«Gənclərin vətənpərvərlik
tərbiyəsi həmişə ön
plandadır»
Layihə çərçivəsində müsahibimiz Kürdəmir Rayon
Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Vaqif Alıyevdir:
-
Kürdəmir Rayon Mədəniyyət və Turizm Şöbəsi
üzrə 2012-ci ilin iş planları təsdiq edilib, müxtəlif
tədbirlər icra olunub. Şöbənin
nəzdində fəaliyyət göstərən Mədəniyyət
Şurasının, hərbi hamilik koordinasiya şurasının iş
planları, yanğın təhlükəsizliyi tədbirləri,
habelə mədəni-maarif müəssisələrinin fəaliyyət
planları həyata keçirilib, əmək
intizamının daha da
yüksəldilməsi istiqamətində tədbirlər
reallaşdırılıb. Qeyd edim ki, əhalinin asudə
vaxtının daha səmərəli təşkili,
mədəni-kütləvi tədbirlərin kəmiyyət və
keyfiyyətinin yüksəldilməsi istiqamətində
işlər davam etdirilib.
Mədəni-maarif müəssisələrində
müxtəlif səpgili mədəni-kütləvi tədbirlər
hazırlanaraq rayon əhalisinə mədəni
xidmət göstərilib. İlin əvvəlində
rayonun bütün mədəni-maarif
müəssisələrində Yeni il şənlikləri təşkil edilib, klub müəssisələrində
və məktəblərdə şənliklər keçirilib. Yeni il şənlikləri və məktəblilərin
qış tətili günləri ilə əlaqədar rayonun bir sıra məktəbləri
və klub müəssisələrində
stolüstü oyunlar
üzrə yarışlar təşkil edilib,
qaliblərə hədiyyələr təqdim olunub.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin tədbirlər
planına əsasən 20 Yanvar ümumxalq hüzn gününün 22-ci ildönümü
ilə bağlı silsilə tədbirlər keçirilib.
Mədəni-maarif müəssisələrində
“20 Yanvar - şərəf tariximizdir”
devizi ilə guşələr, kitab və rəsm sərgiləri, kitab müzakirələri, ədəbi-bədii
tədbirlər, dəyirmi masalar, söhbətlər,
görüşlər, anım tədbirləri qeyd olunub. Rayon Tarix- Diyarşünaslıq Muzeyində
“Bakı - 1990-cı il” adlı guşə,
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və
Qanlı Yanvar hadisələri” adlı dəyirmi
masa, rayon Mədəniyyət
Evində 20 Yanvara həsr olunmuş
ümumrayon tədbiri və rayonun Şəhidlər xiyabanında anım
mərasimləri keçirilib.Eləcə də rayonda 2 fevral Gənclər
Günü yüksək səviyyədə
qeyd olunub, gənclərin
vətənpərvərlik tərbiyəsi ön
plana çəkilib, gənclərə hədiyyələr
verilib. Hərbi Hava
Qüvvələri Günü (14.02.1992)
ilə bağlı Kürdəmir Hərbi Qarnizonunda
tədbir keçirilib. Beynəlxalq
Ana dili Günü ilə əlaqədar rayonun klub müəssisələri
arasında şeir müsabiqəsi keçirilib, qaliblərə diplom
və fəxri fərmanlar təqdim olunub.Xocalı
soyqırımının 20-ci ildönümü
ilə bağlı geniş tədbirlər
planı hazırlanıb və silsilə tədbirlər
keçirilib. Rayonun klub
müəssisələrində, kitabxanalarında, muzeylərində
və Uşaq İncəsənət Məktəbində
guşələr, kitab və rəsm sərgiləri,
müzakirələr, söhbətlər, ədəbi- bədii
kompozisiyalar, görüşlər təşkil
olunub, Xocalı faciəsini əks etdirən
filmlər nümayiş
etdirilib. Xocalı faəciəsinin 20-ci ildönümü ilə əlaqədar rayon Mədəniyyət Evində keçirilən
tədbir yüksək səviyyədə təşkil olunub. Tarixi faciəyə
həsr olunmuş “Xocalı göyərçinləri”
kitabı müzakirə edilib, faciəni əks
etdirən sənədli xronika nümayiş olunub. Fevral ayında “Mədəni-maarif”
jurnalının 45 illiyi ilə
bağlı Mərkəzləşdirilmiş Kitabxana
Sistemində dəyirmi masa təşkil edilib. Mart ayı əlamətdar
günlər və bayramlarla zəngin olub. Ay ərzində Ümumdünya Mülki
Müdafiə Günü, Azərbaycanın
BMT-yə qəbul olunmasının 20-ci ildünümü,
31 Mart Azərbaycanlıların
Soyqırımı Günü və digər
tarixi günlər qeyd
olunub. Rayonun Yenikənd, Qarasaqqal, Ərşəli,
Köhünlü kənd, Qarabucaq
qəsəbə mədəniyyət evlərində, Qurdbayram, Çərtəyəz, Şüşün klublarında, MKS və
filiallarında guşələr, kitab sərgiləri,
söhbətlər, məlumatlar və s.
tədbirlər keçirilib. Rayon Mədəniyyət və Turizm
Şöbəsinin 8 mart Beynəlxalq
Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar geniş tədbirlər planı həyata keçirilib. Mədəni-maarif
müəssisələri bayramların qeyd
edilməsi üçün geniş hazırlıq işləri görüb, məktəblərlə əlbir
işləyərək rəngarəng tədbirlər təşkil
ediblər. 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı klub
müəssisələrində ədəbi-bədii tədbirlər
keçirilib. Klub müəssisələrinin
və rayon Uşaq
İncəsənət Məktəbinin iştirakilə
mahnı və şeir müsabiqəsi,
Kürdəmir Dövlət Rəsm Qalereyasında rayonun həvəskar rəssam və dekorativ tətbiqi sənət
ustalarının əl işləri sərgisi, Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərindən
ibarət ansambllarının konsertləri maraqla
qarşılanıb. Rayon Mədəniyyət
Evində və parklarda bayram
konserti verilib. Novruz adətlərinə uyğun
olaraq xüsusi
hazırlıq işləri görülüb,
rayonun bir sıra kəndlərində
və rayon mərkəzində bayramın
müjdəsi olan çərşənbələr
qeyd olunub, konsertlər
verilib. Novruz
bayramı tədbirlərinin hazırlanıb keçirilməsində
klub müəssisələri kənd icra nümayəndəlikləri, yerli bələdiyyələr və məktəblərlə
birlikdə çalışıblar. Novruz
bayramı ilə bağlı çoxsaylı tədbirlərin
yekunu olaraq rayon mərkəzində
teatrlaşdırılmış ümumrayon
tədbiri keçirilib. Tədbir çərçivəsində
milli adət-ənənələrimizi əks
etdirən səhnələr, milli idman növləri, milli oyunlar və qədim sənətkarlıq
nümunələri nümayiş edilib. Bayram günlərində
Kosa və Keçəlin şəhər
gəzintisi də təşkil edilib.
- Rayonunuz paytaxtda keçirilən
bayram tədbirində təmsil olunubmu?
- Bəli, Novruz bayramı ilə əlaqədar Bakı şəhərində keçirilən bayram tədbirlərində rayonumuz yüksək səviyyədə təmsil olunub. Respublika əhəmiyyətli bu tədbirdə rayonun yüksək səviyyədə təmsil edilməsində Kürdəmir rayon rəhbərliyinin əməyi böyük olub. Bayram günlərində rayonun parklarında rəngarəng konsert proqramları ilə çıxışlar təşkil edilib. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı guşələr, kitab və foto sərgiləri, söhbətlər, məlumatlar, müzakirələr təşkil edilib. Soyqırımla bağlı ümumrayon tədbiri keçirilib.1 aprel Ümumdünya Gülüş Günü münasibətilə “Ən yaxşı lətifə söyləmək” adlı müsaqibə keçirilib. Rayonumuzda 7 aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Sağlam həyat yolu” devizi ilə silsilə tədbirlər təşkil edilib. Müəssisələrdə Ümumdünya Aviasiya və Kosmonavtika Gününə dair guşələr, kitab və foto sərgilər təşkil edilib, əlamətdar günlə bağlı məlumatlar verilib. Bütün mədəni-maarif müəssisələrində 15 aprel Beynəlxalq Mədəniyyət Günü, 17 aprel Ümumdünya Hemofiliya Günü, 18 aprel Tarixi Abidələrin Mühafizəsi Günü, 22 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü və digər əlamətdar günlər və hadisələrlə bağlı guşələr, sərgilər təşkil olunub.
- Bu il
«İdman ili»dir. Şöbənizin «İdman
ili»nə töhfələri
nə olacaq?
- Bildiyiniz kimi, Prezidentin 2012-ci ilin «İdman ili» elan edilməsi ilə bağlı sərəncamına uyğun olaraq rayon Mədəniyyət və Turizm Şöbəsinin təsdiq etdiyi tədbirlər planına əsasən 2012-ci ilin aprel-dekabr aylarında tədbirlərin keçirilməsi nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir. Belə ki, «İdman ili» ilə bağlı təbliğat xarakterli tədbirlər, idmanın inkişafı ilə əlaqədar sərgilər, fotostend və fotomontajlar, stolüstü və idman oyunları və yarışlar təşkil edilib. 2012-ci ilin may ayı əlamətdar tarixi günlər və yubileylərlə zəngin olub. Ümummilli liderin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar şöbənin təsdiq etdiyi tədbirlər planı icra olunub, 3-5 may 2012-ci il tarixlərində rayon Mədəniyyət Evində ənənəvi “İstedad” baxış-müsabiqəsi keçirilib, bədii qiraət, musiqi, rəqs, rəsm və dekorativ tətbiqi sənət nominasiyaları üzrə qaliblər seçilib. Qaliblərə diplomlar, fəxri fərmanlar və hədiyyələr verilib.
Anar Miriyev
Palitra.-2012.-24 avqust.-S.11.