Azərbaycan xalqı yüksək
mənəvi dəyərlərə
malikdir
Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Azərbaycan qədim dövlət olmaqla yanaşı, tarixdən süzülüb
gələn adət-ənənələri
ilə seçilir. Başqa sözlə, qədim dövlətçilik
ənənələrinə malik Azərbaycanın elə qədim adət-ənənələri də
mövcuddur. Bu ənənələr min illərdən bəri qorunub saxlanılaraq indiki nəslə ötürülüb. Ölkəmizin
çoxşaxəli adət-ənənələri
bu coğrafiyada yaşayan çoxsaylı
xalqların mövcudluğu
ilə bağlıdır.
Məlum olduğu kimi milli adət-ənənələrin
təbliği, dövlətçiliyin
gücləndirilməsi, milli
kimliyin qorunması və xalqın mədəni irsinin beynəlxalq aləmdə təbliği üçün
vacibdir. O baxımdan, bu işdə dövlət, cəmiyyət
və media fəal iştirak etməlidir.
Milli adət-ənənələrin
təbliği, Azərbaycanın
qədim dövlətçilik
tarixini və mədəni irsini gələcək nəsillərə
ötürmək, milli
kimliyi gücləndirmək
və ölkənin sivil dünyada tanınmasını təmin
etmək üçün
vacibdir. Hazırda bu proses dövlət
başçısının yürütdüyü siyasət,
Heydər Əliyev Fondunun fəaliyyəti və gənclərin milli-mənəvi dəyərlərə
yiyələnməsi üçün
görülən işlər
sayəsində həyata
keçirilir. Təbliğat
azərbaycançılıq, milli dəyərlər, muğam, aşıq sənəti və xalçaçılıq kimi
sahələri əhatə
etsə də güclü dövlətçiliklə
sıx bağlıdır.
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan özünün
zəngin milli, əxlaqi və mənəvi dəyərlər
sistemi ilə bəşər sivilizasiyasına
əvəzsiz töhfələr
verərək özünəbənzər
adət və ənənələri, yüksək
mənəviyyatı ilə
diqqəti cəlb edib. Min illər
boyu formalaşan və Azərbaycan xalqının yüksək
mənəvi dəyərlərə
malik olduğunu göstərən təkraredilməz
adət və ənənələr millətimizin
keçmişi ilə
bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi
deyil ki, adət və ənənələrin hər
bir millətin həyatında oynadığı
əvəzsiz rolunu yüksək qiymətləndirən
Ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr
hər bir xalqın milli mədəniyyətinin zənginliyindən,
qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.
Təbii ki,
bütün dövrlərdə
mütərəqqi adət
və ənənələrin
yaradıcısı, eyni
zamanda, onu qoruyub zənginləşdirən
və gələcək
nəsillərə çatdıran
xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri,
islam dininin bəşəri hissləri
təbliğ edən dəyərləri xalqımızın
milli-mənəvi simasının
aynası hesab edilir. Bu müstəvidə
də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən
milli mənəvi dəyərlər sistemində
Novruz bayramı özünəməxsus yer
tutur. Novruz süfrəsi adət və ənənələrimizin
zənginliyini göstərir.
Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən
başlıcası isə
plov olmalıdır. Şəkərbura, paxlava,
şəkər çörəyi
və digər şirniyyatlar, kişmiş,
püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir.
Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır,
evlərdə ailə
üzvlərinin hər
birinin adına şam yandırılır.
Azərbaycanda toy şənlikləri də qədim və zəngin xalq adət-ənənələrinə
söykənir. Elçi
getmə, nişan taxma və toy
adətlərinin dərin
kökləri vardır.
Yas mərasimləri ilə bağlı da azərbaycanlıların
bir maraqlı adət və ənənələri var.
Qadınlar zinət əşyaları taxmır,
qara paltar geyinir, qara yaylıq
bağlayırlar. Bu günlər ərzində
qohumlar bayram keçirməməli, toy
etməməli, musiqi alətlərində çalmamalıdırlar.
Nəhayət, adət
və ənənələrin
milli mənəvi dəyərlər sistemində
oynadığı əvəzsiz
rollardan biri də hər bir ənənənin müəyyən əxlaqi
məna daşıması
ilə bağlıdır.
Belə ki, adət və ənənələrimiz hər
bir insan nəslinin yaratdığı
əxlaqi dəyərləri
qoruyub, yeni nəslə çatdırmaq
vasitəsi kimi çıxış edir.
Qloballaşan dünyada milli dövlətçilik ideyalarının
yeni nəsillərə
daim aşılaması,
dövlətin mədəni
tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə
xüsusi olaraq diqqət yetirilir. Azərbaycanın tərəqqisi
və xalqımızın
rifahı naminə Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və
onun Azərbaycançılıq
məfkurəsini təbliği
istiqamətində Heydər
Əliyev Fondu böyük layihələr
həyata keçirir.
Hələ 1995-ci ildə
Azərbaycan Mədəniyyəti
Fondu təsis edilərkən ölkənin
birinci xanımı Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin
qorunmasını, incəsənətimizin
inkişafı və təbliğini, Azərbaycan
mədəniyyətinin ümumbəşəri
mədəni dəyərlər
sisteminə inteqrasiyasını
fəaliyyətinin başlıca
prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini
təbliğ etmək,
onu bütün dünyaya tanıtdırmaq
idi. Ölkəmizin müstəqilliyini yenicə
bərpa etdiyi zamanlarda Mehriban Əliyevanın belə bir müqəddəs missiyanı öz üzərinə götürməsi
onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi.
Fondun prezidenti,
birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə
Azərbaycan muğamı,
Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar
ifaçılıq sənəti YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan
xəzinəsinə ayrılan
diqqətdir. Belə ki, 26 Avqust Beynəlxalq
Muğam Günü kimi qeyd olunur.
BMT tərəfindən Novruz
bayramı Beynəlxalq
Gün kimi qəbul edilib. Azərbaycan mədəniyyətini
və incəsənətini
əks etdirən xalça, kilim, antik mis qablar
və əşyalar, milli musiqi alətləri,
ölkənin müxtəlif
məkanlarını əks
etdirən fotolar, milli geyimlər də Azərbaycanın tarixinin, bu gününün
təqdimidir.
Dövlətçilik tariximizə, adət-ənənələrimizə,
milli dəyərlərimizə
olan hörmət və ehtiramın öz bəhrəsini verdiyinin hər birimiz şahidiyik. Azərbaycan öz müstəqilliyini yenidən
bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması,
xalqımıza məxsus
olan dövlətçilik
tarixinin, adət-ənənələrimizin
dərindən öyrənilməsi,
bu istiqamətdə aparılan maarifləndirmə
və təbliğatın
nəticəsi özünü
göstərdi və şahidi olduq ki, qələbələr
əldə etmək, zəfər qazanmaq üçün məhz həmin maarifləndirmə
və təbliğatın
rolu olduqca böyükdür. Məhz
44 günlük müharibə
zamanı vətəndaşlarımızın
vətən uğrunda,
ali dəyərlər
naminə necə mübarizə apardığını
gördük və bir daha əmin
olduq ki, xalqımızın zəngin
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin
təbliği çox
vacib məqamdır.
Yeri gəlmişkən
qeyd edək ki, Qərbi Azərbaycanın
adət-ənənələri zəngin və rəngarəngdir. Xüsusən
toy mərasimlərində
"şax" hazırlığı,
bəyin gəlinin başına alma atması (bolluq mənasında), gəlinin
"təndir və ya ocaq başına
fırlanması", nanaylar
oxunması, əlinə
pul bağlanması, və zurnaçılar tərəfindən kövrək
havaların çalınması
kimi özünəməxsus
adətlər ön plana çıxır, bunlar köçərkən
yeni ocağa ruzi-bərəkət gətirmə
inanclarını əks
etdirir. Toydan əvvəl hazırlanan, üzərinə meyvə,
şirinlik və digər hədiyyələr
asılan ağacdır,
bəy bunu gəlin evinə aparar. Gəlin evdən çıxarkən
bəy damdan onun başına alma atar, bu
gəlinin gələcək
ocağına xeyir-bərəkət
gətirməsi inamından
irəli gəlir. Gəlin ata evindən ayrılarkən
təndir və ya ocaq başına
fırlanır, bu, evin köhnə ocağından xeyir-dua alıb yeni ocağına aparmasıdır.
Xınayaxdı mərasimlərində
xüsusilə Ağbaba
bölgəsində nanayların
oxunması geniş yayılmışdı. Gəlinin
əlinə pul bağlayır, özü
ilə çörək,
şirniyyat (halva) aparır, bu, yeni evə ruzi
və bərəkət
gətirmək mənasını
daşıyır. Qərbi
Azərbaycan toylarının
xüsusi bəzəyi
olan yallı rəqsi hələ də davam edir.
Azərbaycanın zəngin folklor ənənələrinin təbliği,
dünyaya çatdırılması
istiqamətində görüləsi
işlərimiz çoxdur.
Heydər Əliyev Fondundan başqa folklor nümunələrimizin
dünyada tanıdılması
yalnız səyyahların
yazılarında qeydə
alınıb. Müasir
dövrdə zəngin
milli adət-ənənələrimizin
təbliği üçün
ən müxtəlif vasitələrdən istifadə
edilməsinə ehtiyac
var.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi
ilə çap edilmişdir.
Olaylar.-
2026.- 23-29 yanvar, ¹3.- S.11.