Heydər Əliyev
Fondunun dəstəyi ilə Xocalı faciəsinin
20-ci ildönümü bu
il dünyanın 100-dən artıq
nöqtəsində qeyd olunur
Heydər
Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin
20-ci ildönümü bu il dünyanın 100-dən artıq
nöqtəsində qeyd olunur. Fondun məlumatına görə, soyqırıma həsr olunmuş
silsilə tədbirlər Fondun təmin etdiyi təbliğat
materialları əsasında səfirlik, konsulluq, diplomatik
nümayəndəliklərin və diaspor təşkilatlarının
xətti ilə qeyd olunacaq. Fondun hazırladığı və
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında səmərəli ideoloji vasitəyə
çevrilən təbliğat materialları artıq bir
çox xarici ölkələrdə yayılıb.
Soyqırıma həsr olunmuş anma mərasimlərinin
2005-ci ildən başlayaraq Vaşinqton, Nyu York, Varşava,
London, Pekin, Haaqa, Dubay, Kiyev, Moskva, Berlin, Strasburq, Brüssel,
Buxarest, Cenevrə, Ankara, İstanbul, Praqa, Paris, Roma, Tbilisi,
Sarayevo və başqa şəhərlərdə silsilə tədbirlərlə
keçirilməsi nəzərdə tutulur.Anma mərasimlərində
Heydər Əliyev Fondunun hazırladığı
"Xocalı soyqırımı" filmi, ermənilərin
Xocalıda törətdikləri vəhşilikləri əks
etdirən fotoşəkillər və müxtəlif illərdə
xarici ölkələrin nüfuzlu nəşrlərində
Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, Heydər
Əliyev Fondunun ümumtəhsil məktəbləri və
uşaq evlərində keçirdiyi "Xocalı
uşaqların gözü ilə" mövzusunda rəsm
müsabiqəsinin seçmələrindən ibarət
ekspozisiyalar nümayiş olunacaq. Mərasimlərdə Fondun
hazırladığı və beynəlxalq ictimaiyyətə
ünvanlanmış "Qarabağ həqiqətləri"
toplusunun və "Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə alınması" kitabının
yayımı nəzərdə tutulur. "Qarabağ həqiqətləri"
bukletlər toplusu Qarabağın tarixi, münaqişənin
başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün
nəticələri, erməni terror təşkilatlarının
Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı
informasiya almağa imkan verir. 2005-ci ildən başlayaraq Azərbaycan,
rus, ingilis, alman, macar, fransız və digər dillərdə
nəşr olunan "Qarabağ həqiqətləri"
bukleti bu il də beynəlxalq ictimaiyyətə təqdim
olunacaq.
Nəfis
şəkildə tərtib edilmiş və yüksək
poliqrafik səviyyədə çap olunmuş bukletlər
fotoşəkillərlə zəngindir. Bütün bukletlərdə
Azərbaycanın xəritəsi verilib və burada Ermənistan
tərəfindən işğal olunmuş Azərbaycan əraziləri
göstərilib. Eyni zamanda, burada münaqişə nəticəsində
dəymiş ziyan, erməni terrorizmi, işğalın
qurbanları və s. məlumatlar yer alıb. İngilis dilində
hazırlanmış "Azərbaycana qarşı müharibə:
mədəni irsin hədəfə alınması"
kitabı isə oxuculara milli-tarixi abidələrimizə
qarşı ermənilərin törətdiyi vandalizm
aktları barədə ətraflı məlumat verir. Xocalı
soyqırımının 20-ci ildönümü ərəfəsində
Heydər Əliyev Fondu tərəfindən Avropa şəhərlərindən
birində soyqırım qurbanlarının xatirəsinə
ucaldılmış abidə kompleksinin
açılışı keçiriləcək. Dünya
ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv
və dürüst informasiya çatdırmağa, ictimai rəyi
formalaşdırmağa yönələn bu kimi tədbirlərə
müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri,
şəhər sakinləri, eləcə də xarici kütləvi
informasiya vasitələrinin nümayəndələri dəvət
olunurlar.
Nigar
Palitra.-2012.-24 fevral.- S.4.