Su ehtiyatları milli təhlükəsizlik məsələsi kimi

 

Azərbaycan real qıtlıq riski ilə üz-üzədir?

 

Amin Məmmədov: "Su ehtiyatlarının azalması ehtimal deyil, artıq rəsmi faktdır"

 

Azərbaycanın müxtəlif bölgələrində çayların səviyyəsinin aşağı düşməsi, bəzi su hövzələrinin quruma təhlükəsi ilə üz-üzə qalması suvarma problemlərinin artması artıq təsadüfi hadisə kimi deyil, davamlı tendensiya kimi müşahidə olunur. Xüsusilə ölkənin əsas su arteriyaları olan Kür Araz çaylarında su səviyyəsinin azalması həm ekosistem, həm kənd təsərrüfatı, həm içməli su təminatı baxımından ciddi suallar doğurur. Regionda yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması temperatur artımı fonunda su məsələsi artıq təkcə ekoloji deyil, milli təhlükəsizlik iqtisadi sabitlik məsələsinə çevrilməkdədir.

Azərbaycan coğrafi baxımdan su ehtiyatları zəngin ölkələr sırasında deyil. Mövcud su resurslarının böyük hissəsi ölkə hüdudlarından kənarda formalaşır ki, bu da su təhlükəsizliyi məsələsini daha həssas edir. Transsərhəd çaylardan asılılıq, yuxarı axın ölkələrində suyun intensiv istifadəsi iqlim dəyişikliklərinin təsiri su balansında qeyri-müəyyənliyi artırır. Eyni zamanda, əhalinin artımı, şəhərləşmə, sənayeləşmə kənd təsərrüfatında suvarmaya olan yüksək tələbat mövcud ehtiyatlara təzyiqi daha da gücləndirir.

Su qıtlığı anlayışı bəzən yalnız səhralaşma ya tamamilə qurumuş ərazilərlə assosiasiya olunur. Halbuki müasir dünyada su qıtlığı daha çox idarəetmə, səmərəlilik resurs bölgüsü məsələsi kimi ortaya çıxır. Su mövcud ola bilər, lakin düzgün idarə olunmadıqda, itkilər yüksək olduqda texnoloji yenilənmə aparılmadıqda real çatışmazlıq yaranır. İqlim dəyişiklikləri isə bu prosesi daha da sürətləndirir. Qlobal istiləşmə nəticəsində qar örtüyünün azalması, dağlıq ərazilərdə buzlaqların kiçilməsi çayların qidalanma rejiminin dəyişməsi uzunmüddətli perspektivdə su axınlarının sabitliyini sual altına alır. Quraqlıq illərində su anbarlarının səviyyəsi aşağı düşür, kənd təsərrüfatı məhsuldarlığı azalır, fermerlər daha çox suya ehtiyac duyur, nəticədə təzyiq zəncirvari şəkildə bütün iqtisadi sistemə ötürülür. Digər tərəfdən, su yalnız iqtisadi resurs deyil, həm sosial sabitlik faktorudur. İçməli su təminatında yaranan hər hansı problem birbaşa əhalinin gündəlik həyat keyfiyyətinə təsir göstərir.

Bütün bu reallıqlar fonunda "Azərbaycanda real su qıtlığı riski varmı?" sualı emosional deyil, analitik yanaşma tələb edən strateji sualdır. Məsələ təkcə ehtiyatların miqdarı deyil, onların necə qorunması, bölüşdürülməsi gələcək nəsillər üçün necə saxlanılmasıdır. Su təhlükəsizliyi artıq enerji təhlükəsizliyi qədər prioritet hesab olunur dövlət siyasətində xüsusi yer tutur.

Mövzu ilə bağlı "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisi, Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Olaylar.az-a açıqlama verib. O bildirib ki, son dövrlərdə çayların səviyyəsinin aşağı düşməsi artıq müşahidə olunan reallıqdır. Su ehtiyatlarının azalması isə təkcə ehtimal deyil, rəsmi araşdırmalarla təsdiqlənmiş faktdır. Hökumət səviyyəsində aparılan tədqiqatlar göstərir ki, bu proses həm kənd təsərrüfatına, həm əhalinin içməli su təminatına birbaşa təsir edir. Təəssüf ki, iqlim dəyişiklikləri əhalinin artımı gələcəkdə Azərbaycanı su qıtlığı riski ilə daha ciddi şəkildə üz-üzə qoya bilər. Məhz bu səbəbdən son illərdə su ehtiyatlarının idarə olunması istiqamətində yüksək səviyyədə mühüm qərarlar qəbul edilib. 2020-ci ildə Nazirlər Kabineti səviyyəsində Su Şurası yaradıldı. Şuraya Baş nazirin müavini Şahin Mustafayev sədrlik edir, digər dövlət qurumlarının nazir müavinləri aidiyyəti qurum rəhbərləri üzv kimi təmsil olunurlar. Şurada mövcud su ehtiyatlarının qorunması, səmərəli idarə edilməsi gələcək risklərin azaldılması məsələlərinə baxılır.

Ekoloq əlavə edib ki, bu prosesin davamı olaraq, 2023-cü ildə cənab Prezidentin fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) təsis edildi. Su ilə bağlı bir çox qurumlar həmin agentliyin tabeliyinə verildi. Ekologiya Təbii Sərvətlər Nazirliyinin su sahəsinə aid strukturları, "Meliorasiya Su Təsərrüfatı" ASC, eləcə "Azərsu" ASC vahid idarəetmə modelinə daxil edildi. Hazırda bu qurumun strukturunun təkmilləşdirilməsi prosesi davam edir. Bununla da ölkədə su ehtiyatlarına cavabdeh vahid mərkəzi icra qurumunun formalaşdırılması təmin olunur.

"Su qıtlığının mərhələlərinə gəldikdə isə, ümumi ölkə miqyasında kəskin təhlükə hələ müşahidə olunmasa da, müəyyən bölgələrdə, xüsusilə Aran rayonlarında, yaz-yay aylarında su çatışmazlığı quraqlıq halları baş verir. Bu, əsasən yağıntının miqdarından ilin sulu ya quraq keçməsindən asılıdır. Quraq illərdə bir sıra rayonlarda suvarma suyu digər ehtiyaclar üçün tələb olunan suda çatışmazlıq yaranır", - deyə ekoloq qeyd edib.

A. Məmmədovun sözlərinə görə, problemin qarşısını almaq üçün konkret tədbirlər planı hazırlanıb mərhələli şəkildə icra olunur. 2026-2035-ci illər üçün Bakı Abşeron yarımadasında əhalinin təmiz su ilə təminatı kanalizasiya infrastrukturunun yenilənməsi üzrə dövlət proqramı qəbul edilib. Bu proqram Cənab Prezident tərəfindən təsdiqlənib hökumət səviyyəsində müzakirə olunub. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu sahədə mövcud vəziyyətlə bağlı dövlət başçısına geniş təqdimat edib aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Gələcək perspektivdə nəzərdən keçirilən layihələrdən biri Xəzər suyunun duzsuzlaşdırılmasıdır. Bununla yanaşı, tullantı sularının təkrar emalı texniki məqsədlər üçün yenidən istifadəsi mühüm istiqamət kimi qiymətləndirilir. Məsələn, şəhər yaşıllıqlarının suvarılmasında Oğuz-Qəbələ xətti ilə gətirilən içməli sudan ya Şollar suyundan istifadə etmək əvəzinə, məişətdə istifadə olunmuş suyun təmizlənərək texniki su kimi dövriyyəyə qaytarılması daha səmərəli yanaşma hesab olunur. Bu, həm içməli su ehtiyatlarına qənaət etməyə, həm ümumi su balansının qorunmasına imkan yaradır.

Hazırda bütün bu məsələlər kompleks şəkildə nəzərdən keçirilir müvafiq addımlar atılır. Ümid edilir ki, Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən görülən işlərlə bağlı ictimaiyyətə mütəmadi hesabatlar təqdim olunacaq cəmiyyət bu sahədə həyata keçirilən islahatlar barədə daha geniş məlumat əldə edəcək.

Qarşıdakı illərdə su ehtiyatlarının qorunması, müasir suvarma texnologiyalarının tətbiqi, su itkilərinin azaldılması, alternativ mənbələrin - təkrar istifadə təmizlənmiş suların dövriyyəyə qaytarılması - daha da aktuallaşacaq. Əks halda, bu gün hiss edilən narahatlıq sabah daha dərin sosial-iqtisadi problemə çevrilə bilər.

Su məsələsi artıq gələcəyin problemi deyil, bu günün reallığıdır. Azərbaycanın qarşısında duran əsas vəzifə mövcud ehtiyatların düzgün qiymətləndirilməsi, elmi əsaslı planlaşdırma su mədəniyyətinin formalaşdırılmasıdır. Çünki su yalnız təbii sərvət deyil, həyatın özüdür onun qorunması strateji seçim deyil, zərurətdir.

 

Lamiyə Cəbrayılova

 

Olaylar.- 2026.- 6-12 mart, №9.- S.13.