Mirzə Cəlilin
dil baxışları və Türkoloji Qurultaydakı
dil müzakirələri:
tarixi və ədəbi paralellər
Ümummilli lider Heydər Əliyev 1926-cı
ildə Bakıda Birinci Beynəlxalq Türkoloji Qurultay
çağırılmasını "Türk dünyası
üçün böyük tarixi əhəmiyyətli hadisə"
kimi dəyərləndirmişdir. XXI əsrdə müstəqil
Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi
milli-mənəvi dəyərlərini çağdaş beynəlxalq
aləmə inteqrasiya etmək yolunda inamlı addımlar
atmaqdadır. Azərbaycan xalqının milli dövlətçilik
prinsipləri içərisində prioritet təşkil edən
milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, gələcək nəsillərə
ötürülməsi və ümumbəşəri dəyərlərə
inteqrasiya olunması yolunda mühüm tarixi-siyası addım
sayılan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikası
Prezidenti Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il Sərəncamı
müstəsna əhəmiyyət kəsb edir.
Birinci Türkoloji Qurultayda Azərbaycan ədəbi
dilinin əsasən 3 məsələsi müzakirəyə
çıxarılmışdı: əlifba, orfoqrafiya və
terminologiya məsələləri. Professor R.Məhərrəmova
bu məqsədlə yazırdı ki, Sovet hakimiyyəti
qurulduqdan sonra ədəbi dilin yazısında əsaslı dəyişiklik
etmək, ədəbi dilin yeni əlifbasını düzəltmək,
yazıdan ərəb əlifbasını çıxarmaq Azərbaycan
ictimai fikri qarşısında çox mühüm bir məsələ
kimi durdu. 1920-1929-cu illərdə ədəbi dilin digər məsələlərinə
nisbətən əlifba məsələsi çox müzakirə
edilmişdir. Bu da təbiidir, çünki əlifba məsələsi
həll olunmayınca, ədəbi dilin digər məsələlərini
düzgün həll etmək, ana dilinin tədrisini qaydaya
salmaq mümkün olmurdu. Professor T.Hacıyev isə belə
qeyd edir: "Ümumiyyətlə, heç bir xalqda və
heç bir zamanda dil məsələsi XX əsrin əvvəllərində
Azərbaycan bədii və bədii-publisist ədəbiyyatında
olduğu qədər bədii fikri məşğul etməmişdir".
Xüsusilə, XX əsrin və Yaxın Şərqin ən
böyük simalarından olan C.Məmmədquluzadənin
ümumi yaradıcılığında Ana dili məsələsi
əsas xətt kimi keçir.
Azərbaycan xalqının görkəmli
ictimai xadimi, maarifçi, pedaqoq, görkəmli publisist,
naşir, tənqidi råalist ədəbi cərəyanının
bayraqdarı, ilk mənzum və allåqîrik dram əsərinin
müəllifi, dramaturgiyanın nəhəng simalarından
biri, yenitipli ictimai satiranın yaradıcısı,
bütün dünyada məşhur olan yeni üslublu
"Molla Nəsrəddin" jurnalının naşiri və
mollanəsrəddinçilərin ağsaqqalı, milli
mücadilə ədəbiyyatımızın sərkərdəsi
böyük ədib Cəlil Məmmədquluzadənin
[1869-1932] irsində və fəaliyyətində mənsub
olduğu xalqının ana dilinin qorunması, onun
savadlanması və yeni tipli əlifbanın yaradılması
məsələsi başlıca yer tutur. Təsadüfi deyil
ki, böyük azərbaycançı ədib Mirzə Cəlil
Azərbaycan ədəbiyyatında həm də ana dilinin təəssübkeşi
kimi tanınır.
Qeyd olunduğu kimi Azərbaycan xalqının mədəni
tərəqqisində, milli oyanışında, maariflənməsində
əvəzsiz xidmətləri olan Cəlil Məmmədquluzadəni
Birinci Türkoloji Qurultayda da geniş müzakirə obyekti olan
Azərbaycan ədəbi dilinin əsasən əlifba,
orfoqrafiya, terminologiya və digər məsələləri
daha çox narahat edirdi. Məlumdur ki, həmin dövrdə
yeni əlifba yaratmaq və ya ərəb əlifbasını
Azərbaycan [və digər türk xalqlarının] dilinin səs
sisteminə uyğunlaşdırmaq ictimai fikir
qarşısında çox mühüm bir məsələ
kimi dururdu. Bu baxımdan, Azərbaycan xalqının görkəmli
oğlu, ana dilinin böyük təəssübkeşi və
mücahidi, yeni əlifba mücadiləçisi və
islahatçısı Cəlil Məmmədquluzadənin
"Ana dili", "Dil", "Lisan bəlası" və
digər əsərləri milli-mənəvi dəyərlərimizin
əsas atributu olan ana dilinin saflığının
qorunması uğurundakı mübarizəsinin və onun
ictimai mahiyyətinin dərk olunması nəticəsində qələmə
alınmışdır. Onun ədəbi
yaradıcıllığında bu problem xüsusi mahiyyət
qazanır, daha doğrusu, 1920-ci ildə yazılan "Anamın
kitabı" əsərində azərbaycanşünaslıq
donuna girir və onun mahiyyətinə çevrilir. Cəlil Məmmədquluzadə
bu dövrdə Azərbaycan ictimai reallığında
müşahidə etdiklərini obrazlar üzrə
paylamış, bu barədəki mövqeyini obrazların dili
ilə demişdir. "Anamın kitabı" əsərində
Ana dilimizə zərərli təsir mənbələri
çox ustalıqla, bədii yolla ifadə edilmişdir. Prof.
T.Hacıyev bu xüsusda yazır: "Ədəbi dilin
saflığını korlayanlar vahid mənbə üzərində
dayanmır, üç ada ayrılırlar, bir qrup ərəb-fars
mənbəyinə, ikinci qrup-türk osmanlı,
üçüncü qrup isə rus-Avropa dillərinə meyl
edirdilər".
Ədibin yaradıcılığında ədəbi
dilin digər məsələlərinə nisbətən əlifba
məsələsi daha çox yer almışdır. Bu da təbiidir,
çünki əlifba məsələsi həll
olunmayınca, ədəbi dilin digər məsələlərini
düzgün həll etmək, ana dilinin tədrisini qaydaya
salmaq mümkün olmazdı. Ədibin böyük arzusu olan
xalqın kütləvi savadlanması və milli
oyanışı məsələsi məhz hamı
üçün yazılması asan olan yeni əlifbanın
yaradılması zərurətinə dayanırdı. Elə
yazıçının "Kürk", "Nöqtələr",
"Molla Nəsrəddin", "Ərəb əlifbası",
"Behişt əlifbası" əsərindəki əsas
qayəsi də odur ki, bu əlifba ədəbi dilimizin sözlərinin,
xüsusilə ərəb-fars sözlərinin
yazılışının ərəb və fars dilləri
orfoqrafiyasında olduğu kimi saxlanılmasına səbəb
olmuş, beləliklə də, sözlərin
yazılışı və deyilişi arasında
böyük fərq doğurmuş, Azərbaycan dilində
düzgün yazmaq və oxmaq işini çətinləşdirmiş,
kütləvi ünsiyyət və ictimai əlaqə işini
həll etməyə müvəffəq ola bilməmişdir.
Cəlil Məmmədquluzadə 1926-cı ilin mart
ayında "Molla Nəsrəddin" jurnalının ¹9
seriyasında "Ölmək
ölməkdir, xırıldamağa nə var" epiqrafı
ilə başlayan "X" hərfi" adlı məqaləsini
"Mozalan" imzası ilə yazır. Bu məqalə həmin
ildə Bakıda keçiriləcək I Türkoloji Qurultaya həsr
olunmuşdur. Bu məqalənin məğzi onsuz da məqalənin
adında öz əksinin tapmışdır. "X" hərfini
əlifbada saxlanıb, saxlanmayacağı məsələsindən
irəli gələn
narahatlığının qocaman müəllim dostunun
dialoqu ilə mübahisə məxrəcinə gətirir. Həmin
Türkoloji qurultayda da bu məsələnin gündəmə
gələcəyini və
nigarnçılığını belə dilə gətirir:
"Ola bilər ki, həmin qurultay "X" hərfini
türk hərfinin içindən bilmərrə
çıxardıb tullaya". Klassik ədəbiyyatı dərindən
bilən qocaman müəllim "X" hərfinin əlifbadan
uzaqlaşması fikrindən bərk məyyus olur. Və
bütün "x" hərfi olan sözlərdə
"q" hərfini işlətmək ağılalmazdır.
Sadəcə, ərəb və fars mənşəli sözlərdə
"x" hərfi işlənir dilimizdə ümumişləkli
hüququ qazanmış xoruz, xiyar, xəbər və qeyri
sözlərimiz var ki, bu sözlərdə "x" hərfinin
əvəzinə "q" hərfin
işlətmək olmaz.
Xarekteri bir az da baməzə olan müəllim
hər hansı yolla olursa olsun qurultaya getmək
üçün yol axtaracağını və həmin
qurultayda "x" hərfini əlifbadan çıxartmaq
fikrinə düşənləri ələ salaraq
inandıracağına and içir və "... elə ki, gördüm bəli,
söhbət o yerə gəlib çıxdı ki, guya
türk dilində "x" səsi yoxdur, onda mən
özümü yatmışa oxşadıb,
başlayacağam xoruldamağa. Məclisə səs
düşəcək ki, ədə, o xoruldayan kimdir?
Yanımdakı adamlar deyəcək ki, burda qocaman bir müəllimi
yuxu tutub, yatıbdı. Onda mən birdən gözümü
açıb, qurultay üzvlərinə deyəcəyəm:
Hey, nə deyirdiniz? Türk danışığında
"x" səsi yoxdur. Bəs bu saat mənim
xoruldamağımı eşidib, özünüz soruşdunuz
ki, burda xoruldayan kimdir?", əgər bu fəndi tutdura bilməsə
xırıldayacağını deyir və "indi hünəriniz
varsa mənim xırıldamağıma
"qırıldamaq" deyiniz görüm".
C.Məmmədquluzadə "X" hərfi",
"Yeni əlifba nə istəyir", "Yeni əlifba komitəsinin
görmüş və görəcəyi işlər",
"Xala xətrin qalmasın" və digər məqalələrində
yazıda və danışıqda vahid bir qaydanın
olmamasının
yazıçıların çaş-baş
saldığını vurğulayır. Ədib yazı
zamanı yaranmış qaydasıslığı aradan
qaldırmaq üçün müxtəlif prinsiplər müəyyənləşdirirdi. "Belə ki, bu əlifba ədəbi
dilimizin sözlərinin, xüsusilə ərəb-fars
sözlərinin yazılışının ərəb və
fars dilləri orfoqrafiyasında olduğu kimi
saxlanılmasına səbəb olmuş, beləliklə də,
sözlərin yazılışı və deyilişi
arasında böyük fərq doğurmuş, Azərbaycan
dilində düzgün yazmaq və oxumaq işini çətinləşdirmişdir".
Azərbaycan dili imlası 20-ci illərdə daha da pərakəndə
şəklə düşür; ikiəlifbalılıq şəraitində
bu, təbii idi. Bir tərəfdən, ərəb qrafikalı
yazımız inqilabdan əvvəlki qarışıq
nizamını davam etdirir, o biri tərəfdən, latın
qrafikalı əlifbada yazı özünü qaydaya sala
bilmir. Bu qaydasızlıq bir sıra ağızlara aid
canlı nitqin eynilə yazıda əks olunması, ərəb
qrafikalı yazının üzünün
köçürülməsi və s. ilə əlaqədar
bir müddət davam etmişdir. 1920-ci illərin imlası və
fonetikası o dövrün tarixi imlası və tarixi
fonetikası idi. Bu baxımdan Azərbaycan dilinin orfoqrafiya
tarixində 1920-1930-cu illər xüsusi bir yer tutur.
Cəlil Məmmədquluzadənin C. imzası
ilə "Yeni yol" qəzetində çap etdirdiyi
"Yeni əlifba nə istəyir" məqaləsində
yazıda və danışıqda vahid bir qaydanın
olmamasının
yazıçıların çaş-baş saldığını
vurğulayır. Sabit dilçilik nizam-intizamına, riyazi
qayda-qanuna tabe olmayan dil qayda və qanununlarının
olmamasını, açıq məntiqlə
qaydasızlığı və
"özbaşınalığı" ifşa edərək
"Neçə yazıçımız varsa bir o qədər
də yazı qaydamız var" - deyirdi. Yazı zamanı
yaranmış qaydasıslığı aradan qaldırmaq
üçün 4 prinsip müəyyənləşdirir.
Ədib bir kəlməsinin dəyişilməsi nəticəsində yazıda baş verən fəsadlara nümunə olaraq göstərir ki, oluram, alıram, aluram, almıram, olmuram, olmayıram, almayıram, almadım, olmadım, ölmədim, almacağam, ölməyəcəyəm, almayacağam, ölməgəm, alınmışdır, alunmuşdur, alınarsa, almar sə, alunur sə, alunurse. Müəllif fikirlərini əsaslandırmaq üçün "odun" kəlməsini də dəyişdirdik də yenə o halların baş verdiyini nümunələrlə sübut edərək qeyd edir ki, "yeni əlifba hökm edir ki, yazıda bu qarışıqlıqlara axır verilsin, çünki bu əlifbada dilimizdə olan səslərin hamısı vardır".
Ardı
var
ZÜLFİYYƏ İSMAYIL
AMEA Naxçıvan Bölməsi
filologiya
üzrə fəlsəfə doktoru, dosent
Olaylar.-
2026.- 16-22 yanvar, ¹2.- S.18.