"Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası sahəsində Bakının Binəqədi rayonunda da xeyli proqres əldə edilib. Rayonda son dövrlər ərzində sosial-iqtisadi inkişafın, abadlıq və rifahın təmin edilməsi istiqamətində nəzərəçarpan uğurlar qazanılıb. Bu barədə faktları çatdırmaq üçün öncə rayona aid ərazilərdə, qəsəbə və mikrorayonlarda lazımi müşahidələr apardıq, rəylər öyrəndik. Eyni zamanda da rayonun İcra Hakimiyyətindən rəsmi məlumatlar əldə etdik.  

Sosial-iqtisadi rifah   Beləliklə, öncə rayonun sosial-iqtisadi və  abadlıq göstəriciləri barədə bildirək. 2012-ci ilin  9 ayında rayonda 121 milyon 170 minya keçən ilin müvafiq dövründən 2.4 faiz çox sənaye məhsulu istehsal edilib, xidmətlər göstərilib. Bu müddətdə rayonda 3937 yeni yeri açılıb. Bunun da hamısı daimi yerləridir. Bu il oktyabrın 5-də Məşğulluq Mərkəzi ilə birlikdə səyyar əmək birjası təşkil edilib. Rayonun İcra Hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, işaxtaran vətəndaşlara 807 boş yeri təqdim olunub, 21 nəfərə müxtəlif vakansiyalar üzrə işə düzəlmək üçün göndərişlər verilib, 17 nəfər peşə kurslarına cəlb olunub. Həmin müddətdə sahibkarlığın inkişafına dəstək verilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial - iqtisadi inkişafına dair Dövlət Proqramı"nında Binəqədi rayonuna aid 103 bənd nəzərdə tutulub. Bu tədbirlərin 50-si təhsil sahəsinə, 6-sı səhiyyə, 2-si mədəniyyət, 3-ü idman, 2-si ekologiya, 7-si sukanalizasiya təsərrüfatı, 4-ü istilik təsərrüfatı, 6-sı sahibkarlığın inkişafı sahəsinə, 13-ü əhalinin təhlükəsizliyi tədbirlərinə, 10-u isə digər sahələrə aiddir. Bu tədbirlərin 11-nin icrası 2011-ci ildə, 26-nın  icrası 2012-ci ildə, 66-nin icrası isə 2013-cü ildə başa çatması planlaşdırılıb. Bu kimi göstəricilər rayonun sosial-iqtisadi sahəsində nəzərəçarpan irəliləyişlər olduğunu deməyə əsas verir.    Abadlıq işləri rayonun simasını dəyişir  

Dövlət proqramı çərçivəsində rayonun qəsəbələrində abadlıq sahəsində də xeyli iş görülüb. Sulutəpə qəsəbəsində IV mədən yolu və 217 saylı məktəbin ətrafındakı küçələr, M.Ə.Rəsulzadə qəsəbəsində Binəqədi şossesinin sol tərəfindəki yeni yaşayış massivinin əsas daxili yollarından biri, Biləcəri qəsəbəsində Məlik Aslanov küçəsi, 1 May yaşayış massivinin əsas küçəsi, 1-ci və 2-ci yeni yaşayış massivlərinin əsas küçələri, Binəqədi qəsəbəsində G.Ramazanov, Ələkbərov küçələrində II mədən 93-cü korpus, I mədən 18, 19 və 20-ci korpuslara asfalt örtüyü çəkilib, ümumilikdə bu qəsəbələrdə 200 min kv.m sahəyə və ya 35 km yola asfalt döşənib.Eyni zamanda "Azəryolservis"in xətti ilə Binəqədi - Mehdiabad yolu və Binəqədi şossesi yenidən qurulub. Biləcəridə Y.Hüseynov və A.Zeynallı küçələrində, Xocasən qəsəbəsində Dəyirman yolu, Binəqədi qəsəbəsində Novxanı yolunda yolların əsaslı təmiri işləri aparılır. Bu il rayonun bütün qəsəbələrində əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün 26 obyekt üzrə uzunluğu 151 km olan yeni qaz xətləri çəkilib, 11038 ədəd mexaniki sayğaclar "smart-kart" tipli sayğaclarla əvəz edilib. 100, 246, 244, 3, 276, 102 saylı məktəblərin əsaslı təmiri, vaxtında və keyfiyyətlə başa çatdırılıb.  159, 153, 294, 274 və 211 saylı uşaq bağçalarının tikintisi və əsaslı təmiri, 6 saylı Birləşmiş şəhər xəstəxanasının əsaslı təmiri, F.Əmirov adına 6 saylı musiqi məktəbinin əsaslı təmiri, 11 saylı musiqi məktəbi üçün əlavə sinif otaqlarının tikintisi davam etdirilir.   

Əhalinin enerji təchizatı yaxşılaşdırılır    Əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədilə 3 yarımstansiya yenidən qurulub, 3 yarımstansiyada isə əsaslı təmir işləri aparılıb. Böyük Şor və Xocasən göllərinə kanalizasiya, texnikisair suların axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması, Binəqədi qəsəbə  İdman Kompleksinin qarşısındakı gölün qurudulması və gölə məişət tullantılarının atılmasının qarşısının alınması burada meşə zolağının və parkın salınması tədbirləri Prezident İ.Əliyev  tərəfindən xüsusi nəzarətə götürülüb və yaxın vaxtlarda bu tədbirlərin icrasına başlanacaq. Gələn il dövlət proqramına uyğun olaraq Binəqədidə çoxsaylı obyektlərin, xüsusilə təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi nəzərdə tutulur. Bu obyektlərin bir qismi icrası 2012-ci ildən növbəti ilə keçən obyektlər, digərləri isə 2013-cü ildə nəzərdə tutulan obyektlərdir. Rayonun Azadlıq prospektində yerləşən, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkın ərazisində planlaşdırma işləri tamamlanmaqdadır. Azadlıq prospekti ilə Z.Bünyadov prospektinin kəsişdiyi ərazidən yol genişlənməsi ilə başlanacaq abadlıq işlərinə dair layihəyə uyğun olaraq, ərazilərdə tikinti işlərinə başlanması  üçün kommunikasiya xətlərinin ərazidən çıxarılması istiqamətində müvafiq dövlət qurumları ilə aparılır. Məlum olduğu kimi hazırda bir çox binaların zirzəmilərində anti-sanitarkomunal xətlərin qəzalı vəziyyətdə olması əhalinin haqlı narazılıqlarına səbəb olur. Bu barədə rayonun ətraf ərazilərində apardığımız müşahidə və araşdırmalar da aşağıda qeyd ediləcək. Bu cür problemlərin aradan qaldırılması rayon rəhbərliyində ən vacib məsələlərindən biri sayılır. Artıq ümumilikdə 105 evin zirsəmisində sukanalizasiya xətti əsaslı təmir edilib və 16 binada işlər davam etdirilir. Kanalizasiya şəbəkəsinin xidməti ərazilərində 3650 m xətt təmir olunub və yenilənib, 8 ədəd kanalizasiya lyuku quraşdırılıb, 450 ədəd kanalizasiya lyuku və yağış barmaqlıqları təmizlənib. Asfalt örtüyünün altından 13 lyuk və yağış qəfəsi aşkar edilərək bərpa edilib. Rayon Qaz istismar sahəsi tərəfindən Xocəsən, Binəqədi, Sulutəpə, 1 May  Rəsulzadə qəsəbələrinin ərazisində ümumi uzunluğu 780 p/m korroziyaya  uğramış qaz xəttləri yenisi ilə əvəz edilib, 6 ədəd qaz tənzimləyici quraşdırılıb. Xocəsən qəsəbəsi ərazisində bütün küçələrin yenidən qazlaşdırılması həyata keçirilir. Rayon icra başçısının əhali ilə intensive görüşləri də vətəndaşlar tərəfindən təqdir edilir. Təsdiq olunmuş qrafikə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının bu ilin 9 ayında 32 görüşü keçirilib. Bu görüşlərdə ümumilikdə 4496 rayon sakini iştirak edib və həmin görüşlərdə vətəndaşlar tərəfindən 468 məsələ qaldırılıb. Qaldırılan sosial və digər məişət məsələlərinin bir qismi yerindəcə həll edilib, digərləri isə planlaşdırılaraq həll edilməsi işinə başlanıb. Bu baxımdan rayon rəhbərliyinin vətəndaşların problemlərinə və istəkərinə tam həssaslıqla yanaşdığını qeyd etmək lazımdır.   

Apardığımız müşahidələr nələri üzə çıxardı?     Qeyd edək ki, Biləcəri, Sulutəpə, Xocasən, 28 May kimi qəsəbələrdə müşahidələr apardıq. Bu yerlərdə son illərdə ciddi dəyişikliklər baş verib.Məsələn, Sulutəpə, Xocasən kimi ərazilərdə əvvəllər asfaltlanmış, normal yol yox idi. İşə-gücə gedən sakinlər ayaqqabıları batmasın deyə, qışın palçıqlı vaxtlarında çəkmə geyirdilər ki, palçıqdan çıxandan sonra onu ayaqqabı ilə əvəzləsinlər. Hazırda isə bu ərazilərdəki məhəllədaxili yolların çoxu asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Xocasəndə Moskva Dövlət Universitetinin Bakı Filialı istifadəyə verilib. Bu sahədə abadlaşdırma və quruculuq işləri daha da artıb. Bununla belə, bu qəsəbələr yeni məskunlaşdığı və onlarda birdən-birə tikinti bumu getdiyi üçün təbii ki, şəhərsalma kriteriyaları baxımından bəzi çətinliklər hələ də həllini gözləyir. Həmin yerlərdə yaşayan vətəndaşlarla onları düşündürən problemlər barədə söhbətlər apardıq. Onlar üçün həlli vacib olan məsələləri bu cür ümumiləşdirmək olar: Evlərin sənədləşdirilməsi, kommunal xidmət təminatının gücləndirilməsi, kanalizasiya sisteminin formalaşdırılması, qəsəbələrin ucqarlarına işləyən ictimai nəqliyyatın intensivləşdirilməsi.Onu da qeyd edək ki, rayona aid qəsəbələrdən biri də Rəsulzadə qəsəbəsidir ki, bu qəsəbə də son illərdə tamamilə simasını dəyişməkdədir. Rəsulzadə qəsəbəsi həm də rayonun inzibati mərkəzidir. Çünki Binəqədi Rayon İcra Hakimiyyəti, Polis İdarəsi, Rayon Məhkəməsi və digər qurumlar bu qəsəbədə cəmlənib. Qəsəbədə son illər görülən abadlıq və quruculuq işləri bura müasirxoş görkəm verib. Burada kommunal xidmətlər, kanalizasiyasair nüanslar sarıdan heç bir sıxıntı gözə dəymir. Binəqədi rayonuna aid Binəqədi qəsəbəsi də yeni sima qazanır və getdikcə daha çox məskunlaşır. Bu baxımdan rast gəlinən bəzi şəhərsalma preoblemlərinin tez bir zamanda həll olunmasına çalışılır. Aldığımız məlumata görə, bu qəsəbədə də abadlıq işləri aparılır, yollar asfaltlanır, kommunikasiya sistemləri yenidən qurulur. Binəqədi rayonunda yerləşən 4 mikrorayonda da şəhərsalma tədbirləri, abadlıq, kommunal xidmətlərin standartlara uyğun qurulması prosesi gedir. Bu proseslər son zamanlar daha da sürətlənib və ümumiyyətlə, rayon ərazisində rast gəlinən bütün problemlər rayon rəhbərliyinin xüsusi nəzarətindədir. Bu problemlərin həlli üçün tədbirlər planı müəyyənləşdirilib və onun icrasına daimi diqqət yetirilir. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə də Binəqədidə uzun illərdən bəri qalmış həlli vacib problemlərin hamısı rayon rəhbərliyi tərəfindən diqqətə götürülüb: “Bu gün rayonun ən ciddi problemlərindən biri sukanalizasiya sistemlərindəki problemlərdir. Bu günlərdə artıq Binəqədi qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıb”.O da bildirilir ki, Binəqədi, 28 May, Xocasən və Biləcəri kimi qəsəbələrin daha çox yeni yaşayış massivlərində kanalizasiya şəbəkəsi olmadığı üçün əhali sıxıntı çəkir. Həmçinin Biləcəri və Məmməd Əmin Rəsulzadə, eləcə də 7 və 8-ci mikrorayonlarda çoxmənzilli yaşayış binalarının bir hissəsində istiliklə təchizatı məsələsi öz həllini tapmayıb və sair. Bütün bu çatışmazlıqlar rayon rəhbərliyi tərəfindən də qeyd edilirbildirilir ki, onların plana əsasən aradan qaldırılması  nəzərdə tutulur. Bununla yanaşı, rayonun yeni yaşayışlar salınan qəsəbələrində sosial infrastrukturun gücləndirilməsi, təhsil, səhiyyə və sair yeni sosial obyektlərin tikintisi həyata keçiriləcək.

 

  İlkin AĞAYEV 

Palitra.-2012.-12 dekabr.-S.12.