Böyük elmin magistral yolunda

 

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən tələbə elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Tələbə Elmi Cəmiyyətini böyük elmin magistral yolunda ilk məktəb, başlanğıc laboratoriya adlandırdı. Vurğulandı ki, universitetin 1968-ci ildən fəaliyyətə başlayan Tələbə Elmi Cəmiyyəti ali təhsil tarıxındə, bugünkü tanınmış elm xadimləri pedaqoqların alim-ziyalı kimi yetişməsində özünəməxsus rola malikdir. Qeyd olundu ki, burada iştirak edən tələbələr bilik dünyagörüşü, natiqlik qabiliyyəti, elmi auditoriyalara alışqanlıq  qazanir, magistratura pilləsində təhsil ala biləcək real namizədlərə çevrilirlər. Rektor Tələbə Elmi Cəmiyyəti xətti ilə yerinə yetirilən builki elmi-tədqiqat işlərinin ümummilli lider Heydər Əliyevin həyat siyasi fəaliyyətinin müasir elmi kontekstdən araşdırılması baxımından da əhəmiyyət kəsb etdiyini bildirdi, tələbələrə uğurlar arzuladı. Elmi işlər üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək universitetin Tələbə Elmi Cəmiyyətinin son nailiyyətlərindən danışdı. Qeyd olundu ki, 167 tələbənin elmi-tədqiqat işi müvafiq olaraq I, II III yerlərə layiq görülmüş, qiymətləndirmə zamanı obyektivlik şəffaflıq gözlənilmışdir. Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri, Hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü Ramazan Abdullayev Tələbə Elmi Cəmiyyətinin yekun hesabatını diqqətə çatdırdı. Bildirildi ki, 2011-2012-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin üzvləri universitetdə keçirilən Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq Simpoziumunda, Bakı Slavyan Universitetində keçirilən Tələbələrin XXII Ümumrespublika konfransında konfrans çərçivəsində keçirilənMüstəqilliyimiz əbədidir, daimidir, dönməzdirinşa müsabiqəsində, ali məktəb tələbələrinin XVII Respublika Fənn Olimpiadasında uğurla iştirak etmişlər.  Habelə Naxçıvan Dövlət Universitetinin Gənc Alimlər Şurası ilə birlikdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşHeydər Əliyev Azərbaycan gəncliyielmi konfransı təşkil edilib. Konfransda TEC xətti ilə yerinə yetirilən, elmi yeniliyi ilə xüsusi fərqlənən tədqiqat işlərindən bəziləri auditoriyaya təqdim olundu. Beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Gülçin Ağayevanın eyniadlı Beynəlxalq münasibətlər kafedrasının müəllimi Seymur Talıbovun rəhbərliyi iləAzərbaycan Respublikasının enerji siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolumövzusunda, Pediatriya ixtisası üzrə IV kurs tələbəsi Osman Cəfərlinin Pediatriya kafedrasının müdiri, dosent Adil Mirişlinin elmi rəhbərliyi iləUşaqlarda şəkərli diabetin gedişi xüsusiyyətlərimövzusunda hazırladıqları elmi-tədqiqat işləri konfans iştirakçıları tərəfindən maraqla qarşılandı. Sonda universitet TEC təşkilatçılarına, fakültə üzrə TEC sədrlərinə üzvlük vəsiqələri paylandı, yer tutan tələbələrə diplomlar təqdim olundu.

 

 

Mehriban SULTAN

Palitra.-2012.-6 iyun.-S.10.