İrəvan Xanlığının texnoloji irsi

intibahın mühəndislik portreti

 

Bir şəhərin sənaye ekosistemi

 

Sərdarlı sənətkar ailəsi olaraq biz, Qərbi Azərbaycanın zəngin çoxşaxəli mədəni irsini yaşatmağı, təbliğ etməyi bu mirası beynəlxalq miqyasda ləyaqətlə tanıtmağı özümüzə mənəvi borc bilmişik. Lakin bu müqəddəs yolun hər bir sənət nümunəsini ərsəyə gətirməzdən əvvəl,  illərlə ən müxtəlif istiqamətlərdə dərin silsiləvi araşdırmalar aparmalı olduq. Bu elmi yaradıcılıq axtarışları zamanı elə təkzibedilməz faktlarla, elə möhtəşəm maddi-mədəniyyət tapıntıları ilə rastlaşdıq ki, onların yaratdığı mənəvi yükü heyrəti, yaxşı mənada, "həzm etmək" asan deyildi. Hər bir fakt sinəmizi qürurla doldurmaqla yanaşı, bizi daha böyük bir sual qarşısında qoyurdu:

Bu qədər zəngin, zərif dərin sənətkarlıq nümunələrini yaradan o mühitin necə bir sarsılmaz məzmunu necə bir mühəndislik intibahı var imiş?

Bir sənətkar olaraq sənət tarixini incələdikcə anladıq ki, İrəvanın estetik gözəlliyinin arxasında həm dövrünün qabaqcıl elmi texnoloji düşüncəsi dayanıb. Biz yalnız ornamentləri, boyaları formaları deyil, onları var edən texnoloji irsi araşdırmaq qərarına gəldik. Çünki İrəvan sənəti yalnız xəyalların məhsulu deyil, həm mükəmməl kimya laboratoriyalarının, mürəkkəb suvarma sistemlərinin, dəqiq metallurgiyanın sənaye mühəndisliyinin bəhrəsidir. Məhz bu səbəbdən, İrəvan xanlığının texnoloji irsinin bütün dünyaya öz insanlarımıza yenidən, daha dərindən tanıdılmasını bir tarixi zərurət elmi vəzifə hesab edirik.

​XVIII-XIX əsrin əvvəllərində İrəvan xanlığı yalnız sənəti ilə deyil, həm bu sənəti ayaqda saxlayan mürəkkəb texnoloji infrastrukturu ilə seçilirdi. Bu məqalədə biz İrəvanın "istehsalat xəritəsini" - boyaqçılıqdan hərbi sənayeyə, yağ istehsalından əczaçılığa qədər uzanan o möhtəşəm zənciri elmi prizmadan təhlil edirik.

Kimyəvi texnologiya: Boyakarlıq şüşə sənəti

İrəvan sənətkarlığının estetikası arxasında dəqiq kimyəvi düsturlar dayanırdı.

Piqment İnqilabı

Mirzə Qədim İrəvani palitrasının əsasını təşkil edən əsrlərlə solmayan rənglər yerli mineral bitki qaynaqlı boyaların (məsələn, qırmız) mürəkkəb fiksasiya (bərkidilmə) texnologiyası ilə hazırlanırdı.

Optik Texnologiya

Şüşəxanlarda tətbiq edilən "Həft-rəng" (yeddi rəng) texnikası şüşənin tərkibinə metal oksidlərin (mis, kobalt, manqan) dəqiq dozada qatılmasını yüksək temperaturlu sobalarda (1000°C+) termik emalını tələb edirdi.

Aqrar-sənaye mühəndisliyi Bezərxanalar (Yağ istehsalı)

İrəvanın texnoloji qüdrətinin ən maraqlı tərəfi onun bitki ehtiyatlarını sənaye məhsuluna çevirmək qabiliyyəti idi.

Toxum emalı

 İrəvanda fəaliyyət göstərən bezərxanalarda qarpız tumu, küncüt, pambıq, kətan çətənə toxumlarından yağ çıxarılırdı. Bu, həm qida təhlükəsizliyi, həm texniki məqsədlər (işıqlandırma boyakarlıq bazası) üçün həyati əhəmiyyət kəsb edirdi.

Mexaniki preslər

İri daş çarxlar lingli preslər vasitəsilə həyata keçirilən bu proses xanlığın mexanika elmindəki uğuru idi.

Bio-kimya təbabət- Əczaçılıq istehsalı

İrəvan xanlığı həm bölgənin "apteki" idi. Yerli əttar laboratoriyalarında dağ otlarından distillə yolu ilə efir yağları, məlhəmlər tibbi cövhərlər istehsal olunurdu. Bu, İrəvanın botanika farmakologiya sahəsindəki elmi potensialının maddi sübutu idi.

Maddi emalın zirvəsi- Dəri duz

Dabbaqlıq (32 Məntəqə): Dərinin kimyəvi aşılanması üçün istifadə olunan bitki tərkibli məhlullar suyun dövriyyə sistemi İrəvanın ekoloji-sənaye dizaynının nümunəsi idi.

Dağ-mədən İşi (Qulpi duzu): Duz mədənlərində tətbiq edilən çıxarılma təmizləmə texnologiyası həm iqtisadiyyatı, həm digər sənaye sahələrini (dəri emalı, qida) xammal ilə təmin edirdi.

Hərbi sənaye- Qala arsenalı barıt İstehsalı

İrəvanın texnoloji suverenliyi onun hərbi istehsalı ilə tamamlanırdı.

Barıt dəyirmanları: Zəngi çayının enerjisindən istifadə edərək çalışan barıt dəyirmanları kükürd-şora qarışıqlarının kimyəvi emalı xanlığın müdafiə qüdrətini təmin edirdi.

Metalurgiya: İrəvan qalasındakı top tökmə emalatxanaları ağır metalurgiya elminin tətbiq sahəsi idi.

Unudulmuş texnoloji paytaxt

Əslində, yuxarıda təhlil etdiyimiz bu strateji sahələr Qərbi Azərbaycanın zəngin texnoloji irsini tərənnüm edən nəhəng bir xəzinənin yalnız görünən tərəfləridir. Bu faktları işıqlandırmaqda əsas qayəmiz dünyaya gələcək nəsillərə təkzibedilməz bir həqiqəti çatdırmaqdır: İrəvan xanlığı yalnız zərif ruhlu şairlərin mahir rəssamların məskəni deyil, həm iti zəkalı mühəndislərin, uzaqgörən kimyagərlərin texnoloqların intibah şəhəri olmuşdur.

Burada qarşımıza çıxan mənzərə sadəcə ayrı-ayrı peşə sahələri deyil, bir-birini tamamlayan qidalandıran möhtəşəm bir texnoloji ekosistemdir. Bu zəncir o qədər sıx məntiqlidir ki, Qulpi mədənlərindən çıxan duzdan tutmuş, sahələrdən yığılan qarpız tumunun yağxanadakı emalına, laboratoriyalarda ən çətin minerallardan hazırlanan nadir piqmentlərə qədər hər bir element bu böyük mexanizmin bir çarxı idi. Bu ekosistem sənayeni sənətə, xammalı isə estetikaya çevirirdi.

Ən əsası isə odur ki, dahi rəssam Mirzə Qədim İrəvaninin fenomenal zəkası onun yaratdığı realizm məktəbi məhz belə bir texnoloji intibahın, elmi bünövrənin üzərində ucalmışdır. Mirzə Qədim sadəcə fırça ustası deyil, həm bu texnoloji mühitin ən parlaq məhsulu onun estetik təzahürü idi. İrəvanın texnoloji irsini öyrənmək, əslində Azərbaycan ruhunun zəkasının nələrə qadir olduğunu yenidən kəşf etmək deməkdir.

 

İsgəndər Sərdarlı İrəvani

 

Olaylar.- 2026.- 13-18 fevral, ¹6.- S.11.