Kölgədən işığa doğru bir yol

 

Azərbaycan ədəbiyyatında qadın şair publisistlərin mövqeyi

 

Qadın sadəcə ailənin dayağı deyil, o, eyni zamanda mədəniyyətin, ədəbiyyatın, düşüncənin formalaşmasında mühüm rol oynayan bir qüvvədir. Tarix boyu qadın həm ilham mənbəyi olub, həm özü ilham yaradan şəxsiyyətə çevrilib. Düşünürəm ki, qadının cəmiyyətdəki rolunu yalnız sosial çərçivədə qiymətləndirmək düzgün olmaz. Çünki qadın təkcə ana, bacı, həyat yoldaşı deyi o, söz, fikir  mövqe sahibidir.

Ədəbiyyat isə məhz bu mövqelərin toqquşduğu, formalaşdığı tarixləşdiyi məkandır. Ədəbiyyat bir xalqın ruhudur. O ruhun içində sevinc var, ağrı da, mübarizə , üsyan da. Azərbaycan ədəbiyyatına nəzər saldıqda qadın obrazlarının zənginliyini görürük. Amma məncə, daha vacib sual budur: qadın yalnız obraz kimi mövcud olub, yoxsa müəllif kimi sözünü deyə bilib?

Azərbaycan qadın ədəbiyyatının yolu həm çətin, həm ilhamverici bir tarixdir. Tarixi mərhələlər göstərir ki, qadınların söz meydanına çıxışı asan olmayıb təhsil imkanlarının məhdudluğu, cəmiyyətin stereotipləri sosial çərçivələr uzun müddət onların yaradıcılığını məhdudlaşdırıb. Lakin buna baxmayaraq, Azərbaycan ədəbiyyatında qadın imzası hər zaman özünü göstərməyi bacarıb. Qadın qələmi dünyaya başqa bir rakursdan baxır. O, ağrını da, sevgini , müharibəni , ədalətsizliyi fərqli duyur fərqli ifadə edir. Bu fərqlilik isə ədəbiyyatı kasadlaşdırmır, əksinə, onu zənginləşdirir.

Qadın şair publisistlərin mövqeyi, keçmişdən bu günə qadın ədəbi xətti ilə bağlı daha ətraflı Yazıçılar Birliyin üzvü, prezident təqaüdçüsü, şairə Xəyalə Sevil ilə danışdıq:

-Azərbaycan ədəbiyyatında qadın şair publisistlərin mövqeyini necə dəyərləndirirsiniz?

- Azərbaycan ədəbiyyatında qadın şair publisistlərin mövqeyi tarixən bəzən üsyankar şəkildə eşidilməsə , heç vaxt susmayıb. Həmin o susmamağın nəticəsidir ki, bu gün qadınlarımız cəmiyyətin önəmli bir hissəsində rol oynayırlar.

-Tarix boyu bu sahədə qadınların rolu qədər görünür olub bu gün həmin mövqe hansı mərhələdədir?

- Qadın həm ana, həm vətəndaş, həm yaradıcı şəxsiyyət kimi bütöv obrazdır. Bu keçmişdə belə olub, bu gün belədi. Dəyişən yalnız forma dövrün dili olub, amma qadının daxili həqiqəti, sevgi, tənhalıq, ümid mübarizə motivləri dəyişməyib.

-Keçmişdən bu günə qadın ədəbi xəttini necə xarakterizə edərdiniz? Məsələn, Xurşidbanu Natəvan, Mirvarid Dilbazi, Məhsəti Gəncəvi kimi imzalarla bu gün yazan qadın qələm sahibləri arasında hansı ideya ruh davamlılığını görürsünüz?

-Məncə bunu kölgədən işığa doğru bir yol kimi xarakterizə etmək olar. İndi qadınlarımız öz səsini daha açıq cəsarətlə ifadə edir. Amma bu səsin kökündə yenə eyni həssaslıq, eyni daxili güc var. Ancaq mən bir az optimist yanaşacam. qədər keçmiş dövrü bəh-bəhlə təqdim etsək , bu günü layiqincə qiymətləndirməliyik. İndi dövr dəyişib istedad artan ətt üzrə inkişaf edib. Keçmiş dövrdə qəbul olunan meyarlar artıq qəbul olunmur. Mən düşünürəm ki, klassiklərimizə toxunmaq olmaz, amma onlara bənzəməyə çalışmamalıyıq. Dövr yerində saymağı yox, inkişaf etməti tələb edir.

-Siz öz yaradıcılığınızda daha çox hansı mövzulara müraciət edirsiniz?Qadın taleyi, cəmiyyət, vətən, sosial ədalət-hansı istiqamət sizin üçün daha prioritetdir ilham mənbəyiniz nədir?

-Mənim  yaradıcılığımda əsas mövzu insanın daxili dünyasıdır. İnsan taleyi, tənhalıq, ümid, gözləmə, ruhun sınması yenidən dirçəlməsi... Qadının yalnız sosial obrazı deyil, onun görünməyən hissləri, danışmadığı ağrıları qoruduğu ümidləri var. Mənim üçün ilham mənbəyi həyatın özüdür-yaşananlar, itirilənlər, gözlənilənlər insanın içində heç vaxt ölməyən ümid hissi. Amma ümumiyyətlə mən, xüsusən şeirdə qadın-kişi ayırımı etmirəm. Mənim şeirlərimdə insan var, insan duyğuları var.

-Azərbaycan ədəbiyyatında qadınların səsinin daha gur eşidilməsi üçün hansı mexanizmlər vacibdir?

-Artıq cəmiyyət qadın müəllifi yalnız qadın kimi deyil, müstəqil yaradıcı şəxsiyyət kimi qəbul edir.  Ədəbiyyatda sözün gücü qadın-kişi ayrıseçiciliyi ilə deyil, istedadla ölçülür. Məncə, artıq bir mərhələ qapanıb. Artıq qadınlarımız dəstək gözləmirlər, özləri özlərinə dəstək ola bilirlər.

-Azərbaycan qadın ədəbiyyatının gələcəyini necə görürsünüz? Gənc nəsil qadın yazar şairlərə hansı əsas tövsiyələri verərdiniz?

- Ədəbiyyat səmimiyyət tələb edir. Ən güclü söz insanın öz həqiqətindən, səmimiyyətindən doğan sözdür. Əgər yazdıqları onların ruhunun, istedadının səsidirsə, o səs mütləq eşidiləcək. Gənc qadın yazarlara tövsiyəm odur ki, öz səslərininin arxasında durmağı bacarsınlar. Başqalarına bənzəməyə, publikaya oynamağa çalışmasınlar. Ədəbiyyat fərd işidir. Çoxluqda yaranan ədəbiyyat isə dost-tanış ədəbiyyatıdır, o da zamanla dağılır.

Qadın şair publisistlərin mövqeyi heç vaxt susmayıb. Tarixin müxtəlif dövrlərində onların səsləri bəzən eşidilməsə , bu səssizlik onların mövqeyini zəiflətməyib. Əksinə, susmamaq, sözünü demək, ifadə etmək qadınların yaradıcılıq irsinin əsas dayağına çevrilib. Şairə Xəyalə Sevilin qeyd etdiyi kimi, qadın həm ana, həm vətəndaş, həm yaradıcı şəxsiyyət kimi bütöv obrazdır. Keçmişdə belə olub, bu gün belədir. Dəyişən yalnız dövrün dili ifadə formalarıdır- qadının daxili həqiqəti, duyğuları, ümidləri mübarizəsi isə hər zaman eyni gücdədir.

Xurşidbanu Natəvanın incə poetik səsi, Mirvarid Dilbazinin ifadə gücü Məhsəti Gəncəvinin mübariz ruhu bu günkü gənc qadın yazarlara ilham mənbəyi olur. Onlar yalnız klassiklərin ideya ruhunu davam etdirmir, həm dövrün çağırışlarına uyğun yeni sözlər, yeni mövzular gətirirlər.

Nəticə etibarilə, Azərbaycan qadın ədəbiyyatı yalnız keçmişin mirası deyil, həm gələcəyin vədidir. Qadınlar həm obraz, həm müəllif, həm düşüncə sahibi olaraq cəmiyyətin, mədəniyyətin ədəbiyyatın formalaşmasında həlledici rol oynayırlar. Onların yaradıcılığı həm insanın daxili dünyasını, həm cəmiyyətin reallıqlarını əks etdirir, ümid mübarizə hisslərini yaşadır. Bu yol asan deyil, amma qadın qələminin gücü səmimiyyəti sayəsində Azərbaycan ədəbiyyatı hər zaman zəngin, canlı ilhamverici qalacaq.

 

Zeynəb Mustafazadə

 

Olaylar.- 2026.- 20-26 fevral, ¹7.- S.14.