Belə əsərlər yazmaq
həm vacibdir, həm də ağır
Yunus Oğuz bu yolları
gözəl keçir...
Əslində kitab təqdimatına
yığışmışdılar. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun ötən il çapdan çıxan "TÜRK" etnonimi və törələri"
kitabının
təqdimatına... Ədəbiyyat cameəmizin aydınları,
elmi ictimaiyyətimizin
fədailəri, media nümayəndələri...
Həm də türk sözünün, türkçülüyün aşiqləri...
Odur ki, bu tədbirdə söhbət həm Yunus Oğuzun yaradıcılığından,
həm türkçülükdən,
həm də yüz illərdir başlanğıcı axtarılan və sonunda QIZIL ALMA olan o böyük
YOLDAN getdi.
Məkan isə həmişəki kimi
ATATÜRK
MƏRKƏZİ! Aydınlarımızın dəyərli çıxışlarını təqdim edirik.
Nizami Cəfərov, akademik
-Yunus Oğuz
az qala 50 ildir ki, yaradıcılıqla
məşğuldur və
bizim tarixi roman sənətini dirçəldən, çoxlu
sayda tarixi romanlar yazan, Azərbaycan tarixində, Türk tarixində demək olar ki, bir qaranlıq
səhifə belə qoymayan tarixi roman ustasıdır. Onun bir neçə
tarixi romanı orta məktəb proqramlarında əlavə
oxu kimi tədris edilir.
Yunusla mən
Türk dünyası
ölkələrində çox
olmuşam və ona olan hörməti
həmişə görmüşəm.
Onu necə qarşılayırlar, kitablarını
necə oxuyurlar, necə müzakirə edirlər. Məsələn,
mənim üçün
həmişə fəxr
olub ki, Daşkəndin ən böyük kitab mağazasında Yunus Oğuzun kitabları satılır. Bu, adamın ruhunu oyadan bir nəticə,
gözəl bir faktdır.
Türk
dünyasında qəribə
bir təsəvvür
var. Bəzən insanlar bu ölkələrə
gedirlər, ayrı-ayrı
adamlar, idarə, müəssisə, universitetlərlə
dost olurlar, işgüzar münasibətlərə
girirlər, səmimi olmağa çalışırlar
və hörmət qazanırlar.
Yunus Oğuzu
daim mübahisə edən görmüşəm.
Özbəkistandaydıq.
"Əmir Teymur"
romanının müzakirəsi
gedirdi. Yunus Oğuz birdən dedi ki, Əmir
Teymur türkdür. Özbəklərə "Əmir
Teymur türkdür"
demək özünə
qəsd eləmək kimi bir şeydir.
Bir hay-küy qalxdı... Yunus Oğuz isə dediyindən dönmədi,
biz də çalışdıq vəziyyəti
bir az yumşaldaq.
Axırda razılaşdıq
ki, Əmir Teymur ümumtürk hadisəsidir. Azərbaycanın
Özbəkistandakı səfiri
Hüseyn Quliyev astadan zarafatla dedi ki, Yunus
Oğuz imkan versəydi, biz burdan salamat çıxardıq. Yəni
məsələni bu dərəcədə gərginləşdirdi,
amma hər halda dediyini dedi.
Bundan sonra onun kitablarının
Özbəkistanda satılmasına
icazə verdilər.
Sonra məlum oldu ki, Yunus Oğuzun Özbəkistan Prezident Administrasiyasına qədər
əlaqələri var. Yəni
elə də çəkinmir. Sonra özü
izah elədi ki, burdakı elm adamlarının
xasiyyətidir; inansalar
da, inanmasalar da, dövlətin
tapşırığı olduğuna görə deməlidirlər ki, Əmir
Teymur özbəkdir.
Amma dövlət səviyyəsində
ağıllı adamlar
var, onlar bilirlər
ki, vəziyyət nə
yerdədir. Yunus Oğuz bu mənada
bu işin diplomatiyasını da bilir.
...Burda çoxlu kitablar var, onlardan 7-ci
2025-ci ildə təkrar
nəşrlə çap
olunub. "Nadir şah"
romanı burada çap olunub. Şamil bəy ("Hədəf" liceyinin qurucusu-red.) də maşallah elə çap edir, elə bilirsən ki, kitab İngiltərədə, ya
Fransada çıxıb,
adam aldanır. Nadir şah məlumdur ki, bütün mübahisəli
tərəfləri ilə
tam bir Azərbaycan hökmdarıdır. "Cığır"
da Türkiyədə çap
olunub. Bu roman bizim zəfərin təqdimatıdır.
Əsərin sonunda hadisələr, epizodlar çox gözəl verilib. "Ovçu" romanı da Türkiyədə
çap olunub. Bunların hamısı bizim son dövr tariximizin təsviridir.
"Çingiz xan"
da Türkiyədə çap
olunub, o da yeni çıxıb.
Bir kitab Qazaxstanda, digəri
Özbəkistanda çap
olunub. Bu gün təqdimatına yığışdığımız
"TÜRK" etnonimi və
törələri" kitabı
isə yenidir.
Yunus Oğuz üçün ən qədim tarixlə ən yeni tarix arasında bir yazıçının
təxəyyülünün nüfuz etməyi baxımından heç bir fərq yoxdur.
Elə yazıçı,
elə alim var ki, o daha
çox qədim dövrə, orta əsrlərə həssasdır.
Eləsi də var,
yeni dövrün mütəxəssisidir.
Yunus Oğuz çalışır ki, yaradıcılığına
fəlsəfi ümumiləşdirmələr,
məntiqlə yanaşsın.
Onun üçün faktlarla işləmək çox asandır, çünki əsas məntiqi götürür.
Amma bəzən tarixçilər
faktın əsiri olurlar.
Bəlkə də buna ehtiyac
var. Ən maraqlı və bir az
da gülməli məsələ
budur ki, qədim dövr tarixini tədqiq etmək üçün dilçi
olmaq lazımdır. Çünki qədim dövr üçün tarix
yoxdur. Olan tarix dilçilikdən gəlir:
dil faktlarından, mətnlər, mətnlərdə
olan hadisələrlə.
Necə ola bilər ki, "Dədə Qorqud"u tarix kimi qəbul
etməyəsən, öz
ana dilli mətnini? Onda gərək başqa dillərdə olan mətnlərlə işləyəsən. Onda
da metodoloji
səhv etmək həddindən artıq asandır. Bax, bu mənada Yunus Oğuzun işi ağırdır.
Amma o, tarixi bilir və yazır. Yadımdadır, kifayət
qədər ciddi tarixçimiz Mahmud İsmayılov
bir neçə roman yazdı. "Uzun Həsən", "Qara
Yusif", "Sənin
Ulu Baban"... Lakin o romanlar
ədəbi dövriyyəyə
daxil olmadı.
Xatırlayıram, o zamankı Yazıçılar
İttifaqında həmin
romanların müzakirəsi
gedəndə Mahmud müəllim
dedi ki, mən yazıçı deyiləm
və indi bu kitabların müzakirəsini keçirirəm
ki, deyəsiniz, necə
yazım. Bəxtiyar Vahabzadənin də yaxşı vaxtı idi, durdu dedi
ki: "Qardaş, sən
yazandan sonra gəlibsən ki, mənə
öyrədin? Belə
yazıçılıq olmur.
Gərək əvvəl
gəlib bizə deyəydin, biz də deyərdik belə yaz, elə yaz".
Təbiidir ki, bu bir zarafat idi.
"Belə yaz, elə yaz"la yazıçı yetişdirmək
mümkün deyil. Belə əsərlər yazmaq tarixi roman sənətinin həm vacibliyidir, həm də ağırlığı.
Yunus Oğuz bu çətinliklərdən
keçir, bu ağır yolları dəf edir və
belə gözəl kitablar ərsəyə gətirir.
Mən
"TÜRK" etnonimi və
törələri" kitabının
əlyazmasını oxumuşam.
"Törə" qayda-qanun
deməkdir, mən elə başa düşürdüm. Yunus
dedi ki, mən də belə yazmışam. Dedim, Allah canını sağ eləsin. Bu yazıçılarla
danışmaq çox
çətindir.
Məsələn, bizim böyük
yazıçımız Elçin
Hüseynbəylinin "Gültəkin Xaqan" adlı gözəl bir əsəri var. Deyirəm ki, Elçin, Gültəkin xaqan olmayıb, şahzadə olub, sərkərdə olub. Bilgə Kağan xaqan olub. Deyir ki, mənə görə Gültəkin xaqandır.
Dedim, yaxşı, olsun. Bəzən məsələlərə bu
məntiqlə yanaşırıq.
Amma "türk" sözü,
ondan əmələ gələn sözlər əlbəttə, dərin
etnonim məsələsinin
öyrənilməsində çox vacib məsələdir.
Türkiyənin
özündə, türkoloqlar,
strateji məsələlərlə
məşğul olanlar
içərisində türk
sözünü ərəb
mənşəli hesab
edənlər var. Amma indi
biz ənənəvi olaraq
türk sözünü
"törəmək"dən də hesab edirik.
Fikirləşirəm ki, türk sözündən
sonra törə sözünün əmələ
gəlməyini yəqin
o "türk"dən çıxardıb
ki, ona bir
dayaq tapsın. Bu da ağıllı
bir fikirdir.
Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Nizami
Gəncəvinin əsərlərində
"türk" sözü
təxminən yüz
dəfə işlənib
və igid, gözəl, pak anlamı verir. Yüzü də müsbət mənada. Yəni, heç bir İran şairi bu cür istifadə
edə bilməzdi. Məhəmməd Əmin
Rəsulzadə deyir ki: "Bir şair
ki, igidə, gözəlliyə, dəyərə,
qiymətə "türk",
gözəllik məkanına
"Türküstan" deyə,
o şairə necə
İran şairi deyəcəksiniz?"
Bax belə bir məntiq də var.
"TÜRK" etnonimi və törələri"
kitabında xeyli məlum faktlar oynadılır, sistemləşdirilir.
Strabonun "Coğrafiya"
əsərində bir
xeyli yeni etnonimlər isə dövriyyəyə daxil olur. Xüsusilə yeni sözlər Avropanın qərb ucqarlarından -İspaniya
və Portuqaliyadan... Məlum olur ki, o regionlarda nə qədər türk mənşəli sözlər, türk mənşəli yer adları varmış. Bu da görünür
türklərin, altayların,
prototürklərin təkcə
şərqdən qərbə
yox, həm də qərbdən şərqə
axınlarını təsdiq
edir. Firudin müəllim daha çox Urmiya mərkəzçiliyini götürür.
Yunus Oğuz isə bir az
da qərbə gedib, lap qərbdən
gəlməyə üstünlük
verir. Bu istiqamətdə faktlarını
ortaya qoyur. Onu sadəcə mülahizə kimi demir. Bu baxımdan
hesab edirəm ki, Yunus Oğuzun
yeni kitabı da əvvəlkilər kimi çox dəyərlidir.
*
Türkoloq, filologiya elmləri
doktoru, professor Firudin Cəlilov:
-Mən ən azı 40 il bundan qabaq Yunusla tanış
olmuşam və bu günə qədər də dostluğumuz davam edir. Yunus, maşallah,
o qədər kitab yazıb
ki, mənim bağ evimdəki kitab rəfimdə
artıq boş yer yoxdur, qalanını
da gətirmişəm burdakı
evə. Bu cür, özü də belə dəyərli kitablar yazmaq, tarixi şəxslərə,
Azərbaycanın hökmdarlarına
aid kitablar yazmaq o qədər də asan deyil. Çünki
o qaynaqlarla tanış
olmaq lazımdır. Demək istədiyim odur ki, Yunus bəyin məlumatı çoxdur. Və bu məlumat da göydən düşmür,
adam oturub işləyir, araşdırır.
Bu gün müzakirə etdiyimiz kitabın adı məni çox sevindirdi. Çünki Türk etnonimi haqqında müxtəlif fikirlər
var. Hətta bir türk kafasının deməsi ki, bu "türk" sözü deyil, başqa sözdür, "ətrak"dır...
acınacaqlıdır. Adam qanmır ki, "ətrak" ərəb dilində türkün cəmidir, kürdün də cəmi "ətrad"dır. Yəni,
bu məsələlərdən
başı çıxmayan
adam durub türk sözünün etimologiyasını verir. Bu cür insanlar,
əfsuslar olsun ki, Türkiyədə çoxdur. Türkiyə bizim canımız, ciyərimiz, qardaşımızdır,
amma elə elmi sahələr var ki, orda
inkişaf etməyib. Dilçilik elmi çox bərbad gündədir. Mənim
1988-ci ildə çıxan
bir kitabımı türkcəyə çeviriblər,
oxuyuram, başa düşmürəm. Dilin qatları var da:
fonetika, morfologiya, leksika, sintaksis... Sintaksisə aid bir dənə kitabları yoxdur. Baxmayaraq ki, Tatarıstan müstəqil
dövlət deyil, amma 100 dənə sintaksisə aid kitablar var.
Yəni, Türkiyədə
elə elmi sahələr var ki, qalıb
Nikolay dövründə. Amma bəzi sahələr çox inkişaf eləyib, məsələn, tekstologiya
Türkiyədə birinci
yerdə gedir.
Türk sözünə
gəldikdə, bu ən qədim boylardan birinin adıdır. O vaxt əksər türk boylarının adı olmayıb, bir boyun adı olub. Bu söz
3000 il ərzində işlənə-işlənə gəldiyi üçün
müxtəlif kontekstlərdə
çoxlu məna çalarları qazanıb.
Ona görə Mahmud Kaşğarlı bu sözün bir neçə mənasını verir, Kononov 10-15 mənasını
göstərir və
sair. Onlar kontekstdə işlənən
mənalardır. Amma,
bu adın gerçək mənasını
tapmaq üçün
dilimizə müraciət
eləmək lazımdır.
Yəqin eşitmisiniz,
dilimizdə nəsil-nəcabət
anlamında belə bir söz var:
"uruq-turuq". Uzağa
getmək lazım deyil, bu sözün
etimologiyası ordandır,
Türk sözünün
proforması, yəni qədim forması "turuq"dur. Yazıya da o şəkildə düşüb. Hansı türkoloqdan, türk alimindən soruşsan ki, türk sözü
nə vaxtdan işlənir, deyir Orxon yazılarında işlənib (1500 il bundan qabaq-red.), ondan qabaq yoxdur.
Amma elə deyil axı. Türk sözünü Homer də işlədib,
Herodot da, Strabon da, Plini
də... Bunları oxumayıblar, xəbərləri
yoxdur.
Bundan başqa,
türk sözünün
qədim "turuq"
forması Aşşur
qaynaqlarındadır. Yunus
bəy burda o qaynaqlardan bəzilərini
verib. Bu da 3000 il bundan
əvvəlki dövrə
təsadüf edir ki, həmin mənbələr də əlimizdədir. 20-30 yerdə
"turuq" sözü,
Turuq tayfasının adı keçir. Onlar Urmiya gölünün
Batı tərəfində
yaşayırdılar. 150 il
Aşşur imperiyası
ilə savaşları
olub, imkan verməyiblər ki, aşşurlar Azərbaycana
keçsin. Mari şəhərində (Fərat
çayının qırağında)
tapılan gil lövhələrdə bu
bəlgələr var.
İslamdan sonrakı
tarix Azərbaycanda işlənib, bununla bağlı yüzlərlə
kitab yazılıb. Amma İslamdan öncəki tarix yazılmayıb. Mən bunu 40 il bundan
əvvəl ağır
bir yük kimi boynuma götürmüşəm
və 9 kitab yazmışam. Yunus bəy də ordan sitatlar verib. Bu sahə
bir adamın işi deyil, bunu bir institut
işləməlidir.
Bəs, "Türk" sözü nə vaxt ümumi
ada çevrildi? Ərəblər gələndə,
İslamlaşma dövründə
Orta Asiyaya getdilər. O dövrdə
Orxon-Yenisey yazılarını
yazan xaqanlar hələ sağ idilər və özlərinə "türk"
deyirdilər. Ərəblər
bunu eşitdi. Sonra gördülər Azərbaycanda da insanlar həmin dildə danışır,
onlara da türk dedilər. Qazaxlara, özbəklərə,
türkmənlərə də...
Beləliklə, ərəblər
vasitəsilə "türk"
sözü türk dilində danışan xalqların ümumi adı oldu.
*
Milli Məclisin deputatı Razi Nurullayev:
-Yunan filosofu Senekan Lusiliyə yazdığı bir məktubunda deyir: "Əziz Lusili, ətrafımda hal-hazırda
o qədər kitab görürəm
ki, bilmirəm hansını
oxuyum. Amma artıq qərar vermişəm ki,
bütün dünyanın
tanıdığı, insanların
hörmət qoyduğu
kitabları oxuyum".
Və filosof məktubunda belə bir məsləhət də verir: "Sənə də dəyərli, tanınmış
və hər kəsin dəyər verdiyi kitabları oxumağı məsləhət
görürəm. Çünki,
dünyada o qədər
kitab var ki, bizim ömrümüz
onları oxumağa çatmaz".
Söhbət gedir eramızdan əvvəl birinci əsrdən. O zamandan bəri demək olar ki, 2000 ilə yaxın vaxt keçib və bu 2000 il ərzində görün nə qədər kitablar dərc olunub. O baxımdan mən sizi təbrik edirəm ki, kitablarınız
türk dilində çap olunub, Özbəkistanda, Ukraynada,
Nyu-Yorkda, Londonda, Moskvada, Polşada, Kiyevdə və başqa ölkələrdə
kitablarınıza rast
gəlinir. Siz artıq beynəlxalq arenaya çıxmış,
beynəlxalq aləmdə
tanınmış bir
yazıçısınız. Yəni, artıq Senekanın dediyi yazıçı sizsiniz.
Yeri gəlmişkən, bir məsələni də qeyd edim. Mən
ümumiyyətlə kitabların
pulsuz verilməsinin əleyhinəyəm. Kitab dəyərlidir,
kitablar oxunmalıdır.
Bir aralar belə oldu ki, kitablar pulsuz paylanırdı. Təbii ki, kitabsevərlərə,
imkanı olmayanlara verilə
bilər, müəyyən
akademik dairələrə,
müxtəlif idarələrə
bağışlana bilər,
dünyada bu qaydalar, yanaşmalar var.
Amma, kitab çox qiymətli
bir şeydir, yəni bir dəyərdir.
Və kitabı sadəcə olaraq oxuyan adama vermək
lazımdır. Yalnız
rəfləri bəzəmək
üçün deyil.
O baxımdan kitaba olan dəyəri və oxumağa olan dəyəri təmin etmək üçün kitabların
qiyməti olmalıdır.
Deməyim budur ki, kitaba, elmə, yazıçıya,
yaradıcı insanlara
hörmət artmalıdır.
Onların dəyəri
bilinməlidir. Çünki
onlar öz əsərləri, baxışları
ilə cəmiyyətdə
müsbət məqamlar
formalaşdırırlar. Cəmiyyətə
müsbət mesajlar ötürürlər və
eyni zamanda nəsli öz kitabları ilə tərbiyə edirlər.
Bu missiyanı şərəflə
yerinə yetirdiyinə
görə Yunus Oğuza təşəkkür.
*
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli:
-Tarixi romanlar ərsəyə gətirmək
üçün araşdırmalar
aparmaq çox çətindir. Bu iş böyük zəhmət tələb edir. Ümumi diapazon, bilgi tələb edir ki, nəyi haradan axtara biləsən. Məsələn,
adam gəlir deyir: "Tarixi roman yazmaq istəyirəm".
"Hansı sahədən?"
Deyir: "Filan yerdən". Deyirəm:
"Filan-filan əsərləri
oxumusan?". Deyir:
"Yox". Deyirəm:
"Bəs onda sən onu haradan
yazacaqsan, nədən
yazacaqsan?" Niyə
bunu misal gətirirəm? Çünki
biz o tarixdə yaşamamışıq.
Həmin tarixi dövrü ancaq kitablardan oxumuşuq. Və kitablardan oxumaq da yetərli deyil. Burada bir
fəhm lazımdır.
Orada da bir düşüncənin genişliyi,
genetikaya ehtiyac var. Haradan gəlirsən, hara gedirsən, başlanğıcın
haradır? Bu kimi məsələləri ölçüb-biçmək
çox vacibdir. Yunus Oğuz da bütün bunların hamısını bilir, yaxşı bilir, ona görə də yazır və maraqlı alınır.
O ki qaldı Türk adının mənşəyi
məsələsinə-mən də öz sahəmə uyğun olaraq tarixi romanlar,
eləcə də "Gültəkin Xaqan"ı
yazanda az-çox həmin dövü oxumuşam.
Mənim
subyektiv fikrimdir ki, millətlərə adı
millət özü yox, kənar millət verir. Yəni kənar millət səni tanıyır. Məsələn,
tarixdə "Yəcuc-Məcuc"lar
var. Yəcuc-Məcuc adlı
millət hələ bilinmir ki, nə millətdir. Mənə elə gəlir ki, biz tanımamışıq. Məsələn,
deyirlər ki, balacaboy,
gözü qıyıq,
deyir: "Hə, bunlar çinlilərdir".
Çünki araşdırmalarda
onların türk boyları ilə 24 və 31 boyu bilinir. Ümumiyyətlə,
boylar artıb və azalıb. Məsələn, Üç
Oğuz var, Altı Oğuz var, Doqquz Oğuz var. Bunlar eyni boylardır. Sonra tutalım deyək ki, qırıla bilərlər,
boylar azalaya, bir az arta
bilər. Türk məsələsi də mənə elə gəlir ki, çox güman yadellilərin, deyək ki, çinlilərin bizə
verdiyi ad olub.
Mən bir
az qədimdən danışıram. Deyirəm:
"Mən Məmmədhüseyn
kişinin nəvəsiyəm".
Demirəm "mən
filankəsəm". İnsan
ağlı kəsəndə
onun yaşadıqlarına
görə ləqəb
qoyurlar. Misal üçün, uşaq vaxtı mənim ləqəbim "Pele"
idi. İndi də yaşlılar görəndə mənə
"Pele" deyirlər.
O adı özüm özümə vermişdim.
6-7 yaşım vardı,
bir keta almışdım, dedim:
"Mənim ketam var, mən Peleyəm".
Özüm özümə
ad verdim. Halbuki adı biz özümüz vermirik axı, kimlərsə verir. Sonra biz tanıyırıq
ki, sən demə, mən Türk imişəm. Ona görə də həmin kitabələrdə Türk,
Turuk kimi gedir. Əsas nəticə odur ki, biz türkük
və bununla fəxr edirik. Və Yunus Oğuz
da sağ olsun ki, bizim
o türklüyümüzü bizə bir daha
anladır, bir daha xatırladır, yadımıza salır və bu böyük
bir xoşbəxtlikdir.
*
Azərbaycan Yazıçılar Birliyi
sədrinin müavini,
Mətbuat Şurasının
sədri Rəşad Məcid:
-Yunus
Oğuz haqqında səslənən xoş sözlər məni qürurlandırdı. Çünki
mən də uzun illərdir Yunus Oğuzu tanıyıram, dostam. Müxtəlif səfərlərdə
olmuşuq. Həm Türk respublikalarında,
həm Türkiyədə
Yunus Oğuzla olan mükalimələrdə
onun öz məntiqli, ardıcıl mövqeyini necə müdafiə eləməsinin
şahidiyəm.
Jurnalist kimi
də əlbəttə
ki, uzun illər Azərbaycan mediasında onun misilsiz xidmətləri var: Həm rəhbərlik
etdiyi "Olaylar" qəzeti, "Olaylar" İnformasiya Agentliyi, ondan əvvəl qeyri-leqal mediada- "Ordu" qəzeti və digər medialarda fəaliyyəti olub. Mətbuat Şurası Yunus Oğuzun, "Olaylar"ın
yubileylərinin də
yüksək səviyyədə
keçirilməsinə çalışıb,
dövlətimiz tərəfindən
də Yunus Oğuz qiymətləndirilib.
Və onun bədii əsərləri,
xüsusən tarixi romanları mənim üçün də çox maraqlı olub, həmişə yeni əsərlərini gözləmişəm.
Yadımdadır, Yunus Oğuza deyirdim ki, mənim
anam bədii ədəbiyyat oxuyandır
və Yunus Oğuzun "Nadir şah"dan başlayaraq
romanlarının birinci
oxucusu mənim anam olub. Və
bir neçə dəfə də bunu
Yunus Oğuz haqqında tədbirlərdə
demişəm.
Doğrudan
da Yunus Ouzun bədii əsərləri, onun məfkurəsi, Azərbaycan
tarixinə, hökmdarlarına
yeni baxışdan yanaşması çox təqdirəlayiqdir. Bu kitabın da şifahi variantlarının
diskussiyalarının çox
şahidi olmuşam. Sənə yaxşı yazıb-yaratmaq arzulayıram.
Ruh, şövq, enerji ilə fəaliyyətini davam elətdir, əziz dost!
*
Yazıçı-publisist
Şərəf Cəlilli,
fəlsəfə elmləri
doktoru:
-Bir türk-azərbaycanlı
olaraq bu gün kitab adında bir bayramına yığışdığımız
Yunus Oğuz özü millətin ruhunun atası olan ziyalılardan biridir. Bu gün
hər cür kitab yazmaq olar.
Bir insan, bir tarixi şəxsiyyət
haqqında kitab yazmaq olar, tarixin,
ədəbiyyatın özü
ilə bağlı da ciddi əsərlər
ortaya qoymaq olar. Amma, xatirə
kitabı yeganə kitabdır ki, insan onu öz
sağlığında yazır.
Yunus Oğuz tərcümeyi-halı ilə
sağlığında öz
tərcümeyi-halının kitabını bağlamış
böyük ziyalıdır.
Amma Yunus
Oğuzun ünvanına
qələm çaldığı
tarixi şəxsiyyətlərin
hər biri "Turk" adında bu gün türk
kimi tanınır. Bizim ruhumuzun yiyəsi olan böyük imperiyalar quran liderlərdən yazır Yunus Oğuz. Sanki bütün dünyaya sübut edir ki, Birinci Pyotrun
"İstanbulu fəth
et" siyasəti ola bilər, bir də Mirzə
Kazım bəy adında bir əzəmət var və o durub çar Nikolayın hüzurunda çıxış
edib deyə bilər: "Şərqi
xilas və tərəqqi etdirəcək
insanlar Şərqin içərisindən çıxmalıdır".
Yunus Oğuzun
bir yazar, həm də bir tarixçi yazıçı kimi xoşbəxtliyi və böyüklüyü ondadır
ki, Şərqi Şərq edən dahilərdən yazır. Türkü türk edən dahilərdən yazır. Nadir şah Əfşarın dünyası ilə bağlı əsəri çox qiymətlidir. Amma Nadir şah
Əfşar bizim yadımıza düşəndə,
mübarək adı dilimizə gələndə
təkcə Əfşarlar
imperiyasını xatırlamırıq.
Onun İkinci Yekaterinaya tarixi cavabını xatırlayırıq.
Karnal döyüşündən
və Hindistanın fəthindən sonrakı bu fəth dastanı
tarix üçün
çox qiymətlidir
və Türk dünyasının tarixi üçün qiymətli
idi. Makedoniyalı İskəndərdən və
Əmir Teymurdan sonra bir Azərbaycan
türkü Hindistanı
fəth etmişdi. Və o fəth dastanından sonra İkinci Yekaterina ona məktub ünvanlayıb bir cümlə işlətmişdi:
"Gəlin birləşək,
qüvvələrimizi birləşdirib
Osmanlının üzərinə
yeriyək". Nadir şah ona cavab
məktubunda yazırdı:
"Bizə heç bir kafirin köməyi
lazım deyildir. Mən bir addım
atıb Hindistanı tutdum, bir addım
da atıb sizin dünyanızı qaraldaram".
Yunus Oğuzun
böyüklüyü ondadır
ki, zaman-zaman yüz illər boyu bizim dünyamızı
qaraldanların üstünə
yeriyənlərdən yazır.
O, Əyyubi sultanından
yazır, Əmir Teymurdan yazır, Qacarlardan, Əfşarlardan
yazır, Atabəylərdən,
Səfəvilərdən yazır.
Tarixi romanımızın
digər bir gözəl yazarı Çaldıran döyüşündə
qeyd edir ki, Şah İsmayıl
Xətai Təbrizə
ruh bədənə girən kimi girdi. Yunus Oğuzun
böyüklüyü ondadır
ki, Şuşa qalasına ruh bədənə girən kimi girən Azərbaycan əsgərindən
və Azərbaycanın
qüdrətli Ali Baş Komandanından yazır. 30 illik mübarizə yolunda biz təkcə "Xocalıya Ədalət"
kampaniyasından, Davos
forumunda "Türkiyə
yoxdur, mən burda varam" deyən liderdən yazmadıq, o liderin siyasətinə dəstək
verdik. O dəstək həm də Yunus Oğuz kimi alim yazarların
yaradıcılığında, əsərlərində idi.
Əgər hər
millətin böyük
bir ziyalısı öz istedadına sahib çıxarsa, onda ətimizin və ruhumuzun yiyəsi olanların yeri həmişə baş köşələrdə
olar.
Bu tədbirin
qiyməti və minnəti çoxdur, çünki burda Firudin müəllim var və onun
baş köşəsində
akademik Nizami Cəfərov əyləşib.
Bizə əlifbanı
öyrədən müəllimimiz.
Bir müəllimin ən böyük xoşbəxtliyi yetirməsi
ilə qürur duymasıdır.Fikrimcə,
Yunus Oğuz da içində düşünür ki, həm də onun ruhunun müəllimi
onun tədbirini açdığı üçün
bu böyük sevincə və mükafata layiqdir.
Onu
da demək istəyirəm ki, biz yeganə millətik ki, müəllim adına abidələr ucaltmışıq.
Əvvəllər Şirvanşahlığına
aid olan, indi Həzrəkəndi Qəbələ rayonuna aiddir, orda Şeyx
Badrəddin - Şərqin
böyük təbib filosoflarından biridir, üzü qibləyə, dörd şagirdinin üzü isə ustadınadır. Bax Yunus Oğuz kimi qələm sahibləri bu millətin qibləsi olan yazarlardandır. Və ona görə
qiblədir ki, Nəsimini bizə qaytaran böyük bir şəxsiyyət var idi. Hamımız
İsa Hüseynovun
"Muğanna" dünyasında
əbədiyyət üfüqlərində
doğan günəş
olan Nəsimini öyrəndik. Biz Ulu Öndər Heydər Əliyevin simasında "Babək"
filmində "40 il qul kimi yaşamaqdansa,
bir gün azad yaşamaq xoşbəxtlikdir" nidasını
öyrəndik. Bax o nidaları bizim həyatımıza gətirən
bir yazar kimi sizə minnətdarlıq edirəm, uğurlar
arzulayıram. Dəvəti
də həyatımın
mükafatı hesab edirəm".
Ardı var
Alim Hüseynli
Olaylar.-
2026.- 30 yanvar-5 fevral, ¹3.- S.12-13.