«Muzeyimizdə Balakənin tarixini əks etdirən qiymətli eksponatlar qorunur»

 

Xəlifə Mirəliyev: «Tarix-Diyarşünaslıq Muzeyinin əsas fonduna daxil olan tarixi-etnoqrafik, məişət əşyalarından ibarət səyyar sərgilər təşkil olunur»

 

Layihə çərçivəsində müsahibimiz Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xəlifə Mirəliyevdir:    - Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1984-ci ildə yaradılıb. Şəraitin uyğunsuzluğundan 1996-cı ildə muzeyin fəaliyyəti dayandırılıb. 2001-ci ilin yanvar ayında mədəniyyət nazirinin əmri ilə muzeyin fəaliyyəti bərpa olunub. Hazırda muzey uyğunlaşdırılmış binada yerləşdirilib. Muzeydə 102 növ bitki, 46 növ ağac kolleksiyası nümayiş etdirilir. Muzeyin fondu 4305 ədəd eksponat təşkil edir. 2011-ci ilin sonunda eksponatların sayı 2300-dən 4305-ə çatdırılıb. Daxil olunmuş eksponatlar bağışlanma və hədiyyə yolu ilə toplanıb. Ötən il Balakən rayonunun Qazma kəndi ərazisində bir qrup arxeoloji tədqiqatçılar tərəfindən aparılan qazıntılar zamanı aşkarlanmış tapıntılar muzeyə gətirilib. Aşkar olunmuş tarixi eksponatların e.ə. I minilliyə aid olduğu ehtimal olunur. Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən rayonun Kortala kəndinin Qızıl-Hacılı yaşayış yeri nekropolunda aparılan qazıntılar nəticəsində e.ə. 4-3-cü əsrlərə aid qəbir aşkar edilib. Həmin qəbrin fotoşəkli çəkilərək olduğu kimi AMEA əməkdaşları tərəfindən muzeydə quraşdırılıb. Bu qəbir o dövrdə mövcud olan dini adət-ənənələr, dəfn mərasimləri haqqında məlumat almaq baxımından əhəmiyyətlidir. Muzeydə nümayiş olunan Tunc dövrünə aid nizə ucluqları, təbərzin, xəncərlər ekskursiyaçıların marağına səbəb olur. Numizimatika bölməsində çar Rusiyası dövründə, Zaqafqaziya Seymi zamanı işlədilən kağız pul gümüş pul nümunələri  eksponatlar içərisində ziyarətçilərin diqqətini cəlb edir. Muzeydə təbiət guşəsi, Zaqatala üsyanının başçısı Hacı Murtuza aid guşə, rayonumuzun dini inancını əks etdirən guşə, musiqi guşəsi məhsul nümunələrindən ibarət guşə yaradılıb. Muzeyimizdə Balakənin tarixini əks etdirən qiymətli eksponatlar qorunur.

- Muzeyiniz hansı tədbirlərin keçirilməsinə üstünlük verir?

- İl ərzində muzeyimizdə müxtəlif tədbirlər keçiririk. Bütün tarixi-əlamətdar günlərlə bağlı tədbirlər keçirməyə çalışırıq. Eyni zamanda rayon səviyyəli tədbirlərdə fəal iştirak edirik. Ötən ilin sonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Yeni il bayramı münasibətilə Tarix-Diyarşünaslıq Muzeyində böyük tədbir təşkil etdik. Yanvar ayında 20 Yanvar faciəsi ilə əlaqədar şəhidlərimizin anım tədbirlərinin keçirilməsini, Vətən, müstəqillik uğrunda savaşmağın müqəddəsliyinin təbliğ olunmasının  reallaşdırılmasını özümüzə borc bilirik. Muzeyimizdə rayon Uşaq Texniki Yaradıcılıq Mərkəzi ilə birlikdə 20 Yanvar faciəsinin ildönümü münasibətilə “20 Yanvar xalqımızın qan yaddaşıdırbaşlığı altında dəyirmi masalar təşkil edirik. Həmin dəyirmi masalarda çıxış edən rayon ziyalıları 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşında silinməz iz buraxdığından, başda Sov.İKP MK-nın baş katibi, xəyanətkar məkrli M.S.Qorbaçov olmaqla SSRİ-nin bir qrup mürtəce niyyətli rəhbərliyinin erməni seperatçıları ilə birləşərək Bakıda dinc əhaliyə tutduqları qanlı divandan, günahsız insanların məhv edilməsindən, bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün ümummilli lider Heydər Əliyevin Moskvada labüd təhlükələrə baxmayaraq azərbaycanlıları bir yerə toplayaraq bəyanət verməsindən, sonradan məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisində 20 Yanvar faciəsinə hüquqi qiymət verilməsindən geniş söhbət açırlar. Müzakirələrdə Uşaq Texniki Yaradıcılıq Mərkəzinin direktoru X.Qarayeva, Tarix-Diyarşünaslıq Muzeyinin fond müdiri S.İsakova, tərtibatçı rəssam T.Ramazanova,  rayon qəzetinin redaktoru S.Hüseynov da Qanlı Yanvar faciəsi ilə bağlı çıxışlar ediblər. Bildiyiniz kimi, bu il Xocalı soyqırımının 20 ili tamam oldu. Faciənin 20 illiyinin keçirilməsi ilə bağlı dövlət başçısı müvafiq sərəncam imzalamışdı. Sərəncamdan irəli gələrək ötən ay Xocalı soyqırımı ilə bağlı geniş tədbirlər həyata keçirdik. Tarix-Diyarşünaslıq MuzeyindəXocalı əsrimizin ən dəhşətli faciəsidirbaşlığı altında dəyirmi masa təşkil olundu. Dəyirmi masada çıxış edənlər ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən ürəkağrısı ilə danışdılar. Tədbirin gedişatında elmi işçi Etibar Çompuzov da çıxış edərək Xocalı soyqırımı haqqında öz fikrini bildirdi. Eləcə 31 MartSoyqırım Günü ilə əlaqədar rayonumuzda muzeyimizdə tədbirlər həyata keçirilir. Rayon miqyasında keçirilən tədbirlərdə muzeyimizin işçiləri aktiv şəkildə iştirak edirlər. Mart ayı bizim üçün tədbirlərin keçirilməsi baxımından çoz zəngin olur. Hər il Balakənin Mərkəzi Mədəniyyət İstirahət Parkında rayon səviyyəli Novruz şənliyi təşkil olunur. Şənliyin tərtibatında Tarix-Diyarşünaslıq Muzeyinin əsas fonduna daxil olmuş tarixi-etnoqrafik, məişət əşyalarından ibarət səyyar sərgi təşkil olunur. Sərgiyə baxmaq üçün cəlb olunmuş tamaşaçılara ətraflı məlumat verilir. May ayı ərzində Tarix-Diyarşünaslıq Muzeyində ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə dəyirmi masa təşkil edilir. Dəyirmi masada Heydər Əliyev irsinin gənc nəslə çatdırılması, təbliğ edilməsi haqqında müzakirələr aparılır. Faşizm üzərində Qələbənin ildönümlərinin qeyd edilməsini unutmuruq. Müharibə veteranlarının Tarix-Diyarşünaslıq Muzeyi işçilərinin iştirakı ilə “Biz qələbənin varisiyikbaşlığı altında dəyirmi masalar təşkil edirik. Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranları müharibədə keçdikləri ağır günlərdən söhbət açaraq 9 May Qələbə Gününün böyük sevinc fərəh hissi olduğunu qeyd edir, bu əlamətdar günün veteranlar üçün dünyaya yenidən gəldikləri gün kimi yaddaşlarında həkk olunduğunu bildirirlər. Hesab edirəm ki, veteranlarla belə görüşlərin keçirilməsi çox vacibdir. Nəzərə alsaq ki, torpaqlarımızın 20 faizi erməni işğalı altındadır ölkəmiz müharibə şəraitində yaşayır, o halda veteranların qələbə yolunu gənclərə çatdırmaq, bir daha xatırlamaq mühüm əhəmiyyət kəsb edir. Bu həm gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da əhəmiyyətlidir. Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq muzeymizdə Azərbaycan Ordusuna həsr olunmuş xüsusi guşə yaradılır. May ayının 10-da rayonda keçirilənGül bayramı”nda aktiv şəkildə iştirak edirik. Həmin tədbirdə muzey işçiləri iştirak edir eksponatlar müxtəlif növ güllərlə bəzədilərək nümayiş olunur ki, bu da rayon sakinləri tərəfindən həmişə böyük maraqla qarşılanır.

- Mədəniyyətimizin təbliği istiqamətində hansı işlər həyata keçirirsiniz?

- Muzeyimiz Azərbaycan mədəniyyətinin təbliğ edilməsi istiqamətində işini həmişə müasir tələblər səviyyəsində qurmağa çalışır. Keçirdiyimiz hər bir tədbir bizim üçün mədəniyyətimizi təbliğ etmək yönündə bir fürsətdir. Məsələn,  Beynəlxalq Muzeylər Günü ilə bağlı təşkil edilən tədbirlərimizdə bu baxımdan diqqət çəkə bilər. Belə ki, rayonun kənd və şəhər məktəblərinin şagirdlər və müəllim heyətinin, ictimaiyyət nümayəndələrinin, müxtəlif peşə sahiblərinin iştirakı ilə “Muzeylər - Sosial Harmoniya” adı altında keçirilən tədbirimizaxşam saatlarınadək davam edir və iştirakçıların böyük marağına səbəb olur. Bu tədbir mədəniyyətimizin bir parçası olan muzeylərin işinə həsr olunur. Digər tərəfdən rayon Mərkəzləşmiş Kitabxana Sistemində «Kitab bayramı» ilə əlaqədar keçirilmiş tədbir proqramında Tarix-Diyarşünaslıq Muzeyinin müxtəlif eksponatlarından ibarət səyyar sərgi təşkil edilir. 

 

Anar Miriyev

Palitra.-2012.-16 mart.-S.11.