Eurovision” Azərbaycan mədəniyyətinin, bütövlükdə ölkəmizin təbliğatında böyük rol oynadı”

 

Layihə çərçivəsində müsahibimiz Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilovadır:  

- Bildiyiniz kimi, Prezidentin mədəniyyət və turizm sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində son illər bu sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bu baxımdan may ayında Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsini xüsusi fəxr hissi ilə göstərmək olar. Yeri gəlmişkən qeyd edim ki, Şamaxı şəhər sakinləri də Heydər Əliyev parkında quraşdırılmış iri monitor vasitəsilə “Eurovision” mahnı müsabiqəsinin gedişini diqqətlə izlədilər. Hesab edirəm ki, bu musiqi yarışması Azərbaycan mədəniyyətinin, bütövlükdə ölkəmizin təbliğatı, müsbət imic formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyırdı. Azərbaycan Avropanın bir nömrəli musiqi yarışmasını yüksək səviyyədə keçirməklə böyük bir işin öhdəsindən gələ bildi. Bu, Azərbaycan dövlətinin gücünün göstəricisi sayıla bilər. Həmin vaxt ölkəmizə minlərlə turist, xarici jurnalistlər gəlmişdi. Bu isə bizə ölkəmizi təbliğ etmək baxımından əlavə şans yaratdı. Bakını, bölgələri gəzən xarici qonaqlar, mətbuat işçiləri Azərbaycanın nə qədər qədim tarixə, mədəniyyətə malik olduğunun və bu gün müasir, inkişaf etmiş ölkəyə çevrildiyinin şahidi oldular.

- Rayonda mədəniyyət sahəsində hansı tədbirlər həyata keçirilir?

- Ümumiyyətlə, xalqımızın əsrlər boyu yaratdığı adət və ənənələr dövlət səviyyəsində qayğı ilə əhatə olunduqca hər bir vətəndaşın mənəvi irsə, mədəni kökünə bağlılığı daha da artır. Mədəniyyət işçiləri bu qayğıdan ruhlanaraq adət-ənənələrimizin təbliği və təşviqinə diqqətlə yanaşırlar. Elə bunun nəticəsidir ki, bu ilin mart ayında İçərişəhərdə və Dənizkənarı Bulvarda Azərbaycanın qeyri-maddi mədəni irsinin ən parlaq nümunəsi olan Novruz bayramına həsr olunmuş tədbirlərdə Şamaxını təmsil edən musiqiçilər, xalq sənətkarları, kulinarlar, mətbəx ustaları yüksək səviyyədə çıxış ediblər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şamaxı Mədəniyyət və Turizm Şöbəsinin mütəşəkkil və peşəkar işi xüsusilə qeyd olunub.Rayonumuzda da bu il Novruz şənlikləri əvvəlki illərdən fərqli olaraq yüksək səviyyədə keçirilib. Demək olar ki, rayonun bütün kənd və qəsəbələrində Novruz şənlikləri qeyd olunub. Koroğlu meydanında keçirilmiş Novruz şənliyi “Xəzər” Televiziyası tərəfindən 30 dəqiqə efirdə nümayiş etdirildi. Aprelin 25-də Uşaq İncəsənət Məktəbinin bədii kollektivləri Rəşid Behbudov adına Mahnı Teatrında tələbkar Bakı tamaşaçıları qarşısında rəngarəng proqramla çıxış edib.Böyük mütəfəkkir Mirzə Ələkbər Sabirin 150 illk yubileyi Şamaxıda böyük təntənə ilə qeyd olunub. Bu məqsədlə rayonumuzda elmi-praktik konfrans, bədii qiraət müsabiqəsi təşkil olunub, mayın 30-da isə təntənəli yubiley tədbiri keçirilib. Sabir poeziya bayramı ərəfəsində şairin adını daşıyan parkın əsaslı şəkildə təmir olunaraq yenidən qurulması bütün şamaxılıların dərin razılığına səbəb olub.İyun ayının 1-də Xaçmaz şəhərində keçirilən II Ümumrespublika Dekorativ Tətbiqi Sənət Festivalında rayonumuzun dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənib. Festivalda Kərkənc kənd Mədəniyyət Evinin direktoru Əliyeva Gülpəri və Məlhəm kənd sakini, xalça ustası Zəhra Muradəliyeva mədəniyyət və turizm naziri tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb. Prezidentin Xocalı soyqırımının 20-ci ildönümü və Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı imzaladığı müvafiq sərəncamların icrasını təmin etmək məqsədilə Heydər Əliyev Mərkəzində, Rayon Mədəniyyət Evində mədəni-kütləvi tədbirlər keçirilib, Mərkəzi Kitabxanada, muzeylərdə sərgilər təşkil olunub.

- Rayonda kitabxana işi necə həyata keçirilir?

- Kitabxana işi hər bir xalqın ümumi mədəniyyətinin ayrılmaz tərkib hissəsi, mədəni inkişafın əsas komponentlərindən biridir. Kitabxanalar rayonumuzun mədəni-ictimai həyatında əsas yerlərdən birini tutur. Son yarımildə Mərkəzi Kitabxanaya 900 nüsxə latın qrafikalı ədəbiyyat daxil olub, filiallara paylanıb. Mərkəzi kitabxananın binasında əsaslı təmir işləri aparılır. Kitabxanalarımızda müxtəlif tədbirlər həyata keçiririk. Şamaxı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında dramaturq M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədarM.F.Axundzadənin Azərbaycan ədəbiyyatında rolumövzusunda oxucu konfransı keçirilib. Konfransda edilən çıxışlarda ədibin həyat yaradıcılığı haqqında geniş məlumat verilib. Tədbirin sonunda M.F.Axundzadənin əsərlərindən onun haqqqında yazılan ədəbiyyatlardan ibarət təşkil olunmuş “M.F.Axundzadə-200” başlıqlı sərgiyə baxış da keçirilib. Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin 150 illiyi ilə əlaqədarƏsrlərin ayinəsimövzusunda tədbir keçirilib. Tədbirdə Sabirin həyat yaradıcılığı haqqında geniş məlumat verilib. “M.Ə. Sabir irsinin kitabxanalarda təbliğimövzusunda çıxış olub. Şəhər 5 saylı orta məktəbin şagirdləri M.Ə.Sabirin şeirlərini söyləyib, kompozisiya ilə çıxış ediblər. Oxu zalında “M.Ə. Sabir - 150 ” başlıqlı kitab sərgisi təşkil olunub. Uşaq şöbəsinin təşkilatçılığı iləHeydər Əliyev Azərbaycan dövlətinin banisidiradlı tədbir keçirilib. Tədbirdə ulu öndərin şərəfli ömür yolu haqqında geniş məlumat verilib. Şəhər 5 saylı orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Sonda tədbir iştirakçıları kitabxanada təşkil edilmişHəydər Əliyev - 89” adlı sərgi ilə tanış olublar. Keçirdiyimiz tədbirlərdə gənclərimizi unutmuruq. Tez-tez gənclərlə görüşlər keçirilir, onların tədbirlərimizdə fəal iştirakına çalışırıq. Mərkəzi KitabxanadaAzərbaycan gəncliyi dünən, bu gün, sabahmövzusunda tədbirlər təşkil etməyi ənənə halına salmışıq. Tədbirlərimizdə ölkəmizdə gənclərə göstərilən diqqət qayğıdan, rayon gəncliyi qarşısında duran vəzifələrdən söz açılır. Tədbirlərimizə dəvət olunan Şamaxı Humanitar Kollecinin Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələri maraqlı fikirlərlə çıxış edirlər.

- Şamaxı həm turizmin inkişafı ilə seçilir. Bu sahədə vəziyyət necədir?

- Ölkə Prezidentinin 2011-ci ili «Turizm ili» elan etməsi, qarşıya çox mühüm vəzifələr qoyması bu sahənin inkişafına böyük təkan verib. Rayonda turizmin inkişafı, turizm obyektlərinin lisenziyalaşdırılması, əhaliyə göstərilən turizm xidmətlərinin yüksəldilməsi ilə əlaqədar bir sıra tədbirlər görülüb. Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyi mütəxəssisləri lisenziyası olan turizm obyektlərində monitorinqlər keçirir, tövsiyələr verirlər.Şirvanmehmanxanasında Avropa standartlarına uyğun təmir işləri aparılıb turistlərin istifadəsinə verilib. Şamaxı Rayon Mədəniyyət Turizm Şöbəsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün daha da qətiyyətlə çalışır, mədəniyyətimizin inkişafı təbliği, əhalinin asudə vaxtının səmərəli təşkili, turizmin inkişafı, mədəni irsimizin qorunması üçün ardıcıl məqsədyönlü tədbirlər həyata keçirməkdə davam edir.

 

 

Anar Miriyev 

 

Palitra.-2012.-15 avqust.-S.12.