20 Yanvar
faciəsi: hadisələrin
siyasi və hüquqi
səbəbləri
"1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş qanlı hadisələrə
obyektiv, hüquqi, siyasi qiymət vermək üçün
bu hadisələr öncəsi respublikanın
ictimai-siyasi həyatında
yaşanmış proseslər
elmi, hüquqi zəmində hərtərəfli
araşdırılmalı, məlum olayların baş verməsinə görə ayrı-ayrı
siyasi qüvvələrin
fəaliyyəti tədqiq
edilməli, bəlli faciənin yaşanmasına
görə, o zamankı
respublika rəhbərliyinin,
siyasi muxalifətin məsuliyyəti
müəyyənləşdirilməli,
SSRİ və Azərbaycan
rəhbərliyinin hadisələrin
bu həddə çatdırılmasına görə
mövqeyinə hüquqi
və siyasi qiymət verilməlidir".
Bu fikirləri
politoloq Elşən Manafov Olaylar.az-a açıqlamasında
söyləyib:
" Ermənistanın millətçı dairələrinin dünyadakı
erməni diasporasının
maliyyə dəstəyi
ilə Qarabağ ətrafında başladıqları
qanundan kənar mübarizə, habelə bu layihədən SSRİ-nin çökdürülməsi
üçün Erməni
Konqresi ilə Qərbdə əməkdaşlıq
edən siyasi dairələrin maraqları,
SSRİ-nin süqutu məqsədi ilə Qərblə gizli sövdələşməyə gedən partnomenklaturanın
yüksək çinli
təmsilçilərinin siyasi
gedişləri respublikada
ictimai-siyasi münasibətləri
kəskinləşdirmiş, o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi,
hadisələrin vaxtında
və qanun çərçivəsində qarşısının alınması
üçün siyasi
iradə və qətiyyət nümayiş
etdirə bilməməsi,
siyasi böhrandan konyuktur maraqlar üçün istifadə etmək istəyən siyasi muxalifətin "Troya atı" konteksində çıxış etməsi
cəmiyyətdə qarşıdurma
ab-havası yaratmaqla onun kortəbii şəkildə yanvar faciəsinə sürüklənməsinə
sərait yaratmışdır.
Bakıda və
bölgələrdə xalqın
Qarabağ ətrafında
yaşananlarla bağlı
narazılığını konyuktur maraqlara köklənən məlum
siyasi qüvvələr
ictimai narazılığın
qeyri-hüquqi müstəvi
üzərinə çıxarılmasına
nail olmuş, qeyri-qanuni və zorakılıqla müşahidə
olunan proseslərlə
ictimai sabitliyi pozmuş, nəticə etibarı ilə Kremlə ölkə, onun paytaxtında qanunçuluğu müdafiə
etmək, dövlət
çevrilişinə cəhdlərin
qarşısını almaq
adı ilə fövqəladə vəziyyətin
tətbiqinə, Bakıya
qoşun hissələrinin
yeridilməsinə hüquqi
zəmin yaratmışdır.
Yanvar faciəsindən
1 həftə əvvəl
Bakıda yaşanmış
erməni talanları,
1989-cu ilin dekabrında
isə Sovet-İran dövlət sərhədində
təşkil edilmiş
təxribatlar SSRİ rəhbərliyinə
Azərbaycanda islam fundamentalizmi, habelə etnik-milli zəmində guya ki, dərinləşə
biləcək qanundan kənar hərəkətlərin
qarşısını almaq
məqsədilə "qoşun
hissələri" yeritməyə
əsas vermişdir. Gerçəkdə isə
məqsəd Azərbaycanda
cəmiyyətin demokratikləşməsinə
xidmət edə biləcək hadisələrin,
ilk növbədə parlamentə demokratik əsasda keçirilə biləcək seçkilərin
qarşısını almaq
olmuşdur. Təəssüflər
olsun ki, konyuktur mahiyyət təşkil edən maraqlar naminə yaşananların gerçək
səbəblərindən məlumatı
olmayan kütlə məlum siyasi qüvvələr tərəfindən
ordu ilə qarşıdurmaya sürükənmiş
və bəlli faciə yaşanmışdır.
20 yanvar faciəsinin başlıca səbəbkarlarından
olan SSRİ prezidenti Qorbaçov o zaman Nobel sülh mükafatına layiq görulmüşdür. Zira
1989-cu ildə onun
ABŞ prezidenti Buşla
Maltada keçirilmiş
məxfi görüşündə
SSRİ-də insan haqları və demokratiya uğrunda gedən mübarizə qanun çərçivəsindən
kənara çıxıb,
zorakılıqla müşahidə
olunacağı halda bu zəmində hadisələrin qarşısını
almaq üçün
Moskvanın qanuni şəkildə zorakılığın
tətbiqinə gedə
biləcəyi ilə
bağlı müraciətinə
Qərbdə müsbət
cavab verilmişdi. Azərbaycanın o zamankı
siyasi muxalifəti isə məlum məqsədlər uğrunda
mübarizəsində dinc
deyil, zorakı vasitələrə müraciət
etməyi məqbul bilmişdi. Hələ o zaman hadisələrin gerçək siyasi mahiyyətinə Ümummilli
lider Heydər Əliyev özunəməxsus
diplomatik ustalıq və bacarıqla qiymət vermiş, tərəflərin baş
vermiş hadisələrə
görə siyasi və hüquqi məsuliyyət daşıdığını
qeyd etmişdir. Ümumiyyətlə respublika
rəhbərliyinin və
siyasi muxalifətin böyuk dövlətçilik
təcrübəsi olan
nəhəng siyasətçi
Heydər Əliyevi yaşanan hadisələrdən
kənar tutmaq istəyi, xalq üçün həlledici
və məsul bir anda onunla
siyasi məsləhətləşmələr
aparmaq istəməmələri
20 yanvar faciəsinin yaşanmasına səbəb
olmuşdur. SSRİ rəhbərliyinin
o zaman Azərbaycan parlamenti və siyası dairələri ilə razılaşdırmadan
Bakıya ordu hissələrinin yeridilməsi
haqqında qanununa gəlincə, bu SSRİ və beynəlxalq hüquqa zidd bir addım idi".
Zeynəb Mustafazadə
Olaylar.-
2026.- 16-22 yanvar, ¹2.- S.5.