Mirzə Cəlilin dil baxışları və I Türkoloji Qurultaydakı
dil müzakirələri:
tarixi və ədəbi paralellər
Ümummilli lider Heydər Əliyev 1926-cı ildə
Bakıda Birinci Beynəlxalq Türkoloji Qurultay çağırılmasını
"Türk dünyası
üçün böyük
tarixi əhəmiyyətli
hadisə" kimi dəyərləndirmişdir. XXI əsrdə müstəqil
Azərbaycan Respublikası
hüquqi, demokratik, dünyəvi milli-mənəvi
dəyərlərini çağdaş
beynəlxalq aləmə
inteqrasiya etmək yolunda inamlı addımlar atmaqdadır. Azərbaycan xalqının
milli dövlətçilik
prinsipləri içərisində
prioritet təşkil edən milli-mənəvi dəyərlərin qorunub
saxlanılması, gələcək
nəsillərə ötürülməsi
və ümumbəşəri
dəyərlərə inteqrasiya
olunması yolunda mühüm tarixi-siyası
addım sayılan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidenti
Cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il Sərəncamı müstəsna əhəmiyyət
kəsb edir.
Əvvəli
ötən sayımızda
Bəllidir ki, heç bir dil sabit qalmır.
Zaman irəliyə gedir.
Elm və texnika inkişaf edir və digər dillərdən hər bir dil yeni söz
alır. Maarifpərvər
və uzaqgörən
yazıçı qələm
dostlarının həmin
"özgə millətlərdən
aldığı kəlmələri
türkləşdirə bilmirlər,
çünki ərəb
əlifbası bu işə mane olur" fikrini ikinci hal kimi
müəyyənləşdirir. Məsələn: nəmaz,
kol, koloft, kələft, bolbol və yüzlərcə belə
kəlmələri türkün tələffüz
etdiyi namaz, qul, külfət, bol-bol kimi yaza
bilmirdi. "Çünki
belə yazanlara "savadsız" deyirdilər".
Onun fikrinə görə yeni əlifba bu kimi kəlmələri
həm türkləşdirməyə
imkan verir, həm də məcbur edir.
Çaşqınlıq yaradan üçüncü hal kimi tələffüz məsələsini də
gündəmə gətirir.
Dilçilik elminin ədəbi dilinin tələffüz normalarından
və qayda-qanunlarından
bəhs edən bir bölməsi olan orfoepiya da Cəlil Məmmədquluzadəni
narahat edən və düşündürən
ən aktual məsələrdən biri
idi. Məlum olduğu kimi o dövrdə orfoqrafiya qaydalarındakı qaydasızlıq
özünü orfoepiyada
da göstərirdi. Dilimizin
lüğət tərkibinə
daxil olan sözlərin müəyyən
qrupu yazıldığı
kimi tələffüz
edilmədiyi kimi, əksinə, deyildiyi kimi də yazılmır
prinsipi həmin məqalənin "ücüncü
hal"ında müəyyən
qaydaya riayət olunmaması "böyük
pozğunluq salırdı".
Məsələn: məhəbbət
kəlməsi məhəbbət,
mühəbbət, mühibbət,
möhübbət kimi
tələffüz olunurdu.
"Yeni əlifba bu kimi kəlmələrin doğru tələffüzünü
tapıb bir cür yazılmasını
və bir cür söylənməsini
bərk-bərk-istəyir".
Məqalədə "dördüncü hal" ərəb və fars dillərindən
olduğu kimi dilimizdə işlənən
izafət tərkiblərinə
həsr olunur. Müəllif yazıçılarımızın
"cesmani tərbiyə",
"əzabi şədiq", "vəzifeyi mədəniyye",
"odabeye əsar"
və digər bu qəbildən olan tərkiblərin əvəzinə cisim tərbiyəsi, şiddətli
əzab, mədəniyyət
vəzifəsi, əsr-ərbək
ədibləri və
s. birinci və ikinci növ ismi birləşmələrin
işlənməsinə tərəfdar
olaraq "biz ərəb
və fars kəlmələrinə, şivələrinə,
tərkiblərinə elə
alışmışıq ki, öz dilimizin gözəl qanunlarını
və qaydalarını
o tərkiblərə tabe
edib öldürürük".
Ədib yeni əlifbanın
xalqın düşünən
beyinlərindən nə
istədiyini qısaca
bu dörd halla müəyyənləşdirir
və "əcnəbi
qaydalar dilimizdən büsbütün atılsın,
dilimiz azad olub təmizlənsin və dirilsin" şüarı ilə bütün yazıçı
və şairləri,
bütövlükdə qələm
əhlini bu şüar ətrafında
birləşməyə çağırı
və dilimizin saflığı uğrundakı
mübarizəsində silahdaşlarından
kömək istəyir.
Yazıçını düşündürən
digər mühüm məsələlərdən biri
də imla məsələsi idi. Həm əlifba, həm də imla məsələsi bir-birilə sıx şəkildə əlaqədardır.
Ərəb əlifbasından
istifadə edildiyi dövrdə Azərbaycan ədəbi dilinin imla qaydaları qeyri-sabitliyi, prinsipsizliyi ilə nəzəri cəlb edirdi. Bu sahədə düzgün
qaydalar, prinsiplər hazırlanmaması, ana dilinin
qrammatikasının hələ
lazımınca işlənməməsi
məsələsini yazıçı
"Sirkə" adlı
hekayəsində dörd
ədibin mübahisəsi
zəminində gündəmə
gətirərək belə
yazır: "Əhməd
Fitrət bir qədər ucadan dedi: - Balıx nədi? Balıx, bax bu yediyimiz
heyvanın adıdır
... Ay mənim əziz
qardaşlarım, axır
bir mənə deyin görüm, axır hər bir dilin bir
qanunu var, axır bizim türk dilinin də bir qanunu var, ya yox? Məlumdur
ki, biz türk milləti
necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə, nə bir qanun
tanıyırıq, nə
də bir ahəngə tabe oluruq, elə başımızı aşağı
salıb Kabla Məhəmməd Cəfər
və Fatma xalalar kimi deyirik, elə
ata-babalarımız deyən
kimi biz də gərək balığa,
balıx deyək".
Mirzə Cəlil ana dili qrammatikasının işlənməsini, onun elmi əsaslar üzrə qurulmasına çalışırdı. O, nəzərə çatdırıdı
ki, ana dilinin qrammatikası
hələ lazımınca
işlənməmişdir. Buna görə də hər kəs istədiyi kimi danışır, hər kəs istədiyi kimi yazır.
Molla Nəsrəddin imzası ilə "Molla Nəsrəddin" jurnalı 40-cı
sayında "Dərs
kitablarımız" adlı
məqalədə Maarif Komissarlığında fəaliyyət
göstərən nəşriyyat
şöbəsinin icazəsi
il çap oluna "Üçüncü il" adlı
dərs kitabı haqqında tənqid və iradlarını yazır. Müəllif bu
məqalədə həmin
kitabın yetişməkdə
olan gənc nəslin təlim-tərbiyəsində
heç bir müstəsna xidmətə
layiq olmadığını
qeyd edir və dilinin bizim dil ilə
heç bir əlaqəsinin olmadığını
nümunələrlə göstərir.
Kitabda verilmiş mətnlərin, şeir parçalarının "çürük,
məzmunu çürük,
dili çürük,
məsləki çürük.
Əgər bu kitabı yazan mərhum müəllimimiz
kitabını bu şəkildə meydana qoyubsa, bu iş
onun öz şəxsi işidir, onun ağlı belə kəsib" - deyir. "Amma təəccüb burasındadaır
ki, indiki əsrimizdə
açıq bir ana dilinə möhtac olduğumuz yerdə bir nəfər də mənim kimi bir namərd
insafa gəlib dillənmir və demir ki, a balam, bu ərəb dili behiştə gedənlər üçün
lazımdır; çünki,
ağayi-məcilisi əleyhirrəmə
buyururlar ki, behiş əhli ərəb dili, cəhənnəm əhli məcus dili danışır. Aman
gönüdür, nə
dili olur olsun, - qoy məcus
dili olsun, - ancaq oxuyub qanmalı
olsun". Müəllif
bəzi dərs vəsitlərinin, ələlxüsus
da ana dili dərsliklərinin
milli ruhda, anlaşıqlı,
sadə, təmiz ana dilində yazlmasını
təkidlə gündəmə
gətirir. Köhnə
fikirli, məqsədi-məramı
anlaşılmayan, heç
bir milli mənsubluğa
xidmət etməyən
kitabların istifadədən
qaldırılmasını və yeni məzmunlu, milli
mənafeə xidmət
edən, azərbaycançılıq
ideologiyası hər kəlməsində bəlli
olan, bütün ruhu ilə bizə
xas olan dərs kitablarının yazılmasının tərəfdarıdır.
Burdan belə nəticə çıxarmaq
olur ki, coxcəhətli
fəaliyyət dairəsinə
malik olan C.Məmmədquluzadə
ana dilində aparılan
təlimin ictimai-pedaqoji
əhəmiyyətini yüksək
dəyərləndirmiş, Azərbaycan məktəblərinin
ana dilində olmasını,
ana dilində tədrisin
yaxşılaşdırılmasını
dövlətdən qəti
tələb etmişdir.
dilin saflığı,
zəngiliyin, ədəbi
dilin yaradılması
uğrunda mübarizə
aparmış, nəzəri
fikirlərin həyata
keçirilməsi üçün
bütün fəaliyyəti
boyu inamla, dönmədən əməli
iş görmüşdür.
Cəlil
Məmmədquluzadənin bu
silsilədən olan məqalələrindən biri
də "Yeni yol"
qəzetində "İmzasız"
imzası ilə çap etdirdiyi "Yeni əlifba komitəsinin görmüş və görəcəyi işlər"
məqaləsidir. Bu məqalə
"Yeni Türk Əlifba
Komitəsi"nin beş
aylıq fəaliyyətinin
hesabatına həsr olunub ki, bunlar da 8 bənddə öz əksini tapır. Məqalədən də aydın təsəvvür
yaranır ki, bu komitə öz dövründə mühüm
işlər görməsinə,
sıralarını günü-gündən
möhkəmlətməsinə baxmayaraq, cürbəcür
maneələrlə də
qarşılaşır "fəqət nə olursa-olsun, komitəmiz getdiyi yoldan dönməyəcək və
məqsədinə yetişincə
daha böyük bir əzm ilə
irəliləyəcək" - deyib daha da əzimkarlıqla
çalışır.
"Molla Nəsrəddin" jurnalının ¹11 sayında "Cırcırama"
imzası ilə
1926-cı ilin mart ayında
nəşr olunan
"Ərəb əlifbası"
adlı məqalə ərəb əlifbası
tərəfdarlarına cavabən
yazılmışdır. Hərtərəfli
dünyagörüşə, hərtərəfli bilik və məlumata sahib olan Cəlil Məmmədquluzadə XI əsrdən
bu yana ərəblərinin
özlərinin belə
öz əlifbalarında
islahat aparmaq haqqdakı fikirlərinin qısa xülasəsini kiçik həcmli bu məqalədə tutarlı faktlarla verə bilmişdir. Həmçinin həmin ərəfədə ərəb
əlifbasının tərəfdarlarına "biz türklər
burda əyləşib
ərəb əlifbasını
tənqid edənlərin
qabağına çıxıb,
bu tənqidçiləri
pisləyirik və başlayırıq ərəb
əlifbasının yaxşı
tərəflərini üzə
çıxarmağa və
pis tərəflərini
də inkar etməyə. Amma olmazdı
ki, bu barədə sahibkarların özlərindən
də baxəbər olaq və ərəblərin
özlərinin əlifbaları
barəsində rəylərini
bilək" - deyə
tövsiyə verir. Məşhur əlifbaçı
Mirzə Məhəmmədəlinin
Üveysi, Mirzə Rzaxan Səfir və Mirzə Fətəli Axundovun əlifba inqilabı yolunda çalışmaqlarına
və onların bu uğurdakı mübarizələrinə mane
olanlara isə cavabı "ləzzət
burasındadır ki, ərəblər
də bir vaxt bu cızma-qaranı
bilmərrə buraxıb,
adam əlifbasını
qəbul edələr.
...o vaxt pislik hamısı bizə qalacaq".
Sonda ümumiləşdirilmiş nəticə
olaraq qeyd edək ki, C.Məmmədquluzadənin
əsərlərinin sadə
ana dilində yazılmasından
tutmuş ana dilinin müxtəlif problemlərinə
həsr olunan çoxsaylı məqalələri
böyük ədibin
ana dilinə qoyduğu
ən böyük mənəvi abidələrdən
hesab olunur. Ədibin "Molla Nəsrəddin" jurnalının
baş məqaləsi
olan "Sizi deyib gəlmişəm"
məqaləsindən başlamış
"Lisan bəlası",
"Bizim obrazovannılar",
"Abirin və kilab", "Şirin rusi danışan",
"Ana dili", "Dil",
"Bismilla xiragima nirragim", "Əlifba",
"Rus məxrəci", "İlan-qurbağa", "Təzə
əlifba", "Latın
hürufatı və ingilislər", "Yeni əlifba
nə istəyir?",
"Nöqtələr", "Behişt əlifbası",
"X" hərfi", "Ərəb əlifbası"
kimi məqalə və felyetonlarında, eləcə də "Anamın kitabı",
"Saqqallı uşaq",
"Sirkə" kimi
bədii əsərlərində
ana dili və əlifba məsələlərinə
aid müxtəlif problemləri
öz təbirincə
qaldırmış, konkret
münasibət və
fikir ifadə etmişdir.
C.Məmmədquluzadənin yuxarıda adı çəkilən
və ya bu səpkili əsərlərində orfqrafiyanın
əsas prinsipləri,
orfoqrafiya və onu qaydalarını təyinetmə imkanları
nəzərdən keçirilir.
Məqalə və felyetonlarında ayrı-ayrı
sözlərin yazılış
qaydalarının parametrləri,
nitq vahidlərinin mənalı morfoloji hissələrinin verilməsi,
qrafik işarələrdən
düzgün istifadə,
həmin işarələrin
seçilməsi, dilin
mənalı vahidlərinin
düzgün yazılışı,
söz birləşməsi
və cümlələrin
düzgün tərtibi,
qanuni şəklə
salınması, qrafik
transkripsiya sistemində
səsin və ya sözün yazılışı, həmçinin
qrammatik işarələr
sisteminin qaydaları və s. məsələlər
öz əksini tapmışdır.
Beləliklə, I Türkoloji Qurultaydan
sonra ustad Cəlil Məmmədquluzadəni
düşündürən dil məsələlərinin,
Azərbaycan ədəbi
dilinin mənzərəsi
göstərir ki, bu şəraitdə dil siyasəti və dil quruculuğu əvvəlki dövrlərlə
müqayisədə intensivləşir,
genişlənir. Kəskin
mübahisələrlə müşahidə
olunan ana dilinin əlifba, imla və termin məsələləri zaman keçidikcə
şəffaflaşmağa başlayır,
qeyd edilən sahələrdə ana dilinin
xeyri üçün
xeyli işlər görülür.
AMEA Naxçıvan
Bölməsi
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Olaylar.-
2026.- 23-29 yanvar, ¹3.- S.18.