Bakı Ali Neft Məktəbinə daxil olan 121 abituriyentin 115-i 600-dən çox bal toplayıb

 

ARDNŞ-in baş ofisində Bakı Ali Neft Məktəbinə (BANM) birinci tələbə qəbulunun nəticələri ilə bağlı mətbuat konfransı keçirildi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yeni yaradılan ali məktəbə abituriyentlərin yüksək maraq göstərdiyini qeyd edərək bunun Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən neft strategiyasının uğurları Dövlət Neft Şirkətinin cəmiyyətdəki işgüzar nüfuzu ilə bağlı olduğunu bildirdi.  

 

Məktəbə daxil olanların 7-8 nəfəri Bakı şəhəri, qalanları isə bölgə məktəblərinin məzunlarıdır 

 

Dövlət sifarişi iləNeft-qaz mühəndisliyiKimya mühəndisliyiixtisasları üzrə qəbul həyata keçirildiyini deyən rektorun sözlərinə görə, I qrup üzrə keçirilən bu ixtisaslara 121 nəfər abituriyent qəbul olub ki, onlardan 115-i 600 baldan çox bal toplayıb: “Ölkə üzrə I qrupda 600-dən çox bal toplayan abituriyentlərin sayı 234 nəfər olub. Müsabiqənin göstəricilərindən biri ondan ibarətdir ki, bir yerə 13 nəfər ərizə verib BANM-ni birinci qeyd edib. Neft-qaz mühəndisliyi ixtisası üzrə 45 yerin 44-nü, kimya mühəndisliyi ixtisası üzrə 52 yerin 52-sini BANM-nin tələbələri tutub. BANM üzrə qəbulda orta bal 631 bal olub bu da çox yüksək göstəricidir. Bu ali məktəbə daxil olanların 7-8 nəfəri Bakı şəhəri, qalanları isə bölgə məktəblərinin məzunları olub. Onlardan  31 nəfəri qız, qalanları oğlandır. Bu il ölkədəki orta məktəbləri qızıl medalla bitirən 138 nəfərdən 11-i BANM-nin tələbəsi olub. I qrup üzrə 690 bal toplamış 2 nəfərdən biri Naxçıvan-nın Şərur rayon Ərəbyengicə kəndindən olan R.Rəhimov neft-qaz mühəndisliyi ixtisasına qəbul olub. Digəri isə 676 balla Ağcabədi rayonunun 30 saylı məktəbinin məzunudur bu onu göstərir ki, bölgələrdə çox istedadlı şagirdlər var. Məktəblərə gəldikdə isə 121 tələbənin 10 nəfəri Z.Əliyeva adına Liseyin məzunudur. Bu yüksək göstəricini bir daha onunla izah edirik ki, bu, ölkə başçısının neft stategiyasının böyük uğuru ilə yanaşı belə yüksək ballı ixtisasları seçmələri gənclərin Azərbaycanda neft strategiyasının uğuruna, böyük perspektivinə olan etimad, inamdır. Gənclərimiz bu ixtisasları seçməklə gələcəkdə Azərbaycanın neft siyasətində rol oynamaq arzularını bildiriblər”. E.Qasımov onu da bildirdi ki, tələbələrin digər istedadları da öyrənilib onların sırasında musiqi, rəsm, idman sahəsində bacarıqları olan gənclər yer alıb. Qeyd edildi ki, birinci il BANM- ingilis dili informatika dərsləri ilə bağlı hazırlıq keçiləcək tələbələr 1 il ərzində bu istiqamətdə yüksək səviyyədə biliklərə yiyələnməlidirlər. O da vurğulandı ki, artıq ali məktəbin binasının yeni korpusu tədris ilinə tam hazırdır: “Biz bütün rəqəmləri analiz edəcəyik bunun əsasında gələn il qəbul strategiyasına da bir daha baxacağıq. BANM-nin ən böyük strategiyası kəmiyyət deyil, keyfiyyətli təhsil verməkdir. Yüksək səviyyəli tələbələrin bizim ali məktəbə gəlməsi keyfiyyətin əsasını qoyur. Çünki savadlı, istedadlı gənclərlə tədris işini həyata keçirmək gələcək uğurun ən böyük açarıdır. Onlara yalnız tədris deyil, hərtərəfli inkişaf üçün proqram hazırlamışıq peşə hazırlığı, istehsalat təcrübəsi, digər keyfiyyətlərinin artırılması istiqamətində proqram həyata keçirəcəyik. BANM ilk olaraq 100 nəfər tələbə sifariş etsə   sonra bu ali məktəbin adını birinci yazan, lakin düşə bilməyən 600 baldan yuxarı bal toplamış 33 nəfər tələbə olub. Həmin tələbələrin müraciəti əsasında ARDNŞ təşəbbüs qaldırdı Prezident yanında Təhsil üzrə Komissiyaya müraciət etdi, beləliklə qərar qəbul olundu ki, BANM-nin adını birinci yazıb, 600-dən artıq bal toplayan abituriyenlərə şərait yaradılsın. Beləliklə, yenidən 22 nəfər tələbə daxil oldu ki, onlardan biri Kanada da Toronto Universitetinə daxil olub”. 

 

Hər bir tələbəyə ARDNŞ tərəfindən iPad veriləcək 

 

Rektorun sözlərinə görə, BANM təhsilini Böyük Britaniyanın Heriot-Watt Universitetinin tədris proqramları əsasında quracaq: “Müəllimlər bu yay mövsümündə həmin universitetə göndərilib təlim kusrlarında iştirak ediblər. Bir nəfər prorektor səviyyəsində partnyor universitetin nümayəndəsi bizim ali məktəbdə olacaq proseslərin fəaliyyətini koordinasiya edəcək. Bizim planımız var ki, gələcəkdə yeni-yeni ixtisasların artırılmasını təmin edək. Gələcəkdə digər ixtisaslar da açacağıq. Amma bu işlər tədricən həyata keçiriləcək”. O da vurğulandı ki, BANM- milliyyətcə azərbaycanlı, ancaq başqa ölkənin, Gürcüstan Rusiya vətəndaşı olan 6 nəfər tələbə daxil olub. Ali məktəbin inkişaf perspektivində xarici ölkə vətəndaşlarının qəbulu nəzərdə tutulsa da, ancaq yaxın illərdə bu perspektivə baxılacaq. Hər bir təhsil ocağının nüfuzunun onun xarici tələbələrinin faizi ilə ölçüldüyünü deyən rektor vurğuladı ki, biz beynəlxalq aləmdə tanınmış ali məktəbə çevrilmək istiqamətində siyasət aparırıq. Ümumiyyətlə, BANM- qəbul planının artırılmasına gəldikdə isə E.Qasımovun sözlərinə görə, problem odur bu il cəmi I qrup üzrə 234 nəfər 600 baldan yuxarı bal toplayıb: “Məqsədimiz odur ki, bizim ali təhsil ocağına ancaq 600-dən çox bal toplayan tələbələr gəlsin. Əgər sadəcə qəbul sayını artırsaq onda aşağı ballı tələbələrin gəlmək ehtimalı ola bilər. Ona görə biz say yox, keyfiyyət siyasətini önə çıxaracağıq”. Rektor onu da bildirdi ki, ilk növbədə istehsalat təcrübəsi proqramı həyata keçiriləcək. Tələbələr zavod müəssisələrdə istehsalat təcrübəsi keçəcəklər onlar faktiki olaraq 5 il ərzində müəssisələrdə çalışacaqlar. Həm öyrənəcək, həm yerlərini müəyyənləşdirəcəklər. O da vurğulandı ki, bu ali məktəbi bitirənlərə ARDNŞ-in müəssisələrində yerləri təşkil olunacaq: “Amma məzunun digər müəssisələrdə işləmək istəyi azaddır. İlk olaraq təyinat veriləcək, amma seçim onun ixtiyarındadır. Biz ilk növbədə ARDNŞ-in müəssisələri üçün kadr hazırlığı həyata keçiririk. Eyni zamanda hərtərəfli inkişaf etmiş mütəxəssis hazırlayırıq. Təhsil pulsuzdur, istedadlı uşaqlar üçün qapılar açıqdır. Bütün ödəniş ARDNŞ tərəfindən ödənilir. Bizim ali məktəbimizə bölgələrdən gəlmiş tələbələr var ki, onlar üçün Nizami rayonunda yüksək səviyyədə tikilmiş yataqxana veriləcək. Eləcə tələbələrimizə ilkin olaraq 100 manat miqdarında təqaüd veriləcək. Bundan başqa hər bir tələbəyə informasiya texnologiyalarını daha dərindən öyrənmək üçün ARDNŞ tərəfindən iPad veriləcək”. 

 

Təhsil ingilis dilində olacaq  

 

Rektorun sözlərinə görə, bu ali təhsil ocağının fərqli cəhətlərdən biri burada təhsilin ingilisdilli olmasıdır: “Bu dili öyrənmək bizim mühəndislər üçün vacibdir, eləcə bizim partnyor universitetdən mühazirələr deməyə professorlar dəvət edəcəyik. Elektron kitabxana vasitəsilə həmin universitetin kitabxanasından istifadə edəcəyik. Ən yüksək səviyyədə təhsil alan tələbələrimizi oraya göndərəcəyik bir il təhsillərini orada davam etdirəcəklər. ARDNŞ böyük investisiya layihələri həyata keçirir həmin ölkələrdə investisiya layihələri həyata keçirəcək gənc mühəndislər ingilis dilini bilməlidir. Ona görə ingilis dilini intensiv  kurslarla öyrədəcəyik. Biz sosial şəbəkələrdə anonim şəkildə olsa məktəbimizdə gedən prosesləri izləyəcəyik. Biz tələbələrə müraciət etmişik bizim ali məktəbdə gedən prosesləri tam sərbəst yazsınlar, o bizim üçün lazımdır. Ümumiyyətlə, nəzarət mexanizmi olmalıdır biz bundan istifadə edəcəyik”.

 

 

Nigar Abdullayeva

 

Palitra.-2012.-5 sentyabr.-S.11.