Ekranın o biri tərəfi

 

Süni intellekt gənclərin təhlükəli sualları

 

Rəqəmsal dövrdə insanın məlumat əldə etmə üsulları sürətlə dəyişir. Bir vaxtlar hər hansı suala cavab tapmaq üçün kitab rəfləri arasında saatlarla axtarış aparmaq, müəllimlərdən ya böyüklərdən məsləhət almaq lazım gəlirdi. Daha sonralar isə bu axtarışın əsas ünvanı internet oldu. Axtarış sistemlərinə yazılan bir neçə söz insanı minlərlə məqaləyə, müxtəlif fikirlərə yönləndirirdi.

Bu proses bəzən vaxt aparsa da, insanı düşünməyə, müqayisə etməyə, fərqli mənbələrdən məlumat toplamağa məcbur edirdi. Bu gün isə mənzərə tamamilə fərqlidir. Artıq bir çox sualların cavabı saniyələr içində süni intellekt sistemlərinin təqdim etdiyi hazır mətnlərdə cəmlənir. Bir neçə cümlə yazmaq kifayətdir ki, ekranın o biri tərəfindəki alqoritmlər istifadəçiyə məsləhət, izah ya həll variantı təqdim etsin. Məncə, texnologiyanın bu qədər sürətlə həyatımıza daxil olması həm rahatlıq, həm yeni məsuliyyətlər gətirir. Çünki artıq cavab axtaran insanla məlumat mənbəyi arasında çox fərqli bir münasibət formalaşır. Xüsusilə gənclər yeniyetmələr üçün bu dəyişiklik daha qabarıq hiss olunur. Onlar üçün telefon kompüter sadəcə informasiya vasitəsi deyil, həm bir növ məsləhətçi rolunu oynayır. Dərs suallarından tutmuş şəxsi problemlərə qədər müxtəlif mövzularda süni intellektə müraciət etmək adi hala çevrilib.

Son günlərdə baş verən cəmiyyətdə geniş müzakirə olunan bir hadisə bu mövzunun qədər həssas olduğunu bir daha göstərdi. Belə ki, bir yeniyetmənin anasını qətlə yetirməsi ilə bağlı yayılan məlumatlarda onun hadisədən əvvəl süni intellekt sisteminə müraciət etdiyi iddia olunur. Bu fakt hələ araşdırma mərhələsində olsa da, cəmiyyət üçün ciddi bir sual doğurur: texnologiya insan davranışına dərəcədə təsir göstərə bilər?

Əslində süni intellekt sistemləri məlumat təqdim edən alətlərdir. Lakin problem ondadır ki, istifadəçilər bəzən onları həddindən artıq etibarlı mənbə kimi qəbul edirlər. Halbuki bu sistemlər insan kimi düşünə, hiss edə ya etik məsuliyyət daşıya bilməz. Onlar sadəcə alqoritmlər əsasında cavab formalaşdırır. Düşünürəm ki, məhz bu səbəbdən süni intellektin verdiyi hər cavabı doğru ya uyğun hesab etmək təhlükəli ola bilər. Məsələnin digər tərəfi var. Bəzən istifadəçilər süni intellektdən yalnız məlumat mənbəyi kimi deyil, qərarverici kimi istifadə etməyə başlayırlar. Xüsusilə emosional vəziyyətdə olan yeniyetmələr gənclər üçün bu, risk yarada bilər. Düşünürəm ki, insan psixologiyası ilə bağlı məsələlərdə texnologiya heç vaxt canlı ünsiyyəti real məsləhəti əvəz edə bilməz. Çünki hər bir insanın həyat hekayəsi, sosial mühiti psixoloji vəziyyəti fərqlidir. Bundan başqa, süni intellekt insanların öz düşünmə qabiliyyətinə təsir göstərməyə başlayır. İnsanlar getdikcə daha az araşdırır, daha az müqayisə edir daha tez hazır cavab qəbul edirlər. Düşünürəm ki, bu tendensiya uzun müddətdə gənclərin analitik düşüncə bacarıqlarını zəiflədə bilər. Çünki düşünmək, şübhə etmək müxtəlif mənbələri müqayisə etmək intellektual inkişafın əsas şərtlərindən biridir.

Son hadisələri nəzərə alsaq, süni intellekt sistemlərinin təhlükəli zorakı məzmunlu suallara qarşı hansı təhlükəsizlik mexanizmləri mövcuddur? Yeniyetmələrin uşaqların süni intellektdən istifadə zamanı təhlükəsizliyini təmin etmək üçün texnologiya şirkətləri dövlət qurumları hansı addımları atmalıdır?

Mövzu ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Olaylar.az-a açıqlama verib:

 " Süni intellekt texnologiyalarının geniş tətbiqi ilə yanaşı, onların təhlükəsiz etik istifadəsi məsələsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə zorakı, təhlükəli ya zərərli məzmunla bağlı sorğuların qarşısının alınması məqsədilə müasir süni intellekt platformalarında müxtəlif təhlükəsizlik mexanizmləri tətbiq olunur. Bu yanaşmaların əsas məqsədi süni intellektin cinayət fəaliyyəti, zorakılıq ya digər zərərli davranışların təşviqində istifadə olunmasının qarşısını almaqdır.

 Bununla yanaşı, süni intellekt platformalarının etik texniki baxımdan müəyyən məhdudiyyətlər tətbiq etməsi vacib hesab olunur. Bu məhdudiyyətlərə zərərli fəaliyyətlərin dəstəklənməsinin qadağan edilməsi, istifadəçi sorğularının risk səviyyəsinə görə qiymətləndirilməsi, sistemlərin şəffaf fəaliyyət prinsipləri təhlükəsizlik auditlərinin həyata keçirilməsi daxildir. Xüsusilə uşaqların yeniyetmələrin süni intellektdən istifadəsi zamanı onların təhlükəsizliyinin təmin edilməsi prioritet istiqamətlərdən biridir. Bu məqsədlə texnologiya şirkətləri tərəfindən yaşa uyğun məzmun filtrasiyası, valideyn nəzarəti mexanizmləri uşaqyönümlü təhlükəsiz istifadə rejimləri tətbiq olunmalıdır.

 Eyni zamanda bütün dünyada dövlət qurumları da bu sahədə hüquqi institusional çərçivənin formalaşdırılmasında mühüm rol oynayır. Süni intellekt sistemlərinin təhlükəsizlik standartlarının müəyyən edilməsi, platformalar üçün risk qiymətləndirmə mexanizmlərinin tətbiqi, eləcə rəqəmsal savadlılığın artırılması istiqamətində maarifləndirici proqramların həyata keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə süni intellektin sui-istifadə hallarının qarşısını almaq üçün texnoloji monitorinq sistemlərinin, süni intellekt tərəfindən yaradılmış məzmunun identifikasiyası üçün rəqəmsal işarələmə (watermarking) texnologiyalarının beynəlxalq hüquqi tənzimləmə mexanizmlərinin inkişaf etdirilməsi daha effektiv yanaşma kimi qiymətləndirilir. Bu cür kompleks yanaşma süni intellekt texnologiyalarının təhlükəsiz, məsuliyyətli cəmiyyət üçün faydalı şəkildə inkişafına şərait yarada bilər".

Maraqlıdır ki rəqəmsal mühitin texnologiyanın gənclərin düşüncə tərzinə davranışlarına təsiri cəmiyyət baxımından necə qiymətləndirilir? Bu kimi hadisələr ailə institutunun, sosial nəzarətin tərbiyə mexanizmlərinin hansı problemlərini üzə çıxarır?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev açıqlama verib:

"Biz rəqəmsal bir cəmiyyətdə yaşayırıq. Şübhəsiz ki, İKT yenilikləri, texnologiyaları cəmiyyətə təsir göstərir. Bu təsir praqmatik töhfə xarakterində ola bilər, neqativ təsirlər ola bilər. Yəni, məhz İKT texnologiyalarının, süni intellektin digər innovativ texnologiyaların praqmatik töhfələrini nəzərə alaraq dövlətlər bu istiqamətdə  prosesin institusionallaşması üçün addımlar atır. Azərbaycanda da bununla bağlı  addımlar atılıb. Ümumiyyətlə, belə tətbiqlərdən öncə mexanizmlər fikirləşilməlidir ki, cəmiyyətə az neqativ təsiri olsun. İnsanların, istifadəçilərin maarifləndirilməsinə çalışmaq lazımdır. Əks təqdirdə bəzən bu texnologiyalar neqativ nəticələr yaradır bu nəticələr şübhəsiz ki, cəmiyyətdə sosial anomiyaları artırır. Elə baxanda görürük ki, məhz sosial şəbəkələrdə şəbəkələrdə süzgəc mexanizminin olmaması, deviant delikvent davranışları körükləyir, sarı paylaşımlar artır, hüquqazidd əxlaqa zidd paylaşımlar artır bu da psixologiyası "bərkiməmiş" gənclər, yeniyetmələr tərəfindən təqlid olunur. Onlar da öz məktəbli yoldaşlarına qarşı, müəllimə qarşı yaxud digərlərinə qarşı bu deməli sosial şəbəkələrdə paylaşılan bu hüquqazidd davranışları imitasiya etməyə, təqlid etməyə başlayırlar. Ümumiyyətlə, bunun olmasın deyə biz maksimum çalışmalıyıq ki, bu gün ailədən məktəblərdən daha güclü təsir imkanına malik olan sosial şəbəkələrdə sosiallaşma institutu kimi sağlam mühit yaradaq. Bunun üçün sosial şəbəkələr haqqında ayrıca bir qanun olmalıdır. Sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca bir qanun olmalıdır. Sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunmalıdır. Eyni zamanda, məsələn, 2017-ci ildə Almaniya hökuməti ilə sosial şəbəkə operatorları arasında bir müqavilə bağlandı. O müqaviləyə oxşar müqaviləni biz bağlaya bilərik ki, sosial şəbəkələr üzərindən saxta adlarla saxta profillər üzərindən deməli sarı paylaşımlar edən, hüquqazidd əxlaqazid paylaşımlar edən troll adlarla istifadə edərək insanları təhqir edən, alçaldan istifadəçilər müəyyənləşir hökumətə təqdim olunur. Bu oxşar müqaviləni biz bağlaya bilərik.

Azərbaycanda əslində sosial şəbəkələrdən istifadə, süni intellekt İKT texnologiyalarından istifadənin zamanı zərərlərinin aradan qaldırılması ilə bağlı əslində xeyli işlər görülür. Həm hüquqi müstəvidə, həm institusional səviyyədə. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1 maddə əlavə olundu. "Telekommunikasiya haqqında" qanuna dəyişiklik yolundu. Eyni zamanda "İnformasiya, informasiyalaşdırma, informasiya təhlükəsizliyi haqqında" qanuna dəyişikliklər olundu. "Media haqqında" qanuna əlavə dəyişikliklər edildi. Yəni sosial şəbəkə seqmenti burada nəzərə alındı eyni zamanda ölkə başçımız 27 fevral 2026-cı ildə "Uşaqların yeniyetmələrin rəqəmsal mühitdə zərərli informasiyalardan kontentlərdən qorunması ilə bağlı" sərəncam imzaladı. Eləcə 19 mart 2025-ci ildə süni intellektlə bağlı Milli Strategiya qəbul olundu bu strategiyada əsas üç məqam var idi ki, xüsusi diqqətimizi cəlb eləyir. Belə ki, süni intellektdən istifadənin etik çərçivələri, süni intellektdən istifadə zamanı hüquqi məsuliyyət, süni intellektin yaratdığı təhlükəsizlik təhdidləri ilə bağlı məqamlar xüsusi vurğulanır müvafiq qurumlara da bununla bağlı göstərişlər verilirdi. Elə 27 fevral 2026-cı ildə qəbul olunmuş sərəncamda da biz baxırıq ki, ölkə başçımız uşaqların rəqəmsal mühitdə zərərli informasiyadan qorunması ilə bağlı imzaladığı sərəncamda da bir neçə əsas istiqamət var ki, bu dərs proqramlarda fənn proqramlarında süni intellekt İKT texnologiyaları ilə bağlı mövzuların salınmasıdır. Sosial şəbəkələrdən yeniyetmələrin istifadədə limitinin müəyyənləşdirilməsi ilə bağlıdır. Eləcə hüquqi müstəvidə bu sahədə tənzimləməni təkmilləşdirməkdir eyni zamanda beynəlxalq təcrübəni öyrənilməli ki, Azərbaycanda tətbiq edək. Ümumiyyətlə, bu tədbirlər sayəsində cəmiyyət hüquq-mühafizə orqanları da, müvafiq qurumlar da korporativ sosial məsuliyyət çərçivəsində əgər birgə əməkdaşlıq eləyərlərsə, hesab eləyirəm ki, bu sahədə olan problemlər tənzimlənə bilər valideynlər şübhəsiz ki, övladlarına vaxt ayırmalıdır. Ailə uşaqlara nəzarət nəzarət mexanizmini gücləndirməlidir. Onun uşaqların hansı sosial şəbəkədən məqsədlə istifadə etməsi ilə bağlı məlumatı olmalıdır. Ümumiyyətlə ki, hamılıqla əgər çalışılsa, bu problem tənzimlənə bilər. Bu problemin qarşısı alına bilər".

Nəticə etibarilə, texnologiyanın inkişafı insan həyatını asanlaşdırsa da, onun yaratdığı yeni riskləri görməməzlikdən gəlmək mümkün deyil. Süni intellekt sistemləri məlumat əldə etmə prosesini sürətləndirir, lakin bu sürət bəzən düşünməyə, analiz etməyə məsuliyyətli qərar verməyə ayrılan vaxtı azaldır. Xüsusilə yeniyetmələr üçün ekranın o biri tərəfi bəzən sadəcə informasiya mənbəyi deyil, həm məsləhətçi roluna çevrilir. Halbuki insan davranışları, emosiyalar sosial münasibətlər alqoritmlərin verə biləcəyi sadə cavablardan daha mürəkkəbdir. Ekspertlərin vurğuladığı kimi, süni intellekt platformalarında təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi, zərərli məzmunun süzgəc olunması istifadəçilərin riskli sorğularının məhdudlaşdırılması vacibdir. Bununla yanaşı, dövlət səviyyəsində hüquqi tənzimləmələrin tətbiqi, texnologiya şirkətlərinin məsuliyyətinin artırılması rəqəmsal savadlılığın gücləndirilməsi mühüm rol oynayır. Lakin bütün bunlarla yanaşı, məsələnin ən vacib tərəfi yenə insan faktorudur. Ailə, məktəb cəmiyyət gənclərin formalaşmasında əsas sosial institutlar olaraq qalır.

 

Zeynəb Mustafazadə

 

Olaylar.- 2026.- 13-19 mart, ¹10.- S.13.