İncəsənət xadimləri mükafatlandırıldı

 

Prezident incəsənət xadimlərinin böyük bir qrupuna Prezident mükafatlarının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 may tarixli 707 nömrəli Fərmanına uyğun olaraq səhnə fəaliyyəti ilə bağlı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

"İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli 263 nömrəli sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilib.

 

 

Palitra. -2010. – 7 may. – S.3.