Mən çox istəyirəm ki, Azərbaycanda Kukla Muzeyi yaradılsın

 

Layihə çərçivəsində müsahibimiz Azərbaycanda reşəkar müəllif kukla sənətinin banisi, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının üzvü, əsərləri Rusiya, ABŞ, İngiltərə, Şotlandiya, Yaponiya, Çin, Malta, Almaniya, Fransa kimi ölkələrin şəxsi kolleksiyalarında nümayiş etdirilən rəssam Elmira Abbaslıdır:  -Mən İçərişəhərdə anadan olmuşam. Gözümü açandan nənəmi görmüşəm və onun mənə danışdığı nağılları, əcdadlarım barədə olan əhvalatları eşidə- eşidə böyümüşəm. Uşaqlığım İçərişəhərin maraqlı insanları, nağılları ilə dolu idi. Ona görə, oranın hər daşı mənim üçün əziz və müqəddəsdir. Nənəmin çox yaxşı tikmə qabiliyyəti vardı və həmişə də nəsə tikirdi. Bəlkə ona görə uşaqlıqdan tikiş tikmək çox xoşuma gəlirdi. 1983-cü ildə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyindən Şərq xalça sənəti üzrə Beynəlxalq Simrozium üçün qonaqlara hədiyyəlik milli geyimli kuklalar hazırlamağı təklif etdilər. O an, mənim həyatımda dönüş nöqtəsi oldu və içimdə başqa bir dünya açıldı. Sanki hər şey yenidən başlanırdı. Çünki mən o ana qədər  kukla barəsində tamamilə məlumatsız idim. Çox axtardım, araşdırdım, elmi kitablar oxudum, nəhayət ki, sifariş olunan kuklaları hazırlayıb, təhvil verdim. Ondan sonra bu işlə çox ciddi məşğul olmağa başladım. 1983-cü ildə kuklanın nə olduğunu bilməyən adam 1985-ci ildə artıq reşəkar sərgilərdə iştirak edirdibu, böyük inqilab idi. Maltada yeni açılan muzeydə mənim işlərimi nümayiş etdirdilər, 1987-ci ildə Dostluq Cəmiyyətinin təşəbbüsü ilə  Finlandiyada fərdi sərgim oldu. 1989-cu ildə Krakovda II Beynəlxalq Folklor Kuklaları Beinnalisində bürünc mükafat qazandım. Bundan başqa 2002-ci ildə Puşkin adına Dövlət İncəsənət Muzeyində fərdi sərgim, eyni zamanda da əsərlərim Moskvadakı Mərkəzi Rəssamlar Evinin qalereyalarındakı sərgilərdə nümayiş olundu. 1989-cu ildə Marionet Teatrında “Arşın mal alan” tamaşasını hazırladıq. Həmin tamaşa o dövr üçün çox böyük ayiotay doğurdu. 1994-cü ildə Bakıda keçirilən sərgilərimdən birində bir biznesmen əsərlərimi görüb mənə bir muzey yaratmağı təklif etdi. Təklifi qəbul etdim və işə başladıq. Beləliklə “Çeşmə” Mədəniyyət Mərkəzinin nəzdində ilk özəl Milli Geyimlər və  Kuklalar Muzeyini yaratdıq. Muzey iki ilin içində çox böyük işlər gördü. Amma biznesmen Bakıdan köçəndən sonra muzey sahibsiz qaldı və sonra da tamamilə dağıldı.

- Sizin son nümayiş olunan kolleksiyalarınızdan biri İçərişəhərdə “Köhnə Bakı obrazları  - İçərişəhər XIX əsr” adlı kolleksiyanız olub. Bununla bağlı nə deyərdiniz?   

- Həmin kolleksiyanı hazırlamaq 2009-cu ildə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruq İdarəsinin rəisi  tərəfindən təklif edildi. Köhnə Bakının 23 tirik rersonaylarından 12-si internet sorğu nəticəsində müəyyən edildi. On ay müddətində  bədii miniatürlərdən ibarət kolleksiyanı tam başa çatdırdım. May ayının 9-da isə Kiçik Karvansarayın “İncəsənət bağ”ında həmin kolleksiyanın təqdimatı keçirildi. Təqdimat hamının xoşuna gəldi və 10 gündən sonra kolleksiyanı Şirvanşahlar sarayına köçürdülər. Hazırda Heydər Əliyev Fondunun təklifi ilə 12 obrazın davamını hazırlayıram. Belə həcmli miniatürlərə qiymət verdiklərinə görə mən həm Heydər Əliyev Fonduna, həm də “İçərişəhər”  Qoruq İdarəsinə dərin minnətdarlığımı bildirirəm.

- Ad verdiyiniz obrazlar hansı mənanı kəsb edir və sərgilər zamanı ziyarətçilər hansı kuklalara daha çox üstünlük verirlər?

- Obrazlara, əsərlərə ad vermək mənim üçün çox vacibdir. Bununla mən sanki onları canlandırıram. Məncə, adlar müəyyən zamana, dövrə, tarixi şəraitə uyğun qoyulur, adlar isə tarixi yaşadır. Kolleksiyadakı obrazlaraXan”, “Abdulla bəy”, “Tacir Heybətqulu”, “Zəngin xanım Mənzər”, “Toydan sonra Səkinə xanım”, “Faytonçu Qorxmaz”, “Çayçı Tofiq”, “Qoçu Həsənbala”, “Mirzə Abbas”, “Xanbala”, “Arşınmalçı Bağır mənim babamla nənəmin şərəfinə “Baba HacıağaNənə Xanımanaadlarını verməklə o zamanın ruhunu müasir tamaşaçılara çatdırmaq istəyirdim. Əsasən nənələrə üstünlük verilir. Bu hadisə ilə Moskvadakı sərgilərdə çox tez - tez qarşılaşırdım. Rusların çarşablı nənələr üçün ürəkləri gedir. Ona görə, hər dəfə nənə alınır, baba tək qalırdı. Axırda qərara gəldim ki, babaya bir nənə düzəldəcəm onları bir komrozisiyada birləşdirəcəyəm. Beləcə, heç kim heç vaxt onları ayıra bilməyəcək. Ondan sonra bu əsərNənənin xoşbəxtliyiadlandı. Ümumiyyətlə, hər əsərin ayrıca hekayəsi var. İndi  fəlsəfi əsərlərə  daha çox üstünlük verirəm. Amma son illərdəQüvvə verən şəhər”, “Məbədə yol”, “Nur”, “Məhəbbət  kollaylarım, “Şəhrizad”, “Şah”, “Şirvanşahların quşları”, “Qədimi şəhərin gözətçiləri”, “Rəqqasəkimi əsərlərim yarandı. 

- Ötən ilin sonunda “Fusion doll” I Bakı Beynəlxalq Kukla Biennalisi keçirildi burada diqqət çəkən əsərlərdən biri sizinŞəhrizadəsəriniz olub. Bu əsərlə bağlı deyərdiniz?

- Bəli, bu əsər həqiqətən diqqət çəkən əsərlərimdən biri oldu. Şəhrizad, şaha nağıllarını danışa-danışa ona təsir edə, fikirlərini dəyişə bilir. O, müdriklik haqda danışır, müdriklik Allahdandır. Bu gözəl, müdrik qadın özündə işıq gəzdirir. Elə həmin işıqla o şahı xilas edir.“Şəhrizad”ı yaradandan sonra fikirləşdim ki, şahı da mütləq hazırlamalıyam. Beləcə, bir ildən sonraŞahda yarandı.  Fərqli illərdə hazırlandıqlarına baxmayaraq, indi ikisi eyni komrozisiyada cəmləşib.

- Sərgilərdən əlavə siz yəqin ki, sifariş əsasında da kuklalar hazırlayırsız. Bu zaman hansı tərəfin fikirlərinizi əsas götürürsünüz?

- Sifarişçilərim mənə, mənim zövqümə, əllərimin gücünə sonuna qədər inanırlar. Bu cür sifarişçilər böyük hədiyyədir. Üaradıcılıq dövrümdə bir- iki diqtə edən sifarişçim olub, amma inanın, onlar özləri istədikləri işin yolunu bağlayıblar. Çünki çox yüksək fikirlərlə işdən yarışırlar bu, işi irəli ararmır. Belə olan halda mən işləyə bilmirəm. Hər bir işdə əsas  olan niyyətdir. Məsələn, mən rortret kuklaları hazırlamağı sevmirəm, amma mənə yaxşı niyyətlə müraciət edəndə, razılaşıram. Amma  bir adamın rortretini sifarişçinin diqtə etdiyi kimi görmürəmsə, onda onu  hazırlaya bilmərəm. Mən çox istəyirəm ki, Azərbaycanda Kukla Muzeyi yaradılsın. Gələcək nəsillər üçün belə bir muzeyin yaranması çox vacibdir. 

 

Nigar Abdullayeva

Palitra.-2012.-13 noyabr.-S.12.