SONUNCU TAPŞIRIQ
Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə
(hekayə)
Zərfin içindən çıxan
səliqə ilə iki qatlanmış kağızı açaraq
əvvəlcə özü
üçün səssiz
oxudu. Sonra qrup üzvlərinin də eşidə biləcəyi səslə
aramla davam etdi: - "Döyüş
tapşırığı hal-hazırda - 26.05.1994-cü ildə
ərazinin plan sxemi, eyni zamanda
işçi xəritə
üzərində təyin
və təsbit olunmuş real oriyentirlər əsasında
üzbəüzdə dayanmış
düşmən mövqelərinin
sağda (bizim sol cinahımızda) "Eşşəkkeçməz (oriyentir ¹ 01)", solda
(bizim sağ cinahımızda) isə
"Yusifcanlı kəhrizinin
gözü (oriyentir ¹
12)" olmaqla haradan keçdiyini dəqiqləşdirməkdən
ibarətdir."
Sözünü yekunlaşdırıb xəritəni çavuş Həsənliyə təhvil verdi. Ərazinin plan sxemini və möhürlü zərfi isə yenə səliqə ilə qatlayıb özünün sənəd üçün olan yan çantasına qoydu. Fənərini də hər ehtimala qarşı üzünü görmədiyi əsgərlərdən birinə uzadıb: - bu da səndə qalsın, birdən lazım olar. - dedi.
- Təşəkkür edirəm, komandir! - bu əsgərlərin öz arasında "Professor" adlandırdıqları Bakıdan olan əsgər Əhmədlinin səsi idi.
- Əhmədli, "komandir" hələ zühur eləməyib. Xidmətini sağ-salamat başa vurub gedərsən evinizə. "Dambam" şadlıq evində yaxşı bir toy çaldırarsan, gəlinbacımızı apararsan öz evinə, bax həmin gecə "komandir" zühur edəcək sənin üçün.
- Bağışlayın, yoldaş baş leytenant. - əsgər Əhmədli üzr istədi.
- Nəyim var, sənə nə bağışlayım, yoldaş əsgər?
- Xahiş edirəm, komandir. - əsgər Əhmədli bölük komandirinin könlünü almağa çalışdı.
- Xahişi qayış elə, bağlayarsan belinə, yoldaş əsgər! O tərəfdə lazım olar.
- Nə olar, icazə verin, söz demək istəyirdim yoldaş baş leytenant.- əsgər Əhmədli əl çəkmək istəmirdi.
- De, görək nə demək istəyirsən bu iki daşın arasında. - bölük komandiri icazə verdi.
- Yoldaş baş leytenant, deyirəm, bizim də göydə peykimiz olsa, onların nəyi var, nəyi yox hamısını bitdə-bitdə bilərdik. - əsgər Əhmədli axır ki, ürəyindəki sözünü bölük komandirinə çatdıra bildi.
- Olacaq, Əhmədli, olacaq! Peykimiz də olacaq! Özü də biri yox, bir neçə peykimiz olacaq. Atəşkəsə indi nail olmuşuq. Tezliklə Azərbaycan öz neftini dünya bazarına çıxardacaq. Azərbaycan dünyanın ən varlı, inkişaf etmiş ölkəsinə çevriləcək. Düşmən bizimlə hesablaşmağa məcbur olacaq. Hüseyn qayıdıb öz kəndində yaşayacaq. Sən də Bakıda hər axşam bir barda dincələrsən. - bölük komandiri əlini bir neçə dəfə yüngülcə əsgər Əhmədlinin çiyninə vurdu.
- Mən bara getmirəm, yoldaş baş leytenant. Mən oxuyacam. Hüquqşünas
olacam. - əsgər Əhmədli inamla dedi.
- Yoldaş baş leytenant, Əhmədli deyən kimi, peykimiz olanda, ta kəşfiyyat olmayacaq? - əsgərlərdən biri
təəssüf qarışıq
təəccüblə soruşdu.
- Kürdəmir, sənsən?
- bölük komandiri
sual verənin kim olduğunu dəqiqləşdirmək istədi.
- Bəli, yoldaş baş leytenant, mənəm. - Kürdəmir
rayonundan olduğuna görə taborda hamının "Kürdəmir"
kimi tanıdığı
əsgər təsdiqlədi.
- Onu zaman göstərəcək,
yoldaş əsgər!
Qaranlıq olsa da hamını
diqqətlə süzüb,
bir daha sakitcə soruşdu: - hamı bütün oriyentirlərin adını,
yerini dəqiq bilir?
- Elədi ki, var. - əsgərlər
pıçıltı ilə
cavab verdilər.
- Sual var?
- Xeyr, yoxdur.
- Yaxşı, deyəsən
rəis gələsi olmadı. Hazır gözləyin, qərargah
rəisinə məlumat
verib, gəlirəm. -
dedi və zabitlərin çadırına
yollandı...
10 dəqiqə sonra
- Getdik, aslanlar! - dedi və irəliyə
keçərək hamıdan
öndə öz yerini aldıqdan sonra çavuş Həsənliyə əlilə
arxasınca gəlmələrini
işarə etdi. 12 nəfərlik qrup və öndə özü Qarqar çayı ilə üzüyuxarı bir xeyli gedib 10 nömrəli oriyentirə
- "Xanqulu əyrisi"nə
çatdılar. Zülmət
qaranlıq idi. Adətən belə vaxtlar aydınlıq olurdu. Bu gecə sanki, böyük Allah onlar üçün məxsusi olaraq Ayın
üzünü örtmüş
və bununla da əməliyyata rizasını
göstərmişdi. Qaranlıq
olsa da yenə sonuncu dəfə hamını ətrafına
topladı. Əvvəlcə
çavuş Həsənliyə,
sonra isə növbə ilə Əfkərliyə, Ucarlıya
baxaraq, hamını bir-bir nəzərdən keçirdikdən sonra soruşdu: - Unutmayın, birinci sağ qalmağı bacarmalısınız,
sonra döyüş tapşırığını yerinə yetirmək qalır. Xəritə heç bir halda itməməli, xarab olmamalıdır. Yansa belə külünü gətirib
"Nizami hissəyə"
təhvil verməlisiniz.
Başqa digər variantların heç birini ağlınıza belə gətirməyin. Ən əsası hər şeyi şifahi olaraq yaddaşınızda saxlamağa
çalışın. Siz
seçilmişlərsiniz. Hər biriniz - sağ qalan sonuncu şəxs gəlib tapşırığın
hansı səviyyədə
yerinə yetirildiyini şifahi şəkildə,
oriyentirlər üzrə
izah etməyi bacarmalıdır. Sual var?
- Xeyr, yoxdur!
- İstiqamət, 11 nömrəli
oriyentir - "Tək söyüd" olmaqla irəli! Əməliyyat başladı. Toplanış
yeri düşərgədəki
"Put söyüd" altı.
- dedi və çevrilib, arxaya baxmadan düşərgəyə
- "Put söyüd"ə tərəf addımlamağa
başladı...
26.05.1994-cü
il Ağdam rayonu, Yusifcanlı kəndi yaxınlığında Qarqar
çayının sahilində
- Xanqulu əyrisində
saat 01:27, qrup bir kalon şəklində
çayla üzüyuxarı
"Tək söyüd"ə
tərəf irəliləyir
- Bir kalon, bir kalon,
çalışın addımlarınızı
eyni yerə qoyasınız, hava çox qaranlıqdı,
5-6 addımdan çox
məsafə saxlamayın.
Uzağı 20 dəqiqəyə
"Tək söyüd"ə
çatacağıq. Çalışın
silah çox səs eləməsin. Bir kalon, məsafə 5-6 addım. Arxaya ötürün. - Çavuş
Qalalı demək olar ki, onunla yanaşı addımlayan Hüseynə dedi. Hüseyn də arxaya ötürdü. Pıçıltı ilə
əsgərlərin bir-birinə
ötürdüyü "bir kalon", "məsafə 5-6 addım",
"çox səs eləməyin" nidaları
zülmət gecənin
bağrını bıçaq
kimi kəsirdi. Qrup Qarqar çayının
yeni yatağının - yerli
əhalinin dilində desək, "Təzə Arqar"ın - hündürlüyü
ərazi boyu təxminən
5-15 metr arasında
dəyişən sahil
yamacı ilə irəliləyirdi. Xanqulu əyrisindən maili hamar başlasa da irəlilədikcə gah sıldırım, gah maili,
gah düzən olmaqla
növbələşən, əvvəlcədən təyin
olunmuş marşrutu
"Tək söyüd"ə
qədər qət etmək elə də çətin olmadı. Gündüzlər
uzaqdan müşahidə
etməkdən gözlərinə
həkk olunmuş
"Tək söyüd"ün
siluetini gecənin qaranlığında 10-15 addımlıqdan
sezmək elə də çətin olmadı. Əslində Qarqarın sahil yamacı mailliyini itirib düzənləşdikcə
Hüseyn "Tək söyüd"ün yaxınlığında
olduqlarını bir neçə dəfə xəbər vermişdi. Qrup ağaca çatıb dayandı. Ağaca ilk olaraq çavuş Qalalı toxundu. Sonra Hüseynlə
ətrafı yüngülcə
nəzərdən keçirib
yoxladılar. Deyəsən
ağacın üstündə
quş var idi. Yuxarıdan səs gəlirdi. Yaxın ətraf camaatın və əsgərlərin
dilində əzbər
olan "Tək söyüd" sağlam
ağac idi. Görünür nə vaxtsa su arxının
kənarına kimsə
bir çubuq basdırıb, o da sonralar
belə boylu-buxunlu, böyük çətirli
bir ağac olub. Ağacın dibi dərin çala kimi yer idi. Hüseyn
Qalalıya əslində
ağacın dərin
arxın içində
bitdiyini bildirdi. Təbii şərait işə yarayırdı.
Qrup üzvləri, hamı gəlib çatdıqdan sonra ağacın altında, arxın içində hərə bir tərəfdə yerini rahatlayıb oturdu. Elə bu vaxt
sanki hava qəfil işıqlaşdı.
Elə bil kimsə Ayın üzərindən pərdəni
götürdü. Hüseyn
qeyri-ixtiyari: - "Bu heç
yaxşı əlamət
deyil" - dedi.
- Allahın işinə qarışmayacağıq ki, ... yer onun, göy
onun...- Ucarlı dilləndi.
- Qurban olum Allaha,
özü bilən məsləhətdir.
- Hüseyn cavab verdi.
- Kim siqaret çəkmək istəyir burada çəksin. Həm aydınlıqdı, həm
də yer yaxşıdı. Arx dərindi kənardan görsənməz. - Çavuş
Qalalı siqaret çəkənlərə xəbərdarlıq
etdi. Sonra üzünü
Hüseynə tərəf
tutaraq:
- Ay Hüseyn danış görək bu kənddə nə var, nə yox? Bax
elə bu ağacdan, buralardan, özündən danış.
Onsuz da aydınlıqdı,
hələlik hərəkət
edə bilməyəcəyik.
Görək, buludlar nə vaxt insafa
gələcək. - dedi
və göy üzünə boylandı.
- Danış, Hüseyn, danış. - Ucarlı dilləndi - bax bu söyüddən danış.
- Nə danışım
e... Allah baisin evini yıxmasın, yazıqdı...
Gül kimi yaşayırdıq.
Bax, üzü o tərəfə buralara
"8 hektar" deyirdilər.
İndi gündüz görəcəksiniz;
buralar hamısı üzüm bağlarıdr.
Briqadiri də mənim qohumum Mustafa idi. Bax, bu
ağacdan kəhrizə
qədər val uzanır, düz "Şıxhəsən"ə qədr. Buralarda o qədər, üzüm yığmışıq, ot
çalmışıq, heyvan
otarmışıq... Bax
bu ağacın üstündə oturub, o qədər dərs oxumuşam ki...
- Yaxşı oxuyurdun, Hüseyn? Bəs niyə instituta girmədin, əsgərə
gəldin, hə? - Ucarlı marağını
gizlədə bilmədi
- bir də nə yaxşı Bakıya düşdün?
Hamı "Urset"ə
gedirdi axı əsgərliyə...
- Vallah sən də qəribə oğlansan e, Ucarlı. Heç hənanın yeridi? - Hüseyn də öz növbəsində təəccübünü
gizlədə bilmədi.
Bu vaxt anidən göy üzü işıqlandı. Hamı
lap arxın dibinə uzandı.
-
"Kristal" atdılar. - əsgərlərdən kimsə
dilləndi.
- 10 gündən çoxdur atəşkəs elan olunub.
Atmazlar. Bu nəsə
başqa şeydi. - Çavuş Qalalı dilləndi.
- Hə, düz deyir, 14-ü atəşkəs
olub. Say gör neçə gün eliyir. - Ucarlı yenə marağını
gizlətmədi.
- Bu gün artıq 27-si, düz 13 gündür atəşkəs elan olunub.
- 13 gün? Baho bu 13 hardan çıxdı? Ay
səni Ucarlı... Bax belə olanda
adama deyərlər:
"sənə deyən
oldu keçəl ayın neçəsidir?"
- Hüseynin ovqatı
nəsə yaman təlx olmuşdu.
- Hələ ayın 26-sıdır.
12 gündür. - Professor dilləndi.
- Afərin, Əhmədli! -
çavuş Qalalı
anında reaksiya verdi. Elə bu vaxt yenə
göyə nəysə
atdılar. Hər yan ağappaq süd kimi oldu.
Hüseyn məqamdan istifadə edərək: -
Bax o yekə ağac var ha, o qovaq ağacıdır. Qobunun körpüsünün yanındadır.
- deyə çavuş
Qalalını məlumatlandırdı
- Qobunun
körpüsü xəritədə
var, amma ətrafı bağ olduğuna görə qovaq bilinmir.
- Bağ, yəni meşə? - Qalalı soruşdu.
- Biz bağ deyirik. Qobunun körpüsündən
bu tərəfə - qovağa tərəf Kiçik bağ, körpüdən o tərəfə,
yolun o biri üzünə Böyük
bağ deyirik.
- Deyirdik - Ucarlı dilləndi.
- Elə indi də
deyirik. - Hüseyn cavab verdi. Bu vaxt üçüncüsünü
atdılar. Yenə aləm süd gölünə döndü.
- Bəlkə biliblər gəldiyimizi. - kimsə söz atdı.
- Yenə satdılar? - yenə kimsə söz atdı.
- Kürdəmir, sən sakit dur! - çavuş Qalalı iradını bildirdi və göstəriş verdi: - bir az seyrəlin,
aralı-aralı uzanın,
görək axırı
necə olacaq? - dedi və özü
də Hüseynlə birlikdə ağacın dibinə qısıldılar.
Araya qısa müddətli
sükut çökdü.
Bu sükutu elə Qalalı özü pozdu:
- Hüseyn, doğrudan, yaxşı oxuyurdunsa, niyə instituta getmədin, əsgərə
gəldin?
- Bax, o sənə ağac göstərdim ha,
ondan bir az kəndə tərəf abidə var -
"Şəhidlər abidəsi".
20 yanvar şəhidlərinin
xatirəsinə kənd
camaatı yığışıb
özü qoyub o abidəni. 90-cı il mən
məktəbi bitirirdim.
Tarix oxuyurdum. Arzum tarixçi olmaq idi. Şəhidlərin
qırxı günü
o abidənin yanında
böyük mitinq oldu. Hamı danışdı. Hərə
bir söz dedi. Mən də o mitinqdən gələndən sonra bütün "SSRİ" tarixi
kitabların töküb
yandırdım. Qəbula
da getmədim. Yaşım
tamam olanda əsgərə çağırdılar.
Getdim hərbi komissarlığa dedim ki,
hara göndərirsiniz göndərin,
amma mən mənim xalqımı güllə-baran edən orduda xidmət etməyəcəm. Məni
apardılar komissarın
yanına. Komissarın
familiyası səhv eləmirəmsə Yusupov idi. Qzax millətinə oxşayırdı. Heç
bizlərə oxşarlığı
yox idi. O da soruşdu. Eyni cavabı verdim. Tapşırdı
ki, məni Azərbaycanda
saxlasınlar. Mən də qaldım burda. Əvvəl bir az "Nasosnu"da
oldum. Sonra da ərizə
yazıb gəldim bura. - dedi və
sanki çiynindən
ağır bir yük atmış kimi özünü rahat hiss etdi Hüseyn.
Ardı var
Zaur
Ustac,
"Yazarlar" jurnalının
baş redaktoru,
AYB və AJB-nin üzvü
Olaylar.-
2026.- 9-15 yanvar, ¹1.- S.23.