“Masallı beynəlxalq tədbirlərə inamla sahiblik edə bilər”

“Azərbaycanın Folklor Paytaxtı” tədbirləri xaricilərdə böyük maraq və rəğbət doğurub

 

Məlum olduğu kimi, bu il Masallı şəhəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Masallı şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilmişdi. Bu, Masallının zəngin ağız ədəbiyyatı nümunələri – nağıl, dastan, bayatı, nəğmə, tapmaca, yanıltmac, atalar sözü, zərb-məsəllər və bölgələrinin digər folklor incilərinə, tarixi abidələrinə, xalq sənətinə verilən yüksək qiymət kimi dəyərləndirilir. Qeyd edək ki, Masallı bu ada bütün məqamlarına görə layiq olduğunu bariz şəkildə sübut etdi. Bu il ərzində rayonda “Azərbaycanın Folklor Paytaxtı” ilə əlaqədar keçirilən təntənəli tədbirlər də bundan xəbər verir. Qeyd edək ki, artıq bu tədbirlər yekunlaşıb. Bu barədə bizə Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib: “Qədim mədəniyyətə, xalq yaradıcılığına, çoxsaylı abidələrə malik olan, son otuz ildə folklor inciləri ilə dünyanın 30-dan artıq ölkəsinin dinləyicilərini ram edən Masallının respublikanın rayonları arasında seçilib sınananması reallıq idi.

Kəndlərin hamısında xalq sənəti maddi-mədəniyyətimizin ən qiymətli inciləri kimi qorunur. Məhz bu xüsusiyyətinə görə ilin əvvəlində seçim zamanı münsiflər Masallının namizədliyinə hamılıqla səs verdilər.

Masallı bu adı əsl mənada doğrultdu. Ağsaqqalların, ağbirçəklərin bayatı boxçası açıldı. Folklor ansambllarının yarışları başladı. Folklorşünaslar Masallıda oldular. Kəndbəkənd, məhəllə-məhəllə gəzib bu zəngin xəzinəni kağıza köçürdülər.

Bu işlər Masallıda keçirilən “Azərbaycan Folkloru mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfransda müəyyən qədər yekunlaşdı”. Keçirilən tədbirlərin nəticələri barədə də bizə ətraflı məlumat verildi: “Keçirilən tədbirlərin nəticələrindən danışarkən bir sıra məsələləri qeyd etmək olar. Məsələn,  Masallı folklor nümunələri kitablarda çap edildi. Filmlərdə, xüsusilə “Halay” haqqında çəkilən sənədli ekran əsərlərində bunlardan daha çox istifadə olundu.

Folklor ili” çərçivəsində nəzərdə tutulan tədbirlərdən birifolklor paytaxtı”nın kubokununloqosunun təqdimetmə mərasimi oldu.

Masallıda respublika muğam festivalı təntənəli keçdi.Masallırəqs, incəsənət məktəbinin “Sara”, yaşlılardan gənclərdən ibarətHalayansamblları, ŞərəfəninHəcər”, Xırmandalının, Öncəqalanın, Sərçuvarın, Gəyəçölün, Qodmanın xalq kollektivləri rəngarəng tədbirlərdə uğurla çıxış etdilər. Tədbirlər get-gedə daha da kütləviləşirdi. Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə keçirilən tədbirlərdə rayonun bütün musiqi kollektivləri iştirak etdi.

Sonra yaz festivalı, turizm mövsümünün açılışı, xalq sənəti, el təranələri, xalq yaradıcılıq bayramları təmtəraqla keçirildi. Bir sözlə, rayonun 118 bədii özfəaliyyət kollektivi, onların 2800 üzvü tədbirlərdə iştirak etdi. Folklor iliçərçivəsində ən böyük tədbir isə Masallıda keçirilən Beynəlxalq Folklor festivalı idi.

Həmin gün Masallı xüsusi ilə təmtəraqlı görünürdü. Küçə meydanlar şəhərdən, rayonun ayrı-ayrı kənd qəsəbələrindən gələnlərlə dolu idi. Masallı Beynəlxalq Folklor Festivalına gələnləri isti-hərarətli salamlayırdı. Festival başlamazdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvləri, dövlət rəsmiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Bayraq Meydanından başlayan görüş arasıkəsilməyən dəstələrlə Heydər Əliyev parkının önündən keçib getməsi ilə start götürdü.

Folklor kollektivləri təmsil etdikləri ölkələrin bayraqlarını dalğalandırdılar...

İlk olaraq meydanda Azərbaycan bayrağı dalğalanır. Yaşlılardan gənclərdən ibarətHalayfolklor kollektivi, “Masallırəqs qrupu, Naxçıvanın rəqs ansamblı, Rusiya Federasiyasının Dağıstan respublikasının Kabarda-Balkar, Türkiyənin, İranın, Latviyanın folklor kollektivləri üç gün rayonda, Boradigah qəsəbəsi Şərəfə kəndində, istirahət obyektlərində zəngin proqramlarla çıxış etdilər”.

Qeyd edilir ki, Masallının zəngin folklorununun nəinki respublika səviyyəsində, həmçinin bütün dünyaya tanıdılması dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir. Xalq buna böyük qiymət verir. Çünki bu siyasət Azərbaycan mədəniyyətinin, dəyərlərinin, folklorunun, şifahi xalq yaradıcılığının dünyada qəbul etdirilməsi təbliği deməkdir.  Qeyd edək ki, sözügedən beynəlxalq festival müddətində hər yerdə Masallının bacarıqlı əl ustalarının əsərləri nümayiş etdirilib. Bu əsərlər çoxçeşidli, orijinal maraqlı olmaqla iştirakçıların, qonaqların böyük marağına səbəb olub. Yerli ənənələr sənətkarlıq nümunələri əsasında hazırlanan bu cür əsərlər ciddi maraqla qarşılanıb.   

Rayonun musiqi ansamblları da folklor eləcə festival müddətində orijinal ifa tərzi folklor koloriti ilə böyük diqqət cəlb edə biliblər. Həmçinin burada respublikanın digər yerlərindən, eləcə xarici ölkələrdən gəlmiş folklor ansamblları maraqlı çıxışlar ediblər: “Masallı Olimpiya İdman Kompleksində keçirilən yekun konsertində Halay digər kollektivlər, NaxçıvanınŞəruransamblı, Türkiyə, İran, Latviya, Dağıstan Kabarda-Balkar folklor qruplarının ifaları xoş təsir bağışladı. Ansambl üzvləri Masallı qonaqpərvərliyini yüksək qiymətləndirib, festival günlərini unutmayacaqlarını bildirdilər. Burada bu fikir dəfələrlə təkrarlandı ki, Masallı beynəlxalq tədbirlərə inamla sahiblik edə bilər.

Festivalda Masallıda nəfis şəkildə hazırlanan saxsı qablar, müxtəlif suvenirlər, köynəklər, qələmlər, döş nişanları iştirakçılar üçün maraqlı idi hamısı öz ölkələrinə bu qiymətli hədiyyələri məmnuniyyətlə apardılar.

Festival müddətində hazırlanan fotoalbomlar, disklər s. maraqla qarşılandı.

...Dekabrın 15-i Masallı yenidən izdihamlı idi. Rayonumuza dövlət rəsmiləri, Mədəniyyət Turizm  Nazirliyinin nümayəndələri, jurnalistlər gəlmişdilər. Bu, bir növ folklor paytaxtının keçirdiyi çoxsaylı tədbirlərə qiymət vermək məqsədi daşıyırdı.

Rayon Gənclər Mərkəzində keçirilən tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini, təşkilat komitəsinin sədri Nəsir Muxtarlı açdı. O, “Folklor ili”ndə keçirilən tədbirlərdən geniş danışıb bildirdi ki, bu sahədə görülən işlər bütün rayonu əhatə edib. Xalq folklorunu öyrənməyə, bu qiymətli incilərin araşdırılıb tapılmasında bütün masallılar tədqiqatçı olublar. Ayrı-ayrı kənd qəsəbələrdə keçirilən folklor tədbirlərində minlərlə insan iştirak etmiş, yeni kollektiv ifaçılar meydana çıxıb.

Mədəniyyət Turizm Nazirliyinin mədəniyyət siyasət şöbəsinin müdiri Fikrət Babayev folklor ilində Masallıda bir-birindən zəngin, maraqlı, çoxsaylı tədbirlərin keçirildiyi barədə danışmış, qeyd etmişdir ki, Masallıda keçirilən Beynəlxalq Folklor Festivalında iştirakçıların yüksək qonaqpərvərliklə qarşılanması barədə nazirliyə rayona təşəkkür məktubları gəlməkdədir. Masallı rayon rəhbərliyinin festivalla, eləcə folklor ili çərçivəsində gördüyü tədbirləri təqdir edən natiq bu fikirdə olduğunu bildirdi: Masallı hər cür beynəlxalq tədbirlərə ev sahibliyi edə bilər.

Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov rayonun zəngin folkloru olduğunu qeyd etdi. O, bu folklorun toplanılıb çap etdirilməsi barədə görüldüyünü bildirdi.

Sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək Azərbaycanın qədim zəngin folklor irsinə malik olduğunu qeyd edərək vurğuladı ki, bu böyük xəzinəmizin dünyaya tanıdılmasında Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük təşkilatçılıqları var. Diqqəti qədimliyimizə, onun təməli üzərində yüksələn, ondan qaynaqlanan mədəniyyətimizə cəlb edən natiq Azıx mağarasının canlı tarixindən, Qobustan qaya daşlarının ritmlərindən, ana laylaları, ata öyüdlərindən süzülüb gələn folklorumuzun Masallıda da qorunub saxlandığını, inkişaf etdirildiyini vurğuladı.Sonda folklor ilində fərqlənənlərə rayon İcra Hakimiyyətinin diplomları, fəxri fərmanları mükafatları təqdim edildi.

Yenə səhnə incəsənət ustalarına verildi. Folklor ansamblları, ayrı-ayrı ifaçılar, rəqs kollektivlərinin çıxışları bir-birini əvəz etdi”.Qeyd edək ki, “Masallı - Azərbaycanın Folklor Paytaxtıtədbirləri KİV- çox geniş əhatəli şəkildə işıqlandırılıb. Bununla bağlı ayrıca məqalələr, telesüjetlər təqdim edilib: “Bu ardıcıllıq onu sübut etdi ki, “Folklor ilibaşa çatmayıb, birFolklor ili”nin sərhəddində digərinin başlanğıcı dayanır”.

 

İlkin AĞAYEV 

Palitra.-2012.-25 dekabr.-S.11.