Hüquq süni intellekt

 

Texnologiyanın sərhədləri insan ləyaqəti

 

Texnologiyanın inkişafı tarix boyu insanları daim sınaq qarşısında qoyub. Hər yeni ixtira yalnız həyat tərzimizi deyil, düşüncə sistemimizi dəyişməyə məcbur edib. Bu gün isə bəşəriyyət daha mürəkkəb bir mərhələyə qədəm qoyub. Süni intellekt artıq yalnız texnologiya deyil, həyatımızın görünməz iştirakçısına çevrilib.

Məncə, biz onunla hər gün qarşılaşırıq, amma bəzən fərqinə varmırıq. Telefonlarımızda olan sosial şəbəkələrdə qarşımıza çıxan məzmunlar, avtomatik tərcümələr, tibbi iqtisadi məlumatlar-bunların arxasında alqoritmlər dayanır. Düşünürəm ki, süni intellekt düşünmür, amma analiz edir. Hiss etmir, amma proqnoz çıxarır, insan deyil, amma insan davranışlarını çox dəqiq oxuya bilir. Həyatımızdakı rolu sürətlə artır. Təhsildə fərdi öyrənmə imkanlarını genişləndirir, səhiyyədə erkən diaqnostikanı sürətləndirir, iqtisadi, biznes digər sahələrdə böyük imkanlar yaradır. Süni intellekt vizual audio materiallar hazırlayır, kreativ ideyaları gerçəkləşdirir. Bütün bu imkanlar insan potensialını tamamlayan güclü alət rolundadır. Amma hər güclü alət kimi, onun da riskləri var. Düşünürəm ki, ən həssas məsələ şəxsi həyatın qorunmasıdır. Sosial şəbəkələrdə insanların icazəsi olmadan şəkillərinin, videolarının digər vizual məlumatlarının süni intellekt vasitəsilə istifadə olunması artıq yalnız mənəvi deyil, həm hüquqi məsuliyyət yaradan haldır. Azərbaycanda belə hallarda hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyəti tətbiq olunur məsul şəxslər cəzalandırılır.

Rəqəmsal mühit artıq real həyatın davamıdır burada baş verən müdaxilələr həm mənəvi, həm hüquqi nəticələr doğura bilər. Əgər bir şəxsin icazəsi olmadan görüntüsü ya məlumatı dəyişdirilir, yayılır ya başqa kontekstdə istifadə olunursa, bu artıq hüquqi məsuliyyət tələb edən hərəkətdir. Düşünürəm ki, bu proses həm texnologiyanın sərhədlərini, həm hüququn reaksiyasını sınağa çəkir.

Süni intellekt mütləq təhlükədir, qüsursuz yenilik. O, insanın yaratdığı alətdir onun təsiri yalnız onu idarə edən insanların dəyərləri hüquqi çərçivə ilə müəyyən olunur. Düşünürəm ki, əgər biz süni intellekti etik hüquqi sərhədlər daxilində idarə edə bilsək, o zaman bu texnologiya insan ləyaqətini qoruyan, yaradıcı imkanları genişləndirən həyat keyfiyyətini artıran güclü vasitəyə çevriləcək.

Maraqlıdır ki, sosial şəbəkələrdə şəkillərin icazəsiz istifadəsinin qarşısını texniki baxımdan necə almaq mümkündür? Süni intellektlə yaradılan saxta kontent (deepfake s.) necə aşkarlanır? Mövzu ilə bağlı İnformasiya texnologiyaları üzrə ekspert Fərid Kazımov Olaylar.az-a açıqlama verib:

"Ümumiyyətlə, hər hansı məlumatların, şəxsi məlumatların, fotoların digər tərəflər tərəfindən istifadə olunması üçün icazə tələb olunur. Bu, dünya səviyyəsində tətbiq olunur. Məsələn, sosial şəbəkələrdə şəxsi məlumatlarımızın istifadəsinə icazə verərkən həmin sosial şəbəkələrə biz imza atırıq. Amma digər şəxslərin yalnız istifadə etməsi deyil, həmçinin müəyyən mənada şantaj xarakterli hərəkətlər etməsi, yaxud dəyişiklik edərək onun imicinə zərər vurması, əlbəttə ki, böyük qanun pozuntusudur.

Başa düşməliyik ki, artıq süni intellekt erası gəlir burada da qanunların sərtləşməsi məsələsi gündəmdədir. Çünki hazırda istənilən şəxs haqqında istənilən videonu fotonu düzəltmək mümkündür elə bir şey yaratmaq olar ki, heç kim başa düşməz ki, bu, süni intellekt tərəfindən yaradılmış materialdır, yoxsa realdır. Bunu yalnız mütəxəssislər ayırd edə bilər. Bu baxımdan qlobal məkanda da bu aktual məsələdir əlbəttə, qlobal səviyyədə həll olunmalıdır. Ölkə səviyyəsində baxsaq, aidiyyəti orqanlarımız aktiv fəaliyyət göstərir problemlər baş verərsə, onların həlli üçün müəyyən addımlar görülür. Məsələn, mətbuatda görürük ki, offline qanun pozuntuları ilə yanaşı, online qanun pozuntularına dair məlumatlar da yayımlanır. Onların qarşısının alınması, eləcə həmin şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərlər işıqlandırılır. Bu o deməkdir ki, Azərbaycanda da bu məsələ gündəmdə saxlanılır. Biz bu sahədə müəyyən rahatlıq hiss edə bilərik, amma reallıq başqadır buna görə məsələ tam şəkildə əksini tapmalıdır".

Beləliklə, süni intellekt yalnız texnologiyanın bir yeniliyi deyil, həm hüquqi, etik sosial düşüncələrimizi yenidən nəzərdən keçirməyə vadar edir. Hər gün qarşılaşdığımız alqoritmik sistemlər həyatımızın müxtəlif sahələrinə nüfuz edir bizim davranışlarımızı, seçimlərimizi, hətta düşüncə tərzimizi analiz edir. Amma unutmamalıyıq ki, süni intellekt insan deyil. O hiss etmir, insanlıq dəyərlərinə sahib deyil, yalnız proqramlaşdırıldığı çərçivədə işləyir. Bu səbəbdən, onun yaratdığı hər bir nəticə, istər vizual material, istər mətn, istərsə davranış proqnozu yalnız onu idarə edən insanların etik prinsipləri hüquqi sərhədlər daxilində mənalı təhlükəsiz ola bilər. Bu gün Azərbaycanda dünya miqyasında süni intellekt vasitəsilə icazəsiz məlumat istifadəsi artıq həm mənəvi, həm hüquqi məsuliyyət yaradan məsələ kimi tanınır. Qanunvericilik hüquq-mühafizə orqanlarının fəaliyyəti, həmçinin texnoloji həllər, bu yeni reallığın idarə olunmasında mühüm rol oynayır. Deepfake digər saxta kontentlərin aşkarlanması texnologiyaları, məlumatların şifrələnməsi icazə əsaslı paylaşım sistemləri, yalnız hüquqi çərçivəni təmin etmir, həm fərdin şəxsi həyatına hörməti qoruyur.

Düşünürəm ki, süni intellektin gələcəyi yalnız onun istifadəsinin necə tənzimlənəcəyindən asılıdır. Əgər biz onu etik hüquqi sərhədlər daxilində idarə edə bilsək, bu alət insan yaradıcılığını tamamlayan, həyat keyfiyyətini yüksəldən, həmçinin fərdi hüquq ləyaqəti qoruyan güclü vasitəyə çevriləcək. Lakin unutmamalıyıq ki, sərhədlərin pozulması yalnız texnoloji deyil, həm sosial hüquqi sarsıntılar yarada bilər. Bu baxımdan, hər birimiz-istifadəçi, ekspert, qanunverici cəmiyyət olaraq süni intellektin gətirdiyi imkanları ağılla, məsuliyyətlə dəyərlər çərçivəsində idarə etməliyik. Yalnız bu yolla texnologiya insanın xidmətçisi ola, onun yaradıcı potensialını genişləndirə həyatın bütün sahələrində müsbət dəyişikliklərə yol aça bilər.

 

Zeynəb Mustafazadə

 

Olaylar.- 2026.- 6-12 mart, №9.- S.14.