Mingəçevirin mədəniyyət müəssisələri şəhər sakinlərinin tələbatını ödəməyə çalışır

 

Layihə çərçivəsində budəfəki təqdimatımız Mingəçevir şəhərilə bağlıdır. Şəhər Mədəniyyət və Turizm İdarəsindən «Palitra»ya verilən məlumatda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər və şəhərin mədəni həyatı öz əksini tapıb:

- Mingəçevir Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 316 min nüsxə kitab fondu olan 16 kütləvi kitabxana, o cümlədən Mərkəzi və Mərkəzi Uşaq Kitabxanası, şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbi, 2 uşaq musiqi məktəbi, Tarix Muzeyi və onun filialı olan Şəhidlərin Xatirə Muzeyi, A.İbrahimov adına Dövlət Rəsm Qalereyası, 3 Mədəniyyət Evi, 3 klub müəssisəsi, şəhid M.Mirzəyev adına Dostluq və Mədəniyyət İstirahət Parkı fəaliyyət göstərir. Bu mədəniyyət müəssisələrində 550 nəfər çalışır. Eyni zamanda Sahil parkı, S.Vurğun bağı, Heydər Əliyev seyrangahı, Heydər Əliyev meydanı mingəçevirlilərin sevimli istirahət yerləridir. Mədəniyyət və Turizm Şöbəsi il ərzində müxtəlif mədəni tədbirlər həyata keçirir. İlin əvvəlində tərtib edilən tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər şəhər sakinləri tərəfindən razılıqla qarşılanır. Mingəçevirin mədəniyyət müəssisələri şəhər sakinlərinin tələbatını ödəməyə çalışır. Mingəçevir şəhəri ərazisində ölkə əhəmiyyətli 5 abidə və yerli əhəmiyyətli 2 abidə qeydiyyata alınıb. Mingəçevir Dövlət Dram Teatrının binası ölkə əhəmiyyətli memarlıq abidəsidir. Bina 1952-ci ildə energetiklərin mədəniyyət sarayı kimi tikilib. Binanın əsas fasadı milli memarlıq üslubunda tikilmiş binalarla əhatə olunmuş meydana baxır. 1968-ci ildə Dram Teatrı yaradılan zaman bina həmin teatrın istifadəsinə verilib. Şəhər ərazisində üç arxeoloji abidə qeydiyyata alınıb. Bunlar İlk Orta Tunc dövrünə aid yaşayış yeri, Son Tunc İlk Dəmir dövrünə aid yaşayış yeri küp qəbirlər nekropoludur. Mingəçevir şəhərində qeydə alınmış iki yerli əhəmiyyətli abidələrdən biri şəhərin Nizami prospektində yerləşən, faşizm üzərində qələbənin 30 illik yubileyi münasibətilə ucaldılan "Ana Vətən" abidəsi, digəri isə şəhərin cənub-qərbində yerləşən, orta əsrlərə aid edilən arxeoloji abidə yaşayış yeridir.

Şəhərin tarixinin əks olunduğu məkan

Şəhərin tarixini ən yaxşı əks etdirən məkan Tarix Muzeyidir. Məlumat üçün bildirək ki, 1946-1953-cü illərdə Mingəçevirdə görkəmli alim S.Qazıyevin rəhbərliyi ilə aparılan qazıntılar zamanı bu ərazilərdə 20 minə qədər maddi-mədəniyyət abidələri tapılıb. Bu eksponatlar öyrənilməsi üçün Elmlər Akademiyasına göndərilib bundan sonra 50 eksponatla Mingəçevir Şəhər Tarix Muzeyi fəaliyyətə başlayıb. Mingəçevir Şəhər Tarix Muzeyinin zəngin fondu var. Belə ki, şəhərimizin tarixinin b.e.ə. III-I əsrlərə qədər gedib çıxdığını sübut edən nadir eksponatlar var. Tunc dövrünün sonu, Dəmir dövrünün əvvəllərinə aid olan bəzək əşyaları, əmək alətləri, tunc xəncərlər, gil qablar, küp qəbirlərdən tapılmış qədim bəzək əşyaları, əmək alətləri, məişət əşyaları muzeyin fondunu bəzəyir. Hazırda muzeydə 14697 eksponat var bunlardan 12167-i nümayiş etdirilir. Muzey 9 mərtəbəli yaşayış binasının I mərtəbəsində uyğunlaşdırılmış binada yerləşir. 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyətinə aid materiallar, fotoşəkillər, Mingəçevirdə SES-in tikilməsi ilə bağlı qərarlar, fotoşəkillər, ilk quruculuq illərinə aid fotoşəkillər, o zamandan indiyə qədərki şəhərin sənayesi, mədəniyyəti, təhsili səhiyyəsi sahələrində gedən inkişafı özündə əks etdirən eksponatlar, Böyük Vətən müharibəsi veteranlarının fotoşəkilləri, sənədləri, əsgər məktubları müharibə zamanı ıstifadə olunmuş müxtəlif silah növləri, Mingəçevir DRES-nin tikilməsi ilə bağlı fotoşəkillər, 20 Yanvar Xocalı faciələrinə aid panolar, quruculuq illərinə aid böyük fotoşəkillər, o illərə aid otağını göstərən ekspozisiya s. materiallar nümayiş etdirilir. Tarix Muzeyi iki əsas şöbədən ibarətdir: Qədim Mingəçevir şöbəsi Müasir Mingəçevir şöbəsi. Qədim Mingəçevir şöbəsində 1948-ci ilə qədər şəhərimizdə yaşayan insanların yaşayış tərzini əks etdirən ekspozisiyalar qurulub. Müasir Mingəçevir şöbəsində isə XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən indiyə qədərki ictimai-siyasi hadisələri əks etdirən ekspozisiyalar qurulub. Şəhərimizdə Şəhidlərin Xatirə Muzeyi fəaliyyət göstərir. Muzey bir böyük zaldan, iki otaqdan, bir fond otağından ibarətdir. Binanın ümumi sahəsi 198 kvadratmetr, ekspozisiyaya ayrılan sahə 150 kvadratmetrdir. Şəhidlərin Xatirə Muzeyinin fondu zəngindir. Şəhid ailələrinin muzeyə bağışladığı şəhidlərə aid şəxsi əşyalar, onların ailələrinə yazdıqları əsgər məktubları, şəhidlərin fotoşəkilləri, sənədlər, “Azərbaycanın Milli Qəhrəmanıadına layiq görülmüş 6 şəhidin büstü, “Azərbaycan Bayrağıordeni ilə təltif olunmuş 7 gəncin yağlı boya ilə kətan üzərində işlənmiş portreti, “İgidliyə görə medal”la təltif olunmuş 4 həmyerlimizin yağlı boya ilə kətan üzərində işlənmiş portreti Şəhidlər Xiyabanında dəfn olunmuş ilk şəhidin kətan üzərində yağlı boya ilə işlənmiş portreti qorunub saxlanılır.

Uşaqlara vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi fikir verilir

Şəhərin mədəni həyatında kitabxanaların böyük rolu var. Mingəçevirdə ilk kitabxana 1956-cı ildə yaradılıb. Kitabxana fəaliyyətə kiçik bir otaqda 4229 nüsxə kitabla başlayıb. Onun oxucuları Mingəçevir şəhərinin ilk qurucuları, SES-in tikintisində çalışan fəhlə mühəndislər olublar. Şəhər böyüdükcə kitabxananın fəaliyyəti genişlənib, oxucuların sayı artıb. 1978-ci ildə şəhər kitabxanaları mərkəzləşdirilərək Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılıb. Mərkəzləşdirilmiş Kitabxana Sisteminə M.P.Vaqif adına Mərkəzi Şəhər Kitabxanası 11 filial-kitabxana daxildir. MKS-in kitabxana fondu 315074 nüsxədən ibarətdir.

M.P.Vaqif adına Mərkəzi Kitabxananın Xidmət şöbəsinə yeni gələn oxucuya kitabxanadan istifadə qaydaları, kitabxanaya yazılma, kitabdan istifadə, saxlanılma, qaytarılma müddəti və s. haqqında məlumat verilir. Oxucuya anket açılır və o, kitabxananın üzvü sayılır. Xidmət şöbəsi yaşından asılı olmayaraq müxtəlif oxucu kateqoriyalarına bütün nəşr növləri ilə xidmət göstərir. Bu il üçün olan məlumata əsasən, şöbənin kitab fondu 56017 nüsxədir. Komplektləşdirmə və kitabişləmə şöbəsi kitabxanaya yeni daxil olmuş ədəbiyyatı, dövri mətbuatı mütəmadi olaraq operativ şəkildə işləyir və struktur bölmələrə çatdırır. Silinən ədəbiyyatın fonddan çıxarılması əməliyyatını yerinə yetirir. Şöbə filiallar üçün əlifba və sistemli kataloq tərtib edir. Metodika-biblioqrafiya şöbəsi isə Mərkəzi Kitabxanafiliallarda aparılan uçot-hesabat işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə metodiki köməklik edir, Milli Kitabxanadan, F.Köçərli adına Uşaq Kitabxanasından, C.Cabbarlı adına Gənclər Kitabxanasından alınan metodiki vəsaitlərin müzakirəsini və struktur bölmələrdə tətbiqini təşkil edir. Kitabxanın ən mühüm şöbələrindən biri Uşaq şöbəsidir. Şöbə 2012-ci ilin fevral ayına qədər Mərkəzi Uşaq Kitabxanası kimi fəaliyyət göstərib, hazırda Mərkəzi Kitabxananın Uşaq şöbəsi kimi öz fəaliyyətini davam etdirir. Fəaliyyətində qarşısına qoyduğu əsas məqsəd məktəbəqədər və məktəbyaşlı uşaqlara xidmət etmək, onların dünyagörüşünün formalaşmasına, təhsildə uğurlar əldə etməsinə kömək etmək, uşaqlarda vətənpərvərlik hisslərinin aşılanmasında fəal iştirak etməkdir. İnformasiya-resurs şöbəsi kitabxananın veb-saytının idarə olunması, şəbəkənin antivirus proqramının, habelə lokalinternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. İl ərzində kitabxanalarda tədbirlər planına uyğun olaraq müxtəlif səpgili tədbirlər reallaşdırılır.

 

 

Anar Miriyev

Palitra.-2012.-5 iyun.-S.13.