Bişkekdə Üzeyir Hacıbəylinin "Koroğlu" operası

 

"TÜRKSOY"un təşkilatçılığı ilə təqdim olunacaq

 

Sentyabrın 9-10-da Bişkek Milli Akademik Opera Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operası təqdim olunacaq. Layihə "TÜRKSOY"un təşkilatçılığı ilə həyata keçirilir (OLAYLAR İA). Bu layihə başa çatdıqdan sonra isə "TÜRKSOY" "Manas" eposu üzərində işləməyə başlayacaq. Bu tamaşanı ərsəyə gətirəcək qrup və artistlər müxtəlif ölkələrdən olacaq.

 

 

Olaylar.-2009.-17 iyul.-S.16.