Canlı əfsanə, Dünyanın Zeynəbi

 

Leylinin bənzərsiz ifaçısı həm də çosaylı mahnıların müəllifidir

 

Azərbaycanımızı sənəti, nəğmələri, azərbaycanlı qadınına as nümunəvi mədəniyyəti ilə dünyada tanıtdıran bənzərsiz sənətkarımız SSRİ-nin və Azərbaycanın alq artisti, "Şərəf nişanı", "Şöhrət", "İstiqlal" ordenli millət vəkili, təpədən dırnağa nəğmə, alqımıza örnək olan Zeynəb anlarova. Onu bütün dünya tanıyır, sevir. Onu Azərbaycan sevir, dünyaya səpələnən dünya azərbaycanlıları sevir. Onu əcnəbilər sevir. O, sənəti, səsiylə ən qəddar düşməni məhv edib əzə bilir. O, Ramin və Ramalın anasıdı. O, nəvələrinin nənəsidi, o, gəlinlərinin sevimli qayınanasıdı. O, mərhum Səlim bəyin sədaqətli ömür-gün yoldaşı Zeynəb anlarovadı.

Canlı əfsanəmiz, dünyanın Zeynəbi Zeynəb anlarova. Azərbaycanını varlığı, vücudu qədər sevən, Azərbaycan adına ouyan, Azərbaycanı tanıtdırmaq üçün ouyan Zeynəb anlarova. Zeynəb anlarova Bakıda Yəhya və Pəricahan anlarovların ailəsində dünyaya göz açıb. Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən Şamaıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub. Ancaq anasının valideynləri əslən ızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş. Zeynəb anımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyərək külfətini birtəhər dolandırırdı. Övladların tərbiyəsi ilə əsasən Pəricahan anım məşğul olurdu. Atası övladlarının içərisində ən ço Zeynəbi istəyirdi. "Zeynəb anamın adını daşıyır. Həm də bu mənim noğul balamdır" - deyib Zeynəbi nə üçün daha ço istədiyini, digər uşaqlarından seçdiyinin səbəbini maraqlananlara açıqlayardı.

Zeynəb anım orta təhsilini elə "Dağlı məhəlləsi"ndə yerləşən 161 saylı orta ümumtəhsil məktəbində alıb. İlk dəfə birinci sinifə yo, dərhal 2-ci sinfə qəbul olunub. Körpəlikdən ədəbiyyata vurğunluğu, bütün hərfləri, riyazi misal və məsələləri bilməsi, əzbərlədiyi şeirlər onu birbaşa ikinci sinif şagirdi etmişdi. Orta məktəbdə ouya-ouya Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayındakı bədii özfəaliyyət dərnəyinə üzv yazılır. Məşhur "Cücələrim" mahnısının orla səsləndirilib lentə yazılmasında iştirak edir. Orta məktəbi bitirdikdən sonra Zeynəb anım sənədlərini Bakı Məktəbəqədər Pedaqoji Məktəbinə verib tələbə olur. Həm pedaqoji təhsil alır, həm də məktəbin bədii özfəaliyyət dərnəyinin üzvü olur. Səsi, ifası məktəbə səs salır, məktəb tədbirlərinin günəşinə çevrilir qəlbi sənətlə, nəğməylə döyünən Zeynəbin.

Hər dəfə şəhər bədii özfəaliyyət kollektivlərinin çıışlarına baış keçirilərdi. Münsiflər heyəti də istedadlı gənclərə qulaq asıb bəyəndikləri ifaçıları seçib musiqi təhsili almalarında köməklik göstərərdilər. Münsiflər heyəti tez-tez dəyişərdi. Növbəti baış konsertində Bakı Məktəbəqədər Pedaqoji məktəbin tələbəsi Zeynəb anlarova "Azərbaycan maralı" alq mahnısıyla tamaşaçı və münsiflər heyətinin qarşısına çıdı. Maestro Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qənbər Hüseynlidən ibarət münsiflər heyəti gənc qız Zeynəbin çıışını bəyənib onu Filarmoniyada keçiriləcək yekun baış müsabiqəsinə dəvət edir. Zeynəb anım həmin yekun konsertdə yenə "Azərbaycan maralı" alq mahnısını ouyub I yerə layiq görülür. Rəsmi təqdimetmədən sonra maestro Əfrasiyab Bədəlbəyli Zeynəb anıma yaınlaşıb soruşur:

- Sənin ki, belə qəlbəyatan səsin var, bəs niyə musiqi məktəbində deyilsən?

Zeynəb anım sııla-sııla:

- Müəllim olmaq istəyirəm, maestro - deyə cavab verir.

- Nə olar. Təhsilini yarımçıq qoyma, diplomunu al. Sonra Asəf Zeynallı adına musiqi məktəbinə gəl. Özüm bu işlə maraqlanacağam. Sən elə musiqi məktəbi üçün yaranmısan, hazır müğənnisən. Qızım, məsləhətimə qulaq as. Peşman olmazsan!

Sonuncu kursda ouyan Zeynəb maestro Əfrasiyab Bədəlbəylidən eşitdiyi oş sözləri, dəvət təklifini atasına danışır. Atası qızının ilk öncə məktəbi bitirib diplom alması münasibətiylə təbrik edir, özünü qızının son ümid yeri bildiyindən qızını bağrına basıb öpür, qara saçlarını tumarlayıb: "Hə, o kişi muğamın böyük ustadıdır. Hərgah səsini bəyənib məsləhət bilirsə, mənim nə sözüm" - deyib razılıq verir.

Beləcə, Zeynəb anlarova Asəf Zeynallı adına Bakı orta itisas musiqi məktəbinin tələbəsi olur, ölməz Seyid Şuşinskidən dərs alır. "Çahargah" muğamını əzəldən kişi anəndələri ouyublar. Nədənsə, Seyid müəllim Zeynəbin geniş səs imkanlarını, musiqili ürəyini görüb bir eksperimentə əl atır.

- Ağlıma bir şey gəlib, Zeynəb. İstəyirəm "Çahargah"ı öyrənəsən. Hazır olanda deyərsən!

Artıq Zeynəb anım IV kurs tələbəsi idi. Müəlliminin məsləhətiylə "Çahargah" muğamını öyrənir. Bir müddətdən sonra "Çahargah"a hazır olduğunu söyləyir. Seyid müəllim Zeynəbin "Çahargah"ına qulaq asır, ifasını, etdiyi ırdalıqları bəyənir və radioda "Çahargah" muğam dəstgahı Zeynəb anlarovanın ifasında lentə aldırır və qadınlar arasında ilk dəfə"Çahargah"ı lentə aldıran anım anəndə kimi muğam tariinə öz adını yazır. Səsyazma zamanı Əfrasiyab müəllim də iştirak edir. 1960-cı ildə "Çahargah" muğamı Zeynəb anımın ifasında radioda səslənməklə muğam aləmində bir sıçrayış, dönüş yaradır. Bu, əsl sənət inqilabı idi. Bu, həm də sanki IV kurs tələbəsi Zeynəbin uğurlu diplom müdafiəsinə çevrilmişdi. Gənc ifaçının ünvanına oş sözlər yağmağa başlayır, hamı, bütün musiqi ictimaiyyəti Seyidin yetirməsi Zeynəbin "Çahargah"ından danışır, Seyidi və Zeynəbi təbrik edir.

Z.anlarova muğama bütün varlığı ilə bağlanmışdı. Repertuarını yeni-yeni muğam və təsniflərlə zənginləşdirirdi. "Çahargah"la yanaşı, "Şur" və "Dilkəş" təsniflərini, "Mahur-hindi", "Qatar", "aric segah", "Humayun", "Bayatı kürd" muğamlarını öyrənib ouyurdu.

Elə həmin il - 1960-cı ildə Zeynəb anım musiqi məktəbində təhsilini uğurla başa vurur. alq artisti Şəmsi Bədəlbəyli əli çıraqlı Zeynəb anımı atarır. "Çahargah"ı dinləyib özünə yer tapmayan Şəmsi müəllim M.F.Aundov adına Opera və Balet teatrının bədii rəhbəri idi. Özlüyündə gənc bir Leylini tapmışdı.

- "Çahargah"ı belə ouyan, görün, necə Leyli olar? - deyib qardaşı Əfrasiyab Bədəlbəyliyə müraciət edir.

- Hə, qardaş, necə apardın studiyaya, eləcə də əlindən tutub gətir, teatrımıza Zeynəbi. İnanıram, ondan əla Leyli çıacaq!

Əfrasiyab bəy Seyid müəllimlə əlaqə salayır və Zeynəb anımı Opera və Balet Teatrına gətirir. Elə həmin gündən, dəqiqədən Zeynəb anımın teatr truppasının əsas solisti kimi əmri verilir. Leyli rolunu oynamaq üçün "Leyli və Məcnun" operasının məşqlərində iştirakına icazə və göstəriş verilir. Seyid Şuşinski, Əfrasiyab Bədəlbəyli, Bəhram Mansurovun dəstəyilə Zeynəb anım Leyli obrazının məşqlərinə başlayır. 1961-ci ilin əvvəllərində Məcnun rolunda Əbülfət Əliyev çıış edir, Leylisi ilə "Çahargah"ıyla inqilab edən gənc anəndə Zeynəb anlarova idi. Boylu-buunlu, maral yerişli, cüyür baışlı, qədd-qamətli, gözəl Leyli. Hamıdan fərqlənən, bir başqa Leyli.

Bəli, tale Zeynəb anlarovanı daha bir görkəmli sənət ustadı ilə qovuşdurmuşdu. İki yaradıcının amal birliyi, təəyyülü sonralar özünün müsbət bəhrəsini verdi. Zeynəb anlarova bu ansamblla əməkdaşlığı sayəsində misilsiz sıçrayış etdi. Hər gün, hər saat sənətdə boy atdı, repertuarı əlvanlaşdı, zənginləşdi. Bu baımdan bir nəfərin də adını çəkmək vacibdir; 60-cı illərin əvvəllərində ilk vokal əsərlərini ansambla təqdim edən bəstəkar Ələkbər Tağıyevin mahnıları Zeynəbin səsində quş qanadlı olub dillərə, könüllərə qondu.

Ələkbər Tağıyevin ilk qələm məhsulu olan "Qonşu qız" və "Dinə bilmədim" (sözləri Hüseyn Arifindir) mahnıları "Ananın səsi", "Bakı gecələri", "əzər oğlu", "Göy göl", "Sənin gülüşlərin", "Maral" mahnıları Zeynəb anlarovanın repertuarında mühüm yer tutdu.

"Neylərəm unutsan?" (sözləri Ənvər Əlibəylinindir), "Səni anıram", "anəndə qız", "İstəyirəm görəm səni" (sözləri Bətiyar Vahabzadənindir), "Bülbül", "Ananın səsi" (sözləri Novruz Gəncəlinindir), "Ya bir olar, ya iki" (sözləri Molla Cümənindir), "Gözüm səndədir" (sözləri Rəsul Rzanındır), "Söylə yadındamı?", "Yağışda" (sözləri Hüseyn Arifindir), "Mehriban həkim", "Sevincim", (sözləri Mirmehdi Seyidzadənindir), "Tələbəlik illəri", "Zəminə" (sözləri Rəfiq Zəkanındır), "Arzu qızım" (sözləri İsgəndər Coşqunundur), "Sənə qurban" (sözləri Mikayıl Müşfiqindir), "Sədaqətim var" (sözləri Süleyman Rüstəmindir), "Azərbaycan" (sözləri Səməd Vurğunundur), "Külək" (sözləri Nəbi əzrinindir), "Təki sən səslə məni" (sözləri Əlağa Kürçaylınındır), "Səni gözlər" (sözləri Hafiz Baışındır), "Səbinə" (sözləri Ramiz Heydərindir) - Ələkbər Tağıyevin yaradıcılıq məhsulu olan bu mahnılar Zeynəb anlarovanın repertuarını bəzəyən əsərlərin heç də tam siyahısı deyildi. Müğənninin repertuarında Fikrət Əmirovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Arif Məlikovun, Ramiz Mustafayevin, Şəfiqə Aundovanın, Emin Sabitoğlunun, Telman Hacıyevin, Tofiq Bakıanovun, Ramiz Mirişlinin, Oqtay Kazıminin, Oqtay Rəcəbovun və onlarla başqasının mahnıları möhkəm yer tutdu. Bu siyahıya söz ustalarından Süleyman Rüstəmin, Nəbi əzrinin, Bətiyar Bahabzadənin, Ələkbər Ziyatayın, Nəriman Həsənzadənin və başqalarının da adları əlavə olunurdu. Leyli kimi şöhrət qazanan sənətkar 1963-cü ildə Bolqarıstan alq Respublikasında Azərbaycan mədəniyyəti ongünlüyündə iştirak edir. 1964-cü ildə Tiflisdə, Dağıstanda Opera və Balet Teatrının əttiylə, "Leyli və Məcnun" operasında Leylisini əcnəbilərə təqdim edir. 1967-ci ildə "Azərbaycanın əməkdar artisti" fəri adına layiq görülür.

Cənubi Yəmən, Küveyt, İraq, Özbəkistan, Paris, Yaponiya, Əfqanıstan, Livan, Türkiyə, ABŞ, Danimarka, Fransa bir sözlə, bütün dünya Zeynəbi, Zeynəb Azərbaycanı sənətiylə tanıtdırır. Dünya Zeynəb anlarova adlı canlı əfsanəni tanıyır. Dünyanı canlı ifasıyla, yeri gələndə mikrofonsuz fəth edən keçmiş ittifaqın bütün şəhərlərini, Azərbaycanımızın bütün rayon, kənd, şəhərlərini qarış-qarış gəzərək oudu, oudu. 1971-ci ildə "Şərəf nişanı" ordeniylə təltif edildi. 1975-ci ildə Azərbaycanın alq artisti adına layiq görülür və həmin il Səlim Babayevlə ailə həyatı qurur, Ramin və Ramal adlı övladları dünyaya gəlir. 1980-ci ildə isə "SSRİ-nin alq artisti" adına layiq görülür.

1988-ci il yanvarın 24-də "Leyli və Məcnun" operasının yaranmasının 80 illiyinə həsr olunmuş tədbirdə yenidən Zeynəb anlarova Leyli rolunu böyük ilhamla oynadı və bir daha əvəzi olunmayan Leyli olduğunu sübuta yetirdi: "Əvvəla deyim ki, Leyliləşəndə sevgili Məcnunlarımın hər birinə ayrı-ayrılıqda dəlicəsinə məhəbbət bəsləməyə səy göstərirəm. Deməliyəm ki, indiyədək Əbülfət Əliyev, Bakir Haşımov, Arif Babayev mənimlə səhnədə tərəf müqabili olublar. Şübhəsiz, Leyli rolunda az-ço uğrumda hər üç sənətkarın idməti var. Əbülfət Əliyevin Məcnunu daha ço lirikdir, Bakir Haşımovun Məcnununda divanilik çaları qabarıqdır, Arif Babayevin Məcnunu isə eşqində çılğın, həyata küskün motivlə cilalanıb. Bunların ifa tərzini, ouma üslubunu da qarışdırmaq olmaz. Hər biri Məcnunu öznünəməsus təfsirdə təcəssüm etmişdir. Arif Babayevin Məcnununa ço alışmışam və onun tərəf müqabililiyindən ço razıyam".

20 Yanvar şəhidlərinə və anasına düz bir il yas salayıb oumadı. Zeynəb nəğmələrini ağılar əvəz etdi. Şəhidlərimizə ağılar oudu yanıqlı səsiylə. Zeynəb anım həm də əvəzsiz bir bəstəkardır, sonsuz sayda mahnıların müəllifidir. Bütün dünya alqlarının mahnılarını bilən və ouyan SƏNƏTKAR, VƏFALI HƏYAT YOLDAŞI, ANA, NƏNƏ, MİLLƏT VƏKİLİ VƏ QÜRUR DUYDUĞUMUZ AZƏRBAYCANLIMIZ - bunları sadalamaqla bitməz. Sadəcə, bir ifadə yetər - CANLI ƏFSANƏMİZ, DÜNYANIN ZEYNƏBİ!!!

 

 

A.Nəbioğlu

 

Olaylar.-2009.-14 oktyabr.-S.13.