İnsan huquqları müdafiəçilərinin bacarıqlarının inkişaf etdirilməsi mövzusunda yekun konfrans

 

Bakıda İnsan Hüquqları üzrə Müvəkkil Aparatı (Ombudsman) və Almaniyanın İnsan Hüquqları İnstitutu arasında 2011-ci il üzrə “Tvinninq” layihəsi çərçivəsində “Ombudsman Aparatının bacarıqlarının inkişaf etdirilməsinə və ayrı-seçkilik haqqında məlumatlılıqların artırılmasına dəstək” mövzusunda yekun konfrans keçirildi. 15 ölkənin ombudsmanlarının iştirak etdiyi konfransda çıxış edən ombudsman Elmira Süleymanova rəhbərlik etdiyi qurumun fəaliyyəti və funksiyaları, fəaliyyət dövründə qəbul olunan beynəlxalq qanunlar barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Həmçinin Azərbaycan qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına toxunan ombudsman Azərbaycanın insan hüquqlarının qorunması istiqamətində gördüyü işlər, atdığı addımlar haqqında da danışdı.  

 

Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle ölkəsinin insan hüquqları sahəsində gördüyü işlərlə bağlı məlumat verdi. Azərbaycanın bir çox sahələrdə əldə etdiyi uğurlara toxunan səfir ölkəmizin insan hüquqlarına verdiyi önəmdən bəhs etdi. O qeyd etdi ki, insan hüquqlarının mexanizmlərinin inkişafı daim aparılmalıdır.Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia çıxışında bildirdi ki, insan hüquqlarının qorunması Avropa dövlətlərinin daxilixarici siyasətində mühüm yer tutur. Avropa Şurasının üzvü olan Azərbaycan bu üzvlülüklə bağlı öz üzərinə müəyyən öhdəliklər götürüb: “İnsan hüquqları sahəsində görülməli olan işlər də bu öhdəliklərin bir qismini təşkil edir. İnsan hüquqlarına Avropa dəyərləri kimi baxılmamalıdır. Bu, insana doğuşdan verilmiş hüquqdur”. R.Kobia qeyd etdi ki, Azərbaycanın insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklər Azərbaycan qanunvericiliyində də öz əksini tapıb. R.Kobia Avropa Birliyinin Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verdiyini vurğuladı. “Avropa İttifaqının hər bir ölkəsi üzərinə öhdəliklər götürüb. İnsan hüquqları sahəsində və digər sahələrdə. Bütün Avropa ölkələri bu sahədə daim üzərilərində işləməlidirlər. Çünki heç bir ölkədə insan hüquqları və demokratiya mükəmməl səviyyədə deyil” - deyə o əlavə etdi. Onun sözlərinə görə, Azərbaycan insan hüquqları və demokratiya sahəsində üzərinə öhdəliklər götürdükdən sonra hüquqi baza yaradılıb: "Ən çətin mərhələ bundan sonra həmin qanunların icra olunması mərhələsidir. Bizbu sahədə Azərbaycana kömək edəcəyik".”Tvinniq” layihəsinin Almaniya üzrə rəhbəri Frauke Seidensticker isə çıxışı zamanı bildirdi ki, Almaniya və Azərbaycanın insan hüquqları təsisatları nümayəndələri yaxından əməkdaşlıq edirbir-bir ilə sıx əlaqə saxlayır. O, “Tvinniq” layihəsindəki tərəfdaşlar barədə məlumat verərək bu layihənin əhatə etdiyi məsələlərdən danışdı.  

 

Roland Kobia: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin iflasa uğradığını söyləməyə əsas yoxdur 

 

“Son danışıqlar sadəcə növbəti bir mərhələ idi, proses isə davam edir”. Bu barədə jurnalistlərə açıqlamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib. Səfirin sözlərinə görə, siyasi baxımdan ruh düşkünlüyü üçün ciddi bir əsas yoxdur: “Düzdür, Kazan görüşü gözləndiyi kimi tərəqqiyə səbəb olmadı. Təbii ki, bu təəssüf hissi doğurur, çünki Rusiya rəhbərliyi vasitəçilik istiqamətində ciddi səylər sərf edir”. Roland Kobia hesab edir ki, bir görüşdə tərəqqinin əldə edilməməsi bütün prosesə kölgə salmamalıdır bu prosesin iflasa uğradığını söyləmək üçün əsas yoxdur: “Düzdür, mən razıyam ki, son təmasların yekunu məyusluq yaradıb. Amma bədbinliyə qapılmaq düzgün olmaz. Bildiyimiz kimi, Kazandan sonra da səylər səngiməyib avqustun 9-da müsbət məzmunlu Medvedev-Əliyev görüşü olub. Yəni indi biz bu prosesi davam etdirməli səylərimizi əsirgəməməliyik. Beynəlxalq birlik öz dəstəyini göstərməkdə davam edəcək”. “Son danışıqlarda tərəqqinin əldə edilməməsi qoşunları təmas xətti boyunca qanlı toqquşmalara təhrik edə bilərmi?” sualına cavab olaraq Roland Kobia bunun baş verməyəcəyinə ümid etdiyini deyib: “Bu, baş verməməlidir. Hazırda kövrək olsa bir atəşkəs rejimi var bu rejimə riayət olunmalıdır. Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində heç kəs ölməməlidir. Çox ümid edirəm ki, hər iki tərəf atəşkəsə sadiq qalacaq. Bununla sülhün əldə olunmasına bir imkan yaranacaq”.  

 

 Xüsusi mandat verilən kimi Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başlayacaq 

 

Yay mövsümündən sonra biz Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə təmasların aparılmasına səlahiyyət verən xüsusi mandatın alınmasını gözləyirik. Bu mandat alınan kimi viza rejiminə dair təmaslar start götürəcək”. Bu barədə açıqlama verən səfir Roland Kobianın sözlərinə görə,  onlar mandatın qarşıdan gələn aylar ərzində sanksiyalaşdırılacağını ehtimal edir: “Təmasların əsas mövzusu viza rejiminin sadələşdirilməsi olacaq. Dialoq uğurla getsə razılaşma əldə olunsa, Azərbaycan əhalisinin bəzi təbəqələrinin nümayəndələri Avropa İttifaqı ölkələrinə daha rahat səfərlər edə biləcəklər”.

 

 

Nigar

 

Palitra.-2011.- 17 avqust.- S.5.