Moskvada “Baxış nöqtəsi” kitabının təqdimatı keçirilib

 

Moskvada Mərkəzi Jurnalistlər Evində professor, elmlər doktoru, Rusiya Xalqlar Dostluğu Universtetinin müəllimi, Dünya Azərbaycanlıları Konqresinin sədri, «Moszelenstroy» firmasının direktoru Mirəşrəf Fətiyevin “Baxış nöqtəsi” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK)  baş katibi Mikayıl Hüseynov, ÜAK-ın Moskva regional bölməsinin sədri İlqar Hacıyev, tanınmış yazışı Çingiz Hüseynov, Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimləri, Rusiyada fəaliyyət göstərən Azərbaycan mədəni cəmiyyətlərinin nümayəndələri və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azər Cahangirov bildirib ki, kitabın təqdimatı əhəmiyyətli hadisədir və kitab öz-özlüyündə bir çox tarixi proseslərdən bəhs edir ki, bunların da Azərbaycan tarixi üçün əhəmiyyəti vardır. O qeyd edib ki, kitabın müəllifi, Mirəşrəf Fətiyev aktiv şəkildə pedaqoji fəaliyyətlə məşğuldur və bu gün təkcə “Baxış nöqtəsi” kitabının deyil, eyni zamanda Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tədiq edilmiş “Şəhərin yaşıllaşdırma obyektlərinin tikintisi” kitabının da təqdimatıdır. O Moskvada bir çox obyektlərin yaşıllaşdırma işini aparıb. Onun fəaliyyəti bir sıra ərəb ölkələri və eləcə də Birləşmiş Ərəb Əmirliklərində tanınır. Tədbirdə çıxış edən yazışı Çingiz Hüseynov bildirib ki, o uzun illər ərzində yalnız indi tam həcmli yazılmış, fikirlərin tam əhatə olunduğu bir kitabı oxuyur. “Bu kitab etikaestetika cəhətdən tam bir əsərdir. Bu kitabda həm tarixi, həm də siyasi hissələr vardır. Eyni zamanda kitab oxucuya emosional cəhətdən də təsir edir”- deyə o bildirib. Tədbirdə çıxış edən ÜAK-ın baş katibi Mikayıl Hüseynov müəllifi təbrik edibqeyd edib ki, kitab nəfis şəkildə çap olunubbir çox məsələlərdə bu kitab məhz bir nümunədir. O bildirib ki, Rusiyada yaşayan azərbaycanlıların bir məqsədi var, bu da azərbaycanlıların və onların fəaliyyətinin daha geniş tanınmasıdır. Tədbirdə digər çıxış edən digər qonaqlar “Baxış nöqtəsi” kitabının əhəmiyyətindən danışıb belə bir əsərlərin daha çox olmasının vacibliyini bildiriblər. Qeyd edək ki, professor Mirəşrəf Fətiyevin “Baxış nöqtəsi” kitabında  Azərbaycan tarixini özündə əks etdirən müxtəlif faktlar var. Müəllif burada öz həyat və yaradıcılığı ilə yanaşı bir sıra vacib məqamlardan xüsusilə də, Rusiyadakı azərbaycan diasporunun yaranması, ümumilli lider Heydər Əliyevin bu istiqamətdə səyi, bugünkü Ermənistanın düşdüyü acınacaqlı vəziyyət, Zaqafqaziyadakı siyasi proseslər, 1918-ci il ermənilər tərəfindən Qubada dinc əhaliyə qarşı törədilmiş soyqırımın İsrail nümayəndə heytinin diqqətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Azərbaycanda Urmiya gölünün quruması və dünyada gedən proseslərdən ətraflı bəhs edir. 

 

 

Əlimərdan Sultanov, 

Moskva

 

Palitra.-2012.-30 oktyabr.-S.7.