Türk mədəniyyətinin ulu yolu:

zamanda kimlik, kimlikdə zaman

 

(Yığcam bilgilər)

 

Türk mədəniyyəti bir etnosun yaşayış tərzi ilə yanaşı, zaman məkan içində formalaşan çoxqatlı ruhi dünyanı da təcalla etdirir. Bu mədəniyyət təkamül etdikcə , dirəniş göstərdikcə öz mahiyyətini qorumağı bacaran nadir hadisələrdən biri olub. İmperiyaların çöküşü, ideoloji dəyişikliklər, sürgünlər əritmə, yoxetmə cəhdləri qarşısında türk mədəniyyəti həmişə özünü xatırladan bir kimlik modeli olub; çünki o, özü dövlətlər, imperiyalar quran yaxud quruculuq içində özünü göstərən böyük hadisədir. Həm elə bir hadisə ki, zaman-zaman məhsul, şəkil, xeyirxahlıq b. sonuclarından yararlanan yadlar-yabançılar adınıunudub”, sanını çəkməyib

 

(“Füyuzatdərgisinin 146-cı sayında yayınlanmış burada kiçik qısaltma ilə verilən yazıda kulturoloji yanaşma ilə türk mədəniyyətinin tarixi inkişaf trayektoriyası araşdırılır; keçdiyi mərhələlər, qarşılaşdığı təsirlər, əldə etdiyi dəyərlər, göstərdiyi dirəniş gücü çağdaş dönəmdəki perspektivləri incələnir. Yazı, eyni zamanda, Türk dünyasının bu günkü intellektual birliyinə konseptual töhfə vermə iddiasını daşıyır).

I. QƏDİM DÖNƏMLƏRDƏ TÜRK MƏDƏNİYYƏTİ: RUHUN DOĞUŞU

Türk mədəniyyətinin əsas qatlarını etnoqrafik filoloji araşdırmalarla birgə, mifoloji düşüncənin kulturoloji incələnməsi ilə anlamaq mümkündür. Hər bir sivilizasiyanın birmifosferası” (“mif üzü”) – ilkin düşüncə davranış fəzası olur. Türk mifosferasının başlanğıcı isə Göy Yer dualizmi, at kultu, qadın ruhaniyyəti qutsal məkan anlayışı üzərində qurulub.

VIII yüzildə daşlara həkk olunmuş, abidə statusu qazanmış yazılar türk dövlətçilik düşüncəsinin yanında, mədəni özünüdərk şüurunun da ifadəsidir. Bilgə Tonyukuk Kül Tigin kimi tarixi şəxsiyyətlərin adı ilə bağlı olan mətnlərdə türkün dünyaya baxışı, varlıqla münasibəti necə deyərlər, kollektiv kimliyi aydın ifadə olunuryəniTürk budununu elindən ayırmayın”!

Türk mədəniyyətinin ilkin mərhələlərində kainata dair dərin fəlsəfi sistemlər formalaşıb. Tenqri (Tanrı) Göyün sonsuzluğu ilə eyniləşdirilir, Şaman isə həm mənəvi başçı, həm sosial Yolgöstərən kimi çıxış edir. Şamanın cezva (trans) halındakıuçuş”u təkcə dini ayin olmayıb, mədəni kodun canlandırılmasıdırbu gün aşıq-ozan sənətində həmin izləri görmək mümkündür.

Oğuz Kağan, Dədəm Qorqud, Alpamış, Manas Koroğlu kimi dastanlar, söyləmələr ədəbi örnəklər olmaqla yanaşı, bütöv bir mədəniyyətin dildən-dilə ötürülən yaddaşıdır. Bu dastanlarda qəhrəmanlıqla birgə ailə modeli, qadının mövqeyi, torpaqla bağlılıq ən əsasısözün qutsallığı anlayışı möhkəmlənib. Qopuzun, dombıranın, sazın ifasında təcəssüm edən musiqi türk ruhunun səsini ifadə edən arxaik kod kimi günümüzə qədər gəlib çatıb.

Türk mifosunda Umay Ana – qoruyucu ana ruhudur. Erlik Xan – yeraltı aləmin yiyəsi kimi şər sınaq rəmzidir. Bunlar, toplumun dualist düşüncə sistemini kollektiv etik şüurunu yönləndirən obrazlar kimi çıxış edir.

II. TARİXİ TƏSİRLƏR VƏ MƏDƏNİ QARŞILIQLI TƏSİRLƏR

Türk mədəniyyəti tarix boyunca heç vaxt tam təcrid edilmiş bir quruluşda olmayıb. Türküstandan (Orta Asiyadan) Anadoluya daha uzaqlara qədər uzanan geniş coğrafiyada türk toplumları fərqli sivilizasiyalarla qarşılaşıb, savaşıb, ticarət bağları qurub, bəzən həmin mədəniyyətlərə başçılıq (öncüllük) edib. Bu qarşılıqlı təsirlər əridilmə (assimilə) riski yaradıb, yeni mədəni sintezlər üçün zəmin formalaşdırıb. Tarixi-kulturoloji müstəvidə türk mədəniyyətinin təsirləndiyi əsas mədəni ocaqlar üç yöndə toplanır:

Türk tarixində (öyrənilən) ilk böyük mədəni qarşılaşmalar (indiki adı ilə desək) İran Çin sivilizasiyaları ilə baş verib. Çin örnəyində dövlət təşkilatlanması təqvim sistemi, İran örnəyində isə bədii-estetik düşüncə metafizik fəlsəfə türk mədəniyyətinə sirayət edib. Özəlliklə Sasanilər dönəmində formalaşan saray mədəniyyəti sonralar Səlcuq Səfəvi mədəni mühitlərində yenidən təzahür edib.

Çin təsirimemarlıqda simmetriya prinsipi, göy mərkəzli kosmoloji baxış rituallarda göyə yönəlik ayinlərdə təzahür edib.

İran təsirifars dili vasitəsilə poetik təhkiyənin inkişafı, miniatür sənətində üslubi fərqlər təsəvvüf düşüncəsinin yayılması ilə əks olunub.

Bizans təsiriAnadoluya keçiddən sonra inzibati təşkilatlanma, hüquq şəhərsalma modelləri üzərindən türk idarəçilik mədəniyyətinə təsir göstərib.

VIII yüzildən etibarən İslamı qəbul edən türk toplumları bu dini qəbul etməklə yetinməyib, onu öz mədəni kodları ilə vəhdətə gətirərək orijinal bir Türk–İslam sintezi yaradıb. İslam artıq yalnız dini sistem olmaqdan çıxıb, yazı dili, ədəbi motiv, incəsənət, hüquqi norma gündəlik həyat praktikası halına gəlib.

Ərəb əlifbası “Quran” terminologiyası mədəni yaddaşa hopub.

Təsəvvüf Əhməd Yəsəvi Yunus Əmrə kimi şəxsiyyətlər vasitəsilə türk mədəniyyətində sevgi, təmkin təvazökarlıq mərkəzli mənəvi-əxlaqi model yaradıb. Ayrıca, Mövlanə, Hacı Vəli Bektaşi b. fikir nəhəngləri öz yerində-öz göyündə

Bu mərhələdə xalq kodları ilə (örnəyi, epik qəhrəmanlıq obrazları) mistik meyllər arasında bəzi gərginliklər yaşansa da, zamanla ahəngli harmonik bir birlik formalaşıb.

XX yüzildə Türküstan (Orta Asiya) Qafqazda, habelə Balkanlarda yaşayan türk xalqları Sovet (sosialist) rejiminin ideoloji mədəni təzyiqlərinə məruz qalıb. Bu dönəmdə gələnəksəl türk mədəniyyəti ciddi sıxışdırılma təhlükəsi ilə üz-üzə qalıb, bəzən yeraltı məkana çəkilib, bəzən forma məzmun baxımından dəyişərək yaşamağa çalışıb.

Əlifba dəyişiklikləri (ərəblatınkiril) mədəni yaddaşın qırılmasına yaxud öləziməsinə səbəb olub.

Folklor, xalq musiqisi ədəbiyyatsistem içində xalqçılıqadı altında yenidən kodlaşdırılıb, orijinal kimliyindən uzaqlaşdırılıb. Bəzən folklorun yerini saxta mətnlər - “feykloralıb.

Buna baxmayaraq, mədəni dirəniş formalaşıb, ailəiçi ötürmələr, milli bayramlar, ozan-aşıq sənəti, ağız ədəbiyyatı kimi yollarla mədəniyyət yaşadılıb. Ən başlıcası, ozan-aşıq-akın-baxşı-manasçı-şeşen yaradıcılığı milli ruhun yaşamasında əsas dayaqlardan olub. Görünür, xalqın ruhi-mənəvi içliyi (“sterjin”i) yaözündəşeylər” – şair demişiçimizdəki gücə dayanmamızı təmin edib.

XX yüzilin ikinci yarısından etibarən Günbatar ölkələri ilə artan, sıxlaşan təmaslar türk mədəniyyətində ikili dinamika doğurub: bir tərəfdə çağdaşlaşma texnoloji uyğunlaşma, digər tərəfdə isə kimlik itirmə qorxusu

Populyar mədəniyyət, fərdiyyətçilik rəqəmsallaşma özəlliklə şəhərli təhsilli təbəqədə geniş yayılıb.

Ailə modeli, icma mərkəzli yaşam, qadın rolu kimi gələnəksəl dəyərlər bu yeni meyllər qarşısında bəzən zəifləməyə başlayıb.

Eyni zamanda, bu qarşılaşma kulturoloji oyanışa da səbəb olub, köklərə dönüş istəyi ilə yeni mədəni layihələr konseptlər yaranıb.

Türk mədəniyyəti tarix boyu özünü təsirlərə qapadan mədəniyyət olmayıb; əksinə, qarşılıqlı təsirdə mövqeyini qoruyaraq şəxsiyyətini möhkəmləndirən mədəniyyət örnəyi olub. O, təkcə təsirlənməyib, həm qarşısındakı mədəniyyətləri yoğuraraq yeni keyfiyyətlər doğurub.

III. QAZANIMLAR: DİL, SƏNƏT VƏ RİTUALLAR

Türk mədəniyyəti tarix boyu müxtəlif təsirlərlə qarşılaşsa da, bu təsirlərdən həm bir mədəni irəliləyişlə çıxmağı bacarıb. Türk mədəniyyətinin tarixi, eyni zamanda tərcümənin, uyğunlaşmanın, sintez yaradıcılığın tarixidir. Türk mədəniyyətinin günümüzədək formalaşdırdığı əsas qazanımlaradil, sənət ritual təcrübələrinə yığcam kulturoloji baxış yetirək. –

Türk dili həm kulturoloji yaddaşın kimliyin daşıyıcısıdır. Hər bir əlifba dəyişməsi (öz əlifbamızərəblatınkiril yenidən latın) mədəni yaddaşa birbaşa təsir edib, lakin türk dili hər dəfə özünü yenidən yaratma gücü (deyərdim, hünəri!) göstərib.

Şifahi mədəniyyət (dastan, bayatı, mani, hoyrat, tapmaca s.) yüzillər boyu xalqın düşüncə dünyasını qoruyub, bu gün isə yazılı rəqəmsal ədəbiyyat vasitəsilə davam etdirilir.

Kut”, “yurt”, “dör”, “toy”, “tigin”, “budun”, dügər(li)” kimi sözlər bu gün həm Türküstanda (Orta Asiyada), həm Anadoluda anlayış kimi yaşamaqdadır.

Son illər Türk dünyasında ortaq terminologiya yazı sistemləri üzərində aparılan işlər mədəni yaxınlaşmanı sürətləndirib, dilin gələcəyi üçün yeni üfüqlər açmaqdadır.

Türk sənətisözlə səsin, forma ilə ritmin, inamla estetik duyumun qovuşduğu yaradıcı bir sahədir. Onun bir çox bölməsində həm köçəri yaşamın, həm saray mədəniyyətinin izləri hiss olunur. Bu sintez Türk dünyasının həm xalq, həm yüksək sənət formalarını yaşatma gücünü təmin edib.

Musiqi: qopuzdan dombra saza, sazdan balabana qədər türk musiqisi insanla təbiət arasındakı bağı səs vasitəsilə ifadə edib. Özəlliklə muğam, aşıq musiqisi, baxşı manasçı gələnəyi kulturoloji kodların əsas daşıyıcılarıdır.

Minatür bəzək sənəti: İslam təsiri ilə zənginləşib, lakin qeyri-fiqürativ, geometrik kosmoqonik simvollarla türk metafizikasını əks etdirən orijinal üslub qazanıb.

Xalq ədəbiyyatı teatr: Qaragöz-Hacivat, məddah, aşıq məclisləri (dastan axşamları) kimi şifahi ifa, tanıtım ya nümayişlər əyləncə ilə təlimi birləşdirərək mədəni ötürməni təmin edib

Rituallar bir toplumun vaxt ölüm qarşısındakı mənəvi dirənişini əks etdirəngörünən ifadə formalarıdır. Türk mədəniyyətində doğum, evlilik, ölüm kimi yaşam çevrəsinə aid törənlər həm inancı, həm gələnəyi birləşdirərək, bu günə gəlib çıxıb.

Toy-düyün, Yenigün (Novruz) kimi kollektiv törənlər ictimai birliyi tarixlə bağları diri saxlayan praktikalardır.

Ailə içindəki adətlər (böyüyə sayğı, əl öpmək, qurban paylama, dua etmə s.) mədəniyyətin nəsildən-nəslə ötürülməsində təsirli vasitələrdəndir.

Ziyarət mədəniyyəti qutsal məkanlar (türbələr, ocaqlar, Manas, Dədə Qorqud, Yəsəvi, Əmrə, Köroğlu b. ilə bağlı yerlər) məkana bağlı mədəni yaddaşın qorunmasını təmin edib.

Bu üç əsas sütundil, sənət ritual – bir araya gəldikdə, türk mədəniyyətinin bu gün gələcəyini formalaşdıracaq potensiala malik olduğu aydın görünür. Onlar ortaq türk kimliyinin zehni, estetik sosial əsaslarıdır.

IV. DİRƏNİŞ GÜCÜ: MƏDƏNİ ÖZÜNÜQORUMA MEXANİZMLƏRİ

Tarix boyunca bir çox xalq böyük mədəniyyətlərlə təmas qurub, lakin bu təmaslar sonucunda çox zaman öz mədəni varlığını itirib. Türk topluluqları isə min illər boyu fərqli coğrafiyalarda çoxçeşidli siyasi ideoloji təzyiqlərə baxmayaraq, kimliklərini, mədəni yaddaşlarını qorumağı bacarıb. Bu isə həm fiziki, həm mədəni dirəniş sisteminin güclü olması ilə bağlıdır.

Türk mədəniyyətinin dirəniş gücünün əsas qaynaqlarından biri möhkəm ailə modeli kollektiv yaşayışa əsaslanan icma anlayışıdır. Özəlliklə kənd yerlərində nəsildən-nəslə ötürülən dəyərlər çağdaşlığın mərkəzləşdirici təzyiqlərinə qarşı güclü müdafiə xətti formalaşdırıb. Bu sözlərin yazarı özü ölkə paytaxtından ~450 km uzaqda, dəniz düzeyindən ~1551 m. yüksəklərdə, Tovuzun dağ kəndində doğulub, boya-başa çatıb; o kəndin etnoyaddaşı, gələnək-görənəkləri (necə deyərlər) sonralar akademik nəşrlərdən öyrənilən uyğun mövzuların gündəlik, açıq, cana hopan, səmimi xeyirxah dərsləri kimiydi

Ailə içindəki tərbiyə şifahi ötürmə, yazılı mədəniyyətin sıxışdırıldığı dönəmlərdə belə gələnəyin canlı qalmasını təmin edib.

Yəni soy, oba şennik mədəniyyəti insanın yalnız fərd olaraq yox, bir kökün, bir yurdun bir sözün daşıyıcısı kimi yetişməsinə münbit ortam yaradıb.

Dilmədəniyyətin daşıyıcısı olmaqla birgə, həm onun sınır keşikçisidir. Bəli, türk xalqları əlifba dəyişikliklərinə baxmayaraq, dili qorumağı bacarıb, şivələr, deyimlər xalq şeiri vasitəsilə kimlik şüurunu yaşadıb.

Aşıqlar, ozanlar öz sənətkarlıqları ilə mədəniyyətin keşikçisi olub.

Nağıllar, tapmacalar, atalar sözləri uşaqlıqdan başlayaraq şüuraltı müdafiə divarı rolunu oynayıb...

Türk mədəniyyətində simvollar nişanələr həm maddi, həm mənəvi yaddaşın əsas dayaqlarıdır. Bayraq, xalça naxışları, qopuz səsi, bozqurd işarəsi, ocaq, toy, qurbangah… – bunlar bir əşya ya ayin olmaqda qalmayıbeyni zamanda, içsəl kimliyin rəmzidir.

 

Ardı var

 

Əkbər QOŞALI

 

Olaylar.- 2026.- 30 yanvar-5 fevral, ¹4.- S.16.