"Cavad Xan" filminin premyerası

 

Milli Kino Günündə keçiriləcək

 

"Cavad xan" filmi artıq tam hazırdı. Filmin premyerası iyulun 31-də Milli Kino Günündə baş tutacaq. Bu barədə "OLAYLAR"a ekran işinin yaradıcı heyətindən məlumat verilib. Qeyd edək ki, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, rejissoru Rövşən Almuradlıdı. Çəkilişləri Şəki, Zaqatala, Bakı və Gəncədə aparılan filmdə Nurəddin Mehdixanlı, Ramiz Novruz, Anar Fərəcov, Müdhət Aydın, Rada Nəsibova və başqaları çəkilib.

 

 

Olaylar.-2009.-14 iyul.-S.16.