Beynəlxalq münasibətlərdə
yeni
era və Azərbaycan
həqiqətləri
"Beynəlxalq münasibətlər bu gün yeni eraya
qədəm qoyur. Bu erada vəziyyəti
qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu
dünyanın müxtəlif
yerlərində görə
bilərik".
Azərbaycan Prezidenti İlham Əliyevin Davosda "Euronews" televiziyasına
verdiyi müsahibəsində
səsləndirdiyi bu fikir təkcə siyasətçilər, dövlət
başçıları deyil,
bütövlükdə beynəlxalq
ictimaiyyət tərəfindən
təhlil edilməkdədir.
Dövlət başçısı
fikrini inkişaf etdirərək əlavə
edib ki, "Hər ölkə öz strategiya və siyasətini özünün potensialına
uyğunlaşdırmalıdır, o cümlədən mümkün
qədər çox ölkələrlə, ilk
növbədə öz
bölgəsində, sonra
isə qlobal müstəvidə yaxşı
münasibətlər qurmalıdır.
Azərbaycan məhz buna nail oldu".
Milli Məclisin
deputatı, YAP İdarə
Heyətinin üzvü
Rəşad Mahmudov qeyd edib ki,
Azərbaycan Prezidenti
İlham Əliyevin
"Euronews" telekanalına
müsahibəsində səsləndirdiyi
"Azərbaycan artıq
Avropa Parlamentinin tənqidinə reaksiya vermir" fikri sadəcə bəyanat xarakterli cümlə deyil, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların mahiyyətini
göstərən strateji
mesaj kimi oxunmalıdır. Bu ifadə, bir tərəfdən, Azərbaycanın
Parlament institutu ilə münasibətlərində
davranış modelinin
dəyişdiyini, digər
tərəfdən isə
Avropa institutlarının
regiondakı rolunun transformasiyasını açıq
şəkildə təsvir
edir: "Uzun illər boyunca Avropa Parlamenti Azərbaycanın iştirakı
ilə bağlı məsələlərə münasibətdə
normativ tonla çıxış edərək
tənqidi qətnamələr
qəbul edib. Lakin bu sənədlər
heç vaxt tətbiqedici hüquqi çəkiyə malik olmadığı üçün
onların təsir gücü simvolik müstəvidən kənara
çıxmayıb. Post-2020 mərhələsində Azərbaycan
bu qətnamələri
artıq siyasi və diplomatik legitim qərar kimi yox, xarici
auditoriyanın subyektiv
mövqeyi kimi dəyərləndirməyə başlayıb. Bu isə reaksiyanın azalması və ya ümumiyyətlə aradan qalxması ilə nəticələnib.
Ermənistan-Azərbaycan münasibətlərinə dair
qəbul olunan sənədlər və bəyanatlar da eyni tendensiyanın göstəricisidir. Əgər
1990-cı və 2000-ci illərdə
Avropa institutları münaqişənin konturlarının
formalaşmasına təsir
edən aktorlar qismində çıxış
edirdilərsə, artıq
2020-ci ildən sonra münaqişə post-faktum
mərhələsinə keçərək
hərbi-siyasi həllini
tapıb. Qarabağ mərhələsi qapandı,
sərhəd delimitasiyası
və sülh sazişi müzakirəsi gündəliyə gəldi,
regional kommunikasiyalar açıq şəkildə
masa üzərinə
çıxdı. Bu yeni konfiqurasiyada Avropa Parlamentinin sərt bəyanatları prosesə təsir edən faktor deyil, daha çox
gecikmiş şərh
obrazını yaradır".
Maraqlıdır, dünyada gedən proseslərin önündə
gedən Avropa səhvlərini düzəldə
bilərmi? Millət vəkili bildirib ki, bu suala cavab sentimental yox, strateji yanaşma
tələb edir. Avropa üçün Azərbaycanın artıq
ideoloji yox, geoiqtisadi aktor olması gerçəyi mövcuddur: "Xüsusilə
Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropa iqtisadiyyatları üçün Xəzər
qazı, yaşıl enerji layihələri, kabel və hidrogen
xəttləri, Cənub
Qaz Dəhlizinin genişləndirilməsi, eləcə
də Orta Dəhliz kimi transxəzər marşrutları
reallığın diktə
etdiyi alternativlərə
çevrilib. Eyni zamanda Azərbaycan
Türkiyə, Körfəz
ölkələri, Çin,
Mərkəzi Asiya və Böyük Britaniya ilə paralel əməkdaşlıq
platformaları quraraq öz manevr sahəsini genişləndirib.
Bu, Avropa üçün
seçim imkanlarını
məhdudlaşdıran yox,
əksinə, praqmatik
davranmağa vadar edən amildir.
Bu fonda Avropanın regiona münasibətdə
üç mümkün
xətti mövcuddur. Birincisi, ən rasional olan praqmatik
korrektə xəttidir
ki, burada reallıqlar nəzərə alınır
və münasibətlər
enerji, logistika, təhlükəsizlik və
iqtisadi əməkdaşlıq
üzərindən yenidən
təşkil olunur. İkincisi, ən çox ehtimal olunan simvolik davamiyyət xəttidir. Yəni qətnamələr,
tənqidlər və
normativ söyləmlər
davam edir, lakin münasibətlərə
faktiki təsir göstərmir. Üçüncüsü
isə ayrışmanın
dərinləşməsidir ki, bu halda Avropa
Cənubi Qafqazda təsir imkanlarını daha da itirərək yerini Türkiyə, Çin, Rusiya və Körfəz aktorlarına buraxmış
olur.
Bütün bu proseslərin
fonunda Prezidentin "reaksiya verməmək"
modeli Azərbaycanın
qərarvermə sistemində
baş verən özünəinamlı transformasiyanın
nəticəsidir. Ölkə
artıq xarici təsdiq mexanizmləri axtarmır, institusional qiymətləndirmələrə ehtiyac duymur və legitimliyin mənbəyini beynəlxalq
qətnamələrdən yox,
regional nəticələrdən çıxarır. Bu davranış
Avropanın siyasi mərkəzlərinə yönəlmiş
çox aydın mesajdır ki, reallıq artıq simvolik deyil, nəticə əsaslıdır.
Əgər Avropa bu dəyişiklikləri oxuya
bilsə, münasibətlər
yeni mərhələyə keçə bilər. Əks halda, Avropa Parlamenti Azərbaycanın siyasi gündəmində mövqeyini
daha da itirməklə
risk edir. Avropa üçün bu məsələ sadəcə
Azərbaycan-Ermənistan xətti
ilə məhdudlaşmır,
eyni zamanda enerji təhlükəsizliyi,
nəqliyyat marşrutları,
Çin-Avropa ticarət
xətti, Balkanlar-Qara dəniz-Xəzər üçbucağının
geoiqtisadi konfiqurasiyası
kimi strateji istiqamətləri də əhatə edir. Məhz bu səbəbdən
Avroparlament xəttinin
düzgün oxunması
və yenilənməsi
Avropa üçün
ucuz seçim yox, zərurətdir.
Azərbaycanın isə bu mərhələdə tələsməyə
ehtiyacı yoxdur. Çünki tərəfdaş
alternativləri genişdir,
maraqlar çoxkanallıdır
və regionun geosiyasi çəkisi hər il artmaqdadır. Bunu nəzərə alanda, dövlət başçısının müsahibədə
səsləndirdiyi fikrin
mahiyyəti belə xülasə edilə bilər: Azərbaycan normativ qiymətləndirmə
obyektindən regional güc
subyektinə çevrilib.
Bu yeni status yeni dil tələb
edir və həmin dil artıq reaksiyadan yox, reallıqdan ibarətdir".
YAP Təftiş Komissiyasının
sədri, Milli Məclisin
deputatı Sevinc Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev Davosda "Euronews" televiziyasına
müsahibəsində olduqca
mühüm məsələlərdən
bəhs edib. Dövlətimizin başçısı
müsahibəsində beynəlxalq
hüquq normalarının
dünya ictimaiyyətinin
bütün üzvləri
üçün mütləq
amil olması faktını
önə çəkdi.
Bu xüsusda ölkəmizin
strateji məqsədlərinin
milli maraqlar əsasında
formalaşdığı qeyd
edildi. Eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa tam riayət edərək düzgün strategiya müəyyənləşdirdiyi vurğulandı: "Ölkəmizin
başçısının da vurğuladığı kimi
Azərbaycanın ərazi
bütövlüyünün bərpası beynəlxalq
hüquqa uyğun adım idi: "Artıq beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğu da diqqətə çatdırıldı.
Məhz bu xüsusda dövlətimizin
başçısının "Zayed İnsan Qardaşlığı
Mükafatı" kimi
nüfuzlu mükafata layiq görülməsi mühüm əhəmiyyətə
malikdir. Dövlətimizin
başçısı da bəyan
etdi ki, bu yüksək ali mükafat otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə
və müharibələrdən
sonra Qafqazda sülhün qurulmasında
göstərilən səylərə
verilən qiymətdir.
Bu bir reallıqdır
ki, artıq Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil
olur. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində
atılan addımlar məhz bu realllığı
təmin edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq
əməkdaşlığa çevrilir. Ermənistana
gedən yüklərin
daşınmasına Azərbaycan
tərəfindən məhdudiyyətlərin
aradan qaldırılması
bu xüsusda vacib əhəmiyyətə
malikdir. Bütün bunlar isə dövlətimizin başçısının
müsahibəsində qeyd
etdiyi kimi Qafqazda uzunmüddətli və əbədi sülhə nail olmaq üçün oldquca təsirli addımlardır.
Bu gün Azərbaycan
daxilində olan ictimai-siyasi sabitlik sözsüz ki, onun
regional və qlobal miqyasda ortaya qoyduğu təşəbbüslərin
də reallaşmasında
başlıca amildir".
Sevinc Hüseynova hesab edir ki, Dünya İqtisadi Forumunun Davos toplantısı qlobal siyasi və iqtisadi elitanın əsas diskussiya platformalarından biri kimi beynəlxalq gündəmin formalaşmasında
mühüm rol oynayır: "Prezident
İlham Əliyevin bu
mötəbər platformada
"Euronews" televiziyasına
verdiyi müsahibə isə təkcə cari proseslərə münasibət deyil, eyni zamanda Azərbaycanın
dəyişən dünya
nizamında öz yerini necə müəyyən etdiyini göstərən strateji baxış kimi dəyərləndirilir. Ölkəmizin
başçısının müsahibəsində əsas
xətt qlobal beynəlxalq münasibətlər
sisteminin dərin transformasiyaya uğramasıdır.
Dövlət başçısının
"dünyanın artıq
qanunun aliliyi ilə deyil, güc amili ilə idarə olunması" barədə
fikirləri mövcud geosiyasi reallığın
açıq təsviridir.
Bu yanaşma beynəlxalq
hüququn selektiv tətbiqi, ikili standartlar və böyük güclərin
maraqlarının üstün
tutulması fonunda formalaşan yeni reallığı
ifadə edir. Bu kontekstdə Prezidentin mesajı ondan ibarətdir ki, orta və kiçik dövlətlər idealist yanaşmadan
daha çox realist strategiyalar üzərində
qurulmuş siyasət yürütməlidir. Azərbaycan
da məhz bu reallığı nəzərə
alaraq öz təhlükəsizliyini, suverenliyini
və milli maraqlarını
təmin edən praqmatik xətt seçib".
Alim Hüseynli
Olaylar.-
2026.- 23-29 yanvar, №3.- S.5.