Bir də o sabahlar
geri dönərmi!?
Bir də o sabahlar geri dönərmi,
Bir də açılarmı
səhər eləcə?
Bir də yağış-yağış
sığallanarmı,
Bir də sevilərmi şəhər eləcə?
Üzündən,gözündən nur tökülərmi,
Günəş üzümüzə gülərmi görən?
O dəli sevdalar,dolu
sevdalae
Bir də başımıza gələrmi görən?
Bir də qayıdarmı o bəxtəvərlik,
Xəyallar quş olub uçarmı bir də?
Sevənlər dənizlə pıçıldaşarmı,
Könlünü sulara açarmı
bir də?
İpək saçlarımız küləyə dönüb
Gələnə,gedənə naz eləyərmi?
Küskün qəlbimizi ovutmaq
üçün
Bir sığal təbəssüm
bəs eləyərmi?
Dincini alarmı yorğun küçələr,
Bir də sevinərmi daşlar,divarlar.
Təzədən baharı müjdələyərmi
Bu payız adamlar,bu
qış adamlar?
Bir də o sabahlar geri dönərmi,
Bir açılarmı səhər
eləcə?
Bir də yağış-yağış
sığallanarmı,
Bir də sevilərmi şəhər eləcə?
****
Yenə
töküb qaş-qabağın,
Qaramat yağır üzündən.
Göy geyib,qara bağlayıb,
Hava nə çıxıb özündən.
Dilindən də baş aşmırıq,
Bir dərdini bilək bunun?
Əlimizdən nə gəlir
ki,
Yağış bunun,külək
bunun.
Küçələr,yollar üşüyür,
Dərə,təpə,dağ darıxır.
Dəniz
ləpə-ləpə küsüb,
Ağaclar yarpaq ağlayır.
Hərarəti bir dadımlıq,
Günəşi də bir aldanış.
Baxışından buz tökülür
Nə yaman sərt gəlib bu qış.
****
Medal
-medal oynayırıq haçandı,
Sinəmizdə dingildəyir medallar.
Gündə yüz yol əyilirik,qalxırıq,
Əyildikcə cingildəyir medallar.
Sürünürük dərə belə,dağ belə,
Medal-medal
yolumuzu azırıq.
Həqiqətin nəfəsini kəsirlər,
Biz də durub medal-medal susuruq.
Güc tapmırıq keçib gedək bu səddi,
Bizi qoymur göz açmağa medallar.
Medal-medal
aldadırlar adamı,
Başımızı medal-medal qatırlar.
Alqış-alqış qıfıllanır
dilimiz,
Medal-medal
əriyirik beləcə.
Kökümüzə balta çalır medallar,
Medal-medal
çürüyürük beləcə.
Medal-medal
yayılırıq kürsüyə,
Sən bizdəki azara bax,azara.
Alan da biz,satan biz,İlahi,
Medal-medal
bazara bax,bazara.
Medal-medal
oynayırıq haçandı,
Sinəmizdə dingildəyir medallar.
Medal-medal
əyilirik,qalxırıq,
Əyildikcə cingildəyir medallar.
****
Bir Adəm çıxmadı,Allah
Bu qədər adam içindən.
Dünyanı hərraca qoyan,
Bu alan,satan içindən.
Hərə bir hədyan danışdı,
Sən yatdın,şeytan çalışdı,
Toz qopdu,aləm qarışdı,
Töküldü bu dam,içindən.
İynəyə,sapa gəlmədik,
Bizdən
Biz yapa bilmədik,
Bir həyat tapa bilmədik
Bu qanın,qadan içindən.
Səbrimizə hörükləndik,
Yerdən
-yerə sürükləndik,
Yavaş-yavaş çilikləndik,
Qırıldı bu cam içindən.
Bir Adəm çıxmadı,Allah,
Bu qədər adam içindən.
Dünyanı hərraca qoyan,
Bu alan,satan içindən.
****
Ha döyünür,ürək
dilə çatanmır,
Günlər aya,aylar ilə çatanmır,
Min ildi ki,Günəş
yerə çatanmır,
“Ulduz”ların parıldayan vaxtıdı.
Ümid
köhnə,nağıl
təzə,söz təzə,
Sevgi təzə,baxış təzə,biz təzə,
Qulaq batır,hamı verib səs-səsə,
Qarğalaraın qarıldayan vaxtıdı.
Yola gəlmir düz yolunu azanlar,
Qanun pozur qanunları yazanlar,
Yaman artıb dost quyusun qazanlar,
Yalanların guruıdayan vaxtıdı.
Ömrə-günə balta çalır borc,xərac,
Basabasdı,qovhaqovdu,qaçaqaç,
Meşələrin aslanları acdı,ac,
Tülkülərin nərildəyən
vaxtıdı.
****
Həmişə qaçdım özümdən,
Qaçdıqca yolum uzandı.
Əlimi
səmaya açdım,
Açdıqca qolum uzandı.
Günahdan günaha batdım,
Batdıqca batdım günaha.
Özümə gücüm çatmadı,
Çatdıqca çatdım günaha.
Aldandım Ol yiyəsinə,
Öldüm,ölümdən qayıtdım.
Ocaq çatdım ürəyimdə,
Yandım,külümdən qayıtdım.
Heç
kimə deyə bilmədim,
İçimdə sözüm qaraldı.
Baxdım
ömrümün dalınca,
Baxdıqca gözüm qaraldı.
Hər şey özümdə başladı,
Tükəndim,bitdim özümdə.
Əlim
heç nəyə yatmadı,
Əl atdım,tutdum özümdən.
****
Dekabr,
Şəhər küçə-küçə,
Ağaclar külək-külək üşüyür.
Mən də üşüyürəm,
Saçlarım dən-dən,
Əllərim çiçək-çiçək
üşüyür.
Bir”Salam” kəlməsinə
qaçır baxışlarım,
Gülümsəyirəm–
İnsanlara,ağaclara,quşlara,küləyə,yağışa.
Bir ilıq təbəssümdə
gizlədirəm kədərimi
doğrusu,
Otuz il əvvəlki kimidi,
Məni
uzaqdan vurur dənizin qoxusu.
İstəyirəm tələsəm,
Ayaqqabılarımın səsi başıma düşür,
O da ayaqlarım kimi yorulub deyəsən.
Birdən
kimsə adımı çağırır,
Düşürəm bu səsin sehrinə,
Ürəyim uçunur adıma
sarı.
Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı,
Hardayam?
Hardadı?
Hanı?
Bir oğlan bir qızın saçlarını
baxışlarıyla sığallayır,
Qız nazlanır,
O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı
yanaqlarım islanır.
Çatlaq dodaqlarım göz
yaşını başına
çəkir,
Nəfəsi üstünə gəlir
dodaqlarımın.
Sonra təzədən qayıdıram
bu saata,bu
yerə,bu günə,
Sakitcə keçib gedirəm
yanlarından yağış-yağış,
Gözüm qıza sataşır
“Bu qız mənə oxşamır axı”
Sahil boyu göyərçinlər
didib dağıdır
torpağı,
Onlar dən,mənsə xatirə axtarıram.
Dekabr,
Səni
bu gün də addım-addım arxada qoyuram-
Dizimdə yel,gözümdə
eynək,çiynimdə dopdolu
aldanış.
İstəyirəm dənizə daş
atım,
Ürəyim sözümə baxmır.
Mən səndə doğuldum,mən
səndə böyüdüm,
mən səndə sevdim,mən
səndə aldandım,
Bağışla məni,dekabr!
****
Böyük dərddi ümidini
Kəsəsən qanın çıxmaya.
Alışasan diri-diri,
Öləsən,canın çıxmaya.
Danışmağa qoymayalar,
Susasan,səbrin darala.
Özünə qəbir qazasan,
Girəsən,qəbrin darala.
Bir balaca yuvan ola,
Çalın,çəpərin olmaya.
Yatasan
fil qulağında,
Filin xəbəri olmaya.
Qollarından asılasan,
Ayağın yerdən üzülə.
Qaçasan ruhuna sarı,
Qaçasan,ipin kəsilə.
Başına daşın tökülə,
Qalasan daşın altında.
Bir yalan başın üstündə,
Bir yalan başın altında.
****
Balım,şəkərim dedilər,
Noğullar aldatdı bizi.
Göydən üç alma düşmədi,
Nağıllar aldatdı bizi.
Düşdük fələyin dalınca,
Suyun,çörəyin dalınca,
Ac qaldıq,çapdıq qılınca,
Cığırlar aldatdı bizi.
Dərədən,təpədən keçdik,
Dənizdən,ləpədən keçdik,
Neçə cür zirvədən
keçdik,
Çuxurlar aldatdı bizi.
Yalanlara
arxalandıq,
Bar verdikcə uralandıq,
Medal-medal
qaralandıq,
Uğurlar aldatdı bizi.
Ürək qaldı,gözə
qaçdıq,
Sükut
qaldı,səsə qaçdıq,
Sevgidən həvəsə qaçdıq,
Sığallar aldatdı bizi.
****
Bir yuxudan asılmışam,qorxulu,
Çin-şeytanlı,əjdahalı,oğrulu,
Burda hər yan qaranlıqda
boğulur,
Bu yuxunun günü yoxdu,İlahi.
Çalışıram,yönün tapa bilmirəm,
Dolaşıram,önün tapa bilmirəm,
Axtarıram,hanı,tapa bilmirəm,
Bu yuxunun çəmi yoxdu,İlahi.
Bir yol gedir əyri-üyrü,dolanbac,
Sınıq-salxaq,uçuq-sökük,yalavac,
Bu yuxunun xəyalları acdı,ac,
Bu yuxunun dəni yoxdu,İlahi.
Vurnuxuram
bu qorxunun içində,
Bu iblisin,bu oğrunun
içində,
Kim çıxacaq bu yuxunun içindən?
Bu yuxunun sonu yoxdu,İlahi.
****
Bu çəkdiyim nədi belə,
Çəkdikcə yolum uzanır.
Üstümə qaranlıq çökür,
Çökdükcə yolum uzanır.
Gücüm çatmır ki,yükümə,
Həm özümə,həm yükümə,
İllərin belin bükürəm,
Büktükcə yolum uzanır.
Başımdan xəzan tökülür,
Dilimdən üsyan tökülür,
Nə yazıram qan tökülür,
Tökdükcə yolum uzanır.
Çöldə payız havasıdı,
Yarpaq,xəzəl davasıdı,
Ürəyim quş yuvasıdı,
Səkdikcə yolum uzanır.
Təranə DƏMİR,
AYB -nin və AJB-nin üzvü, şair -publisist
Olaylar.-
2026.- 16-22 yanvar, ¹2.- S.22.