Muzey Mərkəzində "Xəzər rəngləri"

 

Sumqayıt rəssamlarının əl işləri sərgilənəcək

 

İyunun 30-da Muzey Mərkəzində Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş sərgi açılacaq. "Xəzərin rəngləri" adlı sərgidə Sumqayıt rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri nümayiş olunacaq. Bu barədə "OLAYLAR"a mərkəzdən məlumat verilib. Sərgidə 16 rəssamın 147 əsəri və əl işləri, o cümlədən Heydər Əliyevə həsr olunmuş "Ey vətən", Müslüm Maqomayevə həsr edilmiş "Əlvida Bakı", bəstəkar Soltan Hacıbəyova həsr edilmiş "Karvan" adlı əsərləri, tətbiqi sənət ustası Habil Salmanovun milli musiqi alətləri nümayiş olunacaq.

 

 

Olaylar.-2009.-30 iyun.-S.16.