Fikir və söz
azadlığı:
Plüralizmin inkişafı cəmiyyətin güzgüsüdür
Müasir dünyada demokratik cəmiyyətin əsas dayaqlarından biri fikir, söz və məlumat azadlığıdır. Bu
azadlıqlar təkcə
fərdin öz düşüncəsini ifadə
etməsi ilə məhdudlaşmır, eyni
zamanda cəmiyyətin
intellektual səviyyəsini,
siyasi yetkinliyini və sosial məsuliyyətini müəyyənləşdirən
əsas göstəricilərdən
biridir. Fikir müxtəlifliyi və plüralizm olmayan cəmiyyətlərdə inkişafdan,
yenilikdən və sağlam idarəetmədən
danışmaq mümkün
deyil.
Fikir azadlığı
insanın qorxu və təzyiq olmadan düşünmək,
mövqeyini formalaşdırmaq
və öz baxışlarını ifadə
etmək hüququdur. Bu azadlıq insanın daxili dünyasının sərhədlərini
müəyyən edir.
Tarix göstərir ki, fikir azadlığının
boğulduğu cəmiyyətlərdə
tənəzzül qaçılmaz
olub. Sovet İttifaqı dövründə
ideoloji çərçivədən
kənar düşüncənin
yasaqlanması elmi, mədəni və sosial geriliyi sürətləndirən əsas
amillərdən biri idi. Fikir azadlığı
olmayan yerdə fərd passivləşir, cəmiyyət isə tək düşüncəli
kütləyə çevrilir.
Halbuki müxtəlif baxışların toqquşması
yeni ideyaların, islahatların və ictimai razılaşmaların
əsasını qoyur.
Söz azadlığı
fikir azadlığının
praktik təzahürüdür.
Düşüncənin dilə
gəlməsi, ictimai müzakirələrə çıxması
məhz söz azadlığı vasitəsilə
mümkün olur. Jurnalistlərin, ziyalıların,
ictimai fəalların
sərbəst danışa
bilməsi cəmiyyətin
problemlərini üzə
çıxarır və
onların həllinə
təkan verir. Beynəlxalq təcrübə
göstərir ki, söz azadlığı yüksək olan ölkələrdə korrupsiya
səviyyəsi daha aşağı, idarəetmə
isə daha şəffaf olur.
Rəqəmsal dövr söz və məlumat azadlığı üçün
geniş imkanlar açsa da, yeni risklər də yaradıb. Sosial şəbəkələr
informasiyanın sürətlə
yayılmasını təmin
etsə də, dezinformasiya, manipulyasiya və nifrət nitqi kimi problemləri
də aktuallaşdırıb.
Bu səbəbdən
müasir çağırış
təkcə azadlıq
deyil, eyni zamanda məsuliyyətli azadlıqdır. Media savadlılığının
artırılması, etik
jurnalistika prinsiplərinin
qorunması plüralizmin
sağlam inkişafı
üçün vacib
şərtdir.
Müasir Azərbaycan
cəmiyyəti son illərdə təkcə
iqtisadi və siyasi sahələrdə deyil, eyni zamanda
fikir, söz və məlumat azadlığının inkişafı
istiqamətində də
yeni bir mərhələyə qədəm
qoyub. Qloballaşma, informasiya texnologiyalarının
sürətli inkişafı
və regional geosiyasi proseslər bu sahədə yeni yanaşmaların formalaşmasını zəruri
edib. Bu gün Azərbaycan dövləti üçün
əsas prioritetlərdən
biri azad, eyni zamanda məsuliyyətli
informasiya mühitinin formalaşdırılmasıdır.
Azərbaycan Respublikasının Konstitusiyasında
fikir, söz və məlumat azadlığı fundamental
hüquqlar sırasında
təsbit olunub. Konstitusiyanın 47-ci maddəsinə
əsasən hər kəsin fikir və söz azadlığı vardır.
50-ci maddə isə məlumat azadlığını
təmin edir və vətəndaşların
qanuni yolla informasiya əldə etmək hüququnu tanıyır. Bu hüquqi baza sonrakı dövrlərdə
"Kütləvi informasiya
vasitələri haqqında",
"Məlumat əldə
etmək haqqında",
"Media haqqında" qanunlarla
təkmilləşdirilib. Xüsusilə
"Media haqqında" yeni
qanun media subyektlərinin hüquqi statusunun aydınlaşdırılması,
peşəkar jurnalistikanın
təşviqi və informasiya təhlükəsizliyinin
təmin edilməsi baxımından mühüm
mərhələ kimi
qiymətləndirilir.
Azərbaycanda media sahəsində aparılan islahatlar fikir və söz
azadlığının institusional
əsaslarını gücləndirməyə
yönəlib. Dövlət
tərəfindən mediaya
maliyyə və institusional dəstək mexanizmlərinin yaradılması,
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi
informasiya mühitində
keyfiyyətin artmasına
xidmət edir.
Eyni zamanda
media subyektlərinin qeydiyyatının vahid reyestr üzərindən aparılması bazarda şəffaflığın təmin
edilməsi məqsədi
daşıyır. Bu yanaşma söz azadlığının məhdudlaşdırılması
yox, peşəkarlıq
və məsuliyyət
balansının qorunması
kimi təqdim olunur.
Rəqəmsal texnologiyaların inkişafı
Azərbaycanda fikir və məlumat azadlığının coğrafiyasını
genişləndirib. Sosial
şəbəkələr, onlayn media platformaları
və bloqçuluq fərdi fikirlərin daha sürətli yayılmasına şərait
yaradıb. Bu, cəmiyyət daxilində
plüralizmin güclənməsinə
səbəb olub.
Dövlət qurumlarının sosial şəbəkələrdə aktivliyi, rəsmi məlumatların operativ paylaşılması və
elektron hökumət xidmətlərinin genişləndirilməsi
məlumat azadlığının
praktik təzahürü
kimi çıxış
edir. Vətəndaşların
suallarına onlayn cavab mexanizmləri dövlət-cəmiyyət dialoqunun
yeni formatını formalaşdırır.
Azərbaycan üçün fikir və söz azadlığının inkişafı
informasiya təhlükəsizliyi
məsələsindən ayrı
düşünülmür. Xüsusilə postmünaqişə
dövründə informasiya
müharibəsi, dezinformasiya
kampaniyaları və xarici təsir cəhdləri reallıqdır.
Bu səbəbdən dövlət azad informasiya mühiti ilə milli təhlükəsizlik arasında
balans siyasəti yürütməyə çalışır.
Rəsmi mövqe
ondan ibarətdir ki, azadlıq anarxiya demək deyil və məlumatın
yayılmasında məsuliyyət
prinsipi əsas götürülməlidir. Bu
yanaşma beynəlxalq
təcrübədə də
geniş yayılıb.
Azərbaycanda ictimai müzakirə mədəniyyətinin formalaşdırılması
fikir plüralizminin mühüm göstəricisidir.
Qeyri-hökumət təşkilatları,
ekspert icmaları, analitik mərkəzlər
və akademik mühit ictimai rəyin formalaşmasında
fəal rol oynayır.
Televiziya debatları,
açıq diskussiyalar,
dəyirmi masalar və onlayn platformalar fərqli baxışların ifadəsinə
imkan yaradır. Bu proseslər cəmiyyətin siyasi və sosial yetkinliyinin artmasına töhfə verir.
44 günlük Vətən müharibəsindən
sonra Azərbaycan informasiya siyasətində
yeni mərhələyə
keçib. Dövlət
quruculuğu, bərpa
və reinteqrasiya prosesləri ilə bağlı ictimaiyyətin
məlumatlandırılması prioritet istiqamətə çevrilib. Şəffaflıq
və operativlik bu mərhələnin əsas prinsipləridir.
Azad edilmiş
ərazilərdə aparılan
işlər barədə
ictimaiyyətə mütəmadi
məlumat verilməsi
məlumat azadlığının
real tətbiqi kimi qiymətləndirilir.
Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişaf
etdirilməsi mərhələli
və kompleks prosesdir. Dövlət bu sahədə hüquqi, institusional və texnoloji mexanizmlər formalaşdıraraq
plüralist və məsuliyyətli informasiya
mühitinin qurulmasını
hədəfləyir. Güclü
dövlət - azad və məlumatlı cəmiyyət üzərində
qurulur.
Lamiyə Cəbrayılova
Yazı Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.
Olaylar.-
2026.- 9-15 yanvar, №1.- S.11.