İntellektual mədəniyyət haqqında xüsusi qanun qəbul edilməlidir”

 

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq, professor Fuad Məmmədov Azərbaycanda intellektual mədəniyyət haqqında qanun qəbul edilməsinin vacibliyini bildirir. Bununla bağlı olaraq layihə çərçivəsində bizə məlumat verən kulturoloq öncə mədəniyyətin bu sahəsi haqqında fikirlərini bildirməklə başladı:  

 

“Mədəniyyət əqli mədəniyyətlə mənəvi mədəniyyəti özündə birləşdirir.  Əqli mədəniyyət burada dominant mövqeyə malikdir. Əqli, yəni intellektual mədəniyyət aparıcı olduğu zaman şər və kasıblıq azalır. Çünki cəhalət şər və kasıblığın nəticəsidir. İnsanın istək və emosiyalarının düzgün istifadəsi, düzgün formalaşması üçün əqli mədəniyyət əsas vacib rol oynayır. Beləliklə də mədəniyyətin yaradıcı fəaliyyət, onun nəticələri və texnologiyalarından ibarət olduğu bəlli olur. Yaradıcı fəaliyyətdə insan həm özünü, həm də cəmiyyəti düzgün dərk etməyi bacarmalıdır. Burada ciddi təcrübə toplamaqbu təcrübəni paylaşmaqdan söhbət gedir. Eyni zamanda bu fəaliyyətlə məşğul olan insan mövcudatı düzgün dərk etməlidir ki, onu öz məqsədlərinə uyğun dəyişdirə bilsin. Bu baxımdan konkret texnologiyalar, dəyərlər, hüquqi və mənəvi sistemlər ortaya çıxır. Bütün bunlar bir daha ona dəlalət edir ki, mədəniyyət ətrafı düzgün dərk etmək və dəyişmək fəaliyyətidir”.Kulturoloqun fikrincə, mədəniyyətin iki əsas mənbəyi var: “Bunlardan birincisi anadangəlmə mədəni keyfiyyətlərdir. Yəni hər bir uşaq doğulanda ona irsən valideynlərindən keçir. Amma bu keyfiyyətlər yalnız adicə şansdır.  Bu potensial keyfiyyətlərin real  nəticələr verə bilməsi üçün insanın yaşadığı sosial-mədəni mühit əlverişli və münasib olmalıdır. Yəni belə bir sosial mühit olduqda insanın hərtərəfli bacarığı, qabiliyyəti, biliyi, ağlı, keyfiyyətləri, davranışı düzgün formalaşır. Bundan başqa insanın nitqi, danışığı da onun xarakterini göstərir. Xarakterya xasiyyət isə mədəni tərbiyə ilə sıx şəkildə əlaqəlidir. Əgər insan körpəlikdən mədəni tərbiyə mühitində formalaşmasa, dilini, dinini, müəyyən adət-ənənələrini öyrənməsə, dünyanın nailiyyətlərini, texnologiyalarını, ayrı-ayrı xalqların həyat tərzini, səviyyəsini, üsullarını yaxşı bilməsə, bu rəqabətə dözüb yaşaya bilməz. Bütün bu məqamlara görə kulturologiya elminin strateji əhəmiyyəti getikcə artır”. Kulturologiyanın getdikcə artan önəmi barədə danışan professor bildirir ki, hazırda kulturologiyaya dünyanın əksər inkişaf etmiş ölkələrində strateji baxımdan yanaşılır: “Belə ki, kulturologiya insan inkişafına yönəldilmiş əsas elmlər sırasında yer alır. Bu baxımdan Azərbaycanda da kulturologiyanın vacib bir elm statusu alması biz mütəxəssislər tərəfindən gündəmə gətirilməkdədir. Həmçinin bu məsələ ilə bağlı konkret təkliflərim var. Bu barədə sizin qəzetiniz vasitəsilə də fikirlərimi səsləndirmişəm. Kulturologiyanın inkişaf etdirilməsi və cəmiyyətimizdə bu sahədə lazımi biliklərin yayılması ilə bağlı olaraq konkret tədbirlər həyata keçirilməlidir. Azərbaycanda Dünya Mədəniyyəti Beynəlxalq Universitetinin yaranması ilə bağlı konkret təkliflər paketimiz çoxdandır ki, durur. Həmçinin Kulturologiya İnstitutu, Kulturologiya Akademiyasının yaradılması təşəbbüsü ilə çıxış edirikbununla bağlı da hökumətə konkret təkliflər vermişik. Bundan başqa ali məktəbdə kulturologiya kafedralarının yaradılması günün aktual məsələlərindəndir və biz bunun təmin edilməsi təklifi ilə də çıxış edirik. Bütün bu məsələlərin Azərbaycanın intellektual-mədəni inkişafı və idarəetmə peşəkarlığının yüksəldilməsində çox ciddi önəmi var. Təkliflər sırasında orta məktəblərdə kulturologiya kabinetləri və mədəniyyətşünaslıq fənninin təşkil olunması da xüsusi önəm kəsb edir. Bu, hələ erkən yaşlardan yeniyetmə və gənc insanlarımızda kulturologiya və mədəniyyətşünaslıqla bağlı zəngin biliklər formalaşdırılmasına imkan yaradacaq. Bundan əlavə bölgələrdə kulturoloji mərkəzlərimiz açılmalıdır”. Kulturoloqun fikrincə, bu təkliflər reallaşarsa, mədəniyyət səviyyəsinin yüksəlməsi prosesi daha məqsədyönlü olacaq və sürətlənəcək. Qeyd edilməlidir ki, kulturologiya ilə bağlı cəmiyyətin öndə getməli olan təbəqələrində, ali təhsilli insanlarda da məlumatsızlıq hökm sürür. Bu baxımdan kulturoloq tərəfindən təklif edilir ki, məmurlara, tələbələrə və geniş tərkibli əhaliyə bu elmlə bağlı sistemli tədris keçirilməlidir. Beləliklə, bütün kulturoloji resursların cəmiyyətin və insan kapitalının inkişafına sərf edilməsi fikri irəli sürülür. Kulturoloq F.Məmmədov belə düşünür: “Bu gün Azərbaycanda Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mədəniyyətə çox böyük fikir verirlər. Azərbaycan ciddi inkişaf dövrünü keçirir, iqtisadiyyatımızda keçid dövrü başa çatdı. Hazırda intellektual bilik, idarəçilik mədəniyyətinə ciddi diqqət verilir. Bu da tamamilə doğrudur. Bizim «Simurq» Azərbaycan Mədəniyyəti Asossiasiyası da artıq 20 ildir bu yolda çalışır və cəmiyyətimizə, millətimizə, dövlətimizə elmi-kulturoloji biliklərin yayılması vasitəsilə öz köməyini göstərir. Bundan qorunmaq üçün insan hər gün mədəniyyətinin kamilləşdirilməsi üzərində çalışmalıdır. İnsan düzgün qərarlar qəbul etməyi bacarmalıdır. Bunun üçün isə onun yüksək əqli, mənəvi mədəniyyəti olmalıdır. Bunların arasında tarazlıq olmalıdır. Bunun üçüninsan həmişə mədəni biliyini artırmalıdır. İnsan həm əqli, həm də mənəvi mədəniyyətini tarazlı bir şəkildə inkişaf etdirməyi, uzlaşdırmağı bacarmalıdır. Bu iki mədəniyyətdən birinin olmaması insanlıq fəaliyyətində fəsadlara  gətirib çıxarardı. Bilik almaq, elmdən qidalanmaqonun hesabına daha qüdrətli olmaq, düzgün hərəkət edib düzgün qərarlar qəbul etmək ümumi işin faydası üçün lazımdır.Bu kontekstdə kütlə mədəniyyətindən qaçmaq labüddür. Çünkü kütlə mədəniyyəti bir qisim insanların mənafelərinə uyğun gəlir gətirirsə, yüksək incəsənət dəyər və normalarını, məhsullarını həddindən ziyadə aşılamış olur. Hesab edirəm ki, mədəniyyət də, elmbir qayda olaraq dövlət büdcəsindən maliyyələşdirilməlidir ki, həmin sahələr müstəqil olaraq inkişaf etsin. Mədəniyyət ayrı-ayrı insanların şəxsi maraqlarına xidmətdə yox, ümummilli maraqların xidmətində durmalıdır. Mən birinci növbədə elmi nəzərdə tuturam. Bu baxımdan hesab edirəm ki, intellektual mədəniyyət haqqında xüsusi qanun qəbul olunmalıdır. Alimlər, müəllimlər xüsusi status və təminat almalıdılar ki, millətin, dövlətin, cəmiyyətin inkişafına yönəlmiş fəaliyyətləri daha səmərəli olsun”.Professor qeyd edir ki, bu gün Prezident İlham Əliyev zamanın çağırışlarına cavab verən, çox mühüm bir məsələni xalqın, ziyalıların, alimlərin, məmurların qarşısında qaldırıb: Bu, insan kapitalının inkişafı məsələsidir. Əgər biz ədəbiyyata, tarixə nəzər salsaq, görəcəyik ki, keçən əsrin ikinci yarısından başlayaraq bu problem Qərbdə çox böyük diqqət və araşdırmalara səbəb olmuşdu. Çünki nəticə etibarilə aydın oldu ki, innovasiya, biliklər iqtisadiyyatı deyilən  fəaliyyət növü ən gəlirli iqtisadiyyatdır. Bu isə elmin əsasında qurulub. Elm nə qədər yüksək səviyyədə olsa, bir o qədər yüksək və rəqabətədavamlı texnologiyalar formalaşır, bunun nəticəsində cəmiyyətin yüksək tərəqqisi baş verir. Digər tərəfdən insanların rifahı, həyat səviyyəsi də artır. Bu zaman təbii ki, dövlət də daha uğurlu və rəqabətədözümlü olur. Dövlətin daxilində də sabitlik, təhlükəsizlik artır, sosial mədəniyyətin inkişaf prosesləri daha yaxşı gedir. Ona görə bir qayda olaraq insan kapitalının inkişafından söhbət gedəndə biliyin, mütəşəkkilliyin, peşəkarlığın yüksək səviyyədə insanlarımızda əksini tapmasından söhbət gedir. Hər bir insanın imkanları bütövlükdə cəm edilərək dövlətin, cəmiyyətin imkanları ilə birləşdirilir. Bunun intensiv olması üçün birinci növbədə elmin rolu var. Elm burada hər şeyin əsasını təşkil edir. Bu baxımdan Azərbaycan çox səmərəli bir şəkildə neft kapitalının insan kapitalına çevrilməsi siyasətini aparır. Bu, çox önəmlidir. Elmin inkişafı strategiyası inkişaf etdirilir, minlərlə istedadlı gənclərimiz xarici ölkələrdə təhsil alır və ölkədə təhsilin inkişafına yönəlmiş tədbirlər görülür. Mən bir kulturoloq kimi hesab edirəm ki, bu siyasət tamamilə düzdürbu siyasəti daha da səmərəli etməkdən ötrü yaxşı olardı ki, ölkədə intellektual mədəniyyətə aid xüsusi bir qanun qəbul olunsunbu qanun vasitəsilə elmə, təhsilə, alimlərə, müəllimlərə və mütəxəssislərə qədər intellektual potensialımızı artıran və reallaşdıranlara xüsusi şərait yaradılsın. Bu qanun vasitəsilə sözügedən təbəqəyə daha çox diqqət artırılmış olacaq. Bununla insan kapitalının inkişafı daha da sürətlənəcək, həm də keyfiyyətcə daha yüksək mərhələdə davam edəcək”. Kulturoloqun fikrincə, belə olduqda Azərbaycan zamanın çağırışlarına cavab verərək həqiqətən beynəlxalq səviyyədə daha da rəqabətədözümlü, daxili siyasətində də daha elmyönümlü olacaq.            

 

 

İlkin AĞAYEV 

 

Palitra.-2011.-22 noyabr.- S.6.