Operator Xan Babayevin 90 illiyi

 

Film Fondu qeyd edəcək

 

Dövlət Film Fondu Azərbaycanın ilk kinooperatorlarından olan Xan Babayevin 90 illik yubileyini keçirəcək. Yubiley münasibətilə keçiriləcək tədbirə kino işçiləri qatılaraq, yubilyarın həyat yaradıcılığından danışacaqlar. Bu barədə "OLAYLAR"a fonddan məlumat verilib.

Qeyd edək ki, Xan Babayev "Böyük dayaq", "Ögey ana", "Qara daşlar", "Yenilməz batalyon" başqa filmlərin çəkilişində operator kimi çalışıb.

 

 

Olaylar.-2009.-14 iyul.-S.16.