Sehrli dünyasını rənglərlə

əks etdirən böyük istedad

 

İdman və incəsənət

 

Valideynlər tərəfindən uşaqlara ünvanlanan hər bir xoş söz diqqət onların gələcəyi üçün önəmli rol oynayır. Uşaqlar qədər diqqət qayğı hiss etsələr, gələcəkdə Vətənə layiqli bir vətəndaş kimi yetişəcəklər. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi sağlam təməl üzərində formalaşdırmaq daha çox valideynlərin üzərinə düşür.

"Olimpiya dünyasıqəzeti hər zaman istedadlı uşaqları yeniyetmələri diqqətdə saxlayıb, onların cəmiyyətdə tanınmasında vasitəçi olub. Bu cür istedadlı uşaqlardan biri Nuray Ülvi qızı Ağazadədir. O, 2015-ci il may ayının 19-da Sumqayıt şəhərində anadan olub.

Ağazadələr ailəsində dünyaya göz açan bu istedadlı qız hazırda Sumqayıt şəhərində yerləşən Mətləb Quliyev adına 3 saylı tam orta məktəbin 4-cü sinifində təhsil alır. Dərs əlaçısı olan Nuray eyni zamanda məktəbdə də müəllimlərin və həmyaşıdlarının sevimlisinə çevrilib. Onun yaxşı rəsm çəkmək bacarığı var. Bu bacarığı zamanında hiss edən valideynləri Nurayı 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində rəssamlıq dərnəyinə cəlb ediblər. Çəkdiyi rəsmlərdə o düşüncələrini ağ kağıza əlvan rənglərlə həkk edir. Bu rəsmlər onun bacarığından, istedadından və mənəvi saflığından xəbər verir. Bir sözlə, o, sehrli dünyasını rənglərlə əks etdirən böyük istedada malikdir. Nuray fırçanın dili ilə bütün fikirlərini ifadə edə bilir. Nurayın vətənpərvərlik ruhunda çəkdiyi rəsmlər diqqətdən kənarda qalmayıb. Onun Olimpiya ruhunu özündə əks etdirən rəsimləri də böyük marağa səbəb olub. Nuray Ağazadə ötən il Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi, 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Novruzun rəngləri” adlı master-klassda fəallıq nümayiş etdirib və diplomla təltif olunub. İstedadlı rəssam 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş "Yeni ilə yeni arzularla” adlı sərgidə də diploma layiq görülüb. Bu cür sərgilərdə onun rəsimləri yüksək qiymətləndirilib. İnanırıq ki, 10 yaşlı Nuray gələcəkdə də böyük nailiyyətlərə yiyələnəcək, istedadlı rəssam kimi tanınacaqdır. Bu məqamda dünya şöhrətli rəssam Pablo Pikassonun sözləri yerinə düşür: "Hər bir uşaq dahi rəssamdır. Əsas odur ki, uşaqlıq dövründən çıxandan sonra da rəssam kimi qalsın”. Həyatda gördüklərini, duyduqlarını rənglərin əlvan çalarları ilə əks etdirən Nuray Ağazadəyə gələcəkdə də böyük uğurlar arzulayırıq.

 

Anar Əhmədov

 

Olimpiya dünyası.- 2025.- 4-10 mart, ¹5.- S.6.