«Sonu olmayan dəhliz» sənədli filminin təqdimatı keçirilib

 

Dünən Heydər Əliyev Fondunun dəstəyi ilə “Nizami” Kino Mərkəzində “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirak etdiyi təqdimat “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində keçirilib və Xocalı faciəsinin 20 illiyinə həsr olunub.

Böyük Britaniya, Litva, EstoniyaFinlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film milli mənsubiyyəti fərqli olan, müxtəlif peşə və siyasi baxış sahibi olan adamların 1992-ci ilin 26 fevral gecəsində talelərin kəsişməsindən bəhs edir.

Tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidentiDialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva filmin yaradıcı qrupunun işini yüksək qiymətləndirib. L. Əliyeva bu filmin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacağını deyib.

L.Əliyeva daha sonra qeyd edib ki, Xocalı nəinki Azərbaycan xalqının, bu faciə haqqında heç olmasa bir dəfə məlumat almış və onun nəticələrini görmüş hər bir vicdanlı insanın ağrısıdır: “Xocalı faciəsi Azərbaycan xalqının və hər birimizin silinməz ağrısıdır. Bu hadisə 20 il bundan əvvəl baş verib, lakin günahsız öldürülmüş insanların xatirəsi daim ürəyimizdə yaşayacaq. Göstərilən film xarici jurnalistlər tərəfindən hazırlanıb. Bu film 1992-ci ilin 26 fevral tarixində Xocalıda törədilən faciədən bəhs edir. Fikrimcə, bu film həmin dəhşətli hadisələri dəqiqliyi ilə və faktlarla əks etdirir. Bildiyiniz kimi, bu il Azərbaycan xalqı Xocalı faciəsinin 20 illiyini qeyd edirbiz bununla əlaqədar dünyanın bir çox yerlərində müxtəlif tədbirlər keçirmişik. Bu dəhşətli faciədə günahsız yerə öldürülən və işgəncəyə məruz qalan qocaların, qadınların və körpələrin xatirəsi daima ürəyimizdə yaşayacaq. Biz inanırıq ki, tezliklə bu dəhşətli faciə beynəlxalq qiymətini alacaq. Bu hadisənin günahkarları isə cəzalandırılacaqlar”.

L. Əliyeva həmçinin qeyd edib ki, 2012-ci ildə İslam Konfransı Gənclər Forumu xətti ilə Xocalı faciəsinin siyasihüquqi aspektlərdən tanınması, o cümlədən ədalətin tam bərqərar olması istiqamətində fəaliyyət davam etdiriləcək. Faciə zamanı əsir düşmüş xocalılı musiqi müəllimi, rusiyalı hərbi fotomüxbir, öz ailəsinin əksər üzvlərini Xocalı qırğınında itirmiş və əsir düşmüş qadın, 1992-ci ilin fevralında öz taleyində dönüş yaratmış litvalı jurnalist Riçardas Lapaytisin, faciədən keçən 20 ildən sonra başladığı müstəqil jurnalist araşdırmasının iştirakçıları olublar.

Müxtəlif insan taleləri ilə birgə, filmdə, SSRİ-nin süqut etdiyi dövrQarabağ münaqişəsinə aid şahidlərinin xatirələri də əksini tapıb.

 

Tədbirdə filmin əsasını təşkil edən müstəqil tədqiqatın müəllifi, litvalı jurnalist Riçardas Lapaytis də çıxış edib: “Ağdamda könüllü kimi yardım etdiyim vaxtlardaha sonra münaqişə bölgəsinə etdiyim səfərlər zamanı şahidi olduğum hadisələri öz gündəliyimdə yazırdım. Keçən illər ərzində mən öz yazılarıma dəfələrlə qayıdıb: Kim? Niyə? Nə üçün? kimi suallara cavab tapmağa çalışırdım. Və biləndə ki, mənim yerlilərim, kinematoqrafçılar bu suallarlabir növ şahid kimi mənim qeydlərimlə maraqlanırlar, filmdə iştirak etmək qərarına gəldim”. Jurnalist daha sonra qeyd edib ki, o. bütün dünyanın Xocalı haqqında bilməsini istəyir: “Məhz bu, ədalətin bərpa olunmasının əsas şərtidir”. Litvalı jurnalist bildirib ki, o filmin Ermənistanda da göstərilməsinin tərəfdarıdır: “Mən çox istərdim ki, bu film Ermənistanda da göstərilsin. Bu, dialoqun başlanmasına, heç olmasa, hümanitar xaralter daşıyan bu məsələdə ortaq məxrəcin tapılmasına kömək edərdim”. Filmdə Xocalı dəhşətləri tarixi faktlarla öz əksini tapıb. Burada təkcə Xocalı dəhşətlərini yaşamış xocalıların deyil, eyni zamada bu hadisəni törətmiş erməni və rusların fikir və mülahizələri və baş verən hadisələrin insanlığa qarşı cinayət adlandırmaları ilə bağlı müsahibələr də var.

Qeyd edək ki, filmin təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, millət vəkilləri, KİV rəhbərləri, tanınmış ictimai xadimlər iştirak ediblər.

Fransa inciləri” Bakıda

Dünən Azərbaycan Milli İncəsənət Muzeyində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Fransa inciləri” mövzusunda sərgi açılıb.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, ölkəmizdə səfərdə olan Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran, ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, ziyalılar, diplomatik korpusun rəhbərləri sərginin açılış mərasimində iştirak ediblər.

Sərgi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın dəstəyi ilə reallaşıb.

İki ay ərzində 400-dək nadir əsərin nümayiş olunacağı sərgi Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət Muzeyləri Birliyi-Böyük Saray tərəfindən, Luvr, Orse muzeylərinin, Fransa Milli Kitabxanasının, Milli MebelMilli Qobelen, BoveSavonri manufakturalarının, qəsrlər üzrə dövlət təsisatının, Versal sarayının və bir çox digər Fransa muzeylərinin iştirakı ilə təşkil olunub.

Tədbirdə çıxış edən Mehriban Əliyeva “Fransa inciləri” sərgisinin təşkilində əməyi olanlara təşəkkürünü bildirib. Birinci xanım başqa ölkələrin paytaxtında da nümayiş etdiriləcək sərginin ilk dəfə məhz Bakıda təşkil edildiyini bildirib.  M.Əliyeva Fransa ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında nazir Frederik Mitteranın xüsusi rolu olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti bildirib ki, sərgidə nümayiş olunan xalçaçılıq, təsviri incəsənət nümunələri, qravürlər və fotoşəkillər, dekorativ sənət əşyaları Fransanın ən möhtəşəm muzeylərinin kolleksiyalarından gətirilib: “Versal sarayını, LuvrOrse muzeylərini, Pompudi mərkəzini, Fransa Dövlət Kitabxanasını və digər çox məşhur mədəniyyət ocaqlarını bəzəyən 400-ə yaxın eksponat iki aydan çox paytaxtımızda təqdim olunacaq. Pussen, Deqa, Renuar, Tuluz-Lotrek, Sisley, Roden kimi dahi rəssamların və heykəltəraşların əsərləri ilə birbaşa tanış olmaq üçün bu, gözəl bir fürsətdir”.

M.Əliyeva Fransa ilə Azərbaycan arasındakı mədəni əlaqələrin tarixinə nəzərə salaraq, hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşünü xatırladıb. O, həmçinin Üzeyir Hacıbəylinin 1995-ci ildə ParisinFemina” teatrında fransız dilində tamaşaya qoyulmuş “Arşın mal alan” operettası, Fransada vaxtilə nəşr olunanQafqaz” jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına “Banin” imzası ilə daxil olanilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırladıb.

Bu ənənənin indidavam etdirildiyini deyən M. Əliyeva Fransanın paytaxtında və regionlarında Azərbaycan mədəniyyət günləri təşkil edildiyini, müxtəlif sərgilər, festivallar, konsertlər keçirildiyini vurğulayıb: “Fransanın bir sıra ali təhsil ocaqlarında Azərbaycan dili fakültələri fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Bu ilin sonunda Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq. Bu ilin aprel ayında Parisdə Azərbaycanın müasir incəsənətini təqdim edən “Bakıya uçuş” adlı sərgi keçiriləcək. Ötən il Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtımızda ilk fransızdilli məktəbin binasının inşası başlayıb. Heydər Əliyev Fondu Versal sarayının, Luvr muzeyininStrasburqun tarixi kilsəsinin bərpasında da iştirak edib”. M. Əliyeva xalqların bir-birini tanıması üçün bu cür tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Sonra Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran çıxış edib.

Qeyd edək ki, ötən ilin aprelində Parisdə keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran Bakıda fransız incəsənəti sərgisini təşkil etməyi qərara alıblar. Sərgidəki əsərlər fransız zövqü, fransız ideyaları və fransız kreativini əks etdirir.  Dosta göndər

 Cavidan

Palitra.-2012.-13 mart.-S.4.