Qurudulmuş dondurulmuş meyvələr

 

Sağlam qidalanmada alternativ, yoxsa əsas seçim?

 

Müasir qida sənayesində sağlam qidalanma anlayışı getdikcə daha böyük önəm kəsb edir. İnsanlar artıq təkcə tox olmaq yox, eyni zamanda orqanizmini qorumaq, immun sistemini gücləndirmək həyat keyfiyyətini artırmaq məqsədilə qida seçimlərinə daha diqqətlə yanaşırlar. Bu baxımdan son illərdə geniş yayılmağa başlayan məhsullardan biri sublimasiya olunmuş, yəni dondurularaq qurudulmuş meyvələrdir.

Son illər qida mədəniyyətində müşahidə olunan dəyişikliklər, sağlam həyat tərzinə artan maraq qlobal bazarların təsiri qurudulmuş dondurulmuş meyvələrin populyarlığını xeyli artırıb. Əvvəllər əsasən mövsümdənkənar dövrlərdə alternativ kimi istifadə olunan bu məhsullar bu gün artıq həm gündəlik məişətdə, həm restoran, kafe şənlik süfrələrinin ayrılmaz hissəsinə çevrilib. İstər evdə çay süfrəsində, istərsə dəbdəbəli tədbirlərdə təqdim olunan desert qəlyanaltılarda qurudulmuş dondurulmuş meyvələrə tez-tez rast gəlinir. Bu tendensiya təkcə estetik dad baxımından deyil, eyni zamanda qida təhlükəsizliyi, saxlanma rahatlığı iqtisadi səmərəlilik baxımından da diqqət çəkir. Qurudulmuş meyvələr ən qədim qida saxlanma üsullarından biri hesab olunur. Tarixi mənbələr göstərir ki, insanlar min illər əvvəl meyvələri günəş altında qurudaraq onların uzun müddət saxlanmasını təmin ediblər. Müasir dövrdə isə bu proses daha təkmilləşdirilmiş texnologiyalar, xüsusi quruducu kameralar, temperatur rütubətə nəzarət sistemləri vasitəsilə həyata keçirilir. Qurudulma zamanı meyvənin tərkibindəki suyun böyük hissəsi çıxarıldığı üçün məhsulun çəkisi azalır, lakin enerji dəyəri şəkər konsentrasiyası nisbətən artır. Nəticədə qurudulmuş meyvələr az miqdarda qəbul edildikdə belə, yüksək enerji verən qida məhsulu kimi çıxış edir. Dondurulmuş meyvələr isə daha müasir qida sənayesinin məhsuludur. Bu üsul meyvələrin təzə halda, yəni yetişdiyi anda sürətlə dondurulmasını nəzərdə tutur. Sürətli dondurma texnologiyası meyvənin tərkibindəki vitamin mineralların böyük hissəsinin qorunmasına imkan verir. Bu səbəbdən dondurulmuş meyvələr çox zaman "mövsümdənkənar təzə meyvə alternativi" kimi təqdim olunur. Xüsusilə restoran kafe sektorunda smoothies, desertlər, tortlar müxtəlif içkilərin hazırlanmasında dondurulmuş meyvələr geniş istifadə olunur. Məişətdə qurudulmuş dondurulmuş meyvələrin yayılmasının əsas səbəblərindən biri onların saxlanma istifadə rahatlığıdır. Təzə meyvələr tez xarab olduğu halda, qurudulmuş meyvələr aylarla, hətta düzgün şəraitdə bir ilə qədər keyfiyyətini itirmədən qala bilir. Dondurulmuş meyvələr isə dərin dondurucularda uzun müddət saxlanaraq istənilən vaxt istifadəyə hazır vəziyyətdə olur. Bu xüsusiyyət xüsusilə böyük ailələr, işləyən insanlar vaxtına qənaət etmək istəyənlər üçün cəlbedicidir.

Restoran şənlik süfrələrində bu məhsulların geniş yayılması həm təqdimat imkanları ilə bağlıdır. Qurudulmuş meyvələr estetik görünüşü, rəng müxtəlifliyi zəngin dadı ilə süfrəyə xüsusi cazibə qatır. Onlar çərəzlərlə birlikdə, desert lövhələrində, tort şirniyyatların bəzədilməsində tez-tez istifadə olunur. Dondurulmuş meyvələr isə aşpazlara mövsümdən asılı olmayaraq stabil keyfiyyətli məhsulla işləmək imkanı yaradır. Bununla yanaşı, mütəxəssislər bu məhsulların istifadəsində ölçüyə diqqət yetirilməsinin vacibliyini vurğulayırlar. Qurudulmuş meyvələrdə şəkər miqdarı yüksək olduğundan həddindən artıq istehlak bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Dondurulmuş meyvələrdə isə əlavə şəkər ya qoruyucu maddələrin olub-olmamasına diqqət etmək tövsiyə olunur.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Olaylar.az-a danışıb. Mütəxəssis bildirib ki, sublimasiya olunmuş meyvələr əvvəlcə mənfi 40 dərəcədə dondurulur, daha sonra vakuum şəraitində onların tərkibindəki mayenin birbaşa buxarlanması, yəni buzdan qaz halına keçməsi prosesi aparılır sonda qurudulur. Bu, adi qurudulmadan tamamilə fərqli daha mürəkkəb bir texnologiyadır. Məhz bu üsul sayəsində meyvələr bişirilir, yüksək temperaturun təsirinə məruz qalır. Bu isə onların tərkibində olan bioloji aktiv maddələrin maksimum dərəcədə qorunmasına imkan yaradır. Bu texnologiya nəticəsində meyvələr demək olar ki, vitamin minerallarının 90 faizə qədərini saxlayır. Yəni adi qurudulmuş meyvələrdən fərqli olaraq sublimasiya olunmuş məhsullar öz qida dəyərini böyük ölçüdə itirmir. Bu da onları xüsusilə sağlam həyat tərzinə üstünlük verən insanlar üçün cəlbedici edir. Bu meyvələr uzun müddət, hətta 25 ilə qədər xarab olmadan qala bilir dadı, rəngi, demək olar ki, forması təzə meyvədə olduğu kimi qalır. Bu, həm istehsalçılar, həm istehlakçılar üçün böyük üstünlükdür. Xüsusilə uzunmüddətli saxlanma tələb olunan hallarda, məsələn, səfərlər, ekspedisiyalar, fövqəladə vəziyyətlər ya hərbi təchizat zamanı sublimasiya olunmuş meyvələr əvəzsiz qida mənbəyinə çevrilir. Lakin qeyd etmək lazımdır ki, əgər tərkibində C B qrupu vitaminləri varsa, onların miqdarı təzə meyvələrlə müqayisədə bir qədər az olur. Bu da təbii bir prosesdir, çünki bu vitaminlər temperatur dəyişikliklərinə oksigenlə təmasa daha həssasdır. Buna baxmayaraq, sublimasiya üsulu bu vitaminlərin böyük hissəsini qoruyub saxlaya bildiyi üçün adi qurudulmuş məhsullarla müqayisədə daha üstün hesab olunur.

Mütəxəssis əlavə edib ki, sublimasiya olunmuş meyvələrdən daha çox idmançılar, immun sistemini gücləndirmək istəyən insanlar, eləcə səfərdə olan şəxslər istifadə edirlər. İdmançılar üçün bu məhsullar sürətli enerji mənbəyi, minerallarla zəngin təbii qida bərpaedici vasitə rolunu oynayır. İmmunitetini möhkəmləndirmək istəyənlər isə onları əlavə vitamin-mineral mənbəyi kimi menyularına daxil edirlər. Uzun yol səfərlərində olan insanlar üçün isə bu məhsullar həm yüngül, həm daşınması rahat qida variantıdır. Bununla belə, gündəlik qida üçün əsasən təzə, mövsümi yerli meyvə-tərəvəzlərdən istifadə etmək daha faydalıdır. Çünki təzə məhsullar yalnız vitamin baxımından deyil, həm canlılıq, fermentlər təbii liflərlə zəngin olması baxımından orqanizm üçün daha münasibdir. Sublimasiya olunmuş meyvələr isə daha çox alternativ əlavə qida kimi qəbul edilməlidir. Bununla yanaşı, sublimasiya olunmuş meyvələr qəbul edilərkən miqdara diqqət yetirilməlidir. Tövsiyə olunur ki, hər bir insan ovucu qədər qəbul etsin ki, bu da təxminən 20-30 qram sublimasiya olunmuş meyvəyə bərabərdir. Bu miqdar orta ölçülü iki porsiya mövsümi meyvəyə uyğun gəlir. Çünki bu məhsullar quru olduğu üçün həcmi kiçik, lakin qida dəyəri yüksəkdir artıq miqdarda qəbul edildikdə orqanizm üçün əlavə yük yarada bilər. Əgər bu məhsullar kiçik uşaqlara veriləcəksə, xüsusilə diqqətli olmaq lazımdır. Quru olduqları üçün daha çox tüpürcək tələb edir bu da boğulma riski yarada bilər. Ona görə uşaqlara verməzdən əvvəl meyvələri 5 dəqiqə suda isladıb sonra təqdim etmək daha məqsədəuyğundur. Bu həm məhsulu yumşaldır, həm uşaqların rahat çeynəyib udmasına kömək edir. Xroniki xəstəlikləri olan insanlar, xüsusilə şəkərli diabetdən əziyyət çəkən şəxslər bu meyvələri qəbul edərkən ehtiyatlı olmalıdırlar. Çünki meyvələrdə təbii şəkər - fruktoza miqdarı yüksəkdir çox miqdarda qəbul edildikdə qanda şəkərin səviyyəsi qəfil yüksələ bilər. Bu isə diabet xəstələrində xəstəliyin kəskinləşməsinə, halsızlıq, başgicəllənmə digər fəsadlara səbəb ola bilər. Mədə-bağırsaq sistemi problemləri olan şəxslər sublimasiya olunmuş meyvələri çox miqdarda qəbul etməməlidir. Bəzən qastrit, mədə turşuluğu ya digər həzm problemləri zamanı bu cür məhsullar həzm çətinliyi, şişkinlik, ağrı qıcıqlanmaya səbəb ola bilər. Ona görə bu cür şəxslərə az miqdarda diqqətlə qəbul etmək tövsiyə olunur. Hər hansı meyvəyə qarşı allergiyası olan şəxslər həmin meyvənin dondurulmuş qurudulmuş formasını da qəbul edərkən diqqətli olmalıdırlar. Çünki allergiya riski bu halda da yüksək ola bilər məhsulun forması dəyişsə belə, allergen maddə öz təsirini saxlayır.

"Məhsulun saxlanma qaydalarına da xüsusi diqqət yetirilməlidir. Əgər düzgün şəkildə qablaşdırılıb qabı açılmayıbsa, meyvənin növündən asılı olaraq 25 ilə qədər saxlanıla bilər. Bu isə onu uzunmüddətli ehtiyat üçün ideal məhsula çevirir. Lakin qab açıldıqdan sonra məhsulun qısa müddətdə istifadə edilməsi tövsiyə olunur. Çünki hava ilə təmas məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Əgər hava ilə təmas nəticəsində yumşalma yaranarsa, rəngində, qoxusunda ya görünüşündə dəyişiklik müşahidə edilərsə, belə məhsulun istifadəsi məsləhət görülmür. Bu, artıq məhsulun keyfiyyətinin pozulduğunu göstərir. Bu meyvələri quru, sərin günəş şüalarından uzaq yerdə saxlamaq daha məqsədəuyğundur. Çünki yüksək temperatur rütubət məhsulun saxlanma müddətini azalda dad-keyfiyyətini poza bilər. Uzun müddət qəbul edildikdə ya qəbuldan sonra dişlərə yapışqanlıq hissi yarandığı üçün diş çürüməsinə diş minasının zədələnməsinə səbəb ola bilər. Buna görə qəbuldan sonra ağızın yaxalanması tövsiyə olunur ki, dişlərə zərər vurulmasın. Xüsusilə uşaqlarda bu məsələ daha diqqətlə nəzarətdə saxlanmalıdır", - deyə M. Hüseynova qeyd edib.

Ekspert bildirib ki, mütləq şəkildə məhsulu alarkən mənşəyi bəlli olan, etibarlı təbii üsulla qurudulan yerlərə üstünlük verilməlidir. Əgər etiketdə zədələnmə varsa ya tərkibində dadlandırıcılar, aromatizatorlar, rəngləndiricilər yaxud E kodları ilə göstərilən kimyəvi qatqılar mövcuddursa, bu, məhsulun təbii üsulla hazırlanmadığını göstərir. Belə məhsullar qəbul edildikdə kimyəvi maddələrin təsiri nəticəsində daxili orqanların funksiyası pozula sağlamlıq üçün ciddi risk yarana bilər. Ona görə seçim zamanı yalnız görünüşə reklama deyil, tərkibə mənşəyə xüsusi diqqət yetirmək lazımdır.

Sublimasiya olunmuş meyvələr müasir texnologiyanın təbiətə mümkün qədər zərər vermədən insan üçün fayda yaratmağa çalışmasının bir nümunəsidir. Onlar düzgün ölçülü istifadə edildikdə həm sağlamlıq üçün faydalı, həm gündəlik həyat üçün rahat alternativ qida mənbəyi ola bilər. Lakin heç bir halda təzə meyvə-tərəvəzin yerini tam əvəz etmir yalnız əlavə qida kimi qəbul edilməlidir.

Fikrimcə, qurudulmuş dondurulmuş meyvələr müasir qida mədəniyyətində həm praktik, həm funksional məhsullar kimi mühüm yer tutur. Onların düzgün seçilməsi balanslı şəkildə istifadəsi həm məişətdə, həm ictimai iaşə sektorunda sağlam rəngarəng qidalanmaya töhfə verir. Bu tendensiyanın gələcək illərdə artaraq davam edəcəyi gözlənilir.

 

Lamiyə Cəbrayılova

 

Olaylar.- 2026.- 23-29 yanvar, №3.- S.21.