Lahıc Tarix-Diyarşünaslıq Muzeyində 1250 ədəd eksponat qorunur

 

Azərbaycan mədəniyyəti və kulturoloji maarifləndirmə layihəsi

 

Layihə çərçivəsində müsahibimiz Lahıc Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Maarif Əliyevdir:

 

 

- Əvvəla, onu qeyd edim ki, Lahıc Tarix-Mədəniyyət Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il qərarı ilə yaradılıb. Qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektarlıq ərazisində mövcud olan 100-dək tarix-mədəniyyət abidəsinin, təbii landşaftın, əhalinin adət-ənənələrinin, şəhərsalma və sənətkarlıq mədəniyyətinin qorunması ilə məşğul olur. Qoruğun fəaliyyətini 12 nəfər əməkdaş həyata keçirir. Qoruq ərazisi üçün müəyyən olunmuş xüsusi rejim ərazidə daimi və müvəqqəti yaşayan əhali arasında təbliğ olunur, istifadəsində tarix-mədəniyyət abidəsi olan hüquqifiziki şəxslərlə qoruq arasında abidənin qorunması ilə əlaqədar müqavilə tərtib olunur, ərazidə inşaat, bərpa, təmir və s. kimi fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin fəaliyyətini qoruq tələblərinə uyğun layihələşdirməyə nail olunur, inşaat işləri yerli ənənələrə uyğun aparılır. Qoruq ərazisində dövlət qeydiyyatına alınmış 92 tarix-mədəniyyət abidəsi yerli şəhərsalma və memarlıq qaydaları ilə inşa edilib. Belə ki, həm tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmış, həm də bütün digər tikililər çay daşından istifadə olunmaqla və kətillər quraşdırılmaqla tikilib. Tarix-mədəniyyət abidələri arasında ümumi istifadə üçün nəzərdə tutulmuş binalar - məscidlər, körpülər, hamamlarbulaqüstü tikililər xüsusi zövqlə, döymə çay daşı, əhəng və kərpiclə inşa edilib. Ərazidə mövcud 5 məsciddən 3-ü hazırda təyinatı üzrə istifadə olunur. Bunlar Bədöyün məscidi (1791-ci il), Zəvəro məscidi (1805-ci il) və XIX əsrə aid Yuxarı Ərəgit məscididir. Məscidlər arasında ən cavan və ölçülərinə görə ən kiçik olan məsciddə - 1902-ci ilə aid Ağolu məscidində Tarix-Diyarşünaslıq Muzeyi yerləşir.Qoruğun tarix-mədəniyyət abidələri arasında hamamların xüsusi yeri və əhəmiyyəti var. Hacı Molla Hüseyn hamamı (XIX əsr) və Hacı Cahanbaxş hamamı (XIX əsr) hazırda da qəsəbə əhalisinə xidmət edir. Digər hamamlardan Hacı Nurməmməd hamamı, Hacı Qəhrəman hamamı və Aslani hamamının qalıqları qorunur. Qoruğun ərazisində 60-dan çox fərdi yaşayış eviöz quruluşuna, memarlıq həllinə və özünəməxsus keyfiyyətlərinə görə tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb və onların da qorunması qoruq tərəfindən həyata keçirilir.Tarix-mədəniyyət abidələrindən başqa Lahıcın özəl cəhətlərindən olan və insanların marağını cəlb edən xususiyyətlərdən birionun küçə və meydanlarının daş döşəmələri və artıq suların axıdılması üçün çay daşından tikilmiş yeraltı kürəbəndlərdir (kanalizasiyalar) ki, hazırda da istifadə olunur. Küçə və meydanların, dalanların daş döşəmələri sanitariya cəhətdən əhəmiyyətə malik olmaqla yanaşı eyni zamanda tez-tez yağan gur yağışlar zamanı küçələrin sel suları tərəfindən yuyulub dağılmasının qarşısını alır. Yeraltı kürəbəndlər tikilərkən bütün qəsəbəni əhatə edən bir sistem yaradılıb və zaman-zaman bu ərazidə yaşamış bütün insanlar çirkab maddələrini və artıq suları axıtmaq imkanına malik olublar. Kürəbəndlərin və döşəmələrin təxminən 800 il öncə inşa olunduğu güman edilir. Lahıcda şəhərsalmanın və mədəniyyətin ən önəmli cəhətlərindən biri də məhəllə meydanlarının mövcud olmasıdır. Adətən hər məscidin qarşısında salınmış meydanlar dini mərasimlərin keçirilməsinə xidmət etməklə yanaşı burada yaşamış insanların bir yerə yığışa bilməsini, bir araya gələ bilməsini, böyük sözü, ağsaqqal sözü dinləməsni sübut edir.Lakin Lahıcın ən səciyyəvi xüsusiyyəti onun sənətkarlıq mərkəzi olmasıdır. Lahıcda xalq sənətkarlığının 40-dək növü mövcud olub. Misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq, toxuculuq, dulusçuluq, nalbəndlik, daşişləmə sənətləri, sərraclıq, dabbaqlıq, papaqçılıq, dərziçilik, çustçuluq, silahsazlıq, tirmə və baftaçılıq və bir çox başqa sənətlərin də neçə-neçə sahələri burada yaşamış əhalinin əsas məşğuliyyətini təşkil edib. Bu sənətkarların istehsal etdiyi məhsulların daşınması və ticarəti ilə səhragərdlər və çarvandarlar məşğul olub. Burada yaşayıb-yaratmış sənətkarların yaratdıqları maddi-mədəniyyət nümunələri nəinki Azərbaycanda, hətta İranda, İraqda, Türkiyədə, Orta Asiyadas. ölkələrdə satılıb və indi də dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.Hazırda Lahıcda 8 növ sənət sahəsi ilə məşğul olan az qisim ustalar fəaliyyət göstərir. Bunlar misgərlik, həkkaklıq, dəmirçilik, xalçaçılıq, dabbaqlıq, sərraclıq, papaqçılıq və toxuculuqdur.

 

 

- Lahıcın Tarix-Diyarşünaslıq Muzeyivaxtdan fəaliyyət göstərir?

 

 

- Lahıc Tarix- Diyarşünaslıq Muzeyi 1985-ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla təşkil edilib. 1990-cı ildə dövlət statusu alaraq Lahıc Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə 10 ekspozisiya, müxtəlif şöbə və guşələr tərtib edilib. Muzey fondunda 1250 ədəd eksponat qorunur. 1000-dən çox eksponat muzeyə gələn tamaşaçılara təqdim edilir. Hər il muzeyimizə minlərlə insan gəlir. Məsələn, ötən ilin rəqəmlərini deyim. 2010-cu ildə muzeyimizi 9600 nəfər tamaşaçı ziyarət edib. Lahıc Tarix- Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən gələn ziyarətçilərə yüksək səviyyədə mədəni xidmət göstərilir, lazımi məlumatlar verilironlar üçün maraqlı ekskursiyalar təşkil edilir. Ekskursiyalar həm muzeydaxili, həm də muzeydənkənar təşkil edilir. Muzeydə Lahıc sənətkarlarnın əl işlərindən ibarət sərgilər keçirilir. Hər bir təntənəli və xatirə günlərilə bağlı muzeydə ekspozisiya və tədbirlər təşkil olunur. Muzeydə fondun zənginləşməsi üçün daim aparılır, muzeyə əşya cəlb etmək üçün əhali ilə təbliğati söhbətlər aparılır. Muzeyə verilən əşya qeydiyyatdan keçirilərək fonda daxil edilir.

 

 

- Lahıcın folklor qrupu varmı?

 

 

- Əlbəttə var. Lahıc folklor qrupu 1987-ci ildə Baxışov Rauf və Bağırov İlhamın təşəbbüsü ilə yaradılıb. Qrupun təşkil edilməsində İsmayıllı şəhərində və Lahıc qəsəbəsində fəaliyyət göstərən idarə-təşkilatların, Lahıc qəsəbə əhalisinin böyük əməyi olub. Hazırda da folklor qrupu öz fəaliyyətini davam etdirir. Qrupun əsas məqsədi Lahıcda vaxtilə olmuşindidavam etdirilən sənət növlərini nümayiş etdirmək, Lahıca xas olan mətbəxi, milli adət-ənənələri, qədim mahnı və rəqsləri, qədim xalq oyunlarını təbliğ etməkdir. Bunun üçün qrup daim əzmlə çalışır. Qrup bir çox respublika, rayon və qəsəbə səviyyəli tədbirlərdə, folklor festivallarında diplommükafatlarla təltif olunub, həmçinin dəfələrlə xariciyerli telekanalların çəkilişlərində iştirak edibgeniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Lahıc folklor qrupunun üzvləri müxtəlif yaşda olan həvəskarlardır.

 

 

 

 

Anar Miriyev

 

Palitra.- 2011.- 2 sentyabr.- S. 6.