni kontekstdən ayıraraq, müəllifi öz subyektiv mülahizələrinin ifadəçisinə çevirmə cəhdi, xarici ədəbiyyatşünaslığın qənaət nəticəsini Azərbaycan üçün yenilik adı ilə tərcümə ya icmal etmələr, özünəqədərki ya çağdaşı müəllifləri, təəssüf ki, inkar yolu ilə özünü təsdiqləmə təşəbbüsləri, plagiat anlayışının sərhədinin itməsi, saxta pionerlik - ilk cığır açma iddiaları s. ümumi bəla elmi inkişafın qarşısında ciddi əngəllərdəndir. Bundan başqa, bir sıra mətnlər təkrar-təkrar öyrənildiyi halda, bir sıra şairlərimizin ədəbi mirası natamam öyrənilib. Məsələn, Qaraqoyunlu Ağqoyunlu dövrü şairlərinin ədəbi mirası, Seyid Əzim Zakirin farsdilli yaradıcılığı, Mehdiqulu xan Vəfanın bədii irsi s. indiyədək natamam öyrənilmişdir.

-Bugünkü Azərbaycan oxucusu üçün Nəsimini oxumağın əhəmiyyəti nədir? Sizcə, onun fikirləri çağdaş dövrdə aktualdırmı?

- Nəsimi çağında alim, arif, övliya hürufi kimi nüfuz sahibi olmuş sevilmişdi. Onun sözünün təsiri çağında da güclü idi, bu gün təravət dəyərini qoruyur. Doğrudur, onun haqqında bəhs etdiyi mövzular çağının insanının dini, fəlsəfi, irfani düşüncəsini ədəbi zövqünü nəzərə almaqla yazılmışdı. Amma elə mənəvi-əxlaqi dəyərlər var ki, dəyişmir. Çağdaş oxucu da Nəsiminin əsərlərindən öz bilik zövqünə görə təsirlənə faydalana bilər. Nəsimi hansı əxlaqi dəyərləri təlqin edir: insanın Allahın sevimli bəndəsi olduğunu, insanın Allahı sevdiyi kimi, Allahın da yaratdığı bəndəsini sevdiyini, bütün kainatda gözəllik kamilliyin nişanələrinin mövcudluğunu, pis vərdişlər xislətlərdən (yalançılıq, nəfsinə aludə olma, ikiüzlülük, hiyləgərlik s.) xilas olmağı s. Bu kimi əxlaqi-mənəvi dəyərlərin zaman ya məkan hüdudu yoxdur hər zaman aktualdır.

Gənc tədqiqatçılara klassik poeziyanı araşdırmaqda hansı tövsiyələri verərdiniz?

- Gənc tədqiqatçılar daha çox çağdaş ədəbiyyatı öyrənməyə meyllənirlər. Bunun da başlıca səbəbi orta çağ şeirinin tədqiqində Şərq dillərindən ən azı birini bilmənin şərt olması, orta çağ şeirinin çoxyönlü çoxqatlı olması, səbr fədakarlıqla uzun müddətli axtarış aparmağı tələb edir. Bu da bəzən gəncləri bu ağır zəhmətin qarşısında geri çəkilməyə vadar edir. Amma klassik irsin öyrənilməsi tədqiqatçı qarşısında yeni üfüqlər açır, onun tədqiqatını məhəlli xarakterli olmaqdan çıxarır onun dünya elmi ədəbiyyatşünaslığında yer tutmasına şərait yaradır. Bu mənada ciddi tədqiqatçı olmaq istəyən gənclərə insanı daha zəngin düşüncə dünyasına  yönləndirən klassik ədəbiyyatı öyrənməyi məsləhət bilərdim.

-Əgər Nəsimi bu gün yaşasaydı, sizcə, hansı mövzulara qələm uzadardı müasir cəmiyyətə deyərdi?

- Zənnimcə, Nəsimi bu gün yaşasaydı, yenə öz təbiətinə zidd getməyərək, ruhi-mənəvi azadlığı, nəfsinə qalib gəlməyi, insanı yüksəldən ali dəyərləri təlqin edərdi. Əsrlər, dövrlər keçdikcə mədəni, sosial ya ədəbi tələblər müəyyən dəyişikliyə məruz qalsa da, dəyişməz olan əbədiəxlaqi-mənəvi dəyərlər, elm təhsil sahəsində, ictimai münasibətlərdə mövcud olan ümumbəşəri problemlər var. Təbii ki, bu məsələlər onun diqqətini cəlb edər, öz dövründə olduğu kimi cahilliyi tənqid edər, kamil insan ideyasının təbliğatçısı olaraq daha çox bu ideyanı təbliğ təlqin edərdi.

-Nəsimi irsinin dünya ədəbiyyatşünaslığı kontekstində tanıdılması istiqamətində hansı addımlar vacibdir?

- Nəsimi irsinin tədqiqinin dünya elmi ədəbiyyatşünaslığı tərəfindən qəbul olunması onun tərkib hissəsinə çevrilməsi üçün şairin ədəbi şəxsiyyəti həmin kontekstdə dəyərləndirilməli,nəsimişünaslıq məhəlli xarakterli olmaqdan çıxaraq, dünya elmi fikrinin axarına salınmalıdır. Bunun üçün beynəlxalq layihələr çərçivəsində şairin dünya kitabxanaları şəxsi kolleksiyalarda olan əsərləri toplanmalı, müxtəlif ölkələrin elm adamlarının iştirakı ilə kollektiv monoqrafiyalar yazılmalı, dəyərli araşdırmalar xarici dillərdə nəşr təbliğ edilməlidir. Amma hazırda qarşıda duran birinci məsələ mütəfəkkirimizin müxtəlif ölkələrdə mövcud olan əsərlərinin müəyyən edilməsi, ciddi xarici elm adamları ilə birgə tərtibi nəşri, davamında ciddi elmi təhlillərin ortaya qoyulmasıdır. Bu istiqamətdə işlər görülərsə,  dünya ədəbiyyatşünaslarının diqqəti bu sahəyə daha artıq cəlb edilə bilər.

 

Sevda Dəniz

 

Olaylar.- 2025.- 26 sentyabr-2 oktyabr, ¹33.- S.19.